Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-427/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(120)-1511/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddia onunla əsaslandırılmışdır ki, o, 16 oktyabr 1992-ci ildə Lənkəran rayon polis şöbəsində polis şöbəsinin rəis köməkçisi, qərargah rəisi işləyən vaxtı pensiyaya çıxmışdır. Onun pensiyasını polis şöbəsinin rəis köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə hesablamayıblar. Ona şöbə rəisi köməkçisi-ərazi bölməsinin rəisi vəzifəsinin aylıq əmək haqqı akladı ilə pensiya verirlər. O, şöbə rəisinin köməkçisi ərazi bölməsinin rəisi işləməmişdir. O, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi fılialın direktor müavini Elnur Qurbanovla söhbət etmişdir. Lənkəran rayon Polis Şöbəsinin mühasibatından 16 oktyabr 1992-ci ildə pensiyaya çıxanda işlədiyi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi işləyərkən bu vəzifənin aylıq əmək haqqı akladı (maaşı) ilə əmək haqqı akladını (maaşı) göstərən polis işçisinin şəxsi əmək kartokasını iki vərəqədən ibarət sənədini, kadr arayışını Elnur Qurbanova vermişdir. Həmin sənəddə işlədiyi vəzifəyə görə aylıq əmək haqqı akladı (maaşı) 710 manat olması yazılıb. Elnur Qurbanov özündə olan sənəddə ona göstərdi ki, “sənə şöbə polis rəisi köməkçisi ərazi bölməsinin rəisi kimi pensiya veririk”. O isə Elnur Qurbanova demişdir ki, “mən polis şöbə rəisi köməkçisi ərazi bölmə rəisi işləməmişəm”. Elnur Qurbanova demişdir ki, onun aylıq əmək haqqı pensiyası polis şöbə rəis köməkçisi qərargah rəisi işlədiyi vəzifənin aylıq əmək haqqı akladı ilə hesablansın və ona verilsin. 16 oktyabr 1992-ci ilə kimi şöbə rəisin köməkçisi qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyası göstərdiyi vəzifənin aylıq əmək haqqı akladı (maaşı) ilə hesablanıb ona verilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdehin etirazında göstərilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.1992-ci il tarixdən təyin edilmiş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı mahiyyətcə eyni iddianı Daxili İşlər Nazirliyinə qarşı vermiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-240/2018 nömrəli qərarı ilə həmin iddia rədd edilmişdir. Həmin iş üzrə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi cəlb edilmişdır. xx.xx.2007-ci il tarixədək iddiaçının pensiya təminatını həyata keçirən inzibati orqan X8muş, həmin tarixdən sonra isə bu səlahiyyət 2-1(81)-240/2018 nömrəli işdə üçüncü şəxs qismində cəlb edilmiş Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin hüquqi varisi olan Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilınişdir. İddiaçının mövqeyinə əsasən pensiyasınıı hesablanması zamanı onun vəzifəsinə uyğun oklad (maaş) nəzərə alınmamış və buna uyğun olaraq inzibati orqan tərəfindən əskikvermə halı yaranmısdır. Buna uyğun olaraq iddiacı xx.xx.1992-ci il tarixdən müvafiq tarixədək olan dövrə ödənişlərin həyata keçirilməsini, eləcə də mənəvi zərərin və maddi ziyanın ödənilməsini tələb etmisdir. Məhkəmə iddianı rədd edərək bildirmişdir ki, pensiya qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Bununla yanaşı iddiaçının hansı vəzifəni tutduğu, eləcə də təminat xərcliyi barədə məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala göndərilmis və ona uygun olaraq onun pensiyasının ödənisi davam etdirilmisdir. Göründüyü kimi, əvvəlki iddia ərizəsində qevd olunan “kompensasiyanın ödənilməsi” tələbinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və həmin qərarda iddiaçının pensiyasının hesablanmasına hüquqi qiymət verilmişdir. Hazırkı tələbdə iddia ərizəsinin texniki tərtibatı dəyişdirilərək tələb “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində ifadə edilsə də, faktiki olaraq iddiaçının nail olmaq istədiyi hüquqi nəticə eynidir və həmin hüquqi nəticəyə uyğun olaraq artıq bir dəfə inzibati məhkəmə arasdırması aparılaraq yekun məhkəmə aktı qəbul edilmis və iddia tələbi təmin edilməmişdir. Buna görə hazırki hııquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. İnzibati məhkəmə icraatında iddianın ınümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varislərı üçün məcburidir. Qanunvericiliyin tələbindən aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətiərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ıddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(120)-1511/2024 saylı qərarı (hakim F.Abbasov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(120)-1511/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, o, 1992-ci ilin oktyabr ayında Lənkəran Şəhər Rayon Polis Şöbəsində polis şöbə rəisinin köməkçisi qərargah rəisi vəzifəsində işləyən vaxt polis orqanlarından təqaüdə çıxmışdır. Ona təqaüd də polis orqanlarında işlədiyi axırıncı vəzifənin əmək haqqına uyğun verilmədi idi. Lakin ona təqaüd polis şöbə rəisinin köməkçisi - qərargah rəisi vəzifəsi əmək haqqına uyğun verilməli olduğu halada ona işləmədiyi polis şöbə rəisi köməkçisi - ərazi bölməsinin rəisi vəzifəsinin əmək haqqına uyğun təqaüd hesablanıbdır. Bu da təqaüdün məbləğində xeyli fərq edir. Yəni o, daha aşağı həddə 500 manat az təqaüd alır. O, bu barədə dəfələrlə aidiyyəti qurumlara ərizə yazmış, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına müracət etmişdir. Mərkəzi filialın direktor müavini ilə görüşüb pensiyaya çıxdığı 1992-ci ilin oktyabr ayında işlədiyi polis şöbə rəisi köməkçisi qərargah rəisi vəzifəsinin aldığı aylıq əmək haqqı göstərilən polis işçisinin şəxsi əmək kartotekasıdan ibarət sənədi kadr arayışı formasında təqdim etmişdir. Təqdim etdiyi həmin sənəddə işlədiyi vəzifəyə görə aylıq əmək haqqının 710 manat olması göstərilmişdir. Filialın direktor müavini Elnur Qurbanovun həmin vaxt ona göstərdiyi sənəddə isə ona polis şöbəsi rəisinin köməkçisi ərazi bölməsinin rəisi kimi pensiya ödənildiyi göstərilirdi. E. Qurbanov da bildirdi ki, ona pensiya ərazi bölməsinin rəisi vəzifinə görə ödənilir. Əgər ona pensiya sonuncu işlədiyi polis şöbəsi rəisinin köməkçisi qərargah rəisi vəzifəsinə görə ödənilsəydi, onun pensiyası o vaxt aldığı 710 manata görə indi aldığı pensiyadan yüksək olmalı idi. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2- 1(120)-1511/2024 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(120)-1511/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(120)-1511/2024 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının tələbi “16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması” ilə bağlı olmuşdur. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2-1(81)-240/2018 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə lş İdarəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə iddiaçıya rəis köməkçısi (həmin vaxt qərargah rəisi) vəzıfəsinin aylıq əmək haqqının artımlarla birlikdə hesablanıb ödənilməsi, həmçinin xidmət illərinə görə 40 % müavinətin, 4000 rnanat məbləğində mənəvi ziyanın və 2.800 manat məbləğində maddi ziyanın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “16 oktyabr 1992ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qəbul etdiyi qərarın ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərib-göstərməməsindən asılı olmayaraq düzgün iddia növünün seçilib-seçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan, iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini göstərməsidir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında, bildirmişdir ki, o, 1992-ci ilin oktyabr ayında Lənkəran Şəhər Rayon Polis Şöbəsində şöbə rəisinin köməkçisi qərargah rəisi vəzifəsində işləyən vaxt polis orqanlarından təqaüdə çıxmış, ona təqaüd də polis orqanlarında işlədiyi axırıncı vəzifənin əmək haqqına uyğun verilmədi idi. Lakin ona təqaüd polis şöbə rəisinin köməkçisi - qərargah rəisi vəzifəsi əmək haqqına uyğun verilməli olduğu halda ona işləmədiyi şöbə rəisi köməkçisi - ərazi bölməsinin rəisi vəzifəsinin əmək haqqına uyğun təqaüd hesablanmiş, bu da təqaüdün məbləğində xeyli fərq edir. Yəni, Daxili İşlər Nazirliyi tərəfindən DSMF-yə göndərilən məlumat vərəqəsində onun vəzifə maaşı qərargah rəisinin köməkçisinin vəzifə maaşı kimi deyil, bölmə rəisi köməkçisinin vəzifə maaşı kimi qeyd olunmuşdur. Şirvan apellyasiya məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(106)-427/2024 nömrəli məktubuna cavab olaraq iddiaçı bildirmişdir ki, Maliyyə plan idarəsinin pensiya idarəsinə göndərdiyi məlumat vərəqəsində vəzifə maaşımı 90 manat əvəzinə 48 manat yazılması səhv yazılıb. Sizə təqdim etdiyim xüsusi kartoçka sənədini xahiş edirəm oxuyasınız. Həmin kartoçka sənədində vəzifə maaşım 710 manat rütbə maaşım 150 manat qeyd olunub. Həmin sənəd Daxili İşlər Nazirliyin sənədidir. Mənim pensiyam 16 oktyabr 1992-ci ildən Lənkəran rayon polis şöbəsinin rəis köməkçisi qərargah rəisi vəzifə maaşım 710 manatla təyin edilib mənə verilməlidir. Vəzifə maaşımın miqdarı rus pulu ilə 7550 rubl yazılıb. Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi 26 noyabr 2024cü ildə mənə yazdığı məktubda qeyd edir ki, 15 avqust 1992-ci ildən 1993-cu ilin sonuna kimi Azərbaycan pulunun 1 manatı rus dövlətinin 10 rublinə bərabər olub. Belə olmaqla vəzifə maaşım 7550 rubl manat edir.Sizin yazdığınız məktubun 1-ci sualını cavab olaraq bildirəm ki, iş üzrə Daxili İşlər Nazirliyin Maliyə Plan İdarəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına 2016-ci ildə göndərilən 19963 nömrəli məlumat vərəqəsində mənim Lənkəran rayon polis şöbəsinin rəisi qərargah rəisi vəzifəsinin maaşı düzgün yazılmayıb. Az və səhv yazılıb. 2007-ci ildə məlumat vərəqi iş üzrə olmayıb. Ümumiyyətlə 2016-ci il tarixli 19963 nömrəli və 2007-ci il tarixli məlumat vərəqələrində əks olunan vəzifə maaşımın miqdarı ilə razı deyiləm. Mənim vəzifəm Lənkəran rayon Polis şöbəsinin rəis köməkçkisi qərargah rəisi vəzifə maaşım 710 manat rütbə maaşım 150 manat olmuşdur. Sizin məktubunuzun 2 suala cavab olaraq bildirirəm ki, iş üzrə olan məlumat vərəqələrində əks olunan məlumatlar məni qane etmir, işdəki məlumat vərəqələri əsasında mənə yazılmış pensiyamın miqdarı düzgün deyil. Pensiya Mərkəzi filialın tərəfindən mənə təyin olunmuş pensiya düzgün yazılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 26 noyabr 2024cü il tarixli, 6-1-26/2-H-121xx-xx-19771/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan manatı dövriyyəyə ilk dəfə olaraq xx.xx.1992-ci il tarixində buraxılmış və 1993-cü ilin sonunadək rublun manata qarşı məzənnəsi 10 rubl=1 manat (AZM) nisbətində olmuşdur. 1979-cu ildən 1992-ci ilin avqust ayınadək keçmiş Sovet ittifaqı ərazisində vahid ödəniş vasitəsi olaraq rublun dövriyyədə olduğunu nəzərə alaraq, həmin dövr üzrə rublun manata qarşı olan məzənnəsi barədə məlumatların təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-27/2-H-3093/33/Ə nömrəli məktubundan görünür ki, xx.xx.1992-ci ildə xidmətdən xaric olunarkən vəzifə maaşınız 6375 rubl, cəmi təminat xərcliyiniz 10381 rubl olmaqla, sizə 7694 rubl məbləğində pensiya təyin edilmişdir. Xidmət etdiyiniz vəzifə üzrə aylıq tarif (vəzifə) maaşı xx.xx.1992-ci ildən 12750 rubl, xx.xx.1993-cü ildən 15300 rubl, xx.xx.1993-cü ildən 52500 rubl, xx.xx.1993-cü ildən 10.5 manat, hazırda isə 441.0 manat təşkil etmişdir.DSMF-nin filialından aldığımız şifahi məlumata əsasən hazırda pensiya təminatınız: Vəzifə maaşı-441 manat, rütbə maaşı-150 manat, fasiləsiz xidmət illərinə görə 30% əlavə 177.30 manat, məharət dərəcəsinə görə 25% əlavə-110.25 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası – 64.0 manat olmaqla, cəmi 942.55 manat aylıq pul təminatından (müvafiq indeksasiya və maddi yardım nəzərə alınmaqla) 951.13 manat təşkil edir. Göründüyü kimi iddiaçının hazırki iddianı qaldırmaqda məqsədi razılaşmadığı məlumat vərəqəsində əmək haqqısının polis şöbə rəisinin köməkçisi - qərargah rəisi vəzifəsi əmək haqqına uyğun göstərməli olduğu halda ona işləmədiyi şöbə rəisi köməkçisi - ərazi bölməsinin rəisi vəzifəsinin əmək haqqına uyğun göstərilməsi və həmin məbləğə uyğun təqaüd hesablanmasıdır. Beləliklə də iddia ərizəsinin məzmunundan, iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında iştirak edən iddiaçının izahatından müəyyən edilir ki, hazırda iddiaçı cavabdeh tərəfindən hesablanmış pensiyanın məbləği ilə razılaşmır ona görə ki, pensiyanın hesablanmasına əsas olan məlumat vərəqində onun vəzifəsinə görə qeyd edilmiş əmək haqqı (gəlirləri) az göstərilmişdir. İddiaçı onun vəzifə maaşının həmin məlumat vərəqəsində yazılan rəqəmlərdən artıq olmasını iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunduğunu bildirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının: 1-ci bəndinə əsasən Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X5 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. 3-cü bəndinə əsasən Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. 5-ci bəndinə əsasən məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir Şərh olunan hüquq normalarının tələbindən görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası Qanunla tələb olunan xidmət müddətinə dair həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş məlumat vərəqi əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təyin edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında iddiaçının əmək pensiyasını onun sonuncu xidmət etdiyi qurum tərəfindən göndərilmiş məlumat vərəqində əks olunmuş qeydlərə uyğun hesablandığını bildirmişdir. İddiaçıya tələbinə uyğun əmək pensiyasının təyin edilməsindən ötrü iddiaçının marağına uyğun məzmunda məlumat vərəqi təqdim olunmalıdır. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara əhəmiyyət verməmiş, iddiaçıya hüquqi marağına uyğun tələb olunan məzmunda məlumat vərəqəsinin göndərilməsi barədə iddia qaldıra biləcəyi ilə bağlı hüquqi təklif etməmişdir. Birinci instansiya məhkəməsi işin hallarını tam və hərətərəfli araşdırmadan cavabdehin imtinasını əsas götürərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Halbuki, pensiya məbləğinin artırılmasına səbəb ola biləcək məlumat vərəqi səlahiyyətli qurum tərəfindən hazırki iş üzrə cavabdeh quruma təqdim olunmadan onun imtinasının qanuniliyinə baxılması düzgün deyildir. İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Bu baxımdan hazırkı iş üzrə isə iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən yardım edilərək iddia tələbinin dəyişdirilməsi mahiyyət etibarı ilə mümkün deyildir. Həmçinin, iddianın növünün münasibi ilə əvəz olunması yeni iddia tələbinin meydana çıxması ilə nəticələnəcəkdir ki, həmin iddianın ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilməsi məsələlərinə baxılması, o cümlədən cavabdehin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən apellyasiya icraatında deyil, birinci insatnsiya məhkəməsində yol veriləndir. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddianın predmetinin və cavabdehin dairəsinin dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddiaçıya yanlış iddia predmetinin münasibləri ilə əvəz olunmasında yardım etməli, bu barədə ərizə verə biləcəyi təklif ediməli, iddia tələbi üzrə iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və işə mahiyyəti üzrə baxılakən cavabdeh tərəfindən hüquq normalarının tətbiqinə riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(120)-1511/2024 saylı qərarı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-427/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-427/2024
24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver