Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-427/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2-1(120)-1442/2025 nömrəli qərarından cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 03 mart 2025-ci il tarixli, 2-1(120)- 1442/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı “Salyan Oil Limited” şirkətinin HR-25-12 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən iddiaçı, xx.xx.1983-xx.xx.1999-cu ilədək Salyanneft neft və qaz çıxarma idarəsinin X2 sexində “Təmirçi çilingər” 2130200a-18559; xx.xx.1999-xx.xx.2001-ci ilədək X5 şirkətinin Suvurma sexində “Təmirçi çilingər”- 2130200a-18559; xx.xx.2001xx.xx.2016-cı il tarixədək X5 şirkətinin Suvurma sexində “Təmirçi çilingər”- 2130200a- 18559; xx.xx.2016-xx-xx-2022-ci ilədək X5 şirkətinin Suvurma sexində “Nasos qurğularının maşinisti -2130200a-14259 vəzifəsində işləmişdir və vəzifə təlimatına əsasn Nasos qurğularının maşinisti müxtəlif sistemli nasos və boru nasosları ilə təchiz edilmiş, saatda 50-200 kub metrə qədər su və pulpa ötürən güclü nasos qurğularına xidmət, Sahə şəraiitində texniki meydançlarında saatda 500 kub metr su vuran nasos və nasoslu aqreqatlara xidmət, Nasosların, mühərriklərin, armatur və boru kəmərlərinin fasiləsiz işinin təmin edilməsinə və suyun təzyiqinə nəzarət Nasosların, su qurğularının, nəzarət cihazlarının, avtomatların və qoruyucu qurğuların tənzimlənməsi və onlara baxış. Nasos qurğularının işindəki nasazlıqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması, Təmirçi-çilingər isə sökmə, mexanizim, düyünlərin və nəqliyyat vasitələrinin ayrı-ayrı hissələrinin sökülməsi və təmiri, Sadə tərtibatların köməyi ilə avadanlığın sökülməsi və yığılması, Təmirçi çilingər iş zamanı deşmə dəzgahından, elektrik və mexaniki alətlərdən istifadə edərək hissələri təmir edir və yenisini düzəldir. Qeyd olunanlarla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 dekabr 1983-cü il tarixdən müxtəlif işlərdə işləməklə “X5” şirkətində (əvvəlki Salyanneftdə) hal-hazıradək işləyir. Hal-hazırda onun 40 il 6 aydan yuxarı iş stajı vardır. Bu da ona yaşa görə güzəştli şərtlərlə dövlət təqaüdü verilməsi hüququnu verir. İşlədiyi şirkət tərəfindən ona verilmiş arayışda göstərilmişdir ki, o, Nazirlər Kabinetinin təsdiq olunmuş 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 10-cu bölməsinin 2-ci yarımbölməsinə əsasən 1983-cü ildən hal-hazıradək işləmişdir və hal-hazırda da işləməklə güzəştli dövlət təqaüdü almaq hüququna malikdir. Hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “X5”-nin arayışında xx.xx.1983-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə təmirçiçilingər, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə nasos qurğu maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Nasos qurğu maşinisti vəzifəsi sözügedən arayışda istinad edilən qeyd edilən motovoz maşinistiləri vəzifəsinə uyğun deyildir. Cavabdehin imtinası və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Salyan Oil” LTD-nin ona dair 5 may 2022- i il tarixli HR-22-044 nömrəli arayışında xx.xx.1983-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə təmirçi-çilingər peşəsində, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə nasos qurğu maşinisti vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda onun təmirçi-çilingər peşəsində işlədiyi sahə və vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş olması barədə sözügedən Nazirlər Kbinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilməmişdir. Həmçinin, onun işlədiyi nasos qurğu-maşinisti vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan motovoz vəzifələri vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdə də, iddiaçının güzəştli iş stajı yoxdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu imtina aktının və iddiaya qarşı etirazın dəlilləri ilə qismən eynilik təşkil etsə də, cavabdeh iddiaçının xx.xx.2016-xx.xx.2022-ci illərdə (6 il 3 ay 24 gün) işlədiyi “nasos qurğu maşinisti” vəzifəsinin güzəştli iş stajı olmasını qəbul etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir ( 2 il 2 ay 17 gün). -iddiaçıya məxsus əmək kitabçasının surətindən müəyyən olunur ki, xx.xx.1983-ci ildə “Salyanneft” neft qazçıxarma idarəsinə “Elmi-tədqiqat və istehsalat işləri sexinə üçüncü dərəcəli təmirçi-çilingər kimi qəbul edilmiş, xx.xx.1999-cu ildə “Salyanneft NQÇİ ləğv edilib “Salyan” LTD şirkəti yaradılmış, xx.xx.2001-ci ildə Su vurma sexinə təmirçiçilingər işinə keçirilmiş, xx.xx.2016-cı ildə işlədiyi sexə 5-ci tarif dərəcə ilə nasos qurğu maşinisti keçirilmişdir, hal-hazıradək işləyir (xx.xx.1983-xx.xx.2022-ci il tarixədək 39 il 3 ay 15 gün). -“Salyan OİL” LTD tərəfindən verilmiş HR-22-044 saylı, xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli təsdiq olunmuş 320 saylı qərarına əsasən işləmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir. xx.xx.1983-xx.xx.2001-ci ilədək “Salyanneft” X4 İdarəsinin ETİİS-də təmirçiçilingər vəzifəsində işləmişdir. xx.xx.2001-xx.xx.2016-cı ilədək Su vurma sexində təmirçiçilingər vəzifəsində işləmişdir. xx.xx.2016-xx.xx.2022-ci ilədək Su vurma sexində nasos qurğu maşinisti vəzifəsində işləmişdir. 1010300a-13895. Bu da 38 il 4 ay 28 gün təşkil edir. -“Salyan Oil” LTD tərəfindən verilmiş HR-24-71 saylı, xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı “X5” şirkətində xx.xx.1983-xx.xx.2001, xx.xx.2001xx.xx.2016 və xx.xx.2016-xx.xx.2022-ci illərdə “Təmirçi Çilingər” vəzifəsində işlədiyi illər üçün ona verilmiş arayış işçinin Əmək kitabçasındakı qeydlərə əsasən yazılmışdır. Yuxarıda adı çəkilən vəzifələrin (peşələrinin) xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarında edilmiş dəyişikliyə əsasən (9 fevral 2024-cü il) ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10-cu bölməsinin 2-ci yarım bölməsindəki Neft, qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşğul olan “Təmirçi çilingər” və “Nasos qurğularının maşinisti” bölməsinə uyğundur. Həmin məktuba əlavə olunmuş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış”dan müəyyən olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə “Neft qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşğul olan Təmirçi Çilingər və Nasos qurğularının maşinisti” vəzifəsində işləyir. İşlədiyi vəzifə üzrə üzrə sosial sığorta (əmək) stajı 40 il 10 ay 11 gün ( arayış verilən günə). İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Təmirçi-Çilingərin vəzifəsi-nasosxanalarda olan alət və avadanlıqların təmiz saxlanması, bolt-payka düyünlərin açılması işlərini görür. Nasos maşinisti isə yastıqların, dəyişilməsi, yağlanması, klapanların yoxlanılması, sayğacların normal işlənməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2130200a-18559 bəndinə/ (yarımbəndinə) və ( və ya) 2130200a-142559 vəzifə koduna uyğundur. Salyan Oyl LTD-nin HİK sədri və Baş Mühəndis tərəfindən təsdiq olunmuş Su Təchizatı və utilizasiyası Xidmət sahəsi Nasos qurğularının maşinisti vəzifə təlimatında işin xüsusiyyətləri- Müxtəlif sistemli nasos və boru nasosları ilə təchiz edilmiş, saatda 50- 200 kub metrə qədər su və pulpa ötürən güclü nasos qurğularına xidmət. Sahə şəraiitində texniki meydançlarında saatda 500 kub metr su vuran nasos və nasoslu aqreqatlara xidmət. Nasosların, mühərriklərin, armatur və boru kəmərlərinin fasiləsiz işinin təmin edilməsinə və suyun təzyiqinə nəzarət Nasosların, su qurğularının, nəzarət cihazlarının, avtomatların və qoruyucu qurğuların tənzimlənməsi və onlara baxış. Nasos qurğularının işindəki nasazlıqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması qeyd olunmuşdur. Təmirçi-çilingər üçün Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə Vəzifə Təlimatında- Təmriçi-çilingərlərə aşağıdakı vəzifələri yerinə-yetirmək həvalə olunduğu qeyd olunmuşdur. Sökmə, mexanizim, düyünlərin və nəqliyyat vasitələrinin ayrıayrı hissələrinin sökülməsi və təmiri. Sadə tərtibatların köməyi ilə avadanlığın sökülməsi və yığılması. Təmirçi çilingər iş zamanı deşmə dəzgahından, elektrik və mexaniki alətlərdən istifadə edərək hissələri təmin edir və yenisini düzəldir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Məhkəmə araşdırması nəticəsində iddiaçının 25 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir və bu, işin mübahisəsiz halıdır. Cavabdeh orqan iş birinci instansiya məhkəməsinin icraatında olan zaman iddiaçının güzəştli iş stajının olmasını ümumiyyətlə qəbul etməmiş, xx.xx.1983-xx.xx.2016cı illərdə “təmirçi çilingər” və xx.xx.2016-xx.xx.2022-ci illərdə işlədiyi “nasos qurğu maşinisti” vəzifəsinin güzəştli iş stajı olmasını mübahisələndirmiş, apellyasiya şikayətində isə xx.xx.2016-xx.xx.2022-ci illərdə (6 il 3 ay 24 gün) işlədiyi “nasos qurğu maşinisti” vəzifəsinin güzəştli iş stajı olmasını qəbul etmişdir. Beləliklə hazırda mübahisə xx.xx.1983xx.xx.2016-cı illərlə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi (Neft-qaz və qaz kondensatının hasilatı); neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingərlər –Kod-2130200a-18559. texnoloji nasosların maşinistləri-2130200a-14259. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı 10-cu bölməsi: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, nasos qurğularının maşinistləri. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2-1(120)-1442/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-427/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-427/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver