Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-428/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(120)-1086/2025 nömrəli qərarından cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 58 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya məbləğinin müraciət etdiyi xx.xx.2023cü il tarixdən 3 il əvvəlki tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 11 fevral 2025-ci il tarixli, 2- 1(120)-1086/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini xx.xx.2023-cü il tarixədək davam etdirmişdir. Həmçinin xx.xx.1983-xx.xx.1986-cı illərdə Salyanneft Neft və qazçıxarma idarəsinin nəzarət ölçü cihazları və avtomatika sahəsində “Çilingər" vəzifəsində işləmişdir. Kod ******* a-18494, xx.xx.1986-xx.xx.1990-cı illərdə Salyanneft Neft və qaz çıxarma idarəsinin nəzarət ölçü cihazları və avtomatika sahəsində “Mühəndis-laborant” vəzifəsində işləmişdir. Kod ******* b-22177, xx.xx.1990-xx.xx.1993-cü illərdə Salyanneft Neft və qaz çıxarma idarəsində nəzarət ölçü cihazları və avtomatika sahəsində “Laboratoriya rəisi” vəzifəsində işləmişdir. Kod 2130302b-24125, xx.xx.1993xx.xx.1995-ci illərdə Salyanneft Neft və qaz çıxarma idarəsində nəzarət ölçü cihazları və avtomatika sahəsində “Sahə rəisi” vəzifəsində işləmişdir. Kod 2130302b-24097, xx.xx.1995-xx.xx.1996-cı illərdə Salyanneft Neft və qaz çıxarma idarəsində lay təzyiqinin sabit saxlanması sahəsində “Mexanik” vəzifəsində işləmişdir. Kod 2130200b-23485, xx.xx.1996-xx.xx.1999-cu illərdə Salyanneft Neft və qaz çıxarma idarəsinin 1 №-li X6 sexində “Neft və qaz hasilatı üzrə mühəndis” vəzifəsində işləmişdir. Kod 2130302, xx.xx.1999-xx.xx.2003-cü illərdə Salyan Oil LTD şirkətinin №-li X6 sahəsində “Neft və qaz hasilatı üzrə mühəndis” vəzifəsində işləmişdir. Kod 2130302, xx.xx.2003-xx.xx.2023-cü illərdə Salyan Oil LTD şirkətinin neftin hazırlanması və vurulması sexində “Mühəndis” Kod ******* vəzifəsində (cavabdeh tərəfindən qəbul edilməyən güzəştli iş stajları) işləmişdir. İddiaçı tələb olunan 12 il 6 ay güzəştli iş stajını xx.xx.2016-cı il tarixdə tamamladığından 58 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1979-1983-cü illərdə 26 bakı Komissarı adına Neftqaz hasilatı idarəsində nəzarətçi çilingər, xx.xx.1983-xx.xx.1986-cı illərdə Salyanneft Neft və qazçıxarma idarəsinin nəzarət ölçü cihazları və avtomatika sahəsində “Çilingər", xx.xx.1986-xx.xx.1990-cı illərdə Salyanneft Neft və qaz çıxarma idarəsinin nəzarət ölçü cihazları və avtomatika sahəsində “Mühəndis-laborant”, xx.xx.1990xx.xx.1993-cü illərdə Salyanneft Neft və qaz çıxarma idarəsində nəzarət ölçü cihazları və avtomatika sahəsində “Laboratoriya rəisi”, xx.xx.1993-xx.xx.1995-ci illərdə Salyanneft Neft və qaz çıxarma idarəsində nəzarət ölçü cihazları və avtomatika sahəsində “Sahə rəisi”, xx.xx.1995-xx.xx.1996-cı illərdə Salyanneft Neft və qaz çıxarma idarəsində lay təzyiqinin sabit saxlanması sahəsində “Mexanik”, xx.xx.1996-xx.xx.1999-cu illərdə Salyanneft Neft və qaz çıxarma idarəsinin 1 №-li X6 sexində “Neft və qaz hasilatı üzrə mühəndis”, xx.xx.1999-xx.xx.2003-cü illərdə Salyan Oil LTD şirkətinin №-li X6 sahəsində “Neft və qaz hasilatı üzrə mühəndis”, xx.xx.2003-xx.xx.2023-cü illərdə Salyan Oil LTD şirkətinin neftin hazırlanması və vurulması sexində “Mühəndis” vəzifəsində işləmişdir. Buna baxmayaraq, cavabdeh ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 40 il 11 ay 5 gün (xx.xx.2006-cı il tarixinədək 30 il 5 gün əmək stajı (xx.xx.1975-xx.xx.1976-cı il, xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 11 ay), güzəştli iş stajı isə 1 il 3 ay 2 gün (xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (Xİİ) bölməsinin neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı (********) bəndinin fəhlələr (2130301 a) yarımbəndində nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər (18484), mütəxəssislər və rəhbərlər (2130301 b) yarımbəndində isə mühəndislər (növbəli məşğul olanlar) (22177) vəzifələri və 1-ci Siyahının X fəslində adları çəkilən istehsalatlarda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (2130302) vəzifələri nəzərdə tutulmuşdur. “Salyan Oil” LTD-nin 4 sentyabr 2023-cü il HR-23-136 nömrəli arayışında iddiaçının xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Neft və qazçıxarma idarəsinin nəzarət ölçü cihazları və avtomatika sahəsində çilingər, mühəndis-laborant, laboratoriya rəisi və sahə rəisi vəzifələrində, xx.xx.1996-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Salyanneft Neft və Qazçıxarma idarəsinin 1 №-li X6 sexində neft və qaz hasilatı üzrə mühəndis, xx.xx.2003-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində neftin hazırlanması vurulması sexində mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının, kömür və şistin emalı sahəsinə aid deyil. Eyni zamanda, çilingər və mühəndis-laborant vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan avtomatika üzrə çilingərlər, mühəndislər (növbəli məşğul olanlar) vəzifələrinə uyğun deyil. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajınız 12 il 6 aydan az (1 il 3 ay 2 gün (xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövr) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. -NB 048443 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-1984-cü illərdə Azərbaycan Politexnik İnistitutunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. -iddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. -iddiaçıya məxsus NT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1975-ci il tarixdən əmək fəaliyyətinə başlaması, fasilələrlə əmək fəaliyyətini xx.xx.2023-cü il tarixədək davam etdirməsi barədə qeydlər mövcuddur. -“Salyan OİL LTD”-nin xx.xx.2023-cü il tarixli, HR-23-136 nömrəli arayışında bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli təsdiq olunmuş 320 saylı qərarınin Xİİ bölməsinin 2 və 3-cü bəndlərinə əsasən işləmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir. xx.xx.1983-xx.xx.1986-cı illərdə Salyanneft Neft və qazçıxarma idarəsinin nəzarət ölçü cihazları və avtomatika sahəsində “Çilingər" vəzifəsində işləmişdir. Kod ******* a- 18494, xx.xx.1986-xx.xx.1990-cı illərdə Salyanneft Neft və qaz çıxarma idarəsinin nəzarət ölçü cihazları və avtomatika sahəsində “Mühəndis-laborant” vəzifəsində işləmişdir. Kod ******* b-22177, xx.xx.1990-xx.xx.1993-cü illərdə Salyanneft Neft və qaz çıxarma idarəsində nəzarət ölçü cihazları və avtomatika sahəsində “Laboratoriya rəisi” vəzifəsində işləmişdir. Kod 2130302b-24125, xx.xx.1993-xx.xx.1995-ci illərdə Salyanneft Neft və qaz çıxarma idarəsində nəzarət ölçü cihazları və avtomatika sahəsində “Sahə rəisi” vəzifəsində işləmişdir. Kod 2130302b-24097, xx.xx.1995-xx.xx.1996-cı illərdə Salyanneft Neft və qaz çıxarma idarəsində lay təzyiqinin sabit saxlanması sahəsində “Mexanik” vəzifəsində işləmişdir. Kod 2130200b-23485, xx.xx.1996-xx.xx.1999-cu illərdə Salyanneft Neft və qaz çıxarma idarəsinin 1 №-li X6 sexində “Neft və qaz hasilatı üzrə mühəndis” vəzifəsində işləmişdir. Kod 2130302, xx.xx.1999-xx.xx.2003-cü illərdə Salyan Oil LTD şirkətinin №-li X6 sahəsində “Neft və qaz hasilatı üzrə mühəndis” vəzifəsində işləmişdir. Kod 2130302, xx.xx.2003-xx.xx.2023-cü illərdə Salyan Oil LTD şirkətinin neftin hazırlanması və vurulması sexində “Mühəndis” vəzifəsində işləmişdir. Kod 2130302. Bu da 39 il 4 ay 16 gün təşkil edir. -“Salyan OİL LTD”-nin xx.xx.2024-cü il tarixli, HR-24-47 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Salyan Oyl LTD şirkətində xx.xx.1983-xx.xx.1986-cı illərdə Çilingər işlədiyi müddətdə Mürəkkəb avadanlığın, aqreqat və maşınların təmiri, qurulması və sökülməsi, sınaqdan keçirilməsi, o cümlədən xx.xx.1986-xx.xx.1990-cı illərdə Mühəndislaborant işlədiyi müddətdə sınaqların nəticələrinin dəqiqliyini təmin etmək, xx.xx.1990xx.xx.1993-cü illərdə işlədiyi vaxt aparılan sınaqların əmtəə nefti barədə məlumatları toplamaq, saxlanmasını təmin etmək, xx.xx.1993-xx.xx.1995-ci illərdə işlədiyi müddətdə məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarət, xx.xx.1995-xx.xx.1996-cı illərdə işlədiyi müddətdə avadanlıqların təmiri və xidməti işlərini təmin edir, xx.xx.1996-xx.xx.1999-cı illərdə işlədiyi müddətdə Neft-qaz quyularının və digər istehsalat obyektlərinin təsdiq olunmuş texnoloji rejim əsasında istismarını təmin etmişdir. Digər göstərilən illərdə işlədiyi dövrlər yuxarıda qeyd olunan vəzifələrin xüsusiyyətləri ilə eynillik təşkil edir. Verilmiş Arayışda qeyd olunan vəzifələr (peşələr) işçinin Əmək kitabçasına əsasən yazılmışdır. Qeyd olunan vəzifələrin (peşələrin) xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na və kodlara uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının işlədiyi peşələrin güzəştli hesab edilməsi ilə bağlı sahə uyğunluğunu mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Xİİ bölməsində 21300000 kodu ilə “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” sahəsi üzrə güzəştli peşələr nəzərdə tutulmuşdur. Həmin bölmənin 1-ci bəndində 21301000 kodu ilə “Qazma” sahəsi, 2-ci bəndində 21302000 kodu ilə “Neft-qaz və qaz kondensatının hasilatı” sahəsi, 3-cü bəndində isə 21303000 kodu ilə “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” sahəsi üzrə zərərli peşələr nəzərdə tutulmuşdur. İşəgötürən tərəfindən iddiaçının barəsində verilmiş xx.xx.2023-cü il tarixli, HR-23-136 nömrəli “güzəştli” arayışda onun işlədiyi peşələr həmin siyahının 3-cü bəndində qeyd edilmiş 21303000 kodu ilə “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” sahəsi ilə eyniləşdirilmişdir. Cavabdehin dəlilləri də məhz bundan ibarətdir. “Salyan OİL LTD”-nin 01-052/25 nömrəli arayışında qeyd edilmişdir ki, hasil edilmiş neft və qaz kondensatının əmttə qazı və ya neftinə çevrilməsi bilavasitə Əməliyyat Şirkətinin öhdəliyi olduğundan bu əməliyyatlar da ƏŞ-nin işçiləri və mütəxəssisləri tərəfindən ona məxsus istehsalat sahəsində həyata keçirilir. Arayışın məzmunundan göründüyü kimi “Salyan OİL LTD” qazma və hasilatla bərabər, həm də emal sənayesi olaraq da fəaliyyət göstərir. Bu baxımdan həmin müəssisə tərəfindən iddiaçının sözügedən siyahının Xİİ bölməsinin 3-cü bəndində 21303000 kodu ilə müəyyən edilmiş “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” sahəsi ilə eyniləşdirilməsinin hüquqi əsası vardır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Kollegiya qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Siyahı” üzrə işlərdə çalışmalıdır. Məhkəmə araşdırması nəticəsində iddiaçının 25 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir və bu işin mübahisəsiz halıdır. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(120)-1086/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-428/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-428/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver