Məhkəmə qərarları › İş №2-1(106)-43/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-43/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-43/2024 30.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-1(120)-291/2023 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 01 may 2023-cü il tarixli, 2- 1(120)-291/2023 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan filialının xx.xx.2021-ci il tarixli, 503 nömrəli arxiv arayışında göstərilən Saatlı rayon sabiq “Moskva” adına kolxozda işlədiyi 1977-1988-ci illərə dair iş stajı tam, eləcə də 1973, 1974 və 1976-cı illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Saatlı Avtonəqliyyat müəssisəsində və xx.xx.2000-xx.xx.2011-ci illərdə Saatlı rayon Yük Avtonəqliyyat Səhmdar Cəmiyyətində işlədiyi illər nəzərə alınmaqla, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Saatlı Avtonəqliyyat müəssisəsinin fəaliyyətinin hüquqi ünvanının olmaması və əmək haqqı cədvəllərinin saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi, həmin dövrlər üzrə müəssisənin əmək haqqı kitablarının arxivə təhvil verilməməsi səbəbindən əmək haqqı alıb almamasını yoxlamağın mümkün olmaması, eləcə də xx.xx.2000-xx.xx.2011-ci illərdə Saatlı rayon Yük Avtonəqliyyat Səhmdar Cəmiyyətində işləməyi barədə sosial sığorta stajının doğruluğunun yoxlanılması müəsissənin həmin dövrlərə aid arxiv sənəd materiallarının mühafizə olunması üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Eyni zamanda iddiaçının qeyd edilən illərdə müəyyən aylar üzrə əmək haqqı almadığının öz əksini tapmaması da o demək deyildir ki, iddiaçı həmin aylarda işləməmiş və əmək haqqı almamışdır. Bundan əlavə filialın əməkdaşları tərəfindən iddiaçının xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Avtonəqliyyat müəssisəsində işlədiyi dövr üzrə sosial sığorta stajının doğruluğunun Saatlı rayon Dövlər Arxivində yoxlanılması zamanı işə qəbul və işdən azad olunma əmrlərinin doğruluğu təsdiq olunmuşdur. Eləcə də iddiaçının xx.xx.2000-ci ildə Saatlı rayon Yük Avtonəqliyyat Səhmdar Cəmiyyətinə işə qəbul və xx.xx.2011-ci il tarixdə işdən azad edilməsi barədə əmrlərinin surətləri məhkəməyə təqdim olunmuşdur. Bununla yanaşı, Saatlı rayon sabiq “Moskva” adına kolxozda 1973, 1974 və 1976-cı illərdə minimum adam günü norması kişilər üçün 240 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq 1973, 1974 və 1976-cı illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin əmək pensiyasının təyin olunmasından imtina edilmişdir.O, xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Avtonəqliyyat müəssisəsində işləmişdir. Bundan başqa xx.xx.2000-xx.xx-2011-ci illərdə Saatlı rayon Yük Avtonəqliyyat Səhmdar Cəmiyyətində işləmiş və əmək haqqı almışdır. Qeyd etdiyi bütün illərdə və müəssisələrdə işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Cavabdehin imtina və etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 64 yaş 6 ayın tamam olduğu xx.xx.2020-ci il tarixdə çatmısdır. İddiaçının xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 22 il 11 ay 4 gün, mübahisələndirilən əmək fəaliyyəti dövrü 11 il 8 ay təşkil edir. İddiaçı 1977-ci il tarixdən 1988-ci il tarixədək (12 il) kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirsə də, 1973-cü il tarixindən 1976-cı il tarixinədək işləməklə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Belə ki, iddiaçının 1973-cü ildə 228 gün, 1974-cü ildə 136 gün və 1975-ci ildə 0 gün, 1976-cı ildə 224 gün faktiki iş günü müəyyən edilmişdir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun G7-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmis əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda is stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmus minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndasların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Qanunun 67-ci maddəsində qeyd olunur ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə vetirməyibsə, 1965-ci ildən sonrakı dövr ücün kolxozda iş stajı hesablanarkən is vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasma görə faktik müddət üzrə nəzərə alınır. Belə ki, faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı göstərilən qaydada müəyyən ediləcək. Beləliklə, yuxarıda qeyd edilən qaydaya uyğun olaraq, iddiaçının kolxozda işlədiyi müddətdə 12 il tam, eyni zamanda, 228+136+224=588x12/240 = 29 aydan artıq (29,4) olmaqla 14 il 5 ay ümumi iş stajı vardır. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyini iddia etdiyi müddətdir ki, ümumilikdə 11 il 8 ay təşkil edir. Mil-Muğan regional filialının Saatlı rayon qəbul şöbəsinin xx.xx.2021-ci il tarixli aktına uyğun olaraq, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyini iddia etdiyi dövr üzrə sosial sığorta stajının doğruluğunu yoxlamaq müəssisənin hüquqi ünvanı məlum olmadığından, həmçinin iddiaçının işə daxilolma və işdən azad edilmə əmrləri və əmək haqqı cədvəlləri saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən yoxlamaq mümkün olmamışdır. Həmçinin iddiaçının xx.xx.2011-ci il tarixli işdən çıxma əmri qeyri-iş gününə (şənbə günü) təsadüf edir. Qeyd olunanlar iddiaçının əmək kitabçasında xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə şübhə yaradır. Bu səbəbdən əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər iddiacının sığorta stajına daxil edilməmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə isə əlillik müddətinin bitməsi ilə əlaqədar təyin edilmiş əlilliyə görə əmək pensiyası dayandırılmışdır. İddiaya qarşı etirza əlavədə qeyd edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdən “QAZ-53” markalı nəqliyyat vasitəsinə sürücü təyin edildiyi və xx.xx.2011-ci il tarixdə işdən azad edildiyi qeyd olunmuşdur. İddiaçıya “QAZ-53” markalı nəqliyyat vasitəsini idarə etmək ücün tələb olunan kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi tarixi müəyyən etmək ücün Azərbaycan Respublikası Daxili İslər Naziliyi Baş Dövlət Yol Polis İdarəsinə sorğu ünvanlanmıs və xx.xx.2022-ci il tarixli, 016-155005-1222 nömrəli cavab məktubunda iddiacıya “BC” kategoriyalı sürücülük vəsiqəsinin xx.xx.2012-ci il tarixdə verildiyi qeyd edilmisdir. Beləliklə, iddiaçı Ə.Hüsevnov “QAZ-53” markalı nəqliyyat vasitəsini idarə etmək ücün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən tələb olunan kateqoriyalı (BC) sürücülük vəsiqəsini xx.xx.2012-ci il tarixdə almışdır. Odur ki, xx.xx.2000-ci il tarixdən “QAZ-53” markalı nəqliyyat vasitəsinə sürücü təyin edilməsi qeyri-mümkündür. Əlavə olaraq 1973-1988-ci il tarixlərdə Saatlı rayon “Moskva” kolxozunda işlədiyinə dair sənədlərin həqiqiliyini müəyyən etmək üçün qarşılıqlı yoxlama keçirilmiş, 1 saylı Şirvan-Salyan regional fılialının xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən Saatlı rayon “Moskva” kolxozuna aid “Kolxozçuların şəxsi hesab” kitablarında və 1972-1998-ci illərə dair “Kolxozçuların əmək stajı və qazanc uçot kitablarında iddiaçı Ə.Hüsevnovun adı askar olunan vərəqdə möhür və hər hansı bir imzaya rast gəlinməmişdir. Lakin digər vətəndasların adı qeyd olunan vərəqlərdə möhür və imza vardır. Bu səbəbdən sözügedən dövrlər iddiacının sığorta stajına daxil edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh imtina və etiraz dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid Qurbanov Şamil Ağahüseyn oğlu ifadəsində bildirmişdir ki, təxminən 1978-1979-cu ildə "xxxx" Yük Avtonəqliyyat Müəssisəsində çilingər vəzifəsində işə başlamış, daha sonra isə yol hərəkəti təhlükəsizliyi üzrə mühəndis vəzifəsində çalışmışdır. 2009-cu ilə qədər həmin müəssisədə işləmişdir. İddiaçı ilə birlikdə eyni müəssisədə işləmişdir. Bilir ki, İddiaçı 1988-ci ildən sözügedən müəssisədə işləmişdir. Şahid Mürsəlov Əlabas Bəybala oğlu ifadəsində bilıdirmişdir ki, 1975-ci ildə "xxxx" Yük Avtonəqliyyat Müəssisəsində çilingər vəzifəsində işə başlamış, daha sonra isə sürücü vəzifəsində də çalışmışdır. 2005-ci ilə qədər həmin müəssisədə işləmişdir. İddiaçı ilə birlikdə eyni müəssisədə sürücü vəzifəsində işləmişlər. İddiaçı 1988-ci ildən sözügedən müəssisədə işləmişdir. Özü 2005-ci ildə işdən çıxanda İddiaçı hələ də orada işləyirdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -Saatlı rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışda və Dövlət Arxivinin Şirvan filialı tərəfindən verilmiş arayışda filialda saxlanılan Saatlı rayon, “Moskva” adına kolxozda iddiaçının iş fəaliyyətini əks etdirən dövrlər eyni olsa da yerinə yetirdiyi adam günləri fərqli qeyd edilmişdir ki, imtinanın və apellyasiya şikayətinin dəlillərindən biri bu məsələ ilə bağlıdır və cavabdeh həmin dövrlərlə bağlı sənədlər ziddiyətli olduğundan həmin sənədlər mötəbər sübut kimi qəbul edilməmişdir. Bu ziddiyətlə bağlı məhkəmə kollegiyasının sorğusu əsasında Dövlət Arxivinin Şirvan filialı tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 3-48-DA-14F/2-203/2024 nömrəli arayışda qeyd edilmişdir ki, Saatlı rayon Dövlət Arxivi vətəndaş Hüseynov Əlmusa Əlqəmə oğlunun Saatlı rayon “Moskva” kolxozunda 1973-1988-ci illərdə əmək fəaliyyəti barədə xx.xx.2014-cü il tarixli 144 nömrəli arxiv arayışı Saatlı rayon “Moskva” kolxozuna aid “Kolxozçuların şəxsi hesab” kitablarına əsasən verib. Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialı Hüseynov Əlmusa Əlqəmə oğlunun Saatlı rayon “Moskva” kolxozunda 1973-1988-ci illərdə əmək fəaliyyəti barədə xx.xx.2021-ci il tarixli 503 nömrəli arxiv arayışını Saatlı rayon “Moskva” kolxozunun 1972-1998-ci illərə aid “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı” na əsasən vermişdir. Vətəndaşa verilən arayışlar başqa-başqa kitablara əsaslanıb. Bu baxımdan kitablardakı məlumatlar fərqlidir. Hər iki arayışdakı məlumatların əsli arxivdə öz əksini tapdı. Bundan başqa şikayətin dəlilindən biri də iddiaçının müvafiq dövrdə sürücülük hüququnun olmaması, bununla da xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan zaman aralığında Saatlı rayon Yük Avtonəqliyyat Səhmdar Cəmiyyətində işləməsinin mümkün olmaması ilə bağlıdır. Məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2023-ci il tarixli məktubda bildirilir ki, iddiaçıya ilk dəfə xx.xx.1994-cü il tarixdə sürücülük vəsiqəsi verilmiş, 2012-ci il tarixdə həmin vəsiqə 2022-ci il tarixədək etibarlı olan BC kateqoriyalı vəsiqəyə dəyişdirilmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri kimi Saatlı rayon “Moskva” kolxozuna aid “Kolxozçuların şəxsi hesab” kitablarında və 1972-1998-ci illərə dair “Kolxozçuların əmək stajı və qazanc uçot kitablarında iddiaçının adı askar olunan vərəqdə möhür və hər hansı bir imzaya rast gəlinməməsi ilə bağldır ki, bu məsələ də məhkəmə kollegiyasının 14 fevral 2024-cü il tarixli məhkəmə iclasında qeyd edilən kitaba baxış zamanı öz təsdiqini tapmamışdır. Belə ki, kitaba baxış zamanı müəyyən edilmişdir ki, kitabın hər səhifəsində möhür vurulmamış, əsasən kitabın açıq vəziyyətdə sağ tərəf hissəsinə möhürlər vurulmuşdur, iddiaçıya aid olan məlumatlar isə kitabın sol hissəsində qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçının Saatlı rayon Yük Avtonəqliyyat Səhmdar Cəmiyyətində iş fəaliyyəti ilə bağlı qeyd edir ki, həmin müəssisənin əmrlər kitabı və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən məhkəmə kollegiyası onunla eyni müəssisədə işləmiş sahidlərin ifadələrinə istinadən bu qənaətə gəlir ki, iddiaçının həmin müəssisədə işləməsi və əmək haqqı alması faktı öz təsdiqini tapır və qeyd olunan hal iddiaçının ziyanına şərh oluna bilməz. Məhkəmə kollegiyasının bu qənaəti həm də ona söykənir ki, şahid qismində ifadə vermiş Qurbanov Şamil Ağahüseyn oğluna pensiya təyinatı sənədlərindən görünür ki, onun 1977-2009-cu illər aralığında Saatlı rayon Yük Avtonəqliyyat Səhmdar Cəmiyyətində iş fəaliyyəti 30 il 8 ay müddət kimi nəzərə alınaraq sonuncuya yaşa görə əmək pensiyası təyin edilmişdir. Odur ki, apellyasiya şikayətində qeyd edilmiş dəlillər məhkəmə kollegiyasının araşdırması zamanı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 01/3-4664 nömrəli məktubda bildirilir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Saatlı rayon Yük Avtonəqliyyat Səhmdar Cəmiyyətinə dair məlumat mövcud deyildir. Saatlı Yükdaşıma Avtonəqliyyat Müəssisəsi (sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyəti) 20 may 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********11 nömrəli məktubunda bildirilir ki, keçmiş Dövlət Əmlak Komitəsinin 20 aprel 1998-ci il tarixli 646 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Konserninin Saatlı Yük Avtonəqliyyat Müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və mövcud qanunvericiliyə uyğun olaraq səhmdar cəmiyyətinin səhmləri 14 dekabr 2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. -Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********608500 nömrəli məktubunda bildirilir ki, "xxxx" ASC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin fəaliyyətə başladığı tarixdən hazırki tarixədək sahibkarlıq fəaliyyətinin dayandırılması barədə məlumatları məktuba əlavə olunur. "xxxx" ASC-yə məxsus vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən hüquqi şəxs tərəfindən 2000-2011-ci illəri əhatə edən dövr ərzində vergilər üzrə ümumilikdə 9772,3 manat məbləğində hesablama aparılmış, 6691,32 manat məbləğində ödəniş həyata keçirilmişdir. -Saatlı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 118 nömrəli arayışında bildirilir ki, Saatlı rayon Yük Avtonəqliyyat Səhmdar Cəmiyyəti İdarəsi Saatlı rayon Dövlət Arxivinə 1998-ci ildən sonra sənəd təhvil verməmişdir. -Saatlı rayon Yük Avtonəqliyyat Səhmdar Cəmiyyətinin xx.xx.2000-ci il tarixli, 02 s/h nömrəli əmrin surətindən görünür ki, İddiaçı 29 fevral 2000-ci il tarixdən sürücü kimi işə qəbul edilmişdir. -Saatlı rayon Yük Avtonəqliyyat Səhmdar Cəmiyyətinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli əmrin surətindən görünür ki, İddiaçı 2-ci dərəcəli “QAZ-53” markalı, 21-28 AQL №li avtomaşının sürücüsü 29 oktyabr 2011-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-1(120)-291/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar