Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-43/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarı ilə DT və XK-nin AN081063 saylı plan ölçü üzrə X4 Kürdəmir şəhəri, Elvin Kərimov küçəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 1842 kv.metr ölçüdə torpaq sahəsi ilə Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı qərarına əsasən ona ayrılmış 500 kv.metr torpaq sahəsi üst-üstə düşdüyünə görə, həmin ölçüdə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(120)-825/2024 saylı qərardadından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı “Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarı ilə DT və XK-nin AN081063 saylı plan ölçü üzrə X4 Kürdəmir şəhəri, Elvin Kərimov küçəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 1842 kv.metr ölçüdə torpaq sahəsi ilə Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı qərarına əsasən ona ayrılmış 500 kv.metr torpaq sahəsi üst-üstə düşdüyünə görə, həmin ölçüdə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə X8, X14, X11, X9 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı Qərarı ilə ona ayrılmış torpaq sahəsinə çıxarışın verilməsi ilə əlaqədar DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığı müraciətinə xx.xx.2021ci il tarixdə imtina edilərək ünvanına cavab məktubu göndərilmişdir. Cavab məktubunun 1ci səhifəsində DT və XK-nin təqdim etdiyi elektron baza məlumatları ilə istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları 2227A nömrəli kadastr planı ilə üstüstə düşməsi qeyd olunur. Lakin, 2227A kadastr planının kimə və hara məxsus olması göstərilmir və bu üzrə sxem cavab məktubuna əlavə edilməmişdir. Həmçinin bu uyğunsuzluğun aradan qaldırılmasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən müvafiq icra orqanlarının səlahiyyətlərində olduğunu cavab məktubunda diqqətinə çatdırılmışdır. Müvafiq icra orqanları isə qanunvericiliyə əsasən, DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsidir. Odur ki, bu uyğunsuzluğun aradan qaldırılması onların səlahiyyətindədir. Cavab məktubunda imtinanın bir səbəbi də ona məxsus torpaq sahəsinin 10 KV-luq yüksək gərginlikli hava xəttinin mühafizə zolağına düşməsi ilə əlaqələndirilmişdir. Bununla əlaqədar bildirir ki, həmin xətt 1000 metr uzunluğunda küçə istiqamətində bu ərazini elektrik enerjisi ilə təmin edən transfarmatoru qidalandırmaq üçün çəkilmiş, hazırda bu küçə boyunca 100-ə yaxın həyətyanı torpaq sahəsi və yaşayış evi var və bu evlərdə əhali yaşayır. Şərhdən aydın olur ki, ərizəsi və ərizəsinə əlavə olunmuş sənədlər əsasında araşdırma düzgün aparılmamış və cavab məktubu əsaslandırılmadığı üçün ərizəsi baxılmamış hesab olunur. Qeyd olunanları nəzərə alaraq, ərizəsinə yenidən baxılmasını və həyətyanı sahəsinə çıxarışın verilməsini təkrarən DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsindən xahiş etmişdir. Təkrar müraciətinə də Ərazi İdarəsi araşdırma aparmadan ünvanına cavab məktubu göndərmişdir. Ümumiyyətlə 16 saylı Ucar Ərazi İdarəsindən dövlət iyi gəlmir, onun rəisi Füzuli İsayev isə elə bilir ki, bu idarə ona varislərindən qalıb və idarəetmə sahəsində qanunlar bir tərəfdə qalıb. O, özü müəyyən etdiyi qanunlarla hərəkət edir. Bundan sonra o, bu barədə İqtisadiyyat Naziri, cənab Mikayıl Cabbarova ərizə ünvanlamışdır. Həmin ərizəsinə DƏDRX Publik hüqiqi şəxsin sədr müavini Elvin Məmmədov cavab məktubunu ünvanına göndərir, cavab məktubunun məzmunu cavabdehin cavab məktubunun surətidir. Şərhdən aydın olunur ki, 16 saylı Ucar Ərazi İdarəsi, idarənin rəisi Füzuli İsayev təqdim olunan sənədləri araşdırmadan, onlara tələb olunan hüquqi qiymət vermədən, ərizəçinin iştirakını təmin etmədən, otaqdan çölə çıxmadan, tavana baxıb imtina məktublarını hazırlamış və ünvanına göndərmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8-ə əsasən isə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri. su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri çıxarışın verilməsi üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq Daşınmaz Əmlaka (torpaq sahəsinə) çıxarışın verilməsinə köməklik olunmasını 16 saylı Ucar Ərazi İdarəsindən xahiş etmiş və hüquqmüəyyənedici sənədələri təqdim etmişdir. 16 saylı Ucar Ərazi İdarəsi onun sənədlərini dəqiq araşdırmadan, onlara lazımi qiymət vermədən ona çıxarış verilməsindən əsassız olaraq imtina etmişdir. Bundan sonra o, cavabdeh DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddia ərizəsi ilə Şirvan İnzibati məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi icraata götürüldükdən sonra, hakim tərəfindən edilmiş sorğu əsasında əldə olunmuş DT və XK-nin sənədinə əsasən müəyyən olunmuşdur ki, Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı Qərarı ilə ona yaşayış evi tikintisi üçün verilmiş həyətyanı torpaq sahəsinin yerləşdiyi ərazi də daxil olmaqla Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarı ilə Kürdəmir şəhər sakini X4 fərdi yaşayış evi tikmək üçün 1842 kv.m. torpaq sahəsi verilmişdir. Həmin qərar Cavabdeh sabiq başçısı F.S.Məlikov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında işin faktiki hallarının və mübahisənin vəziyyətinin müzakirəsindən sonra iddia tələbinin düzgün olmaması müəyyən olundu və o, məhkəməyə ərizə təqdim edərək yenidən iddia qaldırılması üçün sənədlərini geri götürmüş və bu barədə məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı mövcuddur. Bundan sonra Kürdəmir RİHB tərəfindən Kürdəmir şəhər sakini X4 ona verilmiş torpaq sahəsi də əraziyə daxil edilməklə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının məlum qərarının qismən ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti qarşıya çıxdı və o, da bu məzmunda məhkəməyə müraciət etmişdir. Yenidən verilmiş iddia ərizəsinə Cavabdeh imtina məktubu olmaması səbəbindən və iddiada iki tələb qoyulduğundan iddia ərizəsini və ona əlavə olunmuş sənədlərini geri almışdır. Bundan sonra o, Kürdəmir RİHB aparatına ərizə ilə müraciət etmişdir. Kürdəmir RİHB aparatının hüquq şöbəsinin müdiri Şahin Əhmədovun imzası ilə xx.xx.2023-cü il tarixli imtina məktubunu almış və yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Odur ki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Şirvan İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(120)-825/2024 saylı qərardadı (Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(120)-825/2024 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı Qərarı ilə mənə ayrılmış torpaq sahəsinə Çıxarışın verilməsi ilə əlaqədar DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığım müraciətimə xx.xx.2021-ci il tarixdə imtina edilərək ünvanıma cavab məktubu göndərilmişdir. Bundan sonra mən, cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair” iddia ərizəsi ilə Şirvan İnzibati məhkəməsinə müraciət etdim. İddia ərizəm hakim Samir Həsənov tərəfindən icraata götürüldükdən sonra, hakim tərəfindən edilmiş sorğu əsasında əldə olunmuş DT və XK-nin sənədinə əsasən müəyyən olundu ki, Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli, 12 saylı Qərarı ilə mənə yaşayış evi tikintisi üçün verilmiş həyətyanı torpaq sahəsinin yerləşdiyi ərazi də daxil olmaqla Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarı ilə Kürdəmir şəhər sakini X4 fərdi yaşayış evi tikmək üçün 1842 kv.m. torpaq sahəsi verilmişdir. Həmin qərar Cavabdeh sabiq başçısı F.S.Məlikov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında işin faktiki hallarının və mübahisənin vəziyyətinin müzakirəsindən sonra iddia tələbimin düzgün olmaması müəyyən olundu və mən məhkəməyə ərizə təqdim edərək yenidən iddia qaldırılması üçün sənədlərimi güri götürdüm və bu barədə məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı mövcuddur. Bundan sonra Kürdəmir RİHB-ı tərəfindən Kürdəmir şəhər sakini X4 mənə verilmiş torpaq sahəsi də əraziyə daxil edilməklə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının məlum qərarmın qismən ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti qarşıya çıxdı və mən də bu məzmunda məhkəməyə müraciət etdim. Yenidən verilmiş iddia ərizəmə Cavabdeh imtina məktubu olmaması üzünən və iddiada iki tələb qoyulduğundan işə baxan hakim Hilal Nəcəfovun məsləhəti və tövsiyyəsi ilə əlaqədar iddia ərizəmi və ona əlavə olunmuş sənədlərimi geri aldım. Bundan sonra mən Kürdəmir RİHB-ı aparatına ərizə ilə müraciət etdim. Kürdəmir RİHB-ı aparatınm hüquq şöbəsinin müdiri Şahin Əhmədovun imzası ilə xx.xx.2023-cü il tarixli imtina məktubunu aldım və yenidən Məhkəməyə müraciət etmək qərarına gəldim və müraciət etdim. İddia ərizəm 2-1(120)-3323/2023 saylı iş üzrə hakim Hilal Nəcəfov tərəfindən icraata götürülmüş və bundan sonra onun tərəfindən keçən müddətdə 3 dəfə Məhkəmə iclası keçirilmişdir. Bundan sonra sözügedən iddia ərizəm 2-1 (120)-3157/2023 saylı iş üzrə X19nın icraatına verilmiş və xx.xx.2023-cü il tarixdə Məhkəmə iclası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə isə hakim tərəfindən ünvanıma iddia müddətinin ötürülməsinin üzürlü hesab edilmə səbəbləri barədə sənədlərin və ya buraxılmış müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsi təklifi haqqında məktub ünvanlandı. Bundan sonra mən Məhkəməyə “Müddətin bərpa edilməsi barədə” xx.xx.2023-cü il tarixli ərizəni ünvanladım və ərizədə müddətin axını barədə geniş məlumat verdim və ərizəmin təmin olunmasını Məhkəmədən xahiş etdim. X19 bu vəsaitimi təmin etmədən sözügedən məlum qərardadı qəbul etdi. Məhkəmə mənim “müddətin bərpasına dair” ərizəmə münasibətdə ilk öncə qeyd edir ki, iddiaçı Məhkəmə prosesi zamanı sərbəst izahatında da bildirmişdir ki, 3-cü şəxs onun bacısının yoldaşıdır və həmin torpaq sahəsinin ona ayrılmasına atası razılıq vermişdir. Həmin qərardan da 2006-cı il tarixdə məlumatı olmuşdur, lakin 2022-ci ilə kimi mübahisələndirilməmişdir. Həmçnin iddia ərizəsində iddiaçı 2021-ci il tarixdə torpaq sahəsinin üst-üstə düşməsindən məlumatı olduğunu, daha sonra 2022-ci il tarixdə Məhkəmə prosesi zamanı mübahisələndirilən qərardaddan xəbərdar olduğunu bildirmişdir. Lakin həmin qərardan 2022-ci il tarixdən xəbərdar olmuş olsa belə artıq iddia müddətini ötürmüşdür. İddiaçı iki dəfə Məhkəməyə müraciət etsə də, sərbəst iradəsi əsasında iddia tələbini geri götürmüşdür. Ərizədəki digər əsasa münasibətdə isə Məhkəmə qeyd edir ki, mübashisələndirmə növündə iddia tələblərinə münasibətdə qanunverici cavabdeh inzibati orqana müraciət olunmağı mümkünlük şərti kimi müəyyən etməmişdir. Bu səbəbdən də iddiaçının cavabdeh inzibati orqana müraciəti əsassız olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(120)-825/2024 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(120)-825/2024 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir «İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçının tələbi “Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarı ilə DT və XK-nin AN081063 saylı plan ölçü üzrə X4 Kürdəmir şəhəri, Elvin Kərimov küçəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 1842 kv.metr ölçüdə torpaq sahəsi ilə Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı qərarına əsasən ona ayrılmış 500 kv.metr torpaq sahəsi üst-üstə düşdüyünə görə, həmin ölçüdə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı qanunvericiliklə mübahisələndirmə növündə iddia tələbinə dair işlər üzrə müəyyən olunan iddia müddətini ötürmüşdür.Belə ki, məhkəmə prosesində İddiaçı bildirmişdir ki, 3cü şəxs onun bacısının yoldaşıdır və həmin torpaq ona mərhum atalarının razılığı ilə ayrılmışdır. Mübahisələndirilən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarından 2006-cı il tarixdə xəbəri olmuşdur. Lakin mübahisələndirməmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarili 1 saylı qərarını mübahisləndirmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyündən onun iddiası mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin, iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 nömrəli icrakom protokolundan çıxarışdan görünür ki, Kürdəmir şəhərinin cənub hissəsindən ev tikmək üçün İddiaçı 500 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X4 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 01 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün1842 kv.metr torpaq sahəsi verilmiş və torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçü sənədi tərtib edilərək xx.xx.2010-cu il tarixdə X24 kitabında 1337 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Kürdəmir rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq edilmiş “Kürdəmir rayonunun, Kürdəmir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” dən görünür ki, X2 və onun ailə üzvlərinin (X10, X5, X3 və X6) mülkiyyətinə 0,20 sot torpaq sahəsi verilmişdir. İş materiallarında olan Cavabdeh Başçısının aparatının iddiaçıya ünvanladığı 20 aprel 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X2 mülkiyyətinə verilmiş 1842 kv.metr torpaq sahəsinin azaldılaraq 500 kv.metr hissəsinin onun mülkiyyətinə verilməsi Cavabdeh səlahiyyətləri daxilində deyildir. İş materiallarında olan iddiaçının Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı Qərarı ilə ona ayrılmış torpaq sahəsinə çıxarışın verilməsi ilə əlaqədar DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığı müraciətinə xx.xx.2021ci il tarixdə verilmiş imtina məktubuna əsasən müəyyən olunur ki, DT və XK-nin təqdim etdiyi elektron baza məlumatları ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları 2227A nömrəli kadastr planı ilə üst-üstə düşür. Həmin tarixdən iddiaçının həmin üst-üstə düşmədən məlumatlı olduğu müəyyən olunur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2- 5123/2024 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonunda aparılmış Aqrar İslahat Komissiyasının qərarları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə təhvil verilməmiş, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 01 saylı qərarı əsasında X7 adına 1842 kv.m və 502.08 kv.m həyətyanı torpaq sahəsi göstərilməklə, Kürdəmir şəhər ərazisində 2 ədəd olmaqla A seriyalı, 081063 və A seriyalı, 458626 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. (Torpaq sahəsinin planı və ölçüsü və X7 və ailə üzvlərinin adları qeyd olunmuş adlı siyahı əlavə olunur) Lakin, X7 və ailə üzvlərinin adlarına kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, 3-cü şəxs onun bacısının yoldaşıdır və həmin torpaq ona mərhum atalarının razılığı ilə ayrılmışdır. Mübahisələndirilən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarından 2006-cı il tarixdə xəbəri olmuş, lakin mübahisələndirməmişdir. Beləliklə də iddia ərizəsindən, iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün X4 verilmiş torpaq sahəsini mübahisələndirir və iddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh qeyd edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarı ilə DT və XK-nin AN081063 saylı plan ölçü üzrə X4 Kürdəmir şəhəri, Elvin Kərimov küçəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 1842 kv.metr ölçüdə torpaq sahəsi ilə Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı qərarına əsasən ona ayrılmış 500 kv.metr torpaq sahəsi üstüstə düşdüyünə görə, həmin ölçüdə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı qanunvericiliklə mübahisələndirmə növündə iddia tələbinə dair işlər üzrə müəyyən olunan iddia müddətini ötürmüşdür. Belə ki, birinci instansiya məhkəməsində keçirilən məhkəmə prosesində İddiaçı izahatında bildirmişdir ki, 3-cü şəxs onun bacısının yoldaşıdır və həmin torpaq ona mərhum atalarının razılığı ilə ayrılmışdır. Mübahisələndirilən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarından 2006-cı il tarixdə xəbəri olmuş, lakin mübahisələndirməmişdir. Buna görə də hazırki iddianı qaldırmış və Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarının ona aid hissədə ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün iddiaçı tərəfindən həmin iddia növünə xas olan xüsusi mümkünlük şərtlərinə yəni, qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərinə əməl edilməsi vacib şərtdir. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına qiymət verilməsindən ötrü və iddiaçının hazırki iş üzrə iddia müddətlərinə əməl edib-etmədiyini müəyyən etmək üçün aşağıdakı hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Bu arada qeyd edilməlidir ki, tərəflərə aid olan müddətləri qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçı hüquqi marağına uyğun razılaşmadığı Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarını və həmin qərar əsasında X2 adına tərtib və təsdiq edilmiş DT və XK-nin AN081063 saylı plan ölçü sənədinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işdən görünür ki, iddiaçı üzərindən uzun müddət keçməsinə baxmayaraq həmin qərarı mübahisələndirməmişdir və şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda həmin qərardan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması barədə sübutları təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı torpaq islahatının keçirilməsindən və aqrar islahat komissiyasının qərarı əsasında X2 adına DT və XK-nin AN081063 saylı plan ölçü sənədinin tərtib olunmasından məlumatlı olsa da, həmin Aqrar islahat komissiyasının qərarının və AN081063 saylı plan ölçü sənədinin düzgün tərtib edilməməsi və ləğv edilməsi ilə bağlı narazılığını hüquq münasibətlərinin mövcud olduğu zamanı nə faktiki nədə ki, rəsmi şəkildə ifadə etməmiş və qüvvədə olan qanunvericiliyə uyğun şikayət ərizəsi ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və yaxud inzibati orqanlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən Aqrar İslahat Komissiyasının qərarının istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin qərarın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin qərarın əldə edilməsinin mahiyyəti onun məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni, iddiaçının onun üçün əlverişsiz hesab etdiyi inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin qərardan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (torpaq sahəsinə dair DT və XK-nin AN081063 saylı plan ölçü sənədinin tərtib edilməsindən və daha sonra islahatın başa çatmasından) iddiaçı bilavasitə məlumatlı olmuşdur və bu dövrlər ərzində nə Aqrar İslahat Komissiyasının qərarının nədə ki, DT və XK-nin AN081063 saylı plan ölçü sənədinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 2011-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə kollegiyası qeyd edir ki, həm hazırki mübahisəyə tətbiq edilməli olan xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də 2011-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı razılaşmadığı Aqrar İslahat Komissiyasının qərarından və ya Aqrar İslahat Komissiyasının vəzifəli şəxlərinin hərəkətlərindən məhkəməyə şikayət (və ya iddia) verə bilərdi ki, həmin tələb üzrə Qanunla nəzərdə tutulmuş müddət ərzində müraciət etməmiş və iddia müddətini ötürmüşdür. Şirvan İnzibati Məhkəməsi tərəfindən məktub formasında iddiaçıya hüquq yardım göndərilərək razılaşmadığı Kürdəmir rayon Aqrar İslaha Komissiyasının qərarından şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair sübutların məhkəməyə təqdim olunması təklif olunmuşdur. İddiaçı hüquqi yardım məktublarına əsasən müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə iddiaçı müddətin ötürülməsi əsasları kimi qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə 16 saylı Ucar Ərazi İdarəsinin müraciətindən imtinasından sonra Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə araşdırması zamanı sorğu əsasında müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarı ilə DT və XK-nin AN081063 saylı plan ölçü üzrə X4 Kürdəmir şəhəri, Elvin Kərimov küçəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 1842 kv.metr ölçüdə torpaq sahəsi ilə ona məxsus Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı qərarına əsasən ona ayrılmış 500 kv.metr torpaq sahəsi üst-üstə düşür. xx.xx.2022-ci il tarixdə iddia ərizəsini geri götürmüş və icraata xitam verilmişdir. Daha sonra yenə məhkəməyə müraciət etmiş, bu dəfə də iddia ərizəsini yenə geri götürmüşdür. Hazırki tələblə bağlı Kürdəmir İcra Hakimiyyətinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə imtina məktubu alaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə yenidən müraciət etmişdir. Məhkəmə kollegiyası “müddətin bərpasına dair” iddiaçının ərizəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsinin əsaslandırmasına görə iddiaçı məhkəmə prosesi zamanı sərbəst izahatında da bildirmişdir ki, 3-cü şəxs onun bacısının yoldaşıdır və həmin torpaq sahəsinin ona ayrılmasına atası razılıq vermişdir. Həmin qərardan da 2006-cı il tarixdə məlumatlı olmuşdur, lakin 2022-ci ilə kimi mübahisələndirməmişdir. Həmçinin iddia ərizəsində iddiaçı 2021-ci il tarixdə torpaq sahələrinin üst-üstə düşməsindən məlumatlı olduğunu, daha sonra 2022-ci il tarixdə məhkəmə prosesi zamanı mübahisələndirilən qərardadan xəbərdar olduğunu bildirmişdir. Lakin həmin qərardan 2022-ci il tarixdən xəbərdar olmuş olsa belə artıq iddia müddətini ötürmüşdür. İddiaçı iki dəfə məhkəməyə müraciət etsə də sərbəst iradəsi əsasında iddia tələbini geri götürmüşdür. Ərizədəki digər əsasa münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisələndirmə növündə iddia tələblərinə münasibətdə qanunverici cavabdeh inzibati orqana müraciət olunmağı mümkünlük şərti kimi müəyyən etməmişdir. Bu səbəbdən də iddiaçının cavabdeh inzibati orqana müraciəti əsassız olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzasında) öz əksini tapmış hüquqi mövqedə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(120)-825/2024 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Sədrlik edən Vəli Abdullayev X21
Məhkəmə qərarları › İş №2-1(106)-43/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-43/2025
14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver