Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-431/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilə qədər olan dövr üzrə inzibati orqanın qərarının mübahisələndirilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu) Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X15 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X7, Üçüncü şəxslər X9 və X10 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi (üçüncü şəxslər: X9 və X16) barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(120)- 1608/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı xx.xx.2001-ci il tarixli 5 saylı sərəncamın ləğv edilməsi tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ona Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli 103 saylı sərəncamı ilə kommersiya xidməti məqsədilə 0,12 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi elə həmin tarixdə müvafiq aktla özünə təhkim edilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin bir hissəsi, yəni 64 kv.m hissəsi Cavabdeh xx.xx.2001-ci il tarixli 5 saylı sərəncamı ilə Cəlilabad şəhər sakini X8 verilmişdir. Bununla bağlı aidiyyəti dövlət orqanlarına mütəmadi olaraq şikayət etsə də, bu günə kimi istifadəsinə verilmiş torpaq sahəsi üzrə pozulmuş hüquqlarını bərpa edə bilməmişdir. Onun bütün bunlardan xx.xx.2020-ci il tarixdə məlumatı olmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxslərin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(120)-1608/2025 saylı qərardadı (Rəşidə Quliyeva) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(120)-1608/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində iddia ərizəsində qeyd etdiklərini təkrarlamış, əlavə olaraq göstərmişdir ki, 2013-cü ildən etibarən səhhəti ilə bağlı müalicə almışdır. Səhhəti ilə bağlı məhkəməyə müraciət etmək imkanı olmamışdır. Səhhətindəki yaranmış problemlərə baxmayaraq, eyni tələblə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(073)-143/2021 saylı qərardadı ilə aidiyyət məsələsi əsas götürülərək iş üzrə icraata xitam verilmişdir. Lakin ona həmin işlə bağlı inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməmişdir. Subyektiv hüququnun olmasına baxmayaraq, qeyd edilən faktlar nəzərə alınmamış və hüququnun pozulmasına gətirib çıxarmışdır. Ona torpaq sahəsinin verilməsi barədə 1999-cu ildə sərəncam verilməsindən sonra digər şəxsə həmin torpaq sahəsinə 2001-ci ildə başqa bir sərəncam verilmişdir. Halbuki, onun barəsində verilmiş sərəncam ləğv edilməmiş və hal-hazırda da qüvvədədir. Eyni torpaq sahəsinə iki ayrı-ayrı sərəncamın verilməsi qanun pozuntusudur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətini müdafə edərək, bildirdi ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(073)-143/2021 saylı qərardad qəbul edilərkən bildirilməmişdir ki, mövcud mübahisə üzrə hansı müddətə inzibati məhkəməyə müraciət edilməlidir. Zənn etmişlər ki, nə vaxt istəsələr məhkəməyə müraciət edə bilərlər. Bundan başqa, onlara müddətlə bağlı birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardım edilməmişdir. Birinci instansiya məhkəməsinin 20 fevral 2025-ci il tarixli məktubu onlara çatmışdır. Sonda İ.İ.Quliyev şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Üçüncü şəxslər X9 və X16 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddia mübahisələndirmə haqqında iddia növüdür, mübahisələndirmə növündə iddia üzrə iddia müddəti inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddiaçı mübahisələndirdiyi sərəncam barəsində 2020-ci il tarixdən məlumatlı olmuşdur (DƏDRX-nin cavab məktubları). Eyni zamanda Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 143/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından müəyyən olunur ki, Cavabdeh başçısının 15 yanvar 2002-ci il tarixli 05 saylı sərəncamı əsasında verilmiş çıxarışın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli məktubla və məhkəmə iclasında şifahi qaydada hüquqi yardım göstərilərək, mübahisələndirilən inzibati akt üzrə iddia müddətinə riayət olunmadığı izaha olunsa da, iddiaçı tərəfindən inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, Cavabdeh başçısının “Cəlilabad şəhərində İddiaçı İxtyar oğluna kommersiya xidməti məqsədilə torpaq sahəsi verilməsi haqqında” 103 №-li, xx.xx.1999-cu il tarixli sərəncamı ilə Cəlilabad şəhər sakini İddiaçı torpaq sahəsi verilməsi barədə onun ərizəsi, rayon torpaq şöbəsinin 01 noyabr 1999-cu il tarixli 368 №-li vəsatəti, akt və xəritə nəzərə alınaraq İddiaçı Cəlilabad şəhərində bələdiyyə fondunun kənd tənd təsərrüfatına şərti yararsız hissəsində şimaldan Cəlilabad-Uzuntəpə şosse yolu ilə, cənubdan bələdiyyə torpağı ilə, şərqdən Universam mağazası ilə, qərbdən Bakı-Astara şosse yolunun yaşıllıq zolağı ilə sərhədlənən 0,12 ha torpaq sahəsi kommersiya məqsədilə verilməsi qərara alınmışdır. Cəlilabad Rayon Dövlət Arxivinin 3-48-12-RA/2-468/2024 saylı xx.xx.2024-cü il tarixli və Cavabdeh başçısının 5-41/2-253/2025 saylı xx.xx.2025-ci il tarixli cavab məktubları ilə təqdim olunmuş Cavabdeh başçısının “Cəlilabad şəhər sakini X5 istifadəsinə Cəlilabad şəhərinin dövlət mülkiyyətindəki torpağından kommersiya məqsədilə torpaq sahəsinin verilməsi haqqında” 5 №-li, xx.xx.2001-ci il tarixli sərəncamı ilə torpaq sahəsinin verilməsi barədə X5 məktubu, rayonun baş memarının xx.xx.2001-ci il tarixli 5 №-li vəsatəti, akt və xəritə nəzərə alınaraq Cəlilabad şəhərinin dövlət mülkiyyətindəki torpağının kənd təsərrüfatına şərti yararsız hissəsindən, şimaldan asudə yer ilə, cənubdan univermağa keçid yolu ilə, şərqdən universam binası ilə, qərbdən Bakı-Astara magistral yolu ilə sərhədlənən 64,0 kv.m (8x8) torpaq sahəsi kommersiya xidməti məqsədi ilə X5 istifadəsinə verilməsi qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 59,0 kv.m qeyri-yaşayış binası xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində X6 adına qeydə alınmışdır. Daşınmaz əmlakın alğı-satqısına dair AN-İ saylı, ******* №-li müqavilənin surətindən müəyyən olunur ki, X3 şəhəri, Qurtuluş küçəsi, 52 ünvanında yerləşən ümumi sahəsi 59 kv.m olan qeyri-yaşayış sahəsini X1 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış **********77 №-li, xx.xx.2020-ci il tarixli və **********08 №-li, xx.xx.2020-ci il tarixli eyni məzmunlu cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsinə Cavabdeh başçısının 15 yanvar 2001-ci il tarixli 05 nömrəli sərəncamı, yer seçim aktı, baş plandan çıxarış, 24 iyun 2004-cü il tarixli layihə və 17 mart 2005-ci il tarixli istismara qəbul aktı əsasənda vətəndaş X8 məxsus 59 kv.m qeyri-yaşayış binasına 21 dekabr 2016-cı il tarixində Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmişdir. Həmin qeyri-yaşayış binası Cəlilabad rayon 1 saylı notariat kontorunun 18 dekabr 2019-cu il tarixli alğı-satqı müqaviləsi ilə X2 və 13 yanvar 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-143/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı cavabdehlər X8, X13, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, Cəlilabad rayon 1 saylı notariat ofisinə və Cavabdehnə qarşı Cavabdeh başçısının 15 yanvar 2002-ci il tarixli 05 saylı sərəncamının, X5 adına verilmiş 21 dekabr 2016-cı il tarixli çıxarışın, X9 ilə X16 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli müqavilənin və X10 adına verilmiş 13 yanvar 2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2(073)-143/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır. Cavabdeh Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli Q-93-149 saylı məktubunda qeyd olunmuşdur ki, Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli 103 nömrəli sərəncamı ilə verilmiş 0,12 ha torpaq sahəsinin bir hissəsində X11 tərəfindən qeyri-yaşayış obyektinin tikintisi məqsədilə torpaq sahəsinin verilməsi barədə xx.xx.2001-ci il tarixli sərəncamın ləğv edilməsi barədə müraciətinə Cavabdehndə baxılmışdır. Müraciət ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Kollegiya qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Hazırkı mübahisə üzrə mübahisələndirilən sərəncama münasibətdə nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən müəyyən olunmuş hallara əsasən iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Kollegiya qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Hazırkı iş üzrə mübahisə predmeti qismində xx.xx.2001-ci il tarixli 5 saylı sərəncamın ləğv edilməsi çıxış etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Eyni zamanda, məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 32.1 və 38-ci maddələrini rəhbər tutaraq bildirir ki, hazırki iddia tələbi mübahisələndirmə növündə iddia olduğundan 30 günlük iddia müddətinə tabedir. İddia müddəti tətbiq edilən iddialarda iddia müddətinə əməl edilməməsi həmin tələbin mümkünsüzlüyü ilə nəticələnir. İşin hallarından müyyən olunur ki, iddiaçı ən azından mübahisələndirdiyi sərəncam barəsində 2020-ci il tarixdən məlumatlı olmuşdur. Bunu DƏDRX tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun mətnində qeyd edilənlər, Cəlilabad Rayon Məhkəməsində 15 yanvar 2002-ci il tarixli, 05 saylı sərəncam əsasında verilmiş çıxarışın ləğvi ilə bağlı qaldırdığı iddia (tələblərindən biri qeyd edilən sərəncamın etibarsızlığı olmuşdur), o cümlədən iddiaçının iddia ərizəsindəki sərəncamdan xx.xx.2020-ci il tarixdə məlumatlı olması barədə etirafı deməyə əsas verir. Kollegiya iddiaçının - Cəlilabad Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(073)-143/2021 saylı qərardad qəbul edilərkən mövcud mübahisə üzrə hansı müddətə inzibati məhkəməyə müraciət edilməsinin bildirilməməsi, müddət məsələsini bilməmələri, onlara müddətlə bağlı birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardım edilməməsi ilə bağlı dəlilərinə münasibətdə bildirir ki, mübahisə üzrə “mülki icraat qaydasında baxılmalı deyildirsə” əsası ilə iş üzrə icraata verən verən məhkəmənin vəzifəsi deyil ki, iddiaçıya hansı müddətdə inzibati məhkəməyə müraciət etməsini göstərsin. Belə ki, bununla bağlı məcburi şərt kimi Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsində yalnız “Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.” nəzərdə tutulmuşdur. Müddətlə bağlı iddiaçının yuxarıda göstərilən dəlilləri onun öz məsuliyyət sferasına daxil olan məsələdir. Bundan başqa, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli məktubla (xəbərnaməsi var, səh. 175) və məhkəmə iclasında şifahi qaydada mübahisələndirilən inzibati akt üzrə iddia müddəti ilə bağlı hüquqi yardım göstərsədə, iddiaçı tərəfindən inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim olunmamışdır. Məhkəmə kollegiyası mübahisələndirilən qərardadı qüvvədə saxlayarkən həmçinin oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud məhkəmə təcrübəsini nəzərə almışdır. Belə ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1855/2024 saylı xx.xx.2024, 2-1(102)-171/2025 saylı xx.xx.2025 və 2-1(102)-846/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadları ilə (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilə qədər olan dövr üzrə inzibati orqanın qərarının mübahisələndirilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) iddianın mümkün sayılmaması ilə bağlı iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətləri mövcud məhkəmə təcrübəsinə görə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Göstərilənlərə əsasən məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(120)-1608/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.