Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-433/2024 29.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın verilməsi” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(120)-972/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus ünvan 1i ünvanında yerləşən “Mil” üzüm emalı zavodu dövlət müəssisəsinin daşınmaz əmlakının xx.xx.2003cü il tarixdən bu günə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi tərəfindən hərbi texnikanın saxlanılması və xidmət olunması məqsədi ilə istismarı və istifadəsi üçün 2925323,0 (iki milyon doqquz yüz iyirmi beş min üç yüz iyirmi üç) manat məbləğində kompensasiyasının verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(120)-972/2024 saylı qərarı (Şahəli Musayev) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun geri götürülməsi: Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verilərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(120)-972/2024 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 29 oktyabr 2024-cü il tarixli ərizəsində (vəsatətində) iddiaçı olaraq Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(120)-972/2024 saylı qərarından vermiş olduqları apellyasiya şikayətini geri götürdüklərini bildirmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Maddə 88.3. şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 29 oktyabr 2024-cü il tarixli ərizəsində (vəsatətində) iddiaçı olaraq Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2- 1(120)-972/2024 saylı qərarından vermiş olduqları apellyasiya şikayətini geri götürdüklərini bildirmişlər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini, iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin geri götürmə barədə ərizəsi nəzərə alınaraq iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın verilməsi” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(120)-972/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-433/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-433/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver