Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-434/2025 04.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2-1(120)-1872/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1963-cü il təvəllüdlüdür. Hacıqabul Rayon Dövlət Arxivinin 30 dekabr 2023-cü il tarixli arxiv arayışına əsasən iddiaçı Hacıqabul rayon M.Müşfiq kolxozunda 1980-ci ildə illik minimum 240 gün normasına münasibətdə 132 gün işləmiş və 596 manat əmək haqqı almışdır. Şirvan Rayon Dövlət Arxivinin 26 sentyabr 2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçı “Salyanneft” NQÇİ-nin Tikinti-Quraşdırma sahəsində noyabr 1980-iyun 1981-ci illər üzrə fəhlə işləmişdir. HB 008743 nömrəli diplomdan görünür ki, iddiaçı 1981-1986-cı il tarixlərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. “Azərbaycan Respublikası Dövlət Neft və Sənaye Universiteti” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli arxiv arayışında göstərilir ki, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya (indiki Azərbaycan Dövlət Neft Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq İddiaçı xx.xx.1981-ci il tarixli 012/899 nömrəli əmrə əsasən Enegetika fakültəsinin “Elektrotermik stansiyaları” ixtisası üzrə əyani şöbəsinin birinci kursuna qəbul olunmuşdur. İddiaçı xx.xx.1986-cı il tarixli 02/876 nömrəli əmrə əsasən yuxarıda göstərilən ixtisas üzrə əyani şöbənin tam kursunu bitirmiş və ona HB 008743 saylı diplom verilmişdir (4 il 10 ay 15 gün), ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək “X5 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyaları elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru ( 2 il 5 ay 4 gün), - xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək “X5 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi aparatlarının təmiri üzrə elektrik montyoru (2 il 8 ay 18 gün), - xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək “X5 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində mühəndis (3 il 8 ay 13 gün), - xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək təkrar hərbi xidmət (2 il 3 ay 14 gün), - xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək “X5 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexi elektrik laboratoriyasının mühəndisi (8 il 1 ay 7 gün), - xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək “X5 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexinin istismar üzrə rəis müavini (6 ay 13 gün), - xx.xx.2006-cı ildən xx.xx.2020-ci il tarixədək “X5 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexinin rəisi (14 il 1 ay 29 gün), - xx.xx.2020-ci ildən “X5 Stansiyası” MMC-də Elektrik sexində sex rəisi, xx.xx.2021-ci ildən “X3” MMC-də Elektrik sexində aparıcı mühəndis vəifəsində işləyir (əmək kitabçasında xx.xx.2024-cü il tarixdə hal-hazırda işləməsi barədə qeyd aparılmışdır, göstərilən tarixə 4 il 1 ay 5 gün). "xxxx" ASC “X5 Stansiyası” MMC tərəfindən iddiaçıya verilən “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına” dair xx.xx.2024-cü il tarixli 206/17-xx/xx- 2024 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə (vəzifədə) "xxxx" ASC, “X5 Stansiyası” MMC (Əli Bavramlı DRES-i) Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, avtomatika və rele mühafizə aparatlarının təmiri üzrə elektrik montyoru, mühəndis, istismar üzrə rəis müavini, sex rəisi 98-n nömrəli xx.xx.1986-cı il tarixli əmrə əsasən xx.xx.1986-cı il tarixdə işə qəbul edilmiş, 291 №-li xx.xx.1995-ci il tarixli əmrə əsasən xx.xx.1995-ci il tarixdə işdən azad edilmişdir (təkrar hərbi xidmət), 76-№-li xx.xx.1997-ci il tarixli əmrə əsasən xx.xx.1997-ci il tarixdə işə qəbul edilmiş, hal-hazıra kimi işləyir. Bu vəzifələrdə işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə 8% əsas əmək haqqına əlavə verilmişdir. İşlədiyi vəzifələr üzrə sosial sığorta (əmək) stajı 8 (səkkiz) il, 10 (on) ay, 5 (beş) gün; 26 (iyirmi altı) il, 7 (yeddi) ay, 21 (iyirmi bir) gün, cəmi: 35 (otuz beş) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün (il, ay, gün) illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, qazan, turbin qurğularına xidmət edən avadanlıqlarında sınaq və ölçmə işlərinin aparılması, 300 kv gərginlikli transformatorlar, hava açarlarında sınaq və ölçmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a) fəhlələr bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri bəndinə (yarımbəndinə) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2140000a-18455 vəzifə koduna uyğundur. Cavabdehin güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında 10 sentyabr 2024-cü il tarixli 3-17-1/2-C-217461/2024 nömrəli məktubunda göstərilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı (24) bölməsinin, fəhlələr (a) yarımbəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 3 sentyabr 1986-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" ASC “X5 Stansiyası” MMC-nin sizə dair xx.xx.2024-cü il tarixli 206/17-xx/xx-2024 nömrəli arayışında xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, xx.xx.1997-xx.xx.2003cü il tarixləri arasındakı dövr ərzində mühəndis, xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin sexdə istismar üzrə rəis müavini, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik sexində sex rəisi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Lakin, sözügedən arayışda elektrik montyoru vəzifəsində işlədiyiniz müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə fəaliyyət göstərib-göstərməməyiniz barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda, işlədiyiniz mühəndis, istismar üzrə rəis müavini və sex rəisi vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğun deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajınız yoxdur.” Cavabdehin 26 noyabr 2024-cü il tarixli 3-17-1/2-289811/2024 nömrəli məkubunda göstərilmişdir ki, “...İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 37 il 2 ay 14 gün (xx.xx.2006-cı il tarixədək 19 il 3 ay 14 gün (xx.xx.1986-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1997-ci il (hərbi xidmət dövrü), xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 11 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Eyni zamanda İddiaçı xx.xx.2024-cü il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 107783,28 manat təşkil edir.” "xxxx" ASC “X5 Stansiyası” MMC tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli 20/206xx/xx-2025 nömrəli məktubda göstərilmişdir ki, “...Arxiv sənədlərindən və əmək kitabçasından göründüyü kimi İddiaçı "xxxx" ASC “X5 Stansiyası” MMC-nin Qazan trurbin sexinin işini təmin edən elektrik sexində xx.xx.1986-cı il tarixdən xx.xx.1989-ci il tarixə kimi elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək avtomatika və rele mühafizəsi aparatlarının təmiri üzrə elektrik montyoru, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi mühəndis işləmişdir. xx.xx.1997-ci il il tarixdən xx.xx.2005-ci il tarixə kimi həmin sexdə mühəndis, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi istismar üzrə sex rəisinin müavini, xx.xx.2006-cı il tarixdən hal- hazıra kimi sex rəisi vəzifəsində çalışır. İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, qazan turbin qurğularına xidmət edən avadanlıqlarında sınaq və ölçmə işlərinin aparılması, 300 kV-luq gərginlikli transformatorlar, hava açarlarında sınaq və ölçmə işlərindən ibarət olmaqla, qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyorları, avtomatika və rele mühafizə aparatlarının təmiri üzrə elektrik montyorları peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə’’ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007ci il tarixli Qərarının 24-cü bölməsinə əsasən “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinin a) fəhlələr bölməsində 28-ci xanada qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətlərinə uyğun gəlməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğun hesab edilir. İddiaçı mühəndis, sex rəisinin müavini, sex rəisi işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə, əsas əmək haqqına 8% əlavə verilmişdir. Buna baxmayaraq, mühəndis, sex rəisinin müavini, sex rəisi vəzifələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarının 24cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı fəslinin b) rəhbərlər və mütəxəssislər bölməsində qeyd olunan vəzifələrin siyahısının xüsusiyyətlərinə uyğunluq mövcud deyil.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı var. Bu səbəbdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ var. Həmçinin, nəzərə alınmalıdır ki, onunla eyni peşə, vəzifə və profil üzrə işləmiş X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yəyin edilmişdir. Cavabdehin etirazları: Cavabdehin iddiaya qarşı etirazının dəlilləri imtina ilə eynilik təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2-1(120)-1872/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Etirazın dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2-1(120)-1872/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ... 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavbadehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı elektrik montyoru, mühəndis, sex rəisinin müavini və sex rəisi vəzifələrində işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 8% əlavə almış, onun xx.xx.2006-cı il tarixə 20 il ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı var. Cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşamayaraq, aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticəni əsaslandırmadan öncə ilk növbədə bildirir ki, məhkəmənin mövqeyi cavabdehin imtinasına bağlı olmadığı üçün cavabdehin göstərdiyi dəlillərlə məhdudlaşmır və cavabdehin aşkar mübahisələndirmədiyi halları belə xidməti vəzifəsinə görə yoxlamaq məhkəmənin vəzifəsidir. Hazırki iş üzrə məhkəmə nəinki göstərilən tərzdə davranış nümayiş etdirmiş, əksinə işin hallarını düzgün müəyyən etməyərək, tərəflər arasında mübahisələndirilməyən məsələ kimi cavabdehin iddiaçının xx.xx.2006-cı il tarixə onun 25 ilə ümumi iş stajının olmasını qəbul etməsi barədə nəticəyə gəlmişdir. Halbuki, tərəflər arasında mübahisəli məsələ cavabdehin mövqeyinə görə iddiaçının xx.xx.2006-cı il tarixə nə 25 il ümumi, nədə ki, güzəştli iş stajının olması ilə bağlıdır. Belə ki, cavabdeh orqan 26 noyabr 2024-cü il tarixli 3-17-1/2-289811/2024 nömrəli məkubunda göstərmişdir ki, “...İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 37 il 2 ay 14 gün (xx.xx.2006-cı il tarixədək 19 il 3 ay 14 gün (xx.xx.1986-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1997-ci il (hərbi xidmət dövrü), xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 11 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Eyni zamanda İddiaçı xx.xx.2024-cü il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 107783,28 manat təşkil edir.” Kollegiya iddianın mümkünlüyü məsələsi ilə bağlı bildirir ki, iddiaçı inzibati orqana əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət edərkən, o cümlədən məhkəməyə yalnız xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək “X5 Stansiyası” MMC-nin (Əli Bayramlı DRESnin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyaları elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru işlədiyi vəzifəyə münasibətdə güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışını təqdim etmişdir. "xxxx" ASC “X5 Stansiyası” MMC tərəfindən iddiaçıya verilən “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına” dair xx.xx.2024-cü il tarixli 206/17-xx/xx- 2024 nömrəli arayışda göstərilir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a) fəhlələr bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri bəndinə (yarımbəndinə) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2140000a-18455 vəzifə koduna uyğundur.” İddiaçının iş materiallarına əlavə etdiyi (eyni zamanda inzibati orqana təqdim etdiyi) xx.xx.2024-cü il tarixli açıqlama arayışı (səh 14) və xx.xx.2024-cü il tarixli arayış (səh 17) forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavədə nəzərdə tutulmuş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayış deyil, həmin arayışın forması (arayışda hansı məlumatların göstərilməli olması) qanunvericiliklə tənzimlənir. Bundan başqa, həmin arayışda iddiaçı barəsində göstərilmiş onun ağır və zərərli iş şəraitində işləməsinə görə əmək haqqına 8% əlavənin alması birmənalı şəkildə o demək deyil ki, onun işlədiyi vəzifələr şəxsə güzəştli şərtlə əmək pensiyası hüququ verən vəzifədir. Qeyd edilən məsələlərin araşdırılması üçün məhkəmə tərəfindən iddiaçının işlədiyi müəssisəyə sorğu göndərilərək göstərilən məsələlər bir daha dəqiqləşdirilmişdir. "xxxx" ASC “X5 Stansiyası” MMC tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli 20/206xx/xx-2025 nömrəli məktubda göstərilmişdir ki, “...Arxiv sənədlərindən və əmək kitabçasından göründüyü kimi İddiaçı "xxxx" ASC “X5 Stansiyası” MMC-nin Qazan trurbin sexinin işini təmin edən elektrik sexində xx.xx.1986-cı il tarixdən xx.xx.1989-ci il tarixə kimi elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək avtomatika və rele mühafizəsi aparatlarının təmiri üzrə elektrik montyoru, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi mühəndis işləmişdir. xx.xx.1997-ci il il tarixdən xx.xx.2005-ci il tarixə kimi həmin sexdə mühəndis, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi istismar üzrə sex rəisinin müavini, xx.xx.2006-cı il tarixdən hal- hazıra kimi sex rəisi vəzifəsində çalışır. İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, qazan turbin qurğularına xidmət edən avadanlıqlarında sınaq və ölçmə işlərinin aparılması, 300 kV-luq gərginlikli transformatorlar, hava açarlarında sınaq və ölçmə işlərindən ibarət olmaqla, qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyorları, avtomatika və rele mühafizə aparatlarının təmiri üzrə elektrik montyorları peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə’’ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007ci il tarixli Qərarının 24-cü bölməsinə əsasən “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinin a) fəhlələr bölməsində 28-ci xanada qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətlərinə uyğun gəlməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğun hesab edilir. İddiaçı mühəndis, sex rəisinin müavini, sex rəisi işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə, əsas əmək haqqına 8% əlavə verilmişdir. Buna baxmayaraq, mühəndis, sex rəisinin müavini, sex rəisi vəzifələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarının 24cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı fəslinin b) rəhbərlər və mütəxəssislər bölməsində qeyd olunan vəzifələrin siyahısının xüsusiyyətlərinə uyğunluq mövcud deyil.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Beləliklə qanunvericiliyin tələbi ondan ibarətdir ki, güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün şəxs qanunvericiliklə tələb edilən güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair müəyyən edilmiş formada arayışı inzibati orqana təqdim etməlidir. Lakin iş materiallarından görünür ki, iddiaçı belə bir arayışı nə inzibati orqana, nədə ki, məhkəməyə təqdim etmişdir. İşə baxarkən həmin məsələlərin araşdırılması nəticəsində isə iddiaçının işlədiyi müəssisə tərəfindən onun xx.xx.1986-cı il tarixdən xx.xx.1989-ci il tarixdək işlədiyi elektrik montyoru vəzifəsindən başqa, digər vəzifələrin güzəştli şərtlə əmək pensiyası hüququ verən vəzifə olmadığı bildiririlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Qeyd olunmalıdır ki, iddia qaldırmaq səlahiyyəti iddianın mümkünlük şərtlərinə aiddir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddianı qaldırmaq səlahiyyətinə malik olmasıdır. Kollegiya qeyd edir ki, iddianın mümkünlüyü məsələsi işə mahiyyəti üzrə baxılmadan öncə aparılan dəyərləndirmə olduğundan mahiyyəti üzrə qiymətləndirmə aparılmamışdır. İddiaçıya izah olunur ki, o, işlədiyi vəzifələrin ona güzəştli şərtlə əmək pensiyası hüququ verən vəzifə olmasını iddia edirsə, öncə belə bir arayışın verilməsi ilə bağlı işlədiyi müəssisəyə qarşı iddia qaldırmalı, həmin iddia uğurlu olacağı təqdirdə güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair arayışı qanunvericilklə tələb olunan sənədlər ilə birgə inzibati orqana müraciət etməli, məsələ müsbət həllini tapmasa, bundan sonra məhkəmədə iddia qaldıra bilər. Beləliklə, məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2-1(120)-1872/2025 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-434/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-434/2025
04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver