Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-435/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran Regional ASAN xidmət mərkəzi ilə sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq tələbinin təmin edilməsi” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(120)-3190/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran Regional ASAN xidmət mərkəzi ilə sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq tələbinin təmin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3190/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərardadı (Pərvanə Qurbanova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3190/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərardadının ləğv edilməsi, iddiaya yenidən baxılması üçün inzibati işi inzibati məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmiş və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırma aparmamış və nəticədə düzgün olmayan yekun məhkəmə aktı qəbul etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3190/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-3190/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərardadının ləğv edilərək iddiaya yenidən baxılması üçün inzibati işi inzibati məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı:
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 7.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.2 Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən işə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 25.1. Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktı ilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddianı qeyri-mümkün sayan birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran Regional ASAN xidmət mərkəzi ilə sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq tələbinin təmin edilməsini xahiş edir. Lakin nəzərə alınmalıdır ki, İddiaçı ilə Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran Regional ASAN xidmət mərkəzi iddiaçının tələb etdiyi sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq tələbi onunla cavabdeh orqan arasında yaranacaq münasibət yalnız tərəflər arasında əmək müqaviləsi və ya digər müqavilələrə əsasən təmin oluna bilər. Belə ki, Azərbaycan Respublikasının X2 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin 13 avqust 2014-cü il tarixli 9.1.5/E- 121 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X2 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində funksional yardımçı və ictimai iaşə xidmətlərini həyata keçirən qurumların fəaliyyətinin təşkili ilə bağlı Təlimat”ın 2.1 -ci bəndinə əsasən “ASAN xidmət” mərkəzlərində funksional yardımçı xidmətlər Dövlət Agentliyinin tabeliyində olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə həmin xidmətləri həyata keçirən qurumlar (şəxslər) arasında bağlanmış müqavilə əsasında təşkil edilir. Həmin müddəadan aydın olur ki, “ASAN xidmət” mərkəzlərində göstərilən funksional yardımçı və ictimai iaşə xidmətləri Dövlət Agentliyinin tabeliyində olan "xxxx" MMC ilə müraciət edən şəxs arasında müqavilə bağlanılmaqla həyata keçirilir.Müqavilə münasibətləri isə Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddianın xüsusi mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan ümumi mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kolegiyası qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh orqana fərdi sahibkar kimi bir neçə dəfə müraciət edərək, "Asan xidmət" mərkəzlərində tərcümə xidmətlərinin göstərilməsi prosesində iştirakının təmin olunmasını, Regionların sosialiqtisadi inkişafı üzrə Dövlət Proqramının tələblərinə uyğun olaraq regionlarda istifadəyə verilən müəssisələrdə işə qəbul zamanı ilk növbədə yerli kadrlara üstünlük verilməsi məqsədi ilə onun Lənkəran rayon sakini olduğunu, habelə tezliklə orada açılacaq ASAN xidmət mərkəzinin inzibati binasına yaxın yerdə yaşadığını və yüksək ixtisaslı kadr kimi sənədlərin ingilis, türk və rus dillərindən dövlət dilinə və əksinə tərcümə olunması sahəsində Lənkəran ASAN xidmət mərkəzi ilə əməkdaşlıq etməyinə imkan yaradılması məqsədi ilə funksional yardımçı xidmətlərin göstərilməsində iştirakını təmin edilməsini xahiş etmişdir. İş materiallarından olan Azərbaycan Respublikasının X2 Xidmət və Sosial İnnovasiyalar Agentliyi 6 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, MİH/4.1.24-2-2021-52 nömrəli məktubunda qeyd edilmişdir ki, 5 sentyabr 2012-ci il tarixli 706 nömrəli “Azərbaycan Respublikası X2 Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları“nın 2.1-ci bəndinə əsasən "ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Qaydaların 4.6.4-cü bəndinə əsasən “Tərcümə” xidməti funksional yardımçı xidmət kimi “ASAN xidmət” mərkəzlərində mövcuddur. Xidmət Mərkəzlərdə tərcümə şirkətləri tərəfindən həyata keçirilir. Belə ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində “Tərcümə” xidməti "xxxx" MMC tərəfindən təşkil edilir və həmin xidmətə işə qəbul prosesini şirkət özü tənzimləyir. Müraciətinizdə qeyd etdiyiniz sənədlərin notarial təsdiqi sahəsində əməkdaşlıqla bağlı bildirmək istərdik ki, 11 sentyabr 2000-ci il tarixli Nazirlər Kabinetinin 167 nömrəli Qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimafın 133-cü bəndinə əsasən notarius tanıdığı tərcüməçinin hər dəfə gəlməməsi üçün onu qeydiyyata götürür. Bu məqsədlə onun ərizəsini, imza nümunəsini, şəxsiyyətini təsdiq edən sənədin və diplomunun surətini tələb edir. Bu mərhələ “Tərcümə” xidmətinə qəbul olduqdan sonra həyata keçirilir. “ASAN xidmət” mərkəzlərində “Notariat xidməti”nə işə qəbul prosesi isə birbaşa Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsi tərəfindən həyata keçirilir. Əlavə məlumat üçün www.justice.gov.az saytını izləyə bilərsiniz. Həmçinin bildirirlər ki, Dövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində "ASAN” əməkdaşı kimi qulluqkeçmə məsələləri "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibə mərhələsindən ibarətdir. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-28.11-ci maddələrinə əsasən inzibati vəzifələrin müvafiq altqrupları üzrə sertifikat əldə etmiş şəxslər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün müraciət edə bilərlər. Əlavə məlumat üçün www.dim.gov.az saytını izləyə bilərsiniz. Dövlət Agentliyinin fəaliyyət istiqamətləri və "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər, həmçinin Mərkəzlərin iş vaxtları haqqında daha ətraflı məlumat əldə etmək üçün www.vxsida.gov.az və www.asan.gov.az saytlarına, habelə (+99412) 108 Çağrı Mərkəzinə, dövlət xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün isə www.dxr.az müraciət edə bilərsiniz. İş materiallarında olan İnnovasiyalar Mərkəzi MMC-nin iddiaçıya ünvanladığı 27 oktyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sizin Azərbaycan Respublikasının X2 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra Dövlət Agentliyi) tabeliyində olan "xxxx" MMC-yə daxil olmuş eyni məzmunlu müraciətlərinizə baxılmışdır.Müraciətlərinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 4.6-cı bəndinə əsasən, “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə yanaşı, həm də bank, tibb məntəqəsi, sığorta xidmətləri, hüquqi yardım və digər funksional yardımçı xidmətlər təşkil olunur.Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər müxtəlif tərcümə mərkəzləri tərəfindən həyata keçirilir.Həmçinin məlumat üçün nəzərinizə çatdırırıq ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə əsasən, dövlət satınalmaları dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması olduğunu nəzərə alaraq, digər funksional yardımçı xidmətlər kimi, tərcümə mərkəzlərinin fəaliyyətinin təşkili üçün dövlət satınalmalarının (kotirovka sorğusu, açıq tender və s.) keçirilməsinə zərurət yoxdur. İş materiallarında olan İnnovasiyalar Mərkəzi MMC-nin iddiaçıya ünvanladığı 30 sentyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki,Sizin Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Azərbaycan Respublikasının X2 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi” MMC-nə daxil olmuş müraciətinizə baxılmışdır.Müraciətinizə cavab olaraq bildiririk ki, Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə yanaşı, həm də bank, tibb məntəqəsi, tərcümə mərkəzi, hüquqi yardım kimi funksional yardımçı və digər xidmətlər fəaliyyət göstərir.Eyni zamanda nəzərinizə çatdırırıq ki, hazırda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müxtəlif tərcümə mərkəzləri fəaliyyət göstərir və əlavə mərkəzlərin prossesə cəlb olunmasına ehtiyyac yaranmamışdır. Gələcəkdə qeyd olunan məsələ ilə bağlı ehtiyac yaranacağı təqdirdə Sizin müraciətinizə yenidən baxıla bilər. İş materiallarında olan İnnovasiyalar Mərkəzi MMC-nin iddiaçıya ünvanladığı 24 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki,Sizin Azərbaycan Respublikasının X2 Xidmət və Sosia İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra Dövlət Agentliyi) tabeliyində olan "xxxx" MMC-yə daxil olmuş müraciətinizə tabeçilik əsasında baxılmışdır.Müraciətinizə cavab olaraq nəzərinizə çatdırırıq ki, Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə yanaşı, həm də bank, tibt məntəqəsi, tərcümə mərkəzi, sığorta xidmətləri, hüquqi yardım kimi funksional yardımçı xidmətləı fəaliyyət göstərir. Eyni zamanda bildiririk ki, açılışı nəzərdə tutulan Lənkəran regional “ASAN xidmət” mərkəzinde bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağl xidmətlərin təşkil olunması məqsədilə daxil olmuş müraciətlərə növbəlilik əsasında baxılaraq həmir xidmətlərin göstərilməsi üçün müvafiq şəxs (fiziki və ya hüquqi) müəyyən ediləcəkdir.Sizin Azərbaycan Respublikasının X2 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra Dövlət Agentliyi) tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx") daxil olmı müraciətlərinizə baxılmışdır.İş materiallarında olan İnnovasiyalar Mərkəzi MMC-nin iddiaçıya ünvanladığı 28 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki,Cavab olaraq bildiririk ki, sizin əvvəllər "xxxx"nə daxil olmuş müraciətlərin bir daha nəzərdən keçirilmiş, ərizələrinizə “Vətəndaşların müraciətləri haqqında" Azərbayan Respublikasının Qanununun tələblərinə uyğun olaraq baxılması və mahiyyəti üzrə əsaslandırılmış yazılı cavablar verilməsi müəyyən edilmişdir.Əlavə olaraq qeyd edirik ki, açılışı nəzərdə tutulan Lənkəran regional “ASAN xidmət mərkəzində bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ite bağlı xidmətin təşkil olunması üçün hüququ şəxs müəyyən edilmiş, xidmətin “ASAN xidmət mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsinin təmin edilməsi məqsədik müvafiq tapşırıqlar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının X2 Xidmət və Sosial İnnovasiyalar Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətlə bağlı nəzərinizə çatdırır ki, Dövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “Asan xidmət” mərkəzlərində vəzifələr “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.Belə ki, Dövlət Agentliyi və tabeliyində olan “Asan xidmət” mərkəzlərində məktubunzda qeyd etdiyiniz ştat vahidi mövcud deyil. Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında İddiaçı Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran Regional ASAN xidmət mərkəzi ilə sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq tələbinin təmin edilməsini xahiş edir. Lakin aşağıda qeyd edilən hüquq normalarından çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran Regional ASAN xidmət mərkəzi arasında əməkdaşlıq yalnız tərəflər arasında əmək müqaviləsi və ya digər müqavilələrə əsasən təmin oluna bilər. Belə ki, Azərbaycan Respublikasının X2 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin 13 avqust 2014-cü il tarixli 9.1.5/E-121 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X2 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində funksional yardımçı və ictimai iaşə xidmətlərini həyata keçirən qurumların fəaliyyətinin təşkili ilə bağlı Təlimat”ın 2.1 -ci bəndinə əsasən “ASAN xidmət” mərkəzlərində funksional yardımçı xidmətlər Dövlət Agentliyinin tabeliyində olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə həmin xidmətləri həyata keçirən qurumlar (şəxslər) arasında bağlanmış müqavilə əsasında təşkil edilir. Həmin müddəadan aydın olur ki, “ASAN xidmət” mərkəzlərində göstərilən funksional yardımçı və ictimai iaşə xidmətləri Dövlət Agentliyinin tabeliyində olan "xxxx" MMC ilə müraciət edən şəxs arasında müqavilə bağlanılmaqla həyata keçirilir. Müqavilə münasibətləri isə Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlanmasının ilkin şərti kimi qanunverici Mülki Məcəllənin 390-cı maddəsində tərəflərin müqavilə azadlığı şərtini müəyyən etmişdir ki, yəni həm müqavilə bağlanan zaman, həmçinin də müqavilənin xitamı və dəyişdirilməsi zamanı tərəflər azad surətdə öz iradə ifadələrini müəyyən etməlidirlər və məcburetməyə yol verilmir. Əks halda məcburetmə ona hüquq verir ki, bağlanmış müqavilə etibarsız hesab olunsun. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən iddia ərizəsi tərəflər arasında bağlanılacaq müqavilədən doğan öhdəlikdir, yəni iddiaçı cavabdeh inzibati orqanın üzərinə onunla müqavilə bağlanılması öhdəliyinin qoyulmasını məhkəmədən xahiş edir və yuxarıda qeyd edilənlərə əsasən mübahisə publik xarakterli olmadığından ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin cavabdeh iddiaçıya ünvanladığı məktublarda və etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən "ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Qaydaların 4.6.4cü bəndinə əsasən “Tərcümə” xidməti funksional yardımçı xidmət kimi “ASAN xidmət” mərkəzlərində mövcuddur. Xidmət Mərkəzlərdə tərcümə şirkətləri tərəfindən həyata keçirilir. Belə ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində “Tərcümə” xidməti "xxxx" MMC tərəfindən təşkil edilir və həmin xidmətə işə qəbul prosesini şirkət özü tənzimləyir. Müraciətinizdə qeyd etdiyiniz sənədlərin notarial təsdiqi sahəsində əməkdaşlıqla bağlı bildirmək istərdik ki, 11 sentyabr 2000-ci il tarixli Nazirlər Kabinetinin 167 nömrəli Qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimafın 133-cü bəndinə əsasən notarius tanıdığı tərcüməçinin hər dəfə gəlməməsi üçün onu qeydiyyata götürür. Bu məqsədlə onun ərizəsini, imza nümunəsini, şəxsiyyətini təsdiq edən sənədin və diplomunun surətini tələb edir. Bu mərhələ “Tərcümə” xidmətinə qəbul olduqdan sonra həyata keçirilir. “ASAN xidmət” mərkəzlərində “Notariat xidməti”nə işə qəbul prosesi isə birbaşa Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsi tərəfindən həyata keçirilir. Həmçinin bildirirlər ki, Dövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində "ASAN” əməkdaşı kimi qulluqkeçmə məsələləri "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibə mərhələsindən ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-28.11-ci maddələrinə əsasən inzibati vəzifələrin müvafiq altqrupları üzrə sertifikat əldə etmiş şəxslər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün müraciət edə bilərlər. Oxşar digər cavab məktublarında da ştat vahidinin mövcud olmadığı, digər tarixli məktublarda mərkəzlərdə müxtəlif tərcümə mərkəzlərinin artıq fəaliyyət göstərdiyi, müraciətin növbəlilik qaydasında həyata keçirildiyi və ehtiyac yarandığı halda müraciətə yenidən baxılacağı bildirilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli qiymətləndirilir, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın hər hansı bir fiziki və ya hüquqi şəxslə tərcümə sahəsində əməkdaşlıq etməsi və ya müqavilə bağlaması onun qanunvericilikdən irəli gələn bir başa diskresion səlahiyyətidir. Məhkəmə tərəfindən yalnız inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlamaq səlahiyyəti vardır. Hazırki iddia tələbi də bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialarmümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunan mübahisə inzibati xarakterli olmadığından, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Bu baxımdan, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmamalı və həll edilməməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianının inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3190/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.