Məhkəmə qərarları › İş №2-1(106)-436/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-436/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-436/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(120)-256/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı adın Dövlət Aktına əlavə edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciə edərək, adının torpağa mülkiyyət hüququna dair JN-246 nömrəli dövlət aktında mülkiyyətçilər sırasına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirxxxxxxx Şirvan İnzibati Məhkəməsinin (hakim PxxxxxxxQurbanova) 24 fevral 2025-ci il tarixli, 2-1(120)-256/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdırxxxxxxx Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının uzun müddətdir ki, mübahisəli qərardan və Dövlət Aktından məlumatı vardırxxxxxxx Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, X3 Komissiyasının torpaq islahatına başlaması ərəfəsində ailə üzvləri 6 nəfərdən ibarət idixxxxxxx 1998-cı ildə kənddə torpaqların islahatı aparılan zaman ailə üzvlərinə ümumilikdə 1xxxxxxx23 ha torpaq sahəsi göstərən JN 246 nömrəli Dövlət Akt verilmişdirxxxxxxx Məhkəmə hesab edir ki, iddiaçının 1998-ci ildən indiyədək həmin qərardan və qərar əsasında tərtib edilmiş dövlət aktından məlumatsız olmağı ağlabatan hesab edilə bilməzxxxxxxx Odur ki, prosessual müddətin bərpasına dair ərizə təmin edilməmli, iddia mümkün sayılmamalıdırxxxxxxx Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdirxxxxxxx İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 Komissiyasının torpaq islahatına başlaması ərəfəsində ailə üzvləri 6 nəfərdən ibarət olmuşdurxxxxxxx 1998-ci ildə kəndlərində torpaqların islahatı aparılan zaman ailə üzvləri ilə ümumilikdə 1xxxxxxx23 ha torpaq sahəsi göstərən JN 246 nömrəli Dövlət Akt verilmişdirxxxxxxx Bu aktda şəhid olmuş qardaşı X1 görə “Torpaq islahatı haqqında” Azərbaycan Rspublİkasının Qanununun 14-cü maddəsinə əsasən ona şəhid ailəsi kimi iki pay, yəni 0xxxxxxx40 ha torpaq sahəsi verilmişdirxxxxxxx Belə nəticəyə gəlir ki, 1xxxxxxx23 ha torpaq sahəsi akt üzrə 5 nəfərin payına düşən torpaq sahəsidirxxxxxxx Bundan əlavə aktda adı olmayan İddiaçı pay torpaq sahəsi ayrılıb verilmişdirxxxxxxx Hal-hazırda həmin torpaq sahəsindən istifadə edirxxxxxxx Lakin ona verilən torpaq sahəsi İslahat komissiyasının torpaq payı verilən sıyahısına salınmasına baxmayaraq, JN 246 nömrəli Dövlət Aktında adı qeyd olunmamışdırxxxxxxx Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işin hallarına uyğun olmayan qərar qəbul etdiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin həmin məhkəməyə qaytarılmasını xahiş etmişdirxxxxxxx Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakının təmin etməmişdirxxxxxxx Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdirxxxxxxx Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxırxxxxxxx Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alırxxxxxxx Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidirxxxxxxx Belə ki, iddia ərizəsinin məzmunundan və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı adının onun ailə üzvlərinə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-246 nömrəli dövlət aktına əlavə edilməsini tələb edir və tələbinin qanuni əsası kimi islahat zamanı ona da faktiki olaraq torpaq payı verilməsini və həmin torpaq sahəsindən istifadə etməsini göstərmişdirxxxxxxx Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdırxxxxxxx Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tuturxxxxxxx Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədirxxxxxxx Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1xxxxxxx1, 1xxxxxxx3, 1xxxxxxx4 və 2xxxxxxx1-ci bəndləri)xxxxxxx 18 fevral 1995-ci il tarixdə qəbul edilmiş “Sovxoz və kolxozların islahatı haqqında” Qanun yerli və rayon aqrar islahat komissiyalarının səlahiyyət bölgüsünü müəyyən etmiş, o cümlədən 7-ci və 8-ci maddələrə əsasən əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü haqqında təkliflərin hazırlanması X3 komissiyalarının səlahiyyətlərinə aid edilmiş, həmin komissiyaların qərarlarına baxmaq və təsdiq etmək səlahiyyəti isə rayon aqrar islahat komissiyalarına verilmişdirxxxxxxx Başqa sözlə müvafiq ərazi üzrə əhalinin sayı, torpaq payının həcmi və pay alacaq subyektlərin dairəsi X3 komissiyaları tərəfindən hazırlanır və baxılması və təsdiq edilməsi üçün yuxarı komissiyaya təqdim edirlirxxxxxxx İşdə olan səlahiyyətli orqan tərəfindən təqdim edilmiş torpaq payı almaq hüququ olan subyektlərin dairəsindən görünür ki, iddiaçının ailə üzvlərinin adları 166-cı sırada qeyd edilmiş, lakin iddiaçının adı həmin siyahıda mövcud deyilxxxxxxx Belə olduğu təqdirdə iddiaçının adının Dövlət Aktına əlavə edilməsi üçün hüquqi əsas yoxdurxxxxxxx Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlsə də, iddianın mümkünlüyük şərtlərinə iddiaçının prosessual müddəti ötürməsi baxımından qiymət verməkdə haqlı olmamışdırxxxxxxx Belə ki, verilmiş tələb Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı yönəlməklə adın Dövlət aktına əlavə edilməsindən ibarətdir ki, bu, öhdəliyin icrası haqqında iddia növünə aiddir və bu iddialar üzrə prosessual müddətlər müəyyən edilməmişdirxxxxxxx Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçının prosessual müddəti üzrlü səbəbdən ötürməsi qənaətinə gəlinmiş olsaydı da belə, iddiaçı üçün ugurlu nəticə əldə etmək mümkün olmayacaqdıxxxxxxx Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının hüquqi marağı adının müvafiq sənədə əlavə edilməsindən ibarətdir ki, bu hüquqi prosedur onun adının ilkin siyahıda olması ilə şərtləndirilirxxxxxxx Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdırxxxxxxx Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsinxxxxxxx Şirvan İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(120)-256/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsınxxxxxxx Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilərxxxxxxx

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar