Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-437/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: doğum akt qeydində dəyişiklik edilməsindən imtina) Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2-1(120)-1708/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 2ƏNi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli 36 nömrəli doğum akt qeydində uşaq haqqında məlumatlar qrafasında düzəliş olunaraq, adının “Esmira”, doğum tarixinin “xx.xx.1962-ci il” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Salyan rayon Qarabağlı K/S tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli 36 nömrəli doğum akt qeydindəki məlumatlardan görünür ki, X4 xx.xx.1962-ci il tarixdə doğulmuş, atası X11, anası X2r. X10 filialı tərəfindən verilmiş Qarabağlı kənd ZDS İcraiyyə Komitəsinin 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, X5 581 nömrəli şəxsi təsərrüfatında ailə üzvləri arasında “X4”, şəxsin doğum tarixi isə “xx.xx.1962-ci il” qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 2ƏN tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli 36 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin adı “Ağabəyim”, doğum tarixi “xx.xx.1962-ci il” yazılmış və həmin akt qeydinin üzərində hər hansı dəyişiklik edilməsinə dair heç bir qeyd aparılmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.13-cü bəndinə uyğun olaraq ərizədə göstərilmiş il, eyni zamanda həmin ildən üç il əvvəl və üç il sonrakı dövr üzrə müvafiq vətəndaşlıq vəziyyəti akt qeydləri yoxlanılmış, lakin xx.xx.1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş doğum haqqında akt qeydi aşkar edilməmişdir. Bundan başqa, görülmüş tədbirlər zamanı uşaq haqqında məlumatlar qrafasında şəxsin doğum günü və adı istisna olmaqla doğum yeri, doğum ili və ayı, ata və ana barədə məlumatlar eyni olan doğum akt qeydi ünvan 2ƏN-i tərəfindən tərtib edilmiş 1962-ci ilə aid vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında aşkarlanmış, lakin həmin xx.xx.1962-cü il tarixli 36 nömrəli akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin adı “Ağabəyim”, doğum tarixi “xx.xx.1962-ci il” qeyd edilmişdir. Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 tərəfindən təqdim edilmiş doğum akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, həmin akt qeydi Cavabdeh tərəfindən təqdim edilmiş Salyan rayon Qarabağlı K/S tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli 36 nömrəli doğum akt qeydinin eynisidir. Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat Və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci ildə Salyan rayonunun Qarabağlı kəndində doğulmuş və doğumu ünvan 2ƏN tərəfindən dövlət qeydiyyatına alınaraq şəhadətnamə verilmişdir. Şəxsiyyətini təsdiq edən sənəd olan AZE0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi isə sonuncu dəfə ona xx.xx.2012-ci ildə Şirvan Şəhər Polis şöbəsinin PVŞV bölməsi tərəfindən verilmişdir. Qısa müddət öncə sənədləşmə işi ilə əlaqədar doğumu haqqında şəhadətnamə təqdim etməyinə zərurət yaranmışdır ki, həmin sənəd onda olmadığı üçün Cavabdehnə müraciət etmiş, lakin həmin qurumun arxivində doğumu barədə sənəd aşkarlanmamışdır. Bundan sonra yaşları çox olan ailə üzvlərindən əldə etdiyi məlumat əsasında məlum olmuşdur ki, əslində doğularkən ilkin halda adı “Ağabəyim” yazdırılmış, lakin bu adın yazılması digər ailə üzvəri tərəfindən narazılıqla qarşılandığı üçün müasir ad vermək məqsədilə icra nümayəndələrində ilkin şəhadətnamə geri qaytarılmaqla “Esmira” adı ilə yeni doğum haqqında şəhadətnamə alınmışdır. Nəticə etibarı ilə də bu səbəbdən doğumu barədə arxiv sənədində adı “Ağabəyim”, onda olan sənədlərdə isə adı “Esmira” yazılmışdır. Eləcə də digər törəmə və hüquqmüəyyənedici bütün sənədlərdə adı “Esmira”dır. Adının ilkin halda “Ağabəyim”, sonradan “Esmira” kimi yazılmasında isə onun heç bir təqsiri olmamış və ümumiyyətlə bu məsələdən qısa müddət öncə xəbərdar olmuşdur. 1962-ci ildə atası X9 ilə anası X1 birgə nikahından o, doğulmuş və onunla birgə doğulan əkiz bacı və ya qardaşı olmamışdır. Göstərdiyi bu fakt isə onu deməyə əsas verir ki, düzəliş olunmasını istədiyi doğum haqqında akt qeydi ona məxsus sənəd olmuş, lakin yuxarıda qeyd etdiyi səbəbə görə həmin arxiv sənədində adı “Ağabəyim”, ona verilmiş şəhadətnamədə isə adı “Esmira” yazılmışdır. Ona görə də hesab edir ki, doğumu haqqında akt qeydinə düzəliş olunmalı və ona yeni şəhadətnamə verilməlidir. Eyni zamanda şəxsiyyət vəsiqəsində, eləcə də bütün digər sənədlərində doğum günü “09” qeyd edilmişdir ki, bu səbəbdən doğum tarixində müvafiq düzəliş olunması zəruridir. Beləliklə, hazırda doğumu haqqında şəhadətnamənin olmaması ona qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır. Şirvan İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2-1(120)-1708/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, işin araşdırılması ilə bağlı Azərabaycn Respublikası Milli Arxiv İdarəsinə sorğu göndərilməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, 1962-ci ildə ev şəraitində doğulmuşdur. Sonda İddiaçı şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ … 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 166. Doğumun qeydə alınması qaydası 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 168. Doğum haqqında qeydiyyat 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” Bənd 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” Bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra-qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. ...
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə;
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanması qaydası və müddətləri”
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin (bundan sonra - qeydiyyat şöbələri və konsulluq idarələri) arxivlərin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq X3ndə saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı doğum akt qeydindəki doğum tarixinin və adının düzgün göstərilməməsi ilə bağlı, yəni doğum tarixinin “xx xxxxxx 1962-ci il” adının isə “Esmira” olması ilə bağlı sübut təqdim etməmiş, işin araşdırılması ilə də bu halın iddiaçının iddia etdiyi şəkildə olması təsdiqini tapmamış, əksinə xx.xx.1962-ci il tarixli 36 nömrəli doğum akt qeydindəki məlumatlardan görünür ki, X4 xx.xx.1962-ci il tarixdə doğulmuş, atası X11, anası X2r. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Belə ki, işin hallarından görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının adının və doğum darixinin digər sənədlərində onun doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir. Məhkəmələr tərəfindən verilmiş sorğulara cavab olaraq Salyan rayon Qarabağlı K/S tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli 36 nömrəli doğum akt qeydindəki məlumatlardan görünür ki, X4 xx.xx.1962-ci il tarixdə doğulmuş, atası X11, anası X2r. X10 filialı tərəfindən verilmiş Qarabağlı kənd ZDS İcraiyyə Komitəsinin 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, X5 581 nömrəli şəxsi təsərüffatında ailə üzvləri arasında “X4”, şəxsin doğum tarixi isə “xx.xx.1962-ci il” qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 2ƏN tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli 36 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin adı “Ağabəyim”, doğum tarixi “xx.xx.1962-ci il” yazılmış və həmin akt qeydinin üzərində hər hansı dəyişiklik edilməsinə dair heç bir qeyd aparılmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.13-cü bəndinə uyğun olaraq ərizədə göstərilmiş il, eyni zamanda həmin ildən üç il əvvəl və üç il sonrakı dövr üzrə müvafiq vətəndaşlıq vəziyyəti akt qeydləri yoxlanılmış, lakin xx.xx.1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş doğum haqqında akt qeydi aşkar edilməmişdir. Bundan başqa, görülmüş tədbirlər zamanı uşaq haqqında məlumatlar qrafasında şəxsin doğum günü və adı istisna olmaqla doğum yeri, doğum ili və ayı, ata və ana barədə məlumatlar eyni olan doğum akt qeydi ünvan 2ƏN-i tərəfindən tərtib edilmiş 1962-ci ilə aid vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında aşkarlanmış, lakin həmin xx.xx.1962-cü il tarixli 36 nömrəli akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin adı “Ağabəyim”, doğum tarixi “xx.xx.1962-ci il” qeyd edilmişdir. Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 tərəfindən təqdim edilmiş doğum akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, həmin akt qeydi Cavabdeh tərəfindən təqdim edilmiş Salyan rayon Qarabağlı K/S tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli 36 nömrəli doğum akt qeydinin eynisidir. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi “sonrakı sənədlər” ilkin doğum haqqında akt qeydində səhv olması nəticəsinə gəlməyə əsas vermir. Eyni zamanda işin araşdırılması nəticəsində iddiaçının sonradan adının və doğum tarixinin dəyişdirilməsi ilə bağlı hər hansı akt qeydi aşkar edilməmişdir. Həmçinin, iddiaçının sonrakı sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır. Kollegiya apellyasiya şikayətinin dəlili olan - işin araşdırılması ilə bağlı Azərabaycn Respublikası Milli Arxiv İdarəsinə sorğu göndərilməməsinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanması qaydası və müddətləri”nin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin (bundan sonra - qeydiyyat şöbələri və konsulluq idarələri) arxivlərin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq X3ndə saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir. Məhkəmə tərəfindən səlahiyyətli dövlət orqanlarına sorğu verilərək iddiaçı barəsində tərtib edilmiş doğum akt qeydi əldə edilmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2-1(120)-1708/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.