Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-439/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu, Hüseynov Fikrət Cilingir oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyəti ilə bağlı fikir ayrılığına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi (əldən çıxmış faydaya) ziyana görə 6000 manat, mənəvi ziyana görə 5000 manat, ümumilikdə 11000 manat məbləğində pul vəsaitinin kompensasiya qismində cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Birinci instasiya məhkəmələrində icraat: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-15886/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bu zaman məhkəmə hesab etmişdir ki, iddia “inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” növündə (İPM-in 2.2.7) iddiaya aiddir, ona görə işin aidiyyəti İPM-in 8.1.4-cü maddəsi tətbiq edilməklə cavabdehin yerləşdiyi yerin ünvanı üzrə inzibati məhkəmədə baxılmalıdır. Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidi olduğu üçün hazırkı işə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Şirvan İnzibati Məhkəməsinin e-2-1(120)-2396/2025 saylı xx.xx.20225-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bu zaman məhkəmə İPM-in 8.1.4-cü maddəsinə istinad edərək hesab etmişdir ki, cavabdeh inzibati orqan hüquqi ünvanı AZ-1119, ünvan 2şdiyindən İPM-in 8.1.4-cü maddəsinin tələbi baxımından iş üzrə səlahiyyətli məhkəmə Şirvan İnzibati Məhkəmə deyil, Bakı İnzibati Məhkəməsidir. Apellyasiya instansiyası məhkəməsində icraat və tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri Nizami rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- Məcəllənin) 9.1-ci və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Məcəllənin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Məcəllənin 16.3-cü maddəsinə əsasən bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Baki İnzibati Məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, məhkəmələr arısında fikir ayrılığının yaranmasına səbəb İPM-in 8.1.4-cü maddəsində göstərilmiş “cavabdehin yerləşdiyi yer” ifadəsinin anlamı ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehin yerləşdiyi yerin ünvanı Laçın rayonu hesab edilmişdir. Şirvan İnzibati məhkəməsi tərəfindən isə cavabdehin yerləşdiyi yer (hüquqi ünvanı) AZ-1119, ünvan 6kı İnzibati Məhkəməsi tərəfindən baxılması qənaətinə gəlinmişdir. Kollegiya İPM-in 8.1.4-cü maddəsində göstərilmiş “cavabdehin yerləşdiyi yer” ifadəsinin anlamı ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinin 343-41/2-200/25 №-li xx.xx.2025ci il tarixli məktubunun üzərindəki qeyddən görünür ki, cavabdeh orqan Bakı şəhərində (AZ-1119, Bakı şəhəri, C.Naxçıvanski küçəsi 68) yerləşərək, fəaliyyət göstərir, onun Laçın rayonu ilə yerləşmə baxımından fəaliyyəti yalnız adının “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsi” ilə bağlıdır. Qanunvericilik isə aidiyyət məsələsində “hüquqi şəxsin yerləşdiyi” yeri onun adı ilə deyil, daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer ilə əlaqələndirmişdir. Mübahisə olunmayan hal isə ondan ibarətdir ki, cavabdeh Bakı şəhərində (AZ-1119, Bakı şəhəri, C.Naxçıvanski küçəsi 68) yerləşərək, fəaliyyət göstərir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci və 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-439/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-439/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver