Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-440/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X14 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarına əsasən, alqısatqı yolu ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(120)-170/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarına əsasən ona alqı-satqı yolu ilə satılmış 0, 20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1408/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1408/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi üzrə "İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarına əsasən, alqı-satqı yolu ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-170/2024 nömrəli qərardadı ilə Bəhrəmtəpə qəsəbə bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinin 20 iyun 2004-cü il tarixli 04 saylı qərarına əsasən həmin bələdiyyənin mülkiyyətində olan boş torpaq sahəsindən 0,20 ha torpaq sahəsinin alqı-satqı qaydasında ona verilməsi qərara alınmış, həmin toıpaq sahəsinin ölçüsü və planı hazırlanmış, akt tərtib edilərək torpaq sahəsi naturada ona təhvil verilmişdir. Torpaq alqı-satqısına dair akt Azərbaycan Respublikası DTXK-nin İmişli rayon şöbəsində qeydiyyata alınmış, diqqətsizlikdən qeydiyyat nömrə rəqəmi göstərilməmişdir. Lakin rayon torpaq şöbəsinin həmin torpaq sahəsi ilə bağlı arayışı, xəritəsi və rəyi vardır. Həmin torpaq sahəsində ev tikib ailə üzvləri ilə yaşayır. Bu fakt bələdiyyə sənədləri icra nümayəndəliyinin 3166 saylı arayışı ilə təsdiq olunur. Həmin torpaq sahəsi onun sahibliyidədir, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüquq yalnız ona məxsusdur. Buna heç bir fiziki və hüquqi şəxsin mübahisəsi yoxdur. O həyətyanı torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinin 6 saylı Ərazi İdarəsindən mülkiyyət sənədi almaq üçün müraciət etdikdə xx.xx.2022 tarixli, **********90 saylı arayışla bildirdilər ki, torpaq alqı-satqı aktında rayon torpaq şöbəsində qeydiyyatın tarixi və nömrəsi yoxdur. Hazırda torpaq şöbəsi ləğv edildiyindən həmin yanlışlığı məhkəmədən kənar düzəltmək mümkün deyildir. Həm də cavabda göstərilmişdir ki, həmin sahə meşə fonduna aiddir. Halbuki X10 təsərrüfatı mərkəzinin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib və rəsmi məktub verilmişdir ki, ərazi meşə fonduna aid deyildir. Ona izah olundu ki, daşınmaz əmlaka mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilər.Bu faktı şahidlər də təsdiq edə bilərlər. Həmin torpaq sahəsinə başqa heç bir orqandan sənəd almması mümkün deyildir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış və baxış zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsi və X5 X9 ilə eyniləşdirilən zaman islahatın kompleks yerquruluşu xəritəsi və X5 X1 məlumatlarla müraciətinə əlavə etdiyi JN- 008A, KOD 90700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki məlumatlar arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsi və X5 X9 ilə eyniləşdirilən zaman həmin torpaq sahəsinin islahatın kompleks yerquruluşu xəritəsində və X5 Uçotu X3 mülkiyyətinə aid X12 ərazisində yerləşməsi müəyyən edilmişdir. Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilərək inventarlaşdırma işləri aparılmış fərdi yaşayış eyi müraciətinə əlavə etdiyi JN-00FA, KOD 90700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə göstərilən torpaq sahəsindən kənarda yerləşir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən “X12nın özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən aiqı-satqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi müikiyyətə verilə bilməz."Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1 -ci maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şırvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir. Odur ki, yuxarıda şərh olunanları, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9cu maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7 və 8-ci maddələrinə əsasən iddaçı İddiaçı 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərində qoyulması barədə iddiasına etiraz edir və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(120)-170/2024 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı ilə iddiaçı X7 ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması zamanı İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında ayrılmış ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq İmişli rayon İcra Hakimiyyətini Memarlıq və Tikinti şöbəsindən torpaq sahəsinin bu məqsədlə ayrılmasının məqsədə müvafiqliyi barədə rəy alınmadan torpaq sahəsinin alqı-satqı aktında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon Şöbəsinin rəyində tarix və qeydiyyat nömrəsi qeyd olunmadığı və torpaq ayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyat və ya arxiv surətlərinin olmadığı müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilən ekspert rəyində İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı Əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin elektron məlumat bazasında həmin ərazi bələdiyyə mülkiyyətində olmaqla tarlaqoruyucu meşə zolağı kimi qeyd alındığı və qeyd olunan 0.10 ha torpaq sahəsinin X5 X3 mülkiyyətində olmaqla X12 kateqoriyasına aid tikinti altında, fərdi yaşayış torpaq sahəsi kimi qeyd olunduğu bildirilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən X12 əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi məqsədləri üçün meşə təsərrüfatı orqanları, öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün X12nın təhkim olunduğu digər dövlət və qeyridövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər və X12 meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(120)-170/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(120)-170/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:
3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. 86-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il tarixli Qərarı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021cı il tarixli Qərarı.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçı tələbi (iddia tələbi dəqiqləşdirildikdən sonra) "İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarına əsasən, alqı-satqı yolu ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı Əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin koordinatları müəyyən edilmişdir, İddiaçı satılmış 0.10 ha torpaq sahəsi ayrılan zamanı 2004-cü ildə bələdiyyə mülkiyyətində olmaqla boş torpaq sahəsi olmuşdur. Ancaq, elektron məlumat bazasında həmin ərazi bələdiyyə mülkiyyətində olmaqla tarlaqoruyucu meşə zolağı kimi qeyd alınmışdır. Qeyd olunan 0.10 ha torpaq sahəsinin X5 X3 mülkiyyətində olmaqla X12 kateqoriyasına aid tikinti altında, fərdi yaşayış torpaq sahəsi kimi qeyd olunmuşdur. Ona görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə 18 may 2023-cü il tarixli **********96 saylı ünvanlanmış məktubda 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi barədə məlumat verilməsi üçün xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı 01 iyun 2023-cü il tarixli 3-14-27/2-217/2023 saylı cavab məktubunda qeyd olunan 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin Dövlət X12na aid olmaması qeyd olunmuşdur. İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin naturadakı yeri ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və həyətyanı torpaq sahəsi kimi istifadə olunur, 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi hal-hazırda fərdi yaşayış evi tikilməklə həyətyanı torpaq sahəsi kimi istifadə olunur, ona görə də təyinatına üzrə alqı-satqının predmeti ola bilər. İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004- cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin koordinatları üçüncü şəxsin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, göndərilmiş sorğu əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinin məhkəməyə məktub ünlanaraq göstərilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarına əsasən alqı-satqı yolu ilə 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyin qoyulmasına dair” icraatda olan inzibati işlə bağlı Mərkəzin əməkdaşları həmin əraziyə baxış keçirmiş, koordinatları vurulmuş və 2003-cü il meşə quruluşu xəritələrinə əsasən məlum olmuşdur ki, ərazi X10 Təsərrüfatı Mərkəzinin inzibati ərazisinə aid olmamaqla Dövlət X12na aid deyildir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********26 saylı məktubunda göstərilmişdir ki, qeyd olunan daşınmaz əmlakla bağlı təqdim sənədlərin araşdırılması zamanı İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında ayrılmış ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq İmişli rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən torpaq sahəsinin bu məqsədlə ayrılmasının məqsədə müvafiqliyi barədə rəy almadan torpaq sahəsinin alqı-satqı aktında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon Şöbəsinin rəyində tarix və qeydiyyat nömrəsi qeyd olunmadığı və torpaq ayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyat və ya arxiv surətlərinin olmadığı məlum olmuşdur. Məlumat üçün bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Qanununun 7.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericlilkə müəyyən ediiir. Daşınmaz əmlakın ünvanında İdarənin mütəxəssisləri tərəfindən yoxlama ölçü işləri aparılmadığından torpaq sahəsinin təyinatı və kommunikasiya xətlərinin mühafizə zolağında yerləşib və ya yerləşmədiyinə münasibət bildirilməsi mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası ununun 9.1.2-ci maddələrinin tələblərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla qeydiyyatı aparılır. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən müraciətinin icrasından imtina edilmişdir. İş materiallarında olan İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 №-li iclas protokolundan çıxarışda göstərilmişdir ki, İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini İddiaçı Bəhrəmtəpə İmişli yolunun sağ tərəfindəki 0.10 ha olmaqla həyətyanı torpaq sahəsi satılmaqla verilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı torpaq alqı-satqı üçün Bəhrəmtəpə bələdiyyəsinin hesabına 650.000 manat köçürmüşdür. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı Bəhrəmtəpə bələdiyyəsi tərəfindən Bəhrəmtəpə bələdiyyə ərazisində 0.10 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan 20 sentyabr 2004-cü il tarixli aktdan görünür ki, Bəhrəmtəpə bələdiyyəsinin sədri Qadir Əsgərov, İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Aydın Məmmədov, İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini İddiaçı akt tərtib edərək, Bəhrəmtəpə bələdiyyəsinin 04 saylı 20 iyun 2004-cü il tarixli qərarı ilə İddiaçı daimi istifadə üçün bələdiyyənin torpağından 0.10 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdirinin imzası ilə təsdiqlənmiş İddiaçı Bəhrəmtəpə bələdiyyəsi mülkiyyətindən ev tikmək üçün 0.10 ha torpaq sahəsinin ayrılması barədə rəydə göstərilmişdir ki, İddiaçısatılması nəzərdə tutulmuş torpaq sahəsi 1000 kv.m olmaqla Bələdiyyənin mülkiyyətinə aiddir və alqı satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi şərti yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 X2 Aydın Hüseyn oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli 27/1/A-009 nömrəli məktubunda göstərilmişdir ki, Mərkəzin mütəxəssisləri tərəfindən ərizədə qeyd olunan sahəyə baxış keçirilmiş, GPS aləti vasitəsi ilə koordinatları vurulmuş və məlum olmuşdur ki, ərazi X10 Təsərrüfatı Mərkəzinin inzibati ərazisinə aid olmamaqla X15 aid deyildir. İş materiallarında olan İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 02 №-li arayışda göstərilmişdir ki, İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 №-li iclas qərarına əsasən, onun mülkiyyətinə alqı-satqı yolu ilə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddia ərizəsi tərəfindən çıxarışın verilməsinə Bəhrəmtəpə bələdiyyəsi etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 27/1/82 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarına əsasən alqı-satqı yolu ilə 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyin qoyulmasına dair” icraatda olan 2-1(120)-1408/2022 saylı inzibati işlə bağlı Mərkəzin əməkdaşları həmin əraziyə baxış keçirmiş, koordinatları vurulmuş və 2003-cü il meşə quruluşu xəritələrinə əsasən məlum olmuşdur ki, ərazi X10 Təsərrüfatı Mərkəzinin inzibati ərazisinə aid olmamaqla Dövlət X12na aid deyildir. Odur ki, xx.xx.2022-ci il tarixdə saat 14:30-da Şirvan İnzibati Məhkəməsində təyin edilmiş iclasın nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 80 saylı məktubunda göstərilmişdir ki, İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1408/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/7882 nömrəliekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004cü il tarixli 04 saylı qərarı Əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004cü il tarixli 04 saylı qərarı Əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsi ayrılan zamanı (2004-cü ildə) bələdiyyə mülkiyyətində olmaqla boş torpaq sahəsi olmuşdur. Ancaq, elektron məlumat bazasında həmin ərazi bələdiyyə mülkiyyətində olmaqla tarlaqoruyucu meşə zolağı kimi qeyd alınmışdır. Qeyd olunan 0.10 ha torpaq sahəsinin X5 X3 mülkiyyətində olmaqla X12 kateqoriyasına aid tikinti altında, fərdi yaşayış torpaq sahəsi kimi qeyd olunmuşdur. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə 18 may 2023cü il tarixli **********96 saylı ünvanlanmış məktubda 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi barədə məlumat verilməsi üçün xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı 01 iyun 2023-cü il tarixli 3-14-27/2- 217/2023 saylı cavab məktubunda qeyd olunan 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin Dövlət X12na aid olmaması qeyd olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin naturadakı yeri ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. Qərardadın dördüncü sualı üzrə: İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Qərardadın beşinci sualı üzrə: İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı Əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi hal hazırda fərdi yaşayış evi tikilməklə həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Ona görə də təyinatına üzrə alqı-satqının predmeti ola bilər. Qərardadın altıncı sualı üzrə: İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin koordinatları üçüncü şəxsin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, İmişli rayon Bəhramtəpə bələdiyyəsinin 20 iyun 2004-cü il tarixli, 04 nömrəli iclas protokoluna əsasən İmişli rayon Bəhramtəpə kənd sakini İddiaçı Bəhramtəpə-İmişli yolunun sağ tərəfindən 0.10 ha olmaqla həyətyanı torpaq sahəsi satılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan qeyd olunan torpaq sahəsinin kompleks yerquruluşu xəritəsində və X5 Uçotu X3 mülkiyyətinə aid X12 ərazisində yerləşdiyini qeyd edərək müraciətin icrasından imtina etmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan İmişli rayon Bəhramtəpə bələdiyyəsinin 20 iyun 2004-cü il tarixli, 04 nömrəli iclas protokolu əsasında İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Həmçinin qeyd olunan sənədlərin (İmişli rayon Bəhramtəpə bələdiyyəsinin 20 iyun 2004-cü il tarixli, 04 nömrəli iclas protokolunun) qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Mülki Məcəllənin 139-1.1.1-ci və 139-1.1.5-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci, 8.0.5-ci və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, İmişli rayon Bəhramtəpə bələdiyyəsinin özünə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan xx.xx.2004-cü il tarixli, 04 saylı iclas protokolu həmin torpaq üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın əsas səbəbi kimi sözügedən torpaq sahəsinin X12 ərazisində yerləşməsi göstərilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 22 noyabr 2023-cü il tarixli, 10/7882 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin Dövlət X12na aid olmaması müəyyən edilmişdir. Həmçinin, işdə olan DT və XK-nin İmişli rayon şöbəsinin rəyindən görünür ki, satılması nəzərdə tutulmuş torpaq sahəsi 1000 kv.m. olmaqla İmişli rayon Bəhramtəpə bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi şərti yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Tədqiq olunan ekspert rəyindən göründüyü kimi iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata almaq istədiyi torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən zaman bələdiyyənin mülkiyyətində olması və torpaq sahəsinin yerləşdiyi ərazinin Dövlət X12na aid olmaması müəyyən edilmiş və həmin rəydə əks olunan məlumatlar işdə olan sübutlarla eynilik təşkil edir. Məhkəmə kollegiyası tədqiq olunan həmin ekspert rəyi ilə bağlı onu da qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən 22 noyabr 2023-cü il tarixli, 10/7882 nömrəli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir. Beləliklə də işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, nəzərdə tutulan torpaq sahəsinin həmin məqsəd üçün satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Odur ki, 2006-cı ildə torpaq sahəsinin bələdiyyə mülkiyyətində oması və satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin Dövlət X12na aid olması barədə cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək torpaq sahəsinin dəyərini ödəmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 20 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(120)-170/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.