Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-441/2024 17.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X4, İddiaçı1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(120)-65/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 Hafiz oğlunun, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X5 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin mərhum X7 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-46/2023 nömrəli, 21 may 2024-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur. İİ. Apellyasiya şikayətinin dəlilləri: - X2 məxsus torpaq sahəsinin Aqrar İslahat aparılan zamanı bələdiyyə mülkiyytində olan torpaq sahəs kimi qeyd olunduğundan həmin torpaq sahəsinin ümumi ölçüsü barədə məlumat verilməsi və sənədləşdirilməsinə köməklik edilməsi barədə daxil olmuş 18 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən İdarəyə təhvil verilmiş arxiv əsaslarında saxlanan məlumatlara əsasən X2 adına hər hansısa daşınmaz əmlakın ayrılmadığı məlum olmuşdur. -Məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən torpaq sahəsinin baza məlumatlarında olan yerqurluşu planında bələdiyyə mülkiyyəti kimi qeydə alınmış həyətyanı torpaq sahəsinin mövcud vəziyyətdə qonşu X6 həyətyanı torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşməsi qeyd edilmişdir. -X7 ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsinin yerləşməsi ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Qeyd olunan əsaslara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən sözügedən torpaq sahələrinin hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı1 iddia tələbinin əsaslarını müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli qərarının qüvvəsində saxlanımasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. -Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). -Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas təsbit olunmuşdur. -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. -Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. -“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” üzrə 2.3-cü bəndin redaksiyası “2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış;” kimi verilmişdir. -“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 1.2-ci bəndinə əsasən bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. -Həmin Təlimatın 8.3. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilə bilər: -8.3.1. arayışın alınması üçün ərizə bu Təlimatın 1.2-ci bəndində göstərilmiş şəxslər tərəfindən verilmədikdə; -8.3.2. məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -İddiaçı tərəfin hüquqi mənafeyi işin hallarına əsasən pozulmuşdur. Belə ki, yuxarıda qeyd olunan Fərmandan da göründüyü kimi, daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdən biri də, yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfat başına kitablardan çıxarışdır. -İddiaçı tərəfin sübut kimi təqdim etdiyi Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 167 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, arxivdə saxlanılan sabiq Ə.Bünyadov kolxozunun arayış xarakterli arxiv sənədləri yoxlanıldı. Yoxlama zamanı məlum olmuşdur ki, 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X5 adına 0.20 ha həyətyanı torpaq sahəsi olması barədə qeydiyyat var. ƏSAS: Ə.Bünyadov kolxozunun 1972-1973-ci illəri əhatə edən nömrə 1 Qaytanlanmış torpaq kitabı səhfə 42 sətir 487. Qeyd olunan arayışdan göründüyü kimi, mərhum Əjdər Zeynalovun fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi 1972-1973-cü illərdə ona əvəzsiz istifadə üçün verilmişdir. Bundan başqa iş materiallarından məlum olur ki, İddiaçı1 05 mart 2021-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi alması üçün Ağcabədi regional “Asan xidmət” mərkəzinə müraciət etmişdir. Belə ki, 03 iyun 2021-ci il tarixli “Elektron notariat” X1 Çıxarışdan (Ağcabədi regional “ASAN xidmət” mərkəzində notartiat ofisi) görünür ki, İddiaçı1 03 iyun 2021-ci il tarixdə X5 qanun üzrə vərəsəsi hesab edilmişdir. -“Torpaq islahatı haqqında” Qanunun 9 və 10-ci maddələrinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi- vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsı qaydasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qanunun qeyd olunan maddələrində və Prezidentin 07 aprel 2022-ci il tarixli Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsində edilmiş dəyişikliklə müəyyən edilmiş halları hazırkı mübahisəyə tətbiq edərkən, aşkar görünür ki, mərhum Əjdər Zeynalovun istifadəsində olmuş 0,20 ha həyətyanı torpaq sahəsi ona qanuni əsaslarla verilmişdir. Əjdər Zeynalov 02 avqust 1984-cü ildə vəfat etmişdir və iddiaçı tərəfin onun qanun üzrə vərəsələrinin olması, eləcə də atadan miras qalmış fərdi yaşayış evində yaşama, mülkiyyətçi statusu ilə sahiblik və istifadə edilmə halının mövcudluğu mübahisəli hal deyil. Belə olan halda “Torpaq islahatı haqqında” Qanunun tələblərinə əsasən iddiaçıların qeyd olunan torpaq sahəsini əvəzsiz olaraq özəlləşdirmək hüquqları olmuşdur. Həmin torpaq sahəsi hal-hazırda bələdiyyə mülkiyyətində olması kimi görünsə də, istinad edilən Qanun 16 iyul 1996-cı il tarixdən qüvvədə olmaqla, torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalarını müəyyən etmiş, dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilmişdir. Göründüyü kimi, Qanunun xüsusi mülkiyyətə aid etdiyi torpaq sahələri sonradan bələdiyyə mülkiyyətinə aid edilə bilməz. Qanunun 10-ci maddəsinin tələbi budur ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə əvəzsiz olaraq verilmişdir «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X9rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. Nəzərə alınmalıdır ki, daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra- “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) və digər qanunvericilik aktlarında müəyyən edilmişdir. Qanunverici mülkiyyət hüququnun təminat mexanizmini məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ilə şərtləndirmişdir. Həm dövlət, həm də mülkiyyətçinin mənafelərinin qorunması baxımından daşınmaz əmlaka dair məlumatların vahid dövlət reyestrində qeydiyyatı zəruridir. Şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı nəticə etibarı ilə bu hüququn pozulmasının qarşısının alınmasına xidmət edir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir. Məhkəmə kollegiyasının mövqeyinə uyğun olaraq qeyd olunmalıdır ki, göstərilənlər cavabdeh tərəfin “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən İdarəyə təhvil verilmiş arxiv əsaslarında saxlanan məlumatlara əsasən X2 adına hər hansısa daşınmaz əmlakın ayrılmadığı məlum olmuşdur” imtina əsasını təkzib edir. Cavabdeh tərəfin apellyasiya şikayətinin digər dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən Sabiq Ə.Bünyadov kolxozunun 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X5 adına olan 0.20 ha həyətyanı torpaq sahəsi faktiki olaraq oğlu İddiaçı1 və ailə üzvlərinin istifadəsindədir. Sabiq Ə.Bünyadov kolxozunun 1972-1973cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X5 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin (hal-hazırda oğlu İddiaçı1 və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi) koordinatları üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd: Baza məlumatlarında olan kompleks yerquruluşu planında bələdiyyə mülkiyyəti kimi qeydə alınmış həyətyanı torpaq sahəsi mövcud vəziyyətdə qonşu X6 həyətyanı torpaq sahəsinin sərhədləri üst-üstə düşsə, də faktiki halda naturada həyətyanı torpaq sahələrinin üst-üstə düşməsi halı yoxdur. Nəzərə alınmalıdır ki, nə qədər ki, iddiaçı tərəfin sübutlarının həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir, onun iddiasını əsaslı edən arxiv arayışı mötəbər hesab olunmalıdır. Bununla bağlı əlavə sənədlərin və ya məlumatların tələb olunması yolverilməzdir. Göründüyü kimi arayışın verilməsindən imtina üçün əsaslar müəyyən olunmur, aşkar haldır ki, cavabdeh tərəfin mövqeyi qanunsuzdur və bu hal “İnzibati icraat haqqında” Qanunun ümumi (qanunçuluq və digər) prinsiplərini pozma kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası bu növ müraciətlərdən əsassız imtinalara tənqidi yanaşır və xüsusilə qeyd edir ki, vətəndaşların qanuni mənafelərinin pozulması halı uzun müddət davam etməklə yanaşı, məhkəmə mübahisələrinin də yaranmasına səbəb olur. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(120)-65/2024 saylı qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-441/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-441/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver