Məhkəmə qərarları › İş №2-1(106)-441/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-441/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-441/2025 12.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxslərin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X27 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X21, X4, X5, X6, X14, X8, X2, X15, X10, X11 və X16 Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evindən qediyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 2-1(120)-1543/2025 nömrəli qərarından üçüncü şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Seriya RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 208.9 kvadrat metr olan fərdi yaşayış evi və 0.0136 hektar torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, X33, X17, X18, X19, X28, X22, X12, X29, X24, X25 və X1 şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evində qediyyatdadırlar. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə üçüncü şəxslərin istifadə hüququ barədə məlumat aşkar edilməmişdir. Salyan Rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, X33, X17, X18, X19, X28, X22, X12, X29, X24, X25 və X1 şəhəri, M.Dadaşov küçəsi, ev 15 saylı ünvanda yaşayırlar. Salyan Rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilir ki, “...M.Dadaşov küçəsi, ev 15 saylı ünvana baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, 16 yanvar 2025-ci il tarixə M.Dadaşov küçəsi, ev 15 saylı ünvanda qeydiyyatda olan X28 və onun arvadı X25 yaşayırlar. M.Dadaşov küçəsi, ev 15 saylı ünvanda qeydiyyatda olan aşağıda adları qeyd olunan şəxslər həmin ünvanda yaşamırlar: X33, X17, X18, X19, X22, X12, X29, X24 və X30.” Salyan Rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilir ki, “...Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanına 10 may 2025-ci il və 23 may 2025-ci il tarixlərdə saat 9:51 radələrində baxış keçirilmişdir. Hər iki halda baxış zamanı ünvan 5 ünvanda kimlərin yaşayıb-yaşamamalarını müəyyən etmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, 23 sentyabr 2024-cü il tarixdə tərəfimizdən keçirilən baxış zamanı Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında qeydiyyatda olanların orada yaşadığı müşahidə olunmuşdur. 16 yanvar 2025-ci il tarixdə isə həmin ünvana baxış keçirilərkən Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında qeydiyyatda olan X14 və onun arvadı X11 ünvanda yaşadığı müəyyən olunmuşdur. 16 yanvar 2025-ci il tarixdə isə həmin ünvana baxış keçirilərkən Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında qeydiyyatda olan X21, X4, X7, X6, X8, X3, X10, X15 və X16 həmin ünvanda yaşamadıqları müəyyən olunmuşdur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 208.9 kvadrat metr olan fərdi yaşayış evi və 0.0136 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Üçüncü şəxslər ilə qohumluq və ailə münasibətləri yoxdur. Onların pasport qeydiyyatında qalmaları onun mülkiyyət hüququnu məhdudlaşdırır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etməmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 2-1(120)-1543/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia qismən təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs X17 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və yaşayış yeri üzrə qeydiyyatının bərpa edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Mübahisələndirilən qərar maddi və prosessual hüquq normaları pozulmaqla qəbul olunmuşdur. İddia ərizəsi və əlavə olunmuş sənədlər ona təqdim edilməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Qərar qanuni qüvvəyə minməmiş icra edilmiş, iddia valideynləri X28 və anası X20 münasibətdə təmin edilməsədə, onlar da fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmışdılar. Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən arayış verilmişdir ki, guya o, həmin ünvanda yaşamır. Halbuki, elə valideynləri elə məhz həmin ünvanda yaşayır. Nümayəndəlik saxta sənəd təqdim etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, X17 ailə həyatı qurmuş və həyat yoldaşı ilə başqa ünvanda yaşayır. Üçüncü şəxs şikayətində göstərmişdir ki, “...Salyan Rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən elə arayış verilmişdir ki, guya o, həmin ünvanda yaşamır. Halbuki, elə valideynləri elə məhz həmin ünvanda yaşayır.” Göründüyü kimi şəxs şikayətində belə həmin ünvanda yaşadığını qeyd etməmiş, sadəcə valideynlərinin həmin ünvanda yaşadığını bildirmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 208.9 kvadrat metr olan fərdi yaşayış evi və 0.0136 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən fərdi yaşayış evində X28 və onun arvadı X25 yaşayırlar. X17 isə illər əvvəl ailə həyatı qurmuş və ailəsi ilə birgə başqa ünvanda yaşayırlar. Sonda İddiaçı şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Mülkiyyət hüququ İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. ... Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ... Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Maddə 10. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenumunun Qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni (şikayət verən şəxsə münasibətdə) onun mübahisəli fərdi yaşayış evində yaşamamasına və qeydiyyatının formal xarakter daşımasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 208.9 kvadrat metr olan fərdi yaşayış evi və 0.0136 hektar torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edilən daşınmaz əmlaklar üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli seriya AN-İ ******* saylı “Daşınmaz əmlakın alğısatqı müqaviləsi” olmuşdur. "xxxx" ASC-nin isə qeyd edilən əmlakların üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas isə 27 yanvar 2017-ci il tarixli 06/02 saylı “Hərracın yekunları barədə protokol” olmuşdur. Daşınmaz əmlakların hərrac vasitəsi ilə satılmasına səbəb isə Salyan Rayon Məhkəməsi tərəfindən 12 iyul 2016-cı il tarixdə verilmiş 13 may 2016-cı il tarixli 2(057)-870/2016 saylı icra vərəqəsi olmuşdur. Salyan Rayon Məhkəməsi tərəfindən 12 iyul 2016-cı il tarixdə verilmiş 13 may 2016cı il tarixli 2(057)-870/2016 saylı icra vərəqəsindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi - "xxxx" ASC-nin cavabdehlər X23 və X20 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka hüquqlarının itirilməsinə dair iddiasının təmin edilməsi, X13 7329,43 manat əsas borc, 1911,38 manat faiz borcu, cəmi 9240,81 manat məbləğində borcun tutularaq "xxxx" ASC-yə verilməsi, tutmanının Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə X23 məxsus olan, Salyan rayonu, M.Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Salyan rayonu, M.Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 36000 manat müəyyən edilməsi, həmin evin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin cavabdeh X23 verilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra orada yaşayan X14 və X11 ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin ən geci 1 ay ərzində könüllü olaraq tərk etmədikləri halda, həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılması ilə bağlı icra sənədi verilmişdir. Qeyd edilən qətnamənin 2-ci səhifəsində göstərilir ki, “...X11 notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, o, X23 məxsus olan Salyan rayonu, M.Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmasına razıdır. İpotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qetd-şərtsiz tərk etməyi (boşaltmağı) və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. 07 fevral 2013-cü il tarixli notarial qaydada təsdiqlənmiş ipoteka müqaviləsindən görünür ki, 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcalan X28 tərəfindən müqavilədə göstərilən öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin, ipotekaya verilmiş əmlakın saxlanması və salamatlılığı üçün Bankın zəruri xərclərinin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün ipoteka qoyan qismində X14 tam mülkiyyətində olan Salyan rayonu, M.Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi Bankda ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin dəyəri 36000 manat müəyyən edilmişdir.” Şikayət verən üçüncü şəxs mübahisəli fərdi yaşayış evində faktiki olaraq yaşamır, fərdi yaşayış evinə və torpaq sahəsinə onun hər hansı hüquqla əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Kollegiya - Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən arayış verilmişdir ki, guya o, həmin ünvanda yaşamır. Halbuki, elə valideynləri elə məhz həmin ünvanda yaşayır. Nümayəndəliyin saxta sənəd təqdim etməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, yuxarıda qeyd edildiyi kimi mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin üzərində mülkiyyət hüququnun yaranmasının kökündə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi durur. Belə ki, Bankdan alınmış kreditin qaytarılması barədə öhdəliyi üçüncü şəxsin atası (X28) yerinə yetirməmiş, icra sənədinin icrası ilə daşınmaz əmlaklar ilkin olaraq "xxxx" ASC-nin, sonradan isə iddiaçının mülkiyyətinə keçmişdir. Borcalan Bankdan kredit götürərkən onun arvadı (üçüncü şəxsin anası) X25 notarial qaydada ərizə verərək, X23 məxsus olan Salyan rayonu, M.Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmasına razılığını bildirmiş, ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin həmin satıldıqda onu qetd-şərtsiz tərk etməyi (boşaltmağı) və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlanan zaman (xx.xx.2013-cü il) X4 (xx.xx.2001) 11 yaşı olmuşdur. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Salyan Rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilir ki, “...Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanına 10 may 2025-ci il və 23 may 2025-ci il tarixlərdə saat 9:51 radələrində baxış keçirilmişdir. Hər iki halda baxış zamanı ünvan 5 ünvanda kimlərin yaşayıb-yaşamamalarını müəyyən etmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, 23 sentyabr 2024-cü il tarixdə tərəfimizdən keçirilən baxış zamanı Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında qeydiyyatda olanların orada yaşadığı müşahidə olunmuşdur. 16 yanvar 2025-ci il tarixdə isə həmin ünvana baxış keçirilərkən Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında qeydiyyatda olan X14 və onun arvadı X11 ünvanda yaşadığı müəyyən olunmuşdur. 16 yanvar 2025-ci il tarixdə isə həmin ünvana baxış keçirilərkən Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında qeydiyyatda olan X21, X4, X7, X6, X8, X3, X10, X15 və X16 həmin ünvanda yaşamadıqları müəyyən olunmuşdur.” Kollegiya qeyd edir ki, üçüncü şəxs nümayəndə tərəfindən verilmiş arayışın mötəbərliyini mübahisələndirsədə, bununla bağlı məhkəməyə sübut təqdim etməmiş, işin araşdırılması ilə də həmin məsələyə (üçüncü şəxsin qeydiyyatda olduğu ünvanda yaşamamasına) kölgə salacaq bir hal müəyyən edilməmişdir. Əksinə, işdə olan sübutlar arayışın düzgünlüyünü bir daha göstərir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən göndərilmiş məhkəmə bildirişləri üçüncü şəxs X9 şəxsən onun qeydiyyatda olduğu Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvana göndərilsədə, heç bir bildiriş şəxsən onun tərəfindən qəbul edilməmiş, hər iki bildirişin xəbərnaməsində “digər qaydada” bildirişin təqdim edilməsi barədə qeyd aparılmışdır. Üçüncü şəxs faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşasaydı bildirişləri aparan poçt işçisi onları üçüncü şəxsə şəxsən təqdim edərdi. Üçüncü şəxs müvəqqəti yaşamaq üçün də başqa yerə getməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxs Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. İş üzrə belə bir hal da müəyyən edilmir. Kollegiya qeyd edir ki, üçüncü şəxs faktiki olaraq yaşamadığı və hər hansı hüquqla əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı fərdi yaşayış evində qeydiyyatdadır. Təbii ki, bu hal da mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasına səbəb olur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenumunun Qərarında göstərilir ki, “...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.” Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar ilə üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcud olmasının mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətləndirdiyi təqdirdə, hazırkı iş üzrə mübahisəli fərdi yaşayış evinə dair üçüncü şəxsin əmlak hüquqlarının mövcud olmaması ümumiyyətlə iddiaçının (mülkiyyətçinin) hüquqlarını məhdudlaşdırmamalıdır. Kollegiya - qərar qanuni qüvvəyə minməmiş cavabdeh tərəfindən icra edilməsinə və valideynlərinə münasibətdə iddia təmin edilməsədə, onların da fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər qərarın qanuniliyinə təsir etmir. Məhkəmə tərəfindən mübahisələndirilən qərar üzrə icra vərəqəsi verilməmiş, X23 və X20 münasibətdə iddia təmin edilməmişdir. Kollegiya üçüncü şəxsə bildirir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, şəxs özünün yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 2-1(120)-1543/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar