Məhkəmə qərarları › İş №2-1(106)-447/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-447/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-447/2025 20.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 fevral N0N5-ci il tarixli, N-1(1N0)-886/N0N5 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.N0N4-cü il tarixli, 1034 nömrəli xəstəlik haqqında şəhadətnaməyə dəyişiklik edilərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş həmin tarixli qərarı üzrə diaqnoz: “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıqqayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlığı. Soltərəfli çap qasıq yırtığına görə aparılmış herniotomiya,ernioplaslika cərrahi əməliyyatından (xx.xx.N0NN) sonrakı residiv yırtığı" “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". diaqnoz; “Barotravma (xx.xx.N0N0). ikitərəfli xroniki koxlcar nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqin iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə" “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qərarı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 13 fevral N0N5-ci il tarixli, N- 1(1N0)-886/N0N5 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən zaman fiziki və əqli cəhətdən sağlam olmuş, müharibəyə yararlı hesab edilmiş və N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgəri kimi hərbi xidmət keçmişdir. Yəni, sağlamlığı ilə bağlı və görmə, eşitmə ilə bağlı hər hansı şikayət və ya problem İİ Qarabağ Müharibəsi baş verən zamana kimi yaranmamış, səhhətindən şikayət etməmiş, obyektiv müayinələrinin nəticəsinə əsasən rayon çağırış komissiyasının qərarı ilə onun müddətli həqiqi hərbi xidmət keçməsi üçün heç bir məhdudiyyət müəyyən edilməmişdir. Hərbi Həkim Komissiyasının xx.xx.N0N3-cü il tarixli müayinə vərəqəsindən də görünür ki, oftolmoloq tərəfindən qeyd edilmişdir ki, iddiaçının şikayəti sol tərəfi görmə zəifliyindəndir. Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Odur ki, iddiaçı barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş diqnoz: “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıqqayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlığı. Soltərəfli çap qasıq yırtığına görə aparılmış herniotomiya,ernioplaslika cərrahi əməliyyatından (xx.xx.N0NN) sonrakı residiv yırtığı" səbəbli əlaqə-“Ümumi xəstəlikdir” olaraq deyil, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi göstərilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 44 günlük Vətən Müharibəsində N nömrəli hərbi hissədə xidmət etmiş və Vətən Müharibəsinin iştirakçısıdır. Vətən Müharibəsində iştirak edərkən, xx.xx.N0N0-ci il tarixdə döyüş əməliyyatları zamanı “Barotravma” xəsarəti almışdır. Travmanın alınma şəraiti N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0N3-cü il tarixli 478 nömrəli arayışı ilə təsdiq olunur. Travmadan bir ildən çox müddət keçdikdən sonra xx.xx.N0N1-xx.xx.N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Soltərəfli çəp qasıq yırtığı. Hepatosteatoz. Vertebrogen lumbalgiya. Soltərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqinin sol qulaqda 4 metr, sağ qulaqda 6 metr məsafədən eşitmə" diqnozu ilə müalicə olunmuşdur. xx.xx.N0N1-ci il tarixdə “Herniotomiya, hernioplastika” cərrahi əməliyyatı icra olunmuşdur. Həmin dövrdə oftalmoloq tərəfindən hər hansı bir xəstəlik aşkar edilməmişdir. Barotravma eşitmə orqanına dair xəsarətdir, görmə orqanına aid xəsarət növü deyildir. xx.xx.N0N3-cü il tarixdə o, X8 adına Milli Oftalmologiya Mərkəzində müayinə edilmişdir və ona “İşemik maklopatiya" dioqnozu qoyulmuş, xəstəliyin travma ilə əlaqələndirilməmişdir. xx.xx.N0N3cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinkasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, ona təyin edilmiş “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 1,0 olmaqla” dioqnozuna görə MN baş ofamoloqunun konsultasiyasından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəli’nin 30b, 35b maddəsinin İİİ qrafasına əsasən fərdi qaydada “Sıradankənar hərbi xidmətə yararlıdır” sayılmışdır. Xəstəliyin səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.N bəndinin ç) yarımbəndinə uyğun “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi təyin edilmişdir. O, N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0N3-cü il tarixli 1N7 nömrəli göndərişi ilə NN may N0N3-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, təyin edilmiş “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 1,0 olmaqla. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə” dioqnozuna görə MN baş ofamoloqunun konsultasiyasından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəli”nin 30b. 35b maddəsinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.” sayılmışdır. Guya özü tərəfindən xəstəliyinin səbəbini əlaqələndirə bilmədiyindən və gözündən hər hansı bir xəsarət almadığından xəstəliyin səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.N-ci bəndinin ç) yarımbəndinə uyğun “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş, rəy xx.xx.N0N3-cü il tarixli 5641 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilmiş. Xəstəlik haqqında şəhadətnamə xx.xx.N0N3-cü il tarixdə MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd etdiyi hallar MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmişdir. Lakin bütün bunlarla razılaşmır. Çünki komissiyadan keçəndə qeyd etmişdir ki, o, N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0N3-cü il tarixli 478 nömrəli arayışında qeyd edilmiş və “barotravma” xəsarətini xx.xx.N0N0-ci il tarixdə döyüş əməliyyatları zamanı almışdır. Həmin xəsarəti ağır artileriyanın partlama nəticəsində almışdır və bu barədə MN Mərkəzi Hərbi Həkim Komissiyasına bildirmişdir. Lakin onun dediklərini qeyd etməmişlər və qeyd etmişlər ki, guya MN Mərkəzi Hərbi Həkim Komissiyasından keçəndə özü tərəfindən xəstəliyin səbəbini əlaqələndirə bilməmiş və gözündən hər hansı bir xəsarət almamışdır. Cavabdeh iddiaya qarşı etiraz mülahizələrində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuiarın aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Əsasnamənin 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar,yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqlnda şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə,yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun.Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. İddiaçı xx.xx.N0N3-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi- həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Vertebrogen lumbalgiya, remissiya mərhələsində. Aşıqqayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın birincili dərəcəli boylama yastıayaqlılığı. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış herniotomiya, hernioplastika cərrahi əməliyyatdan (xx.xx.N0NN) sonrakı bərkimiş dəri çapığı” diaqnozu müəyyən edilmiş və Əsasnamənin “Xəstəliklər Cədvəli”nin “30 b”, “35 b" maddəsinin İİİ qrafası ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab olunmuş, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Tibbi ədəbiyyata əsaslanaraq demək olar ki, işemik makulopatiya torlu qişanın qan- damar sistemi vasitəsi ilə yetəri qədər qidalanmaması nəticəsində yarana bilər. Buna səbəb kimi mərkəzi retional vena trombozu, diabetik retinopatiya, uveitlər torlu qişanın qopması, qlaukoma, yeni törəmələr, miopik və yaşa bağlı dəyişiklikləri göstərmək olar. Bundan başqa kontuziya, qapalı kəllə-beyin travmaları, açıq kəllə-beyin travmaları zamanı gözün torlu qişasında “şüşəvari” cisimdə qansızmalar nəticəsində makula nahiyyəsində ödem əmələ gəlir, bu səbəbdən görmə surətlə zəifləyir və nəticədə işemik makulopatiya əmələ gələ bilir. Lakin İddiaçı yuxarıda qeyd olunan xəsarətlər müəyyən edilməmişdir. Barotravma nəticəsində isə işemik makulopatiyanın yaranması mümkün deyildir, bu barədə elmi ədəbiyyatda hər hansı məlumat yoxdur. “Barotravma” diaqnozu ümumi diqnozu ifadə edir. Hər bir boşluğu olan orqanın (qulaq, mədə, ağciyər, sidik kisəsi) barotravması ola bilər. Qulağın barotravması hərbi sursatın (mərmi) partlaması nəticəsində əmələ gələn hava dalğası nəticəsində törənən zədələri ifadə edir. Zərbə dalğası güclü olanda təbil pərdəsində rupturaya (dəlik) və ya onun tamamilə dağılmasına səbəb olaraq orta və daxili qulağa zərbə vura bilər. Bu halda qulaqda çox vaxt keçiçi olaraq eşitmə zəyifliyi ola bilər. Yüngül zədələnmələrdə sadəcə keçici olaraq təbil pərdəsində qızartı və ödem yarana bilər, hansı ki, 1 həftəyə sağalır. X4 dair N1,0N.N0N3-cü il tarixli 478 nömrəli travma haqqında arayışda onun hansı orqanının barotravma alması məlum deyil. Bundan başqa İddiaçı döyüşlərdən sonrakı 1 il ərzində qulağının xəstəliklərinə görə heç bir tibb müasisəsinə müraciət etməmişdir. Qulağın ağır eşitməsi ani olaraq da insanda yarana bilər. İddiaçı aldığı travmadan 1 il 4 ay keçdikdən sonra təqdim etdiyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli travma haqqında arayış Azərbaycan Respublikası Müdafiə nazirinin N008-ci il 14 mart tarixli 1N3 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində «Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 197-ci maddəsinin tələblərinə zidd olaraq verilmişdir. Belə ki, Təlimatın həmin maddəsinin tələbinə əsasən travma haqqında arayış travmanın alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir. Qeyd olunan travma haqqında arayışın hansı arxiv sənədlərinə (hərbi hissənin zədələnmələrin və travmaların qeydiyyatı kitabı, təhqiqat sənədləri, xidməti və ya inzibati araşdırma materialları və sairə) istinad edilərək verilməsi məlum deyildir. İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasından müayinələrdən keçərkən onda “Barotravma” diaqnozu müəyyən edilməmişdir. İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Odur ki, tələbin əsası yoxdur və bu səbəbdən də iddia mümkün sayılmamalıdırır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, N7 sentyabr N0N0-ci il tarixədək hər-hansı xəstəlikdən əziyyət çəkməmiş, xəsarət almamışdır. Bütün xəsarətləri döyüşlər zamanı almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -xx.xx.N0N4-cü il tarixli, 3-N5-19/N-83/N0N4 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdə Laçın rayonunda Azərbaycan Respublikası ərazi bütövlüyü uqrunda gedən döyüşlərdə xəsarət almışdır, siğorta məbləği 11000 manat müəyyən edilmişdir. -xx.xx.N0N3-cü il tarixli, 5641 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Hərbi Həkim Komissiyası İddiaçı barəsində qərara almışdır: Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 1,0 olmaqla. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış soltərəfli herniotomiya, hernioplastika (xx.xx.N0N1) cərrahı əməliyyatından sonrakı bərkimiş dəri çapığı. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfii neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Vertebrogen lümbalgiya, remissiya mərhələsində. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır."Xəstəliklər cədvəli” nin 30b, 35b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" yə qoşma) əsasən Sıradankənar hərbi xidmətə yararlıdır. -N saylı Hərbi Hissənin 478 saylı, xx.xx.N0N3-cü il tarixli travma haqqında arayışa əsasən, MAHHXHQ əsgər İddiaçı xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının işğal olunmuş torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı “Barotravma” xəsarəti almışdır. -N saylı Hərbi Hissənin N-ci tabor 4-cü bölüyün hərbi qulluqçusu MAHHXHQ əsgər İddiaçı İkinci Qarabağ müharibəsi zamanı zədələnməsi haqqında N418 saylı akta əsasən, N-ci tabor 4-cü bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan XN, 4-cü bölük Nci taqım komandirinin müavini gizir X1, 4-cü bölük 1-ci taqım 1-ci manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş X6, 4-cü bölük qumbaratan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X7 bu aktı tərtib edirik ondan ötrü ki, kamissiya üzvləri və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı ilə birlikdə İkinci Qarabağ müharibəsi zamanı eyni bölmədə xidmət etmişdir. Döyüş əməliyyatları zamanı xx.xx.N0N0-ci il tarixdə saat 17:00 radələrində Goranboy rayon Tapqaraqoyunlu kənd ərazisində yerləşən şərti adı “Yaltaxtı” olan ərazidə düşmənin artilleriya atəşi nəticəsində zərbə dalğası xəsarətini almış, özündən gedərək təqribi 30(otuz) dəqiqə müddətində yarı huşsuz vəziyyətdə uzadılmışdır. Özünə gəldikdən sonra hər hansı bir hospitala getməkdən imtina edərək döyüş əməliyyatlarında iştirak etməyə davam etmişdir. xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicədə olarkən “Soltərəfli xroniki koxlear nevrit, Soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqi sol qulaqda 4(dörd), sağ qulaqda 6(altı) metrə qədər məsafədə eşidilməsi ilə” diaqnozu qoyulmuşdur. xx.xx.N0N3-cü il tarixdə LOR-un müayinəsi zamanı “Sağ tərəfli xroniki irinli orta otit, sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli qarışıq tip ağıreşitmə” , xx.xx.N0N3-cü il tarixdə oftalmoloq müayinəsi zamanı "Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0.03-ə qədər azalması, sağ gözün görmə itiliyi 1.0 olmaqla” diaqnozu qoyulmuşdur. -xx.xx.N0N4-cü il tarixli, 1034 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı barəsində Hərbi Həkim Komissiyası qərara almışdır: diaqnoz: “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0.04-ə qədər azalması korreksiya etmir. Sağ gözün görmə itiliyi 1.0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıqqayıqvari oynaqların osteartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci dərəcəli boylama yastıayaqlılığı. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış herniotomiya hernioplastika cərrahi əməliyyatından (xx.xx.N0NN) sonrakı residiv yırtığı”. “Ümumi xəstəlikdir”, diaqnoz; “Barotravma (xx.xx.N0N0). ikitərəfli xroniki koxlcar nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqin iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə" “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məlumatında bildirilir ki, İddiaçı xx.xx.N0NN-ci il tarixindən müharibə veteranları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişdədir. -Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin məlumatında bildirilir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0NN-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar - gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş T609/N0N4 saylı, xx.xx.N0N4-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 1034 saylı, xx.xx.N0N4-cü il tarixli qərarında qeyd olunmuş “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0.04-ə qədər azalınması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1.0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci dərəcəli) boylama yastıayaqlılığı. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış hemiotomiya, hemioplastika cərrahi əməliyyatından (xx.xx.N0NN) sonrakı residiv yırtığı” və “Barotravma (xx.xx.N0N0), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 5 metr məsafədən eşitməsi ilə” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş, halhazırda da İddiaçı müşahidə edilir və hərbi xidmət dövrü ilə səbəbli əlaqəsi vardır. Birinci instansiya məhkəməsi öz qərarında haqlı olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.N0N0-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən zaman fiziki və əqli cəhətdən sağlam olmuş, müharibəyə yararlı hesab edilmişdir. Yəni, sağlamlığı ilə bağlı və görmə, eşitmə ilə bağlı hər hansı şikayət və ya problem İİ Qarabağ Müharibəsi baş verən zamana kimi yaranmamış, səhhətindən şikayət etməmiş, obyektiv müayinələrinin nəticəsinə əsasən rayon çağırış komissiyasının qərarı ilə onun müddətli həqiqi hərbi xidmət keçməsi üçün heç bir məhdudiyyət müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu yanaşmasını əsaslı hesab edir və əlavə olaraq qeyd edir ki, iddiaçının N saylı hərbi hissədə xidməti MAHHXHQ kimi xx.xx.N0N0-ci il tarixdən başlamış, Vətən Müharibəsinin başlanma tarixi isə N7 sentyabr N0N0-ci il tarixə (7 gün sonra) təsadüf edir. Həmin 7 gün ərzində iddiaçının hər-hansı xəstəlikdən əziyyət çəkməsi və ya travma alması ilə bağlı cavabdeh sübut təqdim etməmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı bütün xəsarətləri məhz Vətən Müharibəsi gedişində, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin: -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. ... 7.N. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ... c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ-İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. ... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.N-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. -7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.N-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin: -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-8N-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 fevral N0N5-ci il tarixli, N-1(1N0)-886/N0N5 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar