Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-449/2025 19.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********638200 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-3702/2024 saylı qərardadından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına (apellyasiya şikayətinə) məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********638200 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəməsinin gəldiyi nəticə: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mən İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********638200 nömrəli qərarı ilə qanunsuz və əsassız olaraq vergi ödəyicisi kimi riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişəm. Həmin qərarın surətini də hazırki ərizəmə əlavə edirəm. Həmin qərarda guya ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olmayan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluğun aşkar edildiyi göstərilmişdir. Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, vergi ödəyicisi kimi mənim fəaliyyətimdə heç bir uyğunsuzluq olmamış, eləcə də bugünə kimi tərəfimdən heç bir qanunsuz əməllərə yol verilməmişdir. Həmçinin sözügedən qərarda tərəfimdən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 29807,78 manat dəyərində “Antipas, elektrod, bolt, boru, bıçaq, kilid, qayka və.s" təqdim edildiyi və guya qeyd olunmuş malların abş və idxal fəaliyyətimdə müəyyən edilmədiyi üçün aparılmış əməliyyatların riskli hesab edildiyi bildirilmişdir. Bu isə tamilə qanunsuz və əsassızdır. Belə ki, sözügedən qərarda göstərilən xüsusatlar həqiqəti əks etdirmir və tamamilə formal xarakterli tərtib edilmişdir. Hətta deyərdim ki, həmin qərar məndən əvvəl hansısa vergi ödəyicisi üçün yazılıb və Vergi Orqanı eyni xüsusatları yaddan çıxararaq mənə aid olan hissədə dəyişdirmədən saxlayıb. Çünki göstərilən iradların heç birinin mənim fəaliyyətimlə əlaqəsi yoxdur. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirəm ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “vergi ödəyicisi kimi riskli vergi ödəyicisi hesab edilməyim və riskli vergi ödəyiciləri siyahısına daxil edilməyim** barədə 2022-ci ilin dekabr ayında qərar qəbul edilməsinə baxmayaraq həmin qərarın qəbul edilməsindən uzun müddət heç bir məlumatım olmamışdır. Bir müddət sonra riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilməyim mənə məlum olduqda xx.xx.2023-cü il tarixdə ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edərək riskli vergi ödəyicisi kimi tanınmağım barədə qərarın surətinin təxirəsalınmadan ərizəmdə qeyd etdiyim ünvana göndərilməsini xahiş etdim. Həmin ərizəmin və ərizənin göndərməsini təsdiq edən poçt qəbzinin surətini də hazırki ərizəmə əlavə edirəm. Bundan sonra xx.xx.2023-cü il tarixdə həmin qərar elektron formada İnternet Vergi İdarəsi üzərindən mənim şəxsi elektron kabinetimə göndərilmişdir. Həmin qərarın mənim şəxsi elektron kabinetimə xx.xx.2023-cü il tarixdə göndərilməsini təsdiq edən elektron sistemdən çıxarışı da hazırki ərizəmə əlavə edirəm. Təkrar qeyd edim ki, həmin qərar tamamilə qanunsuz və əsassızdır. Sözügedən qərada vergi ödəyicisi kimi riskli vergi ödəyicisi hesab edilməyim üçün göstərilmiş faktlar həqiqəti əks etdirmir, həmin faktlar formal xarakterlidir. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, tərəfimdən heç bir qanun pozuntusuna yol verilməmiş, vergi ödəyicisi kimi fəaliyyətimdə heç bir uyğunsuzluq olmamışdır. Hesab edirəm ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********638200 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Buna görə də hazırki ərizəmlə Sizə müraciət edirəm. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. AR Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. AR Vergi Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicisinə qanunsuz hərəkətləri nəticəsində vurduqları ziyana görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.2-ci maddəsinə əsasən Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara(müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim tərəfindən imzalanır. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən İnzibati mübahisəyə baxılması və ona dair qərarın qəbul edilməsi ilə əlaqədar hakimin birbaşa və ya dolayı göstərişlər gözləməsi və ya belə göstərişləri qəbul etməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən hazırki ərizəni nəzərə alıb İddiaçı (VÖEN **********) vergi ödəyicisi kimi riskli vergi ödəyicisi hesab edilməyim və riskli vergi ödəyiciləri siyahısına daxil edilməyi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********638200 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-3702/2024 saylı qərardadı ilə (hakim Ş.Musayev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-3702/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəfimdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********638200 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, məhkəmədən mənim (İddiaçı (VÖEN **********)) vergi ödəyicisi kimi riskli vergi ödəyicisi hesab edilməyim və riskli vergi ödəyiciləri siyahısına daxil edilməyim barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli 22060204ə0638200 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsin 2-1(120)-3702/2024 saylı, 23 dekabr 2024-cü i tarixli qərardadı ilə tərəfimdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı verilmiş ‘'xx.xx.2022-ci il tarixli, **********638200 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiamın mümkün sayılmaması qərara alınmışdır. Lakin aşağıdakı xüsusatlardan dolayı hesab edirəm ki, Şirvan İnzibati Məhkəməsin 2-1(120)-3702/2024 saylı, 23 dekabr 2024cü il tarixli qərardadı tamamilə qanunsuz və əsassızdır. İlk öncə onu bildirmək istəyirəm ki, Şirvan İnzibati Məhkəməsinin hakimi hazırki iş üzrə aşağıda qeyd edəcəyim mühüm əhəmiyyət kəsb edən faktiki halları düzgün araşdırmamış, qeyd etdiyim xüsusatlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz bir qərardad qəbul etmişdir. Qeyd edim ki, mən İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********638200 nömrəli qərarı ilə qanunsuz və əsassız olaraq vergi ödəyicisi kimi riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişəm. Həmin qərarda guya ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olmayan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluğun aşkar edildiyi göstərilmişdir. Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, vergi ödəyicisi kimi mənim fəaliyyətimdə heç bir uyğunsuzluq olmamış, eləcə də bugünə kimi tərəfimdən heç bir qanunsuz əməllərə yol verilməmişdir. Həmçinin sözügedən qərarda tərəfimdən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 29807,78 manat dəyərində “Antipas elektrod, bolt, boru, bıçaq, kilid, qayka və.s” təqdim edildiyi və guya qeyd olunmuş mallardın alış və idxal fəaliyyətimdə müəyyən edilmədiyi üçün aparılmış əməliyyatların riskli hesab edildiyi bildirilmişdir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, sözügedən qərarda göstərilən xüsusatlar həqiqəti əks etdirmir və tamamilə formal xarakterli tərtib edilmişdir. Hətta deyərdim ki, həmin qərar məndən əvvəl hansısa vergi ödəyicisi üçün yazılıb və Vergi Orqanı eyni xüsusatları yaddan çıxararaq mənə aid olan hissədə dəyişdirmədən saxlayıb. Çünki göstərilən iradların heç birinin mənim fəaliyyətimlə əlaqəsi yoxdur. Hesab edirəm ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********638200 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirəm ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “vergi ödəyicisi kimi riskli vergi ödəyicisi hesab edilməyim və riskli vergi ödəyiciləri siyahısına daxil edilməyim” barədə 2022-ci ilin dekabr ayında qərar qəbul edilməsinə baxmayaraq həmin qərarın qəbul edilməsindən uzun müddət heç bir məlumatım olmamışdır. Bir müddət sonra riskli vergi ödəyicisi hesab ediiərək riskli verg ödəyiciləri siyahısına daxil edilməyim mənə məlum olduqda xx.xx.2023-cü il tarixdə ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edərək riskli vergi ödəyicisi kimi tanınmağım barədə qərarın surətinin təxirəsalınmadan ərizəmdə qeyd etdiyim ünvana göndərilməsini xahiş etdim. Həmin ərizəmin və ərizənin göndərməsini təsdiq edən poçt qəbzinin surəti də iş materiallarında mövcuddur. Bundan sonra xx.xx.2023-cü il tarixdə həmin qərar elektron formada İnternet Vergi İdarəsi üzərindən mənim şəxsi elektron kabinetimə göndərilmişdir. Həmin qərarın mənim şəxsi elektron kabinetimə xx.xx.2023-cü il tarixdə göndərilməsini təsdiq edən elektron sistemdən çıxarışı da iddia ərizəmə əlavə edərək məhkəməyə təqdim etmişəm. Lakin birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq hazırki iddia tələb ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməyimi əsas gətirərək tərəfimdən cavabdeh Azərbaycan Respublikas İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı verilmiş “xx.xx.2022-ci il tarixli, **********638200 nömrəli qərarın ləğv edilməsi’ tələbinə dair iddiamı mümkün saymamışdır. Qeyd edim ki, mən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmiş, hazırki iddia tələbi ilə məhkəməyə vaxtında müraciət etmişəm. Lakin birinci instansiya məhkəməsi qərəzli olaraq əsassız bir şəkildə 30 günlük prosessual müddəti ötürdüyümü bildirmişdir. Şirvan İnzibati Məhkəməsinin hakiminin hazırki iş üzrə qərəzli olmasını sübut edən hallardan biri də 2-1(120)-3702/2024 saylı iş üzrə iddianın mümkün sayılmaması barədə qərardadı 23 dekabr 2024-cü il tarixdə qəbul etsə də, lakin qərardadın mənə göndərilməsi barədə məktubun tarixi 27 sentyabr 2024-cü il olmasıdır. Eyni zamanda Şirvan İnzibati Məhkəməsinin qərardadının mənə göndərilməsi barədə 27 sentyabr 2024cü il tarixli məktubunda qərardadın tarixi isə 10 sentyabr 2024-cü il göstərilmişdir. Görünən odur ki, Şirvan İnzibati Məhkəməsinin hakimi əvvəlcədən iş üzrə hansı qərarı qəbul edəcəyini planlaşdırmış və buna görə də 2-1(120)-3702/2024 saylı iş üzrə iddianın mümkün sayılmaması barədə 23 dekabr 2024-cü il tarixli qərardadın məktubunu da 3 ay əvvəldən-27 sentyabr 2024-cü il tarixdən hazırlayıbmış. Yuxarıda qeyd etdiyim xüsusatlardan da açıq-aşkar görünür ki, vergi ödəyicisi kimi riskli vergi ödəyicisi hesab edilməyim və riskli vergi ödəyiciləri siyahısına daxil edilməyim barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********638200 nömrəli qərarından məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş prosessual müddət tərəfimdən ötürülməmişdir. Buna görə də hesab edirəm ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********638200 nömrəli qərarının ləğv olunması tələbi”nə dair iddia ərizəm mümkün sayılaraq icraata qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasına 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.6-ci maddəsinə əsasənburaxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Ona görə də Sizdən xahiş edirəm Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-3702/2024 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edəsiniz və mənim iddiamı təmin edəsiniz. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçı məhkəməyə teleqram vuraraq məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və onun iştirakı olmadan yekun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə aktlarının, ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqların pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-3702/2024 saylı qərardadı xx.xx.2025-ci il tarixdə İddiaçı məxsus elektron kabinetə yerləşdirilmişdir. İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-3702/2024 saylı qərardadından verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə imzalanmış və həmin tarixdə poçta qoyulmuşdur. Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-3702/2024 saylı qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmiş və həmin şikayət xx.xx.2025-ci il tarixdə imzalanmışdır. Halbuki, şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin sonuncu günü xx.xx.2025-ci il tarixində bitir. Yəni, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərardadın rəsmi qaydada alındığı gündən 10 gündən gec olaraq imzalanmış və poçta qoyulmuşdur. Başqa sözlə, verilmiş apellyasiya şikayəti, qanunla şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətdən xeyli gec verilmişdir. Bununla da, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü və 22.1-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktı iddiaçının elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş və iddiaçı tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində imzalandığından iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 10 günlük prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə də verilməmişdir. Hansı ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpasına dair ərizə verilmədiyinə görə məhkəmə tərəfindən ötürülmüş müddətin bərpa edilməsi məsələsinə də baxıla bilməz. Ümumiyyətlə iddiaçı ötürülmüş müddətin üzürlü olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X2rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-449/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-449/2025
19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver