Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-45/2023 13.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə (Açar sözlər: dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1261/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. İddiaçı ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (11 il 6 gün (xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdən dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 12 iyul 1980-ci il tarixdən 16 dekabr 1988-ci il tarixədək Füzuli rayon “Engels” adına üzümçülük sovxozunun Komsomol Komitəsinin katibi vəzifəsində işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx xxxxxx 1957-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 01 iyul 1976-cı il tarıxdən 03 noyabr 1977-ci il tarixədək Füzuli rayon Engels adına üzümçülük sovxozunda fəhlə işləmişdir. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 05 noyabr 1979-cu tarixdən 12 iyul 1980-ci il tarixədək Füzuli rayon Engels adına üzümçülük sovxozunda fəhlə, 11 iyul 1980-ci il tarixdən 16 dekabr 1988-ci il tarixədək Füzuli rayon Engels adına üzümçülük sovxozunun Komsomol komitəsinin katibi seçilmiş, 1982-1988-ci illərdə istehsalatdan ayrılmadan S.Ağamalı oğlu adına X4 “Zootexniya” ixtisası üzrə tam kursu bitirmiş, 16 dekabr 1988-ci il tarixdən 10 oktyabr 1995-ci il tarixədək Füzuli rayon Engels adına üzümçülük sovxozunda maldarlıq briqadasında icarədar işləmiş, 10 oktyabr 1995-ci il tarıxdən həmin sovxozun direktoru vəzifəsinə təyin olunmuş, 05 noyabr 2003-cü il tarixdən 11 noyabr 2014-cü il tarixədək Füzuli rayon İHB-nin 1 nömrəli qəsəbə üzrə ərazi nümayəndəsi vəzifəsində işləmişdir. Hazırda o, dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmiş, ona rəsmi cavab verərək bildirilmişdir ki, onun dövlət qulluğu stajı 15 ildən az (11 il 6 gün (05 noyabr 2003-cü-11 noyabr 2014-cü il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdən ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Halbuki, 12 iyul 1980-ci il tarixdən 16 dekabr 1988-ci il tarixədək Füzuli rayon Engels adına üzümçülük sovxozunun Komsomol komitəsinin katibi işlədiyi dövlət qulluğu stajına hesablanmalıdır, lakin həmin illərin dövlət qulluğu kimi hesablanması üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadığı həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ var. O, 01 iyul 1976-cı il tarixdən 03 noyabr 1977-ci il tarixədək, 05 noyabr 1979-cu il tarixdən 12 iyul 1980-ci il tarixədək Füzuli rayon Engels adına üzümçülük sovxozunda fəhlə, 12 iyul 1980-ci il tarixdən 16 dekabr 1988-ci il tarixədək Füzuli rayon Engels adına üzümçülük sovxozunun Komsomol komitəsinin katibi, 16 dekabr 1988-ci il tarixdən 10 oktyabr 1995-ci il tarixədək Füzuli rayon Engels adına üzümçülük sovxozunda maldarlıq briqadasında icarədar, 10 oktyabr 1995-ci il tarıxdən həmin sovxozun direktoru vəzifəsinə işə qəbul olunmağı və işdən çıxma əmrlərini başqa qaydada əldə edə bilmir, sosial sığorta stajının müəyyən edilməsini istəyir. O, Füzuli rayon Dövlət Arxivinə müraciət etınişdir. Oradan ona işlədiyi Füzuli rayon Engels adına sovxozun 1980-1985-ci illərə aid sənədlərin 23 oktyabr 1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilməsi, 1986-1988-ci illərə aid sənədlərin arxivə verilməməsi barədə arxiv-arayışı verilmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində göstərilir ki, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Lakin DSMF Füzuli rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 22-1.2 və 22.1.5-ci bəndinə əsaslanaraq ona 05 avqust 2020ci il tarixli, 20632044-685 saylı imtina məktubu göndərilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olnması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 3.4-cü bəndində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə, fövqəladə hallar və sair) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. O, 01 iyul 1976-cı il tarıxdən 03 noyabr 1977-ci il tarixədək Füzuli rayon Engels adına üzümçülük sovxozunda fəhlə işləmişdir. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 05 noyabr 1979-cu il tarixdən 12 iyul 1980-ci il tarixədək Füzuli rayon Engels adına üzümçülük sovxozunda fəhlə, 12 iyul 1980-ci il tarixdən 16 dekabr 1988-ci il tarixədək Füzuli rayon Engels adına üzümçülük sovxozunun Komsomol komitəsinin katibi seçilmiş, 1982-1988-ci illərdə istehsalatdan ayrılmadan S.Ağamalıoğlu adına X4 “Zootexniya” ixtisası üzrə tam kursu bitirmiş, 16 dekabr 1988-ci il tarixdən 10 oktyabr 1995-ci il tarixədək Füzuli rayon Engels adına üzümçülük sovxozunda maldarlıq briqadasında icarədar işləmiş, 10 oktyabr 1995-ci il tarıxdən həmin sovxozun direktoru vəzifəsinə təyin olunmuş, 05 noyabr 2003-cü il tarixdən 11 noyabr 2014-cü il tarixədək Füzuli rayon İHB-nin 1 Nq-İİ qəsəbə üzrə ərazi nümayəndəsi vəzifəsində işlədiyinə dair əmək stajı onun əmək kitabçasında öz əksini tapıbdır. Onun əmək kitabçası pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondıınun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilməmiş və ona imtina məktubu verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. DSMF Füzuli rayon şöbəsinin imtinası ilə onun pensiya almaq hüququ pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı iddia edir ki, onun dövlət qulluqçusu kimi 15 ildən artıq əmək stajı vardır. Buna görə də, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Filial, **********3 saylı, xx.xx.2022-ci il tarixli məktubla iddiaçınm dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması haqqında müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılıb ki, iddiaçının tələb edilən əmək stajı 15 ildən az (11 il 06 gün) təşkil edir. İddiaçıya görə, 12 iyul 1980-16 dekabr 1988-ci il tarixlərində Füzuli rayonu Engels adına üzümçülük sovxozunun komsomol komitəsinin katibi vəzifəsində çalışdığı dövr də onun dövlət qulluqçusu stajına daxil edilməli və ona dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. İddiaçı Füzuli rayonu Engels adına üzümçülük sovxozunun komsomol komitəsinin katibi vəzifəsinin dövlət qulluqçusu hesab edilməsinin əsasını göstərə bilmir. Halbuki, Prezidentin 1 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsassn pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularınm vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanda 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularınm vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması qaydası öz əksini tapıb. İddiaçı sözügedən Fərmandakı hansı peşədə çalışdığını və bu peşənin də Fərmandakı hansı peşəyə uyğunlaşdırıldığını əsaslandıra bilmir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə müvafıq olaraq, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə təyin edilir. Göründüyü kimi, iddiaçının dövlət qulluqçusu kimi 15 il qulluq stajı olmadığından Filialın imtinası qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2022-cı il tarixli, 2-1(120)-1261/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «Dövlət qulluğuna görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. İddiaçı apellyasiya şikayətində əlavə olaraq bildirmişdir ki, o, 12 iyul 1980-ci il tarixdən 16 dekabr 1988-ci il tarixədək Füzuli rayon Komsomol Komitəsinin “Engels” adın a üzümçülük sovxozunda seçkili orqan olan və tam olaraq dövlət büdcəsi hesabına maliyyələşən Komsomol Təşkilatının katibi vəzifəsində işləmişdir. Həmin vəzifə təsnifatına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ilin oktyabr ayının 18-dək dövlət, sovet partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə Azərbaycan Respublikası Prezidentinin 290 nömrəli, 01 sentyabr 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş inzibati və yardımçı vəzifələrin adları siyahısındakı 1.17-ci bəndə qeyd olunan rayon (şəhər) X6 icraiyyə komitələrinin idarələrinin digər şöbə rəisləri (uyğunlaşdırmada indiki adı məsləhətçi) onun həmin dövrdə işlədiyi vəzifəyə uyğundur. Çünki, həmin dövrdə rayon Komsomol Komitəsi ikili tabeçilikdə olmaqla rayon (şəhər) X6 icraiyyə komitəsinə, həmçinin də mərkəzi icra hakimiyyəti olan Respublika Komsomol Komitəsinə tabeli struktur kimi fəaliyyət göstərmişdir. Yəni, X1(dövlətin) siyasətini yerlərdə komsomolçular arasında təbliğ edən komsomol komitələrinin katibləri (indiki məsləhətçilər) hesab olunurlar. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1261/2022 saylı qərarı əsassızdır və həqiqətdə işin hallarına uyğun deyil. Belə ki, məhkəmə lazımi qaydada araşdırma aparmadan formal mülahizələr və əsassız rəylərə istinad etməklə hesab edir ki, onun işlədiyi həmin dövrdə mövcud olmuş vəzifə 1991-ci ildən sonra dövlət qulluğunun hər hansı bir vəzifəsinə uyğun deyildir, lakin məhəkmə iddiaçının seçkili orqanının yerli bölməsinin şöbə rəisi olaraq yeni adlara uyğunlaşdırılması halları məhkəmə tərəfindən nəzərə alınmamış və hüquqi qiymət verilməmişdir. Belə ki, həmin dövrdə dövlətin funksiyalarının bir hissəsini həyata keçirən Respublika Komsomol Komitəsinin, şəhər və rayon komitələrinin adları 1991-ci ildən sonrakı adları qeyd olunan siyahıda ümumiyyətlə göstərilməmiş, yalnız uyğunlaşdırma, yəni uyğun gələn inzibati və yardımçı vəzifələr qeyd edilmişdir ki, bu da inzibati orqan tərəfindən müəyyən edilməli olduğu halda aydınlaşdırılmadığından inzibati məhkəmələrin səlahiyyətləri daxilində həll edilməsi mümkündür, lakin məhkəmə bu halları nəzərə almamış və əlavə araşdırma aparmamışdır. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Hesab edir ki, məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə almamışdır. Bu səbəbdən də hesab edir ki, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyindən məhkəmənin mövqeyi həqiqəti əks etdirmir. Çünkü hüquq münasibəti yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-1261/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərqar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə etiraz Cavabdehin apellyasiya şikayətinə etirazın dəlilləri iddia tələbinə olan etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətinə etirazında göstərmişdir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda iddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada pensiya təyin olunmuşdur. İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-1261/2022 nömrəli qərarından vermiş olduğu apellyasiya şikayətinin təmin olunmaması və həmin qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər: Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə şəxsiyyət vəsiqəsinin surəti, arxiv arayışı, imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə.20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”: 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya İnzibati və yardımçı vəzifələrin orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Təsnifat Toplusunda göstərilən Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan dövlət qulluğu vəzifələrinin Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət adları qulluğu vəzifələrinin adları 1 2
1. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin adları: ... ... 1.17. Rayon (şəhər) X6 icraiyyə komitəsinin aparatında: 1.17. Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: icraiyyə komitəsinin sədri əhalisinin sayı müvafiq olaraq 50- 100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini icraiyyə komitəsi sədrinin birinci müavini (müavini), icraiyyə yerli icra hakimiyyəti başçısının komitəsinin katibi (məsul katibi) müavini icraiyyə komitəsinin idarə rəisi, müstəqil şöbənin müdiri, plan bölmə rəhbəri komissiyasının sədri, icraiyyə komitəsinin təlim-təşkilati şöbənin rəisi, baş memar, əmək üzrə müvəkkil icraiyyə komitəsinin idarə rəisinin müavini, müstəqil şöbə bölmə rəhbərinin müavini müdirinin müavini, plan komissiyası sədrinin müavini, baş memarın müavini, icraiyyə komitəsinin təlim-təşkilati şöbəsi rəisinin müavini, baş rəssam icraiyyə komitəsi idarəsinin əsas şöbəsinin rəisi, maliyyə sektor müdiri şöbəsinin rəisi, ümumi şöbənin rəisi, müstəqil şöbənin əsas sektor rəisi
baş mühasib, baş mühasibin səlahiyyətində olan böyük mühasib baş məsləhətçi
icraiyyə komitəsinin təşkilati işlər üzrə təlimatçısı, icraiyyə böyük məsləhətçi komitəsi sədrinin köməkçisi, icraiyyə komitəsinin qəbul otağının müdiri, nəzarətçi-müfəttiş
bütün ixtisaslardan olan böyük mühəndislər, böyük memar, məsləhətçi böyük iqtisadçı, böyük hüquqşünas, böyük mühasib; icraiyyə komitəsinin yanında həddi-buluğa çatmayan uşaqlarla iş üzrə məsul katib, icraiyyə komitəsinin idarələrinin digər şöbə rəisləri, müstəqil şöbənin digər sektor rəisi (kadr, protokol və digər), bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçi, hüquqşünas, mühasib və digər mütəxəssislər ... …
2. 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin adları: ... ... 2.13. Rayon, şəhər X6 (Məclisinin) icraiyyə komitəsinin, rayon, 2.13. Rayon, şəhər və şəhərdə şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər rayon icra hakimiyyəti İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: [17] icraiyyə komitəsinin sədri rayon, şəhər və şəhərdə rayon icra hakimiyyətinin başçısı icraiyyə komitəsi sədrinin müavini, icra hakimiyyəti başçısının 1- icra hakimiyyəti başçısının ci müavini, müavini) müavini icra hakimiyyəti aparatının idarə və şöbə bölmə rəhbəri (ümumi şöbə də daxil olmaqla) müdiri (rəisi), Mülki Müdafiə Qərargahının rəisi icra hakimiyyəti aparatının idarə və şöbə (ümumi şöbə də daxil bölmə rəhbərinin müavini olmaqla) müdirinin (rəisinin) müavini bölmə müdiri, idarənin şöbə rəisi, qəbul otağının müdiri sektor müdiri baş mütəxəssis, böyük məsləhətçi, böyük referent baş məsləhətçi məsləhətçi, referent böyük məsləhətçi aparıcı mütəxəssis, təşkilatçı, memar aparıcı məsləhətçi 1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, mütəxəssis məsləhətçi ... …
İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Belə ki, hazırkı mübahisə apellyasiya şikayətinin ifadə tərzinə əsasən mahiyyət etibarı ilə iddiaçının 12 iyul 1980-ci il tarixdən 16 dekabr 1988-ci il tarixədək Füzuli rayon “Engels” adına üzümçülük sovxozunun Komsomol Komitəsində işlədiyi vəzifəsinin dövlət qulluğuna uyğunlaşdırılması ilə əlaqədardır. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə həmin qanunvericiliyin müddəaları tətbiq edilmir. Belə işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 14.1-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Bu baxımdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7ci maddəsinin müddəalarına görə, sabiq dövlət qulluqçusu kimi pensiya alması və pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün şəxs, yuxarıda istinad olunan normaların müddəalarına uyğun olaraq inzibati və yardımçı vəzifələrdə, habelə 18 oktyabr 1991-ci ildən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır(Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmiş və müvafiq uyğunlaşdırılma aparılmışdır. Bundan başqa, adı çəkilən Fərmanın 2-ci bəndində qeyd edilir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Nazirlər Kabinetinin səlahiyyət sferasına aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2 iyul 1980-ci il tarixdən 16 dekabr 1988-ci il tarixədək işlədiyi Füzuli rayon “Engels” adına üzümçülük sovxozunun Komsomol Komitəsinin katibi vəzifəsi yuxarıda sadalanan qanunvericilik aktlarında dövlət qulluğu vəzifələri qismində nəzərdə tutulmamış, eləcə də dövlət qulluğunun müvafiq vəzifələrinə aparılmış uyğunlaşdıma ilə əhatə olunmamışdır. Belə olan halda isə dövlət qulluğunda iş stajının 15 ildən az olması müəyyən olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(120)- 1261/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.