Məhkəmə qərarları › İş №2-1(106)-45/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-45/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-45/2024 29.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «onun hüququnun yarandığı 19 avqust 2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2-1(120)-332/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qərara aldı. İşin halları: İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 19 avqust 2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh ƏƏSMNtabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında pensiya hüququnun yarandığı tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasmın Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmiş, lakin cavabdeh 12 yanvar 2022 -ci il tarixli, **********8 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı ilə qədər topladıgı ümumi is stajı 25 ildən az təskil edir və qanunvericiliyin tələbləri baxımından ona güzəstli sərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciətedə bilərlər. O, 19 avqust 1962-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş və hazırda Hacıqabul şəhərində yaşayır. Orta məktəbi bitirdikdən sonra Sumqayıt Kimya Texnologiyası Texnikumunun əyani şöbəsinə daxil olmuşdur. 25 noyabr 1980-ci il tarixində hərbi xidmətə çağırılması ilə əlaqədar akademik məzuniyyətə çıxanlmışdır. 22 noyabr 1980-30 yanvar 1983-cü il tarixdə həqiqi hərbi xidmətdə olmuşdur. 07 sentyabr 1982-ci il tarixdə Sumqayıt Kimya Texnologiyası Texnikumunun əyani şöbəsinə bərpa edilmiş, 30 aprel 1984-cü il tarixdə həmin texnikumu bitirmişdir. 10 iyun 1983-31 avqust 1983-cü il tarixlərində texnoloji praktikada (texnikumda təhsil dövründə) olmuşdur. 17 sentyabr 1984- 17 sentyabr 1985-ci il tarixdə "xxxx" İstehsalat-Təmir Müəssisəsinin Əli-X4 daimi təmir sahəsində qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində çalışmışdır. 18 sentyabr 1985-ci ildə "xxxx" Xüsusiləşdirilmiş Müəssisəsinin X6 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiriüzrə 3cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilmiş və 30 sentyabr 1992-ci il tarixdə "xxxx" müəssisəsinin Azərbaycan-Rusiya birgə Filialına keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. 01 oktyabr 1992-ci il tarixdə "xxxx" Xüsusiləşdirilmiş Müəssisəsinin X6 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmiş və 01 aprel 1997-ci il tarixdə işdən azad edilmişdir. 01 aprel 1997-ci il tarixdə "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir Müəssisəsinin Təmirmexanikləşdirmə Sexinin Əli- Bayramlı Sahəsində qazan və turbin avadanlıqlannın təmiri üzrə elektrik çilingəri peşəsinə işə qəbul edilmiş və 15 may 2002-ci ildə işdən azad edilmişdir. 16 may 2002-ci ildə "xxxx" MMC-nin Kran Yolları və X2 Əli-Bayramlı sahəsində qazan və turbin avadanlıqlarınm təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş və 28 noyabr 2008-ci il tarixdə işdən çıxmışdır. 01 yanvar 2006-cı il tarixə kimi topladığı staj əsasında iddiaya baxıldığı üçün sonrakı dövrləri sadalamır və həmin dövrlər əmək kitabçasının surətində qeydlərlə əks edilir. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə məlum olur ki, güzəştli iş stajının 12 il 6 aydan çox olmasını, həmçinin, pensiya kapitalının məbləğini mübahisələndirmir və onun məbləğinin pensiya təyinatı üçün maneə olmadığını qəbul edir. Mübahisələndirilən yeganə məsələ onun 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi iş stajının guya 25 ildən az olmasıdır ki, bu məsələnin həqiqətə uyğun olmaması sübuta yetirildiyi təqdirdə, ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olması sübut edilmiş olacaqdır. Cavabdeh imtina məktubunda onun ümumi iş stajı dövrlərini sadalarkən, naməlum səbəblərdən 18 sentyabr 1985-30 sentyabr 1992-ci il tarixlərindəki 7 il 12 günlük iş stajını 6 il 3 ay 14 gün kimi qəbul etmişdir. Başqa sözlə, həmin dövr üçün əmək stajını 8 ay 28 gün az göstərmişdir. Halbuki, həmin 8 ay 28 günlük staj cavabdehin qəbul etdiyi 24 il 7 ay 6 günlük ümumi iş stajına əlavə edildikdə, 25 il 4 ay 16 gün ümumi əmək stajının olması müəyyən olunur. Cavabdehin qeyd edilən staj dövründə hansı səbəblə 01 yanvar 1992-30 sentyabr 1992-ci il tarixləri arasında olan dövrü əmək stajına daxil etməməsi ona məlum deyildir. Cavabdehin bu hərəkəti 7 il 12 günlük iş stajının bir hissəsini qəbul edib, digər hissəsinin qəbul etməməsi başa düşülən deyil, belə ki, cavabdeh heç bir əks arqument təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh işin düzgün həlli üçün tam, obyektiv, xidməti vəzifəsindən irəli gələn araşdırma aparmamış, onun xeyrinə olan halları nəzərə almamış, təqdim etdiyi sənədlərin mötəbərliyini əks sübutlarla təkzib etməmiş, özü əks sübutlar toplamamışdır. «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində göstərilən “İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fıziki və ya hüquqi şəxslər tərəfındən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır” maddələrini pozmuşdur. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir”. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən “Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-55 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Konstitusiyasınm 149-cu maddəsinin Vİİ hissəsinə görə fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlann qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. 23 yanvar 2007-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağırolan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 2. Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsində 2140000a—18455 şifrəsi ilə qeyd edilmiş qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların isini təmin edən ölcü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri güzəstli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə. ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prınsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasınm Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasımn Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsınə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uygun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafıq olaraq yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1962-ci ildə anadan olduğunu, 37 il ağır işlərdə çalışdığını və 57yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yasa qörə əmək pensiyası hüququnun yarandığını və həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməli olduğunu qeyd etmiş və iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Nəzərinizə çatdırırıq ki, “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiacı İddiaçı verilmiş xx.xx.2022 tarixli, **********8 nömrəli imtina məktubunda Mərkəzi filiala təqdim olunan sənədlərə əsasən Mərkəzi Filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı (24 il 7 ay 6 gün, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx-1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bu səbəbdən də onun güzəştli iş stajının olmadığı qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensıyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edirlər ki, çavabdehin imtinası qanunidir və iddiacının iddia tələbi asağıda qeyd olunan əsaslara qörə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2. Kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı; 3. Kişilərin azı 25il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı; 4. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edirlər ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarının tətbiqi üçün aşağtdakı şərtlərin mövcudluğu zəruri hesab olunur: 1. Əmək şəraiti zərərli və agır olan digər işlərdə çalışan işçılər—istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilərin xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il olmalıdır. 2. Bu müddətin azı 10 ilini əmək şəraitı zərərlı və agır olan işlərdə çalışmalıdırlar. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş üzrə icraat materiallarına "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, A6/17 nömrəli işin xarakteri haqqında arayış təqdim olunmuşdur. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsınə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya huququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərləyaşa gorə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərılən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçünnəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmıs icmal məktubda məhkəmələrə izah olunmusdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində isləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadəedilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM- in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəstli sərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib- işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənın mövqeyınə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şərailində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidır. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiacının tutduğu vəzifəyə və malik oldugu peşəyə gorə gordüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istlqaməti və s.) nəzərə alınmaqla muəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədəəldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırki haldaazı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyi illər 25 ili tamamlamadığı üçün qanunvericiliyə müvafiq olaraq tamamlanmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 17 aprel 2023-cü il tarixli, 2- 1(120)-332/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı 57 yaşdan, yəni,19 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, həmin tarixdən hal-hazıra kimi əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatüzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2-1(120)-332/2023 nömrəli qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarı əsaslandırarkən, iddiaçının əmək kitabçasındakı və iddiaçı tərəfindən təqdim olunan arayışlara əsaslanaraq, həmin qeydlərin mötəbər olduğunu və iddianın təmin olunmasına kifayət etdiyini qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına maiik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli çərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2) kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı, 3) kişilər azı 25 il sığorta stajına malik olmaqla və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınların azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışmalı, 4) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günəıdək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun normalarının tətbiqi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruri hesab olunur.1. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilərin xx.xx.2006-cı il tarixədək ümumi stajı 25 il olmalı; 2. Bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmalıdırlar. Belə ki, iddiaçının güzəştli iş stajı 20 il 6 ay 12 gün olduğu müəyyən edilərək tərəflərindən mübahisələndirilmir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan sığorta kapitalı isə 52500,08 manat təşkil edir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeydolunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi işstajı 25 ildən az ( 24 il 7 ay 6 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ciil, xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci iltarixləri arasındakı dövrlər)) olduğu müəyyən olunmuşdur. Şirvan İnzibati Məhkəməsi qərarında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrün Mərkəzi Filial tərəfindən naməlum səbəbdən sığorta stajına daxil edilmədiyini qeyd etmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasına əsasən onun xx.xx.1985-ci il tarixdə SSRİ Energetika Nazirliyinin "xxxx" Xüsusiləşdirilmiş Müəssisəsinin X6 Stansiyasında işə qəbul olunduğunu, xx.xx.1992-ci il tarixdə isə onun Rusiya Federasiyasının qanunvericiliyi ilə işdən azad olunduğu qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1992xx.xx.1992-ci il tarixləri arasındakı dövrləri onun əmək stajına daxil etmək mümkün olmamış və qeyd edilən məsələ ilə bağlı məhkəməyə məlumatlar təqdim olunmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 70-ci maddəsinə əsasən Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallara vətəndaşların başqa dövlətin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayrılmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Normanın tələbindən görünür ki, vətəndaşların digər ölkələrdə iş stajının təsdiqlənməsi qanunvericilik dövlətlərin arasında sazişin olması ilə şərtləndirir. xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Dövlət Duması Azərbaycan respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında xx.xx.2022-ci il tarixdə imzalanmış müqaviləni ratifikasiya etmişdir. Lakin müqavilənin praktiki işləkliyi və onun tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında hər hansı razılaşma olmadığından, faktiki olaraq həmin dövrlər sığorta stajına daxil edilməyib. Cavabdeh apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2-1(120)-332/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-291/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə kollegiyasının məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, iş materiallarında olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta (haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın: 3.1-ci bəndinə müvafiq olaraq sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 3.1.1-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 3.1.2-ci bəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.ş Belə ki, işin hallarına görə iddiaçı X8 onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 19 avqust 2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, işdə olan 10 may 1984-cü il tarixli, ЖТ 022719 nömrəli diploma, 22 noyabr 1980-ci il tarixli, HЗ * * * * * * * nömrəli hərbi biletə və 15 iyun 1983-cü il tarixli,ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı təhsil, hərbi xidmət və iş illəri nəzərə alınmaqla xx.xx.2019-cu il tarixədəkümumilikdə 40 il 21 gün, o cümlədən xx.xx.2006-cı il tarixədək 26 il 6 ay 3 gün (təhsil-2il 10 ay, 12 gün, hərbi xidmət-2 il 2 ay 8 gün, əmək fəaliyyəti-21 il, 5 ay, 13 gün) işstajına malik olduğu müəyyən olunur. İddiaçının xx.xx.1984-xx.xx.2006-cı il tarixlərində 21 il 5 ay 13 gün işlədiyi çilingər və elektrik çilingəri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilində təsbit olunmuş və güzəştli şərtlərlə pensiya hüququ verən (“Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) “a” fəhlələr bəndinin, habelə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan RespublikasıNazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarının 2 №-li Əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə 2140000a-l8455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarının əhatə və təsir dairəsinə daxil olduğu müəyyən olunur. İddiaçının 26 il 6 ay 3 gün sığorta stajını topladığı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İş materiallarına əlavə olunmuş 10 may 1984-cü il tarixli, ЖТ 022719 nömrəli diplomun və 22 noyabr 1980-ci il tarixli, HЗ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətlərindən, həmçinin xx.xx.2021-ci il tarixli, 57 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Sumqayıt Kimya Texnologiyası Texnikumunun əyani şöbəsinə daxil olmuş, 22 noyabr 1980-ci il tarixdə hərbi xidmətə çağırılması ilə əlaqədar akademik məzuniyyətə çıxarılmış, 22 noyabr 1980-ci il tarixdən 30 yanvar 1983-cü il tarixədək 2 il 2 ay 8 gün həqiqi hərbi xidmətdə olmuş, 07 sentyabr 1982-ci il tarixdə Sumqayıt Kimya Texnologiyası Texnikumunun əyani şöbəsinə bərpa edilmiş, 27 aprel 1984-cü il tarixdə həmin texnikumu bitirmiş, təhsil müddəti 2 il 10 ay 12 gün təşkil etmişdir. İş materiallarında olan xx.xx.1962-ci tarixdə doğulmuş İddiaçı məxsus 15 iyun 1983cü il tarixdə tərtib və təsdiq olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək "xxxx" İstehsalat-Təmir Müəssisəsinin Əli-X4 daimi təmir sahəsində qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində 1 il, xx.xx.1985-ciil tarixdən xx.xx.1992-ci il tarixədək "xxxx" Xüsusiləşdirilmiş Müəssisəsinin X6 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində 7 il 12 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Xüsusiləşdirilmiş Müəssisəsinin X6 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində 4 il 6 ay, köçürmə yolu ilə xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir Müəssisəsinin Təmirmexanikləşdirmə Sexinin Əli-Bayramlı Sahəsində (xx.xx.1998-ci il tarixdən birləşmə nəticəsində Sumqayıt mexanizasiyalarıntəmiri, mexaniki yığma və boru əymə sexində) qazan və turbin avadanlıqlannın təmiriüzrə 4-cü, 5-ci və 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində 5 il 1 ay 15 gün, xx.xx.2002-ciil tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-nin Kran Yolları və X2 Əli-Bayramlı sahəsində (bir neçə dəfə adı dəyişdirilərək sonda "xxxx" ASC adlandırılmışdır) qazan və turbin avadanlıqlarının təmiri üzrə 6-cı dərəcə çilingər vəzifəsində 6 il 6 ay 12 gün, o cümlədən xx.xx.2006-cı il tarixədək 3 il 7 ay 15 gün işləmiş, bu müddət ərzində 24 il 2 ay 9 gün, o cümlədən xx.xx.2006-cı il tarixədək 21 il 5 ay 13 gün iş stajı toplamışdır. Qeyd olunan əmək kitabçasından həmçinin görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müxtəlif müəssisələrdə daha 10 il 9 ay 22 gün 6-cı dərəcə çilingər vəzifəsində işləmiş və xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi "xxxx" ASC "xxxx" MMC-də çilingər vəzifəsində işləyir. Beləliklə, işdə olan 10 may 1984-cü il tarixli ЖТ 022719 nömrəli diploma, 22noyabr 1980-ci il tarixli, HЗ ******* nömrəli hərbi biletə və 15 iyun 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı təhsil, hərbi xidmət və iş illəri nəzərə alınmaqla xx.xx.2019-cu il tarixədək ümumilikdə 40il 21 gün, o cümlədən xx.xx.2006-cı il tarixədək 26 il 6 ay 3 gün (təhsil-2 il 10 ay, 12 gün, hərbi xidmət-2 il 2 ay 8 gün, əmək fəaliyyəti-21 il, 5 ay, 13 gün) iş stajına malik olduğu müəyyən olunur. Həmçinin, iddiaçının xx.xx.1984-xx.xx.2006-cı il tarixlərində 21 il 5 ay 13 gün işlədiyi çilingər və elektrik çilingəri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilində təsbit olunmuş və güzəştli şərtlərlə pensiya hüququ verən (“Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) “a” fəhlələr bəndinin, habelə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarının 2 №-li Əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə 2140000a-l8455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarının əhatə və təsir dairəsinə daxil olduğu müəyyən olunur. İş materiallarında olan “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavabdeh təşkilatın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəliməktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrəMərkəzi Filialı tərəfindən 13 oktyabr 2021-ci il tarixli **********5 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 6 yanvar 2022-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına maiik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi işstajınız 25 ildən az, 24 il 7 ay 6 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ciil, xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci iltarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01-FA/401 nömrəli “işin xarakteri haqqında güzəştli arxiv arayışı”nda bildirilir ki, 19 avqust 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1984-cii ildə (əmr № 128-ok, xx.xx.1984-cü il) "xxxx"nin İstehsalat-Təmir Müəssisəsinin Əli-X4 daimi təmir sahəsində qazan avadanlıqlarının təmiri üzrə çilingərpeşəsinə qəbul edilib və xx.xx.1985-ci ildə (əmr № 102-л, xx.xx.1985-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.1985-ci ildə (Əmr № 786/ls, xx.xx.1985-cı il) SSRİ Energetika Naziriiyinin"xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X6 Stansiyasmda yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.1992-ci (Əmr № 270-ls, xx.xx.1992-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 29cu maddəsinin 5-ci bəndinə əsasən "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin Azərbaycan-Rusiya birgə Filialına keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1992-ci ildə (Əmr № 1-ok, xx.xx.1992-ci il) "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X5 Stansiyasında yanacaq kimi istifadə olunması üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib, xx.xx.1993-cü ildə ( 1795 №-li Sərəncam, xx.xx.1992-ci il ) "xxxx" Azərbaycan İstehsal müəssisəsinin adı dəyişdirilərək, “Azenerjimexanizasiyatəmir” adlandırılıb və xx.xx.1997-ci ildə (Əmr № 6/k, xx.xx.1997-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (İstehsal-Təmirmüəssisəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.1997-ci ildən (əmr № 23a-ш, xx.xx.1997-ci il) "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir Müəssisəsinin Təmirmexanikləşdirmə sexinin Əli-Bayramlı sahəsində qazan və turbin avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə (əmr № 26-kş, xx.xx.2002-ci il) Azərbaycan Respııblikasının ƏməkMəcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə (əmr №10-kş, xx.xx.2002-ci il) "xxxx" MMC-nin Kran Yolları və Komressorlar Təsərrüfatı sexinin Əli-Bayramlı sahəsində qazan və buxar qaz-turbin avadanlaqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2008-ci ildə (əmr № 04/11-kş, xx.xx.2008-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009-cu ildən (əmr № 12/17-kş, xx.xx.2009-cu il) xx.xx.2012-ci ilədək (əmr №152/17-kş, xx.xx.2012-ci il) "xxxx" ASC-nin Energetika Avadanlıqlannın Təmiri X9, Kran Yollarının Təmiri və Köməkçi Mexanizmlər sexində və Sumqayıt Texnologiyalar Parkının Ağır Maşınqayırmalar Departamentində çilingər işləmiş və xx.xx.2012-ci ildə (əmr № 48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasınm Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsininmüddətinin qurtarması ilə əlaqədar) əsasən əmək müqaviləsinə xitam verilmişdir.xx.xx.2015-ci ildən (əmr № 14/19-irş, xx.xx.2015-ci il) xx.xx.2019-cu ilədək (əmr № 37/13-irş, xx.xx.2019-cu il) "xxxx" ASC-nin X1 və Təmiri İdarəsinin Təmir sexinin Şirvan sahəsində çilingər işləmiş və AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təsəbbüsü ilə) əsasən işdən azad edilmişdir. Göstərilən peşələr, Azərbaycan Respublikasmın Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü fəslinə əsasən Elektrik Stansiyalarında avadanlıqların təmiri üzrə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasma xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Güzəştli pensiya üçün staj: 31 il, 08 ay, 01 gün təşkil edir. Məlumat üçün bildirilir ki, "xxxx"nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli, AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC, "xxxx" ASC-ninxx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC, DövlətƏmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 10 nömrəli digər “işin xarakteri haqqında güzəştli arxiv arayışı”nda bildirilir ki, 19 avqust 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci ildə (Əmr № 786/ls, xx.xx.1985-cı il) SSRİ Energetika Naziriiyinin "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X6 Stansiyasmda yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.1992-ci (Əmr № 270-ls, xx.xx.1992-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 29cu maddəsinin 5-ci bəndinə əsasən "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin Azərbaycan-Rusiya birgə Filialına keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1992-ci ildə (Əmr №1-ok, xx.xx.1992-ci il) "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X5 Stansiyasında yanacaq kimi istifadə olunması üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib, xx.xx.1993-cü ildə (1795 №-li Sərəncam, xx.xx.1992-ci il) "xxxx" Azərbaycan İstehsal müəssisəsinin adı dəyişdirilərək “Azenerjimexanizasiyatəmir” adlandırılıb və xx.xx.1997-ci ildə (Əmr № 6/k, xx.xx.1997-ciil) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (İstehsal-Təmir müəssisəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilmişdir xx.xx.1985-xx.xx.1997-ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar- qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən xüsusi zərərli əmək şəraitində işlərəaid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarının 2 №-li Əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə 2140000a-l8455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçünstaj: 11 il, 06 ay, 13 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajınm təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx"ASC öz istehsalat profılinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" Xüsusiləşdirilmiş müəssisəsi ilə eyni istehsalat profıli üzrə ixtrisaslaşmışdır. İş materiallarında olan “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavabdeh təşkilatın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli iş stajının 12 il 6 aydan çox olması, həmçinin, pensiya kapitalının məbləğinin yetərli olması mübahisələndirilməmiş, ona güzəştli şərtlərlə pensiya təyinatindan imtinanın yeganə səbəbi kimi ümumi iş stajının 25 idən az olması qeyd olunmuşdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «onun hüququnun yarandığı 19 avqust 2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2-1(120)-332/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1962-cı il tarixdə doğulmuşdur və xx.xx.2019-ci ildə 57 yaşı tamam olmuşdur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu ildə yaranmışdır. Buna görə də iddiaçıya tələbinə uyğun yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən təyin edilməlidir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2006-cı il tarixinə kimi 25 il ümumi sığorta stajının və həmin müddətin 12 il 6 ayının güzəştli sığorta stajı olması tələb olunur ki, həmin sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasını, hərbi biletini, atestatını təqdim etmişdir. Cavabdeh təşkilatın “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda iddiaçının təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 24 il 7 ay 6 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən olunmuşdur. Cavabdeh qeyd olunan imtina məktubunda iddiaçının "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X6 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsindəişlədiyi xx.xx.1985-ci il tarixindən xx.xx.1992-ci il tarixədək olan dövrün, xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək olan dövrü (8 ay 28 gün) sığorta stajı kimi qəbul etməmiş və həmin dövrləri mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək “"xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X6 Stansiyasında işlədiyi dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının yuxarıda göstərilən müəssisədə işlədiyi dövrü faktiki əmək fəaliyyəti dövründən 8 ay 28 gün az hesablamışdır. Belə ki, iddiaçının 15 iyun 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1985-cı il tarixli, 736-ЛС saylı əmrlə xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Əli-Bayramlı istehsalat sahəsinə istilik elektrik stansiyalarının qazanxanaların və toz hazırlayan sexlərin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində çalışdığını əks etdirən qeydlər aparılmışdır. İşdə olan 10 may 1984-cü il tarixli, ЖТ 022719 nömrəli diploma, 22 noyabr 1980-ci il tarixli, HЗ * * * * * * * nömrəli hərbi biletə və 15 iyun 1983-cü il tarixli,ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı təhsil, hərbi xidmət və iş illəri nəzərə alınmaqla xx.xx.2019-cu il tarixədəkümumilikdə 40 il 21 gün, o cümlədən xx.xx.2006-cı il tarixədək 26 il 6 ay 3 gün (təhsil-2il 10 ay, 12 gün, hərbi xidmət-2 il 2 ay 8 gün, əmək fəaliyyəti- 21 il, 5 ay, 13 gün) işstajına malik olduğu müəyyən olunur. İddiaçının xx.xx.1984-xx.xx.2006-cı il tarixlərində 21 il 5 ay 13 gün işlədiyi çilingər və elektrik çilingəri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilində təsbit olunmuş və güzəştli şərtlərlə pensiya hüququ verən (“Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) “a” fəhlələr bəndinin, habelə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarının 2 №-li Əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə 2140000a-l8455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarının əhatə və təsir dairəsinə daxil olduğu müəyyən olunur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, iddiaçının 26 il 6 ay 3 gün sığorta stajını topladığı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ İddiaçı "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X6 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə xx.xx.1985-ci il tarixdə 786/ls nömrəli əmrlə işə qəbul edildiyi və xx.xx.1992-ci il tarixdə 270-ls nömrəli əmrlə işdən azad edildiyi təsbit olunmuş və məhkəmə iclasında qeyd olunan müəssisədə cavabdehin hesabladığı kimi 6 il 3 ay 12 gün deyil, 7 il 12 gün iş stajı topladığı müəyyən edildiyindən və iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. Başqa sözlə iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçı cavabdehin mübahisələndirdiyi dövrdə həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə kollegiyası iddiaçının həmin dövrdə işlədiyi müddəti sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin həmin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Həmçinin, iddiaçının işlədiyi çilingər və elektrik çilingəri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilində təsbit olunmuş və güzəştli şərtlərlə pensiya hüququ verən (“Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) “a” fəhlələr bəndinin, habelə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan RespublikasıNazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarının 2 №-li Əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə 2140000a-l8455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarının əhatə və təsir dairəsinə daxil olduğu müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti tam ödəmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçının xx.xx.1985-ci il tarixdə SSRİ Energetika Nazirliyinin "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X6 Stansiyasında işə qəbul olunduğunu, xx.xx.1992-ci il tarixdə isə onun Rusiya Federasiyasının qanunvericiliyi ilə işdən azad olunduğunu qeyd edərək bu səbəbdən iddiaçının Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlərin onun əmək stajına daxil etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətəndə xx.xx.1992-ci il tarixindən sonra ölkə hüdudlarından kənarda əmək fəliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi üçün əmək fəaliyyətinin icra edildiyi ölkə ilə Azərbaycan Respublikası arasında saziş olmalı və həmin saziş hər iki ölkə tərəfindən ratifikasiya olunaraq, praktik işləkliyi və onun təbiqinə dair ümumi razılaşma təsdiq olunmalıdır. Müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” xx.xx.2022-ci il tarixdə müqavilə imzalanıb və həmin müqavilə xx.xx.2022-ci il tarixli 579-VİQ nömrəli Qanunla təsdiq olunsa da praktik işləkliyi və onun təbiqinə dair ümumi razılaşma olmadığından həmin sazişi heç bir hüquqi qüvəsi yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərinə və xüsusilə sözügedən sazişin iddiaçının mübahisələndirilən xx.xx.1992-xx.xx.1992-ci il dövrlərinə tətbiqi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iş materialarında olan iddiaçıya məxsus 15 iyun 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1992ci il tarixə qədər Əli-Bayramlı istehsalat sahəsinə istilik elektrik stansiyalarının qazanxanaların və toz hazırlayan sexlərin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində çalışdığını əks etdirən qeydlər aparılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 10 nömrəli və xx.xx.2021-ci il tarixli, 01-FA/401 nömrəli digər “işin xarakteri haqqında güzəştli arxiv arayış”larında bildirilir ki, 19 avqust 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci ildə (Əmr № 786/ls, xx.xx.1985-cı il) SSRİ Energetika Naziriiyinin "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X6 Stansiyasmda yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.1992-ci (Əmr № 270-ls, xx.xx.1992-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 29-cu maddəsinin 5-ci bəndinə əsasən "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin Azərbaycan-Rusiya birgə Filialına keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. Məhkəmənin sorğusu əsasında "xxxx" ASC-dən 01-və/303 nömrəli xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş arxiv sənədlərindən görünür ki, iddiaçı xx.xx.1992xx.xx.1992-ci il dövrlərində SSRİ Energetika Nazirliyinin "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X6 Stansiyasında (indiki adı "xxxx" ASC) fəaliyyət göstərmiş və fəaliyyət göstərdiyi müəssisə Rusiya Federasiyasında deyil, Azərbaycan Respublikasında yerləşmiş və arxiv sənədləri də hazırda "xxxx" ASC-də saxlanılır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, işlədiyi müəssisə Azərbaycan Respublikasının inzibati ərazisi olan Əli-Bayramlıda (indiki adı Şirvan şəhərində) yerləşmiş və əmək haqlarını həmin müəssisədən almış və o, həmin dövrlərdə Rusiya Federasiyasında yaşamamış, işləməmiş və ümumiyyətlə heç bir əlaqəsi olmamışdır. Verilən suallara cavab olaraq izahatında bildirmişdir ki, xx.xx.1985-ci ildə işə daxil olduğu vaxtdan xx.xx.1992-ci ilə kimi ardıcıl olaraq fasiləsiz eyni müəssiədə işləmişdir. Onu da qeyd etmək lazımdır ki, cavabdeh inzibati orqan iddiaçının əmək fəliyyətinin mübahisəli dövrlərində Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmasına və oradan əmək haqqı almasına dair hər hansı mötəbər və təkzib olunmaz sübutu da məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il dövrlərində Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olması sübut olunmamış, bunun əksi olaraq həmin dövrlərdə iddiaçının Azərbaycan Respublikasının inzibati ərazisi olan Əli- Bayramlıda (indiki adı Şirvan şəhərində) yerləşən müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu və əmək haqqı alıdğı müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçınn xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrlərinin onun əmək stajına daxil edilməsi üçün sözügedən Sazişin tətbiq olunması düzgün deyildir və həmin dövrlərin pensiya təyin edilməsi üçün sığorta stajı kimi qəbul edilməməsi əsassız olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Nəticəvi hissə: Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2-1(120)-332/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar