Məhkəmə qərarları › İş №2-1(106)-456/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-456/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-456/2024 09.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X6, İddiaçı “X35” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X3, (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili X2, Üçüncü şəxslər Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin nümayəndəsi X12, Sabirabad rayon Muğan Güdəcühür bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2-1(120)1429/2024 nömrəli qərardadından iddiaçı “X35” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərardad qəbul etdi. İ.İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sabirabad rayonunun Güdəcühür və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən "xxxx" kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsinə dair Cavabdeh başçısının xx.xx.2022ci il tarixli, 08 saylı sərəncamının etibarsız hesab edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərardadı ilə iddia tələbinə “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının ləğv edilməsi” kimi baxılması, Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin və Sabirabad rayon Güdəcühür bələdiyyəsinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi təmin edilmiş, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamı ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(106)- 264/2022 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)- 1096/2022 nömrəli qərarı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-675/2023 nömrəli qərarı ilə cavabdehin və üçüncü şəxslərin kassasiya şikayətləri təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(106)- 264/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)- 296/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl iddiaçı “X35” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılacaq “Muğan” adlanan ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün onun istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağıl xx.xx.1999-cu il tarixli, 73 saylı müraciətinin nəzərə alınması və 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdeh Başçısının 09 dekabr 1999-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə müraciət edilərək, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin istifadəsinə verilməsi bildirilmiş və həmin torpaq sahəsinə dair "xxxx" kiçik müəssisəsinə «Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə»nin verilməsi xahiş olunmuşdur. Göstərilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" kiçik müəssisəsinin adlarına JN: 0367, kod 90918018 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Göstərilən torpaq sahələrindən istifadə hüququndan istifadə edilərək həmin dövrdən göstərilən torpaq sahələrində əkinçilik məşğul olunmuşdur. Lakin, Sabirabad rayon İHB-nin 08 saylı, 24 yanvar 2022-ci il tarixli sərəncamı ilə Sabirabad rayonunun Güdəcühur və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən "xxxx" kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 hektar torpaq sahəsinin ayrılması barədə rayon İcra Hakimiyyəti Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Sabirabad rayon İHBnin 08 saylı, 24 yanvar 2022-ci il tarixli sərəncamı qanunsuzdur. Şirvan İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2-1(120)1429/2024 nömrəli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. İİ. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh Başçısınınxx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühurkənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılacaq “Muğan” adlanan ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1555 ha torpaq sahəsi "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə "xxxx" kiçik müəssisəsininşəxsi vəsaiti hesabına Kür çayından 8 km. məsafəyə boru xətti ilə su kəməri çəkilmiş və digər işlər görülmüşdür. Lakin sonradan əsassız və qanunsuz olaraq Cavabdeh Başçısının 08 saylı, 24 yanvar 2022-ci il tarixlisərəncamıilə Sabirabad rayonunun Güdəcühur və Muğan Gəncəli inzibati ərazisindəaparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən "xxxx" kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 hektartorpaq sahəsinin ayrılması barədə Cavabdeh Başçısının15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. İndiki halda Cavabdeh Başçısınınxx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamına əsasən 1555 ha torpaq sahəsi "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilmişdir. Həmçinin qanunvericiliyin tələbinə əsasən əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə də torpaqdan daimi istifadə hesab olunur. Lakin çox təəssüf ki, məhkəmə qərar qəbul edərkən qanunvericiliyin bu normasını və sərancamda torpağın daimi istifadəyə verilməsinin qeyd edilməsini nəzərə almamışdır. Ona görə də, məhkəmə iddianın mümkün sayılmaması barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. AzərbaycanRespublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1- ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İndiki halda Cavabdeh Başçısınınxx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamına əsasən 1555 ha torpaq sahəsi"xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilmişdir. Həmçinin qanunvericiliyin tələbinə əsasən əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə də torpaqdan daimi istifadə hesab olunur. Cavabdeh Başçısının 08 saylı, 24 yanvar 2022-ci il tarixli sərəncamıilə Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi Cavabdeh Başçısının 08 saylı, 24 yanvar 2022-ci il tarixli sərəncamıilə "xxxx" kiçik müəssisəsi 1555 ha torpaq sahəsinə daimi istifadə hüququnu itirmişdir. Məhkəmə bu halı nəzərə almayaraq iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə Cavabdeh Başçısının xx.xx.1999-cu iltarixli, 112 saylı sərəncamına əsasən 1555 ha torpaq sahəsinin "xxxx"kiçik müəssisəsinin daimi və ya müvəqqəti istifadəsinə verilməsini araşdırmamış, ona görə də səhv hüquqi nəticəyə gəlmişdir. Göstərilnlərə əsasən Şırvan İnzibati Məhkəməsinin 07 iyun 2024-cu il tarixli 2-1 (120)- 1429/2024 saylı qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İİİ. Proses iştirakçılarının iştirakı: İddiaçı “X35” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X7 və Vəkil2, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, iddianım tam təmin olunmasını xahiş etmişlər. İddiaçı “X35” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X7 həmçinin şifahi dinləmə zamanı bildirmişdir ki, bələdiyyələr yarandıqdan sonra Sabirabad rayon Salmanlı bələdiyyəsi ilə "xxxx" müəssisəsi arasında 15 aprel 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Salmanlı bələdiyyəsinin 02 aprel 2000-ci il tarixli, 03 saylı qərarı əsasında bələdiyyənin yarasız və az yararlı 932 hektar torpaq sahəsi uzunmüddətli olaraq "xxxx" müəssisəsinin icarəsinə verilmişdir. Həmin torpaq sahəsi örüş sahəsidir. Qalan torpaq sahəsini isə İcra Hakimiyyətinin sərəncamına əsasən istifadəsində qalmışdır. Torpaq sahəsinə su xətləri çəkmiş, hal-hazırda istifadəsində 200 hektara yaxın hektar torpaq sahəsi qalmışdır. Orada 57 baş iribuynuzlu, təqribən 600 baş qoyun və keçi saxlayır. Torpaq sahəsində xeyli maddi vəsait xərcləmişdir. Cavabdeh nümayəndəsi və vəkili X5, üçüncü şəxslər Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin nümayəndəsi X19 və Sabirabad rayon Muğan Güdəcühür bələdiyyəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi; 16-cı maddəsinin mətnin 24 fevral 2023-cü il tarixdək qüvvədə olan redaksiyası: -1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. -2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. -3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. -4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. -5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1-4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır. -6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. -7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. -8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ;

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddianın mümkünlüyünə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. İşə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin hallarına əsasən birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edilməli, qəbul edimiş qərarın nəticələri ilə kifayətlənmək mümkündür. Birinci instansiya məhkəməsinin qərardadından göründüyü kimi, iddia tələbi subyektiv hüququn olmaması əsası ilə mümkün hesab edilməmişdir. Həmin qənaətli bağlı məhkəmə qərardadında qeyd olunmuşdur ki, “Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin müvəqqəti istifadəsinə verilməsi barədə JN: 0367, kod 90918018 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir ki, tətbiq edilməli olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin xx.xx.2023- cü il tarixədək qüvvədə olmuş mətninə əsasən örüş sahələrinin ən çoxu 15 ilədək müddətə mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə icarəyə verilə bildiyi açıq şəkildə qeyd edilmişdir. İddiaçının 2014-cu ildən sonrakı dövrdə Sərəncamın hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün rayon İcra Hakimiyyətinə müraciətinin daxil olmadığı, mübahisə predmeti olan torpaq sahəsi isə müvafiq bələdiyyələrlə digər şəxslər arasında bağlanılan icarə müqavilələri əsasında 2014-cü ildən ayrı-ayrı şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilir. Belə olan halda məhkəmə, mübahisələndirilən sərəncamla iddiaçının hər hansı bir hüququnun və qanunla qorunan maraqlarının pozulmadığı, subyektiv hüququnun mövcud olmadığı qənaətinə gəlir.” İddia tələbinin sübut kimi əsası Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı və Sabirabad rayon Salmanlı bələdiyyəsi ilə "xxxx" müəssisəsi arasında bağlanmış 15 aprel 2022-ci il tarixli icarə müqaviləsidir. Həmin sübutlarla bağlı apellyasiya baxışı zamanı iş materiallarında olan aşağıda istinad edilmiş materiallar araşdırılmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2024-cü il tarixli, **********711100 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı “X35” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə dəyişdirilmişdir. -Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamından və torpaq sahəsinin plan ölçüsündən görünür ki, "xxxx" kiçik müəssisəsinin Muğangəncəli və Güdəcühür kənd icra nümayəndəliyinin bələdiyyə mülkiyyətində saxlanılan “Muğan” adlanan ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün onun istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.1999-cu il tarixli, 73 saylı müraciətinin nəzərə alınması və 1555 hektar orüş sahəsinin "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi qərara alınmış, həmçinin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. -JN: 0367, kod 90918018 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnaməyə əsasən Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin müvəqqəti istifadəsinə verildiyi müəyyən edilir. -Azərbaycan Respublikası Sabirabad rayonu İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-70-2/2-109/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının 2014-cu ildən sonrakı dövrdə Sərəncamın hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün rayon İcra Hakimiyyətinə müraciəti daxil olmamışdır. Cavabdeh başçısının xx.xx.1999- cu il tarixli 112 nömrəli Sərəncamı ilə verilmiş örüş torpaq sahəsinin 2014-cü ilə qədər və xx.xx.2014-cü il tarixdən sonrakı dövr ərzində həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğu üçün ayrı-ayrı istifadəçilər tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi örüş təyinatlı olduğundan ayrı-ayrı istifadəçilər tərəfindən təyinatı üzrə istifadə olunur. "xxxx" MMC-nin həmin müddət ərzində fəaliyyəti barədə rayon İcra Hakimiyyətinə heç bir məlumat təqdim etməmişdir. "xxxx" MMC-dən verilən məlumata əsasən həmin torpaq sahəsinə qulluq etmək məqsədilə boru ilə su xətti çəkilmişdir. -Sabirabad rayonu Muğan Gəncəli bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 11 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamı ilə verilmiş örüş torpaq sahəsi 2014-cü il tarixdən halhazırdakı vaxta qədər "xxxx" MMC tərəfindən 95 ha, X13 87,5 ha, X14 106,37 ha, X15 50 ha, X8 61,5 ha, X9 170 ha, X20 159,98 ha, X17 64,72 ha olmaqla, cəmi 730,35 ha istifadə edilir. Cavabdeh xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamı ilə verilmiş örüş torpaq sahəsi xx.xx.2014-cü il tarixdən sonrakı dövr ərzində iddiaçı tərəfindən əkinçilik məqsədilə istifadə edilməmişdir. İddiaçı ümimiyyətlə həmin örüş torpaq sahələrində nə əkinçiliklə, nə də heyvandarlıqla məşğul olmamışdır. Mübahisələndirilən torpaq sahəsində iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1999-2022-ci illərdə təsərrüfatı olmayıb. İddiaçı Samir- 3” Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisələndirilən torpaq sahəsinə hər hansı qulluq etməyib, sahəyə hər hansı məqsədlə xərc çəkilməmişdir. -Sabirabad rayonu Güdəcühür bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 312 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.1999-cu il tarixli 112 saylı Sərəncamı ilə verilmiş örüş torpaq sahəsinin 2014- cü il tarixdən hal-hazırdakı vaxta qədər X21 tərəfindən 140 ha, Binnə’tov Əfqan Qaybalı oğlu tərəfindən 100 ha, X10 tərəfindən 84 ha, X11 tərəfindən 84 ha olmaqla, cəmi 408 ha hissəsi istifadə edilir. Cavabdeh xx.xx.1999-cu ıl tarixli 112 saylı Sərəncamı ilə verilmiş örüş torpaq sahəsi xx.xx.2014-cü il tarixdən sonrakı dövr ərzində iddiaçı tərəfindən əkinçilik məqsədilə isititadə edilməmişdir. İddiaçı ümumiyyətlə həmin örüş torpaq sahələrində nə əkinçiliklə, nə də heyvandarlıqla məşğul olmamışdır. Mübahisələndirilən torpaq sahəsində iddiaçı “Samir-3" Məhdud Məsuliyyətli - Cəmiyyətinin 1999-2022-ci illərdə təsərrüfatı olmayıb. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mübahisələndirilən torpaq sahəsinə hər hansı qulluq edilməyib, sahəyə hər hansı məqsədlə xərc çəkilməmişdir. -Sabirabad rayon Salmanlı bələdiyyəsi ilə "xxxx" müəssisəsi arasında bağlanmış 15 aprel 2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Salmanlı bələdiyyəsinin 02 aprel 2000-ci il tarixli, 03 saylı qərarı əsasında bələdiyyənin yarasız və az yararlı 932 hektar torpaq sahəsi uzunmüddətli olaraq "xxxx" müəssisəsinin icarəsinə verilmişdir. -Sabirabad rayon Salmanlı bələdiyyəsinin 2000-ci ilə aid iclas prtokolloraı barədə qaytanlanmış arxiv kitabının 5-ci səhifəsindən görünür ki, bələdiyyənin 02 aprel 2000-ci il tarixli, 03 saylı qərarı mövcud deyil, 3 saylı bələdiyyə qərarı 24 mart 2000-ci il tarixli olmaqla, “Bələdiyyənin gələcəkdə görəcəyi işlər və bunun üçün maliyyə mənbələrinin tapılması. Bələdiyyəyə məxsus torpaqlara, əmlaka və texniki avadanlıqlara ayrı-ayrı şəxslər tərəfindən bağlanmış icarə müqavilələrinin bələdiyyə üzvlərinə verilməsi, icarə qiymətlərinin müəyyən edilməsi. Bələdiyyənin kənd ictimayyəti ilə birgə fəaliyyətinin tənzimlənməsi.” gündəliyi ilə əlaqədardır. İşin hallarından və torpaq qanunvericiliyinin tələblərindən göründüyü kimi, icarəyə verilmiş 1555 hektar örüş torpaq sahəsi yalnız 15 ilə qədər verilə bilərdi. Məhz bu baxımdan Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı, eləcə də Sabirabad rayon Salmanlı bələdiyyəsi ilə bağlanması ehtimal olunan bağlanmış (arxiv kitabında həmin tarxili iclas prtoktoklu müəyyən olunmur) 15 aprel 2022-ci il tarixli icarə müqaviləsində torpaq sahəsinin müddətsiz bağlanmısının qeyd olunmasının hüquqi əhəmiyyəti yoxdur. 2014-cü ildə 15 il tamam olmuş və bununla da örüş sahələrinin istifadə olunmasına dairş icarə müqaviləsinin müddəti başa çatmışdır. Bundan sonra istifadə hüququ müddətinin uzadılması üçün bələdiyyə və iddiaçı arasında hər hansı razılaşma olmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu inzibati mübashiə üzrə 18 aprel 2023-cü qərarında göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. İddiaçı tərəfin dəlili üzrə istinad edilmiş sərəncam və icarə müqaviləsi üzrə torpaqdan istifadə hüququna dair qanunla nəzərdə tutulan 15 il müddət 2014-cü ildə başa çatdığına görə, tərəflərin müqavilə öhdəlikləri də bitmişdir. İstifadə hüququna dair müddət uzadılmadığına görə iddiaçı tərəfin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən istifadəsinin qanuni əsası yoxdur. Odur ki, onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək, yəni subyektiv hüququ yaranmır. Qeyd olunan hal iddia tələbinə baxılmasına prosessual maneə yaradır və iddianın mümkünlük şərtinə cavab vermir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, mübahisələndirilən qərardad qanuni və əsaslıdır, qərardadın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2-1(120)-1429/2024 saylı qərardadı qüvvəsində saxlanılsın. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar