Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-457/2024 17.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(120)-2088/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını Bakı İnzibati Məhkəməsindən хаhiş еtmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11398/2021 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-720/2022 nömrəli qərardadı ilə iddia tələbinə “pensiyanın dayandırıldığı vaxtdan, xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququnun bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-720/2022 nömrəli qərarı ilə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığı vaxtdan bərpa olunaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 25 yanvar 2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, 2-1(120)-720/2022 saylı qərarın ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-121/2023 saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-720/2022 saylı qərarı ləğv edilərək, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-121/2023 saylı qərardadında göstərilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarından görünür ki, xidməti araşdırma nəticəsində İddiaçı xx.xx.2015-ci il tarixdən təyin olunmuş əmək pensiyası dayandırılmışdır. xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərar hal-hazıradək qüvvədədir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hüquqi marağı dəqiq müəyyən edilməmişdir. Belə ki, nə qədər ki, əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərar hüquqi qüvvəsini saxlayır, iddiaçının hüquqi marağı tələb edir ki, həmin qərar mübahisələndirilsin (ləğv edilsin). Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2088/2024 nömrəli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2088/2023 nömrəli, 13 may 2024-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam, hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ərazi X1 “Neftçala rayon Mərkəzi Xəstəxanası” X6 23 iyul 2022-ci il tarixli, 486 nömrəli məktubuna əsasən, Kazımova (Həsənova) Nərminə Mürsəl qızı orta tibb heyəti olaraq özünün böyük tibb bacısı vəsifəsini icra edərkən eyni zamanda ayrı-ayrı vaxtlarda qeyd olunan palata tibb bacısının vəzifələrini də faktiki olaraq icra etmişdir. O, həmin vaxtlarda çalışdığı yoluxucu (infeksion) şöbəsində müalicə olunan xəstələrlə bilavasitə təmasda olaraq onlara tibbi qulluq göstərmişdir. Yəni həkimin təyinatını yerinə yetirmişdir. Onun əmək kitabçasında baş tibb bacısı yazılmasına baxmayaraq vəzifə böyük tibb bacısı vəzifəsi kimi yazılmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən islahatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının XXİV. Səhiyyə və sosial təminat idarələri) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti sözləri yazılmışdır (tibb bacısı, böyük tibb bacısı). Beləliklə, məhkəmə iddiaçının güzəştli iş stajının 10 ildən artıq olduğu qənaətinə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 63 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların : kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçının cavabdeh quruma təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 23 il 11 ay 20 gün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin dilmiş və göstəricilərin siyahısı”nın səhiyyə və sosial idarələri bölməsinin (19) vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2”na əsasən səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödənişi dərəcələri diapazonunda baş tibb bacısı vəzifəsi rəhbərlər bölməsində nəzərdə tutulmuşdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən onun təqdim etdiyi 18 noyabr 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1985 - xx.xx.1989-cu il tarixlər arasındakı dövr ərzində Neftçala Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində palata tibb bacısı, xx.xx.1989-cu il tarixdən hal-hazırkı tarixədək baş tibb bacısı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi baş tibb bacısı vəzifəsi Nazirlər Kabinetinin sözügedən siyahısı üzrə müəyyən edilmiş orta və kiçik tibb heyətinə aid deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 1 ay 29 gün) təşkil edir. Qeyd olunan uyğunsuzluqlara baxmayaraq iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və İddiaçı iddia ərizəsindən də göründüyü kimi, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası qanunvericiliyin tələbləri pozularaq təyin edilmiş və bu səbəbdən dayandırılmışdır. Qeyd olunanlardan bir daha aydın olur ki, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin əsaslarını müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli qərarının qüvvəsində saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 şikayətin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. - 38.1.Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı aşağıda qeyd olunan və tədqiq olunmuş sübutlara əsaslanır: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 saylı qərarına əsasən, pensiyaçı İddiaçı 1603.2015-ci il tarixdən təyin edilmiş 235.48 manat əmək pensiyası xidməti araşdırma səbəbilə dayandırılmışdır. Sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: xx.xx.2020-xx.xx.2021; 235.48 manat göstərilmişdir. -Neftçala rayon X4 Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli, 3046 nömrəli arayışında qeyd edilmişdir ki, Həsənova (Kazımova) Nərminə Mürsəl qızı 02 sentyabr 1985-ci ildə (əmr №131) Neftçala MRX-nın yoluxucu xəstəliklər şöbəsində palata tibb-bacısı, 01 noyabr 1989-cu ildən (əmr №139) hal-hazıra kimi isə yoluxucu xəstəliklər şöbəsində böyük tibb-bacısı vəzifəsində işləyir. Eyni zamanda ona xx.xx.1989-cu il tarixdən (əmr №131) əlavə olaraq 0,5 stavka yoluxucu xəstəliklər şöbəsindən palata tibb-bacısı vəzifəsi verilmiş və xəstələrlə ünsiyyətdə olmuşdur. Əmək kitabçasında baş tibb-bacısı yazılmasına baxmayaraq, o bu günə kimi yoluxucu xəstəliklər şöbəsində böyük tibb bacısı vəzifəsində işləyir. -xx.xx.1989-cu il tarixli, 139 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə tibb bacısı Həsənova (Kazımova) Nərminə Mürsəl qızına xx.xx.1989-cu ildən 0.5 stavka kəsilmişdir. -xx.xx.1993-cü il tarixli, 50 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə böyük tibb bacısı Həsənova (Kazımova) Nərminə Mürsəl qızına xx.xx.1993-cü ildən 0.5 stavka verilmişdir. -xx.xx.1994-cü il tarixli, 21 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə böyük tibb bacısı Həsənova (Kazımova) Nərminə Mürsəl qızına xx.xx.1994-cü ildən 0.5 stavka kəsilmişdir. -xx.xx.2007-ci il tarixli, 30 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə tibb bacısı Həsənova (Kazımova) Nərminə Mürsəl qızına xx.xx.2007-ci ildən 0.5 stavka verilmişdir. -xx.xx.2013-cü il tarixli, 80 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə tibb bacısı Həsənova (Kazımova) Nərminə Mürsəl qızına xx.xx.2013-cü ildən 0.5 stavka ilə tibb bacısı vəzifəsi verilmişdir. -xx.xx.2018-ci il tarixli, 321 nömrəli əmrdən çıxarışdan görünür ki, Səlimova Səlimə uşaq şöbəsinin tibb bacısı xx.xx.2018-ci il tarixdən yoluxucu şöbəsinə 1.0 stavka ilə tibb bacısı vəzifəsinə keçirilmiş, Həsənova (Kazımova) Nərminə Mürsəl qızının əlavə aldığı 0.5 stavka kəsilmişdir. -Azərbaycan Respublikasi İcbari Tibbi Sığorta üzrə X7 Ərazi X1 “Neftçala rayon Mərkəzi Xəstəxanasi” X6 23 iyul 2022-ci il tarixli, 486 nömrəli məktubunda qeyd edilmişdir ki, "Neftçala Rayon Mərkəzi Xəstəxanası” X8 Yoluxucu (infeksion) xəstəliklər şöbəsində böyük tibb bacısı vəzifəsində çalışan Kazımova (Həsənova) Nərminə Mürsəl qızı həqiqətəndə 02 sentyabr 1985-ci ildən “Neftçala RMX” PHŞ-in Yoluxucu (infeksion) xəstəliklər şöbəsinə 1.0 stavka palata tibb bacısı vəzifəsinə işə qəbul olub. (Əmr № 131) 01 noyabr 1989-cu ildə Yoluxucu xəstəliklər şöbəsinə 1.0 stavka baş tibb bacısı və eyni zamanda 0.5 stavka həmin şöbədə palata tibb bacısı vəzifəsində saxlanılmışdır. (Əmr № 139). 01 iyun 1990-cı ildə 0.5 stavka palata tibb bacısı kəsilmişdir. (Əmr № 58). 02 aprel 1993-cü ildə 0.5 stavka palata tibb bacısı yenidən verildi, (əmr № 50). 17 fevral 1994-cü ildə 0.5 stavka palata tibb bacısı kəsilib. (Əmr № 21). 01 aprel 1994-cü il 0.5 stavka palata tibb bacısı yenidən verildi. (Əmr № 36) 01 fevral 2007-ci ildə 0.25 stavka palata tibb bacısı kəsilib.(Əmr № 5) 01 mart 2007-ci ildə 0.25 stavka işi kəsilmişdir. 07 iyul 2007-ci ildə 0.5 stavka palata tibb bacısı işi verildi. (Əmr № 30). 02 mart 2013-cü ildə əlavə 0.5 stavka palata tibb bacısı verildi. (Əmr № 80). 01 sentyabr 2018-ci ildə palata tibb bacısı 0.5 stavka kəsildi. (Əmr № 32). Hal-hazirda Kazımova X3 Rayon Mərkəzi Xəstəxanası” X8 Yoluxucu (İnfeksion)xəstəliklər şöbəsində böyük tibb bacısı vəzifəsində çalışır. (Əmr № 84) böyuk tibb bacısı (qardaşı) Əmək funksiyası: Orta tibb heyətinin işinin səmərəli təşkili və onların ixtisasının artırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin edir. Dərman vasitələrinin və sarğı materiallarının, o cümlədən tərkibində zəhərli və narkotik maddələr olan dərmanların və dərman maddələrinin vaxtında yazılaraq alınması, uçotu, bölgüsü, işlənilməsi, saxlanılması, xəstələrin qəbulu və evə yazılması işlərini təşkil edir. Orta və kiçik tibb heyəti tərəfindən mövcud qaydalara əməl olunmasına nəzarət edir. Xəstələrin şöbə daxilində düzgün nəql edilməsi, orta tibb heyəti tərəfindən həkim təyinatlarının vaxtında və dəqiq yerinə yetirilməsi, xəstəxana şöbələrinin, xəstələrin paltar və dəyişəklərinin saxlanılmasında sanitar-gigiyenik qaydalara əməl olunması, yoluxucu xəstəliyə tutulmuş xəstələr yerləşdirilən otaqların dezinfeksiya olunması işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir. Əmək funksiyası. Xəstələrə müalicəprofilaktika müəssisələrində və evdə tibbi qulluq göstərir. Xəstəyə həkiməqədər tibbi yardım göstərir. Sanitariya maarifi işini aparır. Laboratoriya tədqiqatları üçün materialları götürür və ən sadə analizləri aparır.Tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiya edir. Şöbədə dərmanların məqsədli işlədilməsinə məsuliyyət daşıyır, həkim təyinatlarının düzgün yerinə yetirilməsini, dərman maddələrinin və etil spirtinin müvafiq qaydada uçotunun aparılmasını, işlədilməsini və saxlanılmasını təmin edir. Kazımova (Həsənova) Nərminə Mürsəl qızı orta tibb heyəti olaraq özünün böyük tibb bacısı vəzifəsini icra edərkən eyni zamanda ayrı-ayrı vaxtlarda qeyd olunan palata tibb bacısının vəzifələrini də faktiki olaraq icra etmişdir. O həmin vaxtlarda çalışdığı yoluxucu (infeksion) şöbəsində müalicə olunan xəstələrlə bilavasitə təmasda olaraq onlara tibbi qulluq göstərmişdir. Yəni həkimin təyinatını yerinə yetirmişdir. Kazımova (Həsənova) Nərminə Mürsəl qızının əmək kitabçasinda baş tibb bacısı yazılmasına baxmayaraq vəzifə böyük tibb bacısı vəzifəsidir və illərlə böyük tibb bacısı vəzifəsi baş tibb bacısı vəzifəsi kimi yazılmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının XXİV. Səhiyyə və sosial təminat idarələri a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti sözləri qeyd edilmişdir (tibb bacısı, böyük tibb bacısı). Azərbaycan Respublikasi İcbari Tibbi Sığorta üzrə X7 Ərazi X1 “Neftçala rayon Mərkəzi Xəstəxanasi” X6 23 iyul 2022-ci il tarixli, 486 nömrəli məktubundan görünür ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının XXİV. Səhiyyə və sosial təminat idarələri a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti sözləri qeyd edilmişdir (tibb bacısı, böyük tibb bacısı). İş materiallarından İddiaçı xx.xx.2015-ci il tarixədək ümumi iş stajı 20 ildən çox təşkil edir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən xüsusi sahələrdə 10 ildən artıq sığorta stajı mövcuddur. Cavabdeh tərəf əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın qanuniliyini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1985xx.xx.1989-cu il tarixlər arasındakı dövr ərzində Naftçala Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində palata tibb bacısı, xx.xx.1989-cu il tarixdən hal-hazırkı tarixədək baş tibb bacısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial idarələri bölməsinin (19) vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2”na əsasən səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödənişi dərəcələri diapazonunda baş tibb bacısı vəzifəsi rəhbərlər bölməsində nəzərdə tutulmuş və orta tibb heyəti və kiçik tibb heyəti vəzifələrinə uyğun deyil. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Nəzərə alınmalıdır ki, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasında pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin gücləndirilməsində, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində müəyyən kateqoriyadan olan şəxslərə əmək pensiyasının hesablanması zamanı güzəştlərin tətbiq olunması nəzərdə tutulur. Həmin sahələrdən biri də əmək şəraiti xüsusilə ağır və zərərli sahələrdə çalışanlara yaşa görə verilən güzəştlə bağlıdır. Bu sahənin tətbiqi dairəsi də Nazirlər Kabinetinin yuxarıda qeyd olunmuş siyahı üzrə müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan siyahıda “orta və kiçik tibb heyəti” termin olaraq qəbul edilməməli, onların əmək funksiyasına uyğun olaraq mübahisə həll olunmalıdır. İddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışlardan aşkar görünür ki, İddiaçı əmək funksiyası üzrə gündəlik iş şəraiti orta və kiçik tibb heyətinin vəzifə öhdəlikləri ilə eynidir və nə qədər ki, cavabdeh bu halın mövcud olmadığını sübut edə bilmir, həmin hallar mötəbər hesab olunmalıdır. Belə olan halda, faktiki vəziyyəti başqa formada qəbul etmək yolverilməzdir. Əksi yanaşma ilə qanunun əhatə etdiyi şəxslərin dairəsi və sosial təminat hüququnun güddüyü qanuni məqsədə çatmaq baxımından mütənasiblik prinsipi pozulmuş olar. Göründüyü kimi, imtinanın əsası olan hallar barədə müstəqil şəkildə və öz hesabına dəlillərin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu halda, inzibati orqan olaraq cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan, formal mülahizələrə mübahisəli qərar qəbul edilmiş və bununla da qanunsuz hərəkətə yol verilməklə yanaşı, iddiaçının sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsində işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Nəticə olaraq cavabdeh tərəfin mövqeyi “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinə (qanunçulu və digər) zidd hesab olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 67.1.-67.4-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. İşin hallarına əsasən ləğv olunması tələb olunmuş qərar qanunsuz əlverişsiz inzibati akt hesab olunur və birinci instansiya məhkəməsi qərarı ləğv etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(120)-2088/2024 saylı qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-457/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-457/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver