Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-459/2024 15.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X11 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(120)-1136/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərardadı qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamının X2na aid hissədə ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə sonradan ərizə ilə məhkəməyə müraciət edərək, “Lənkəran şəhər İcra Hakimiyyətinin 15 mart 2001-ci il tarixli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1-(106)1136/2024 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi və cavabdehin əvəz edilməsi barədə ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə apararaq cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamının X2na aid hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamının X2na aid hissədə ləğv edilməsi” kimi baxılması davam etdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 olmuşdur. O, ailəsi ilə birlikdə ünvan 1 ünvanda 0,05832 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət mərhum X1na məxsus fərdi yaşayış evində yaşayırlar. Onların yaşadığı ev mərhum X1 tərəfindən 1977-ci ildə inşa edilmişdir. Mərhum X1 12 fevral 1988-ci il tarixdə bağışlama haqqında müqavilə bağlayaraq həmin fərdi yaşayış evinin 1/2 hissəsini X2na bağışlamışdır. X1 01 iyun 1998-ci il tarixdə vəfat etdikdən sonra o, ailəsi ilə birlikdə həmin mərhum atasına məxsus fərdi yaşayış evində yaşamışlar. Bir müddət keçdikdən sonra atasının digər vərəsələri özlərinə düşən paydan onun xeyrinə imtina etdikləri üçün atasından miras qalmış əmlak tamamilə vərəsəlik qaydasında onun adına keçmişdir və bu barədə onun adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Həmin çıxarışda da bir başa qeyd edilmişdir ki, ünvan 1 ünvanda 0,05832 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi üzrə 1/2 hissə fərdi yaşayış evi X7 1/2 hissə fərdi yaşayış evi və torpaq sahəsi isə onun, mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabında 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin qeyd olunan çıxarış da xx.xx.2019-cu il tarixdə verilmişdir. Baxmayaraq ki, onun mərhum X1nun adına verilmiş hiiquqmüəyyənedici sənədlərdə ünvan 1 ünvanda 0,05832 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evi mülkiyyətində olmuşdur, sonradan mərhum X1nun adına çıxarış alanda həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sahəsi 0.042 ha qeyd edilmişdir, sonradan onun adına da verilmiş çıxarışda da torpaq sahəsinin sahəsi də 0.042 ha qeyd edilmişdir. X2 isə 08 yanvar 2011-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi kimi X15 olmuşdur. Bu yaxınlarda isə həmin X15 ona qarşı Lənkəran rayon məhkəməsində xx.xx.2019- cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixli 4427 inventar nömrəli texniki pasport əsasında 1/2 hissəyə malik xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin naturada paylı mülkiyyətə bərabər 1/2 hissəyə bölünməsi və həmin evinə avtomobil yolu giriş-çıxışının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Həmin mülki işə Lənkəran rayon məhkəməsində baxılarkən o, iddia ərizəsinə əlavə edilmiş sənədlərə baxanda ona məlum oldu ki, baxmayaraq ki, mərhum X1 mərhum X2na təkcə evin 1/2 hissəsini bağışlamışdır. Mərhum X2 o dövrdə fəaliyyət göstərən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X4 Bürosuna həmin bağışlama müqaviləsi ilə müraciət edərək ünvan 1 ünvanda 0.05832 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evinin mərhum X1nun məxsus olması barədə və onun adına verilmiş şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda özünü paylı mülkiyyətçi kimi qeyd elətdirmişdir. Heç kimin bu barədə məlumatı olmamışdır. Bundan sonra mərhum X2 2001-ci ildə o dövrdə Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı işləmiş Y.Rzayevə müraciət edərək mərhum atasına məxsus olmuş və ünvan 1 ünvanda 0.05832 ha torpaq sahəsində inşa etdiyi 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin onun adına qeydə alınmasını xahiş etmiş və Lənkəran Rayon İcra Hakimiyyəti Başçısı özünün 15 mart 2001-ci il tarixli sərəncamı ilə X7 həmin ünvanda 161.8 kv.m həyətyanı torpaq sahəsində tikdiyi ümumi sahəsi 77.3 kv.m yaşayış sahəsi. 34.8 kv.m olan 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin onun adına qeydiyyata alınması qərara alınmışdır. Mərhum X2 bundan əlavə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmiş və Lənkəran rayonu Dövlət Notariat Kontorunun xx.xx.1988-ci il 1/335 saylı müqaviləsinə əsasən 200 kv.m torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü barədə X19 kitabında A N368656 sayla 04 oktyabr 2011-ci il tarixdə 1063 nömrə ilə uçota alınmışdır. Qeyd etdiyi kimi baxmayaraq ki, Lənkəran rayonu Dövlət Notariat Kontorunun xx.xx.1988-ci il 1/335 saylı müqaviləsinə əsasən mərhum X1 12 fevral 1988-ci il tarixdə ancaq 1/2 hissə evi bağışlama haqqında müqavilə bağlayaraq həmin fərdi yaşayış evinin 1/2 hissəsini X2na bağışlamışdır. Həmin xx.xx.1988-ci il 1/335 saylı müqaviləsində hər hansı torpaq sahəsinin bağışlanması barədə heç bir cümlə olmadığı halda mərhum X2 mərhum X1nun xüsusi mülkiyyətində olmuş və sonradan vərəsəlik qaydasında onun xüsusi mülkiyyətinə keçmiş ünvan 1 ünvanda 0.05832 ha torpaq sahəsinin 0.016 hissəsini qanunsuz olaraq öz mülkiyyəti kimi qeyd elətdirmiş və bundan sonra da yuxarıda qeyd etdiyi kimi 2001-ci ildə o dövrdə Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı işləmiş Y.Rzayevə müraciət edərək mərhum atasına məxsus olmuş və ünvan 2 ünvanda 0,05832 ha torpaq sahəsində inşa etdiyi 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin onun adma qeydə alınmasını xahiş etmiş və Lənkəran Rayon İcra Hakimiyyəti Başçısı özünün 15 mart 2001-ci il tarixli sərəncamı ilə Lənkəran şəhəri, B.O.Abbasov küçəsindəki 9 nömrəli evdə yaşayış X7 həmin ünvanda 161.8 kv.m həyətyanı torpaq sahəsində tikdiyi ümumi sahəsi 77.3 kv.m yaşayış sahəsi. 34.8 kv.m olan 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin onun adına qeydiyyata alınması qərara alınmışdır. Daha sonra mərhum qardaşı 08 yanvar 2011-ci il tarixdə vəfat etdikdən sonra həmin 0.016 ha torpaq sahəsi onun vərəsələri kimi X9 və X10 mülkiyyətinə keçmişdir. Bu barədə onların adına çıxarış da verilmişdir. Hesab edir ki, mərhum X1nun adına verilmiş hüquqmüəyyənedici sənədlərdə ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sahəsi 0.05832 ha olduğu halda sonradan onların adına verilmiş çıxarışlarda həmin torpaq sahəsinin 0.042 ha torpaq sahəsinə endirilməsi və qalan 0.016 ha torpaq sahəsinin heç bir əsas olmadan X7 mülkiyyətinə verilməsi, bu barədə onun adına çıxarış verilməsi və daha sonra həmin torpaq sahəsinin vərəsəlik qaydasında onun vərəsələri olan X9 və X10 mülkiyyətinə verilməsi və bu barədə onların adına çıxarış verilməsi qanunsuzdur. Qeyd edilənlərə əsasən mərhum X1nun adına verilmiş Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın, İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və X9 adına verilmiş Seriya MA ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(120)-1136/2024 nömrəli qərarı ilə iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: - Şirvan İnzibati Məhkəməsi işi tam araşdırmadan qərardad qəbul etmişdir. Məhkəmə isə onun iddia tələbini qeyri-mümkün hesab edərək əsas kimi qərardadında qeyd etmişdir ki, iş materiallarında olan sərəncamdan və digər sənədlərdən iddiaçının uzun müddətdir mübahisələndirdiyi sərəncamdan məlumatının olduğu müəyyən edilir. İddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə məhkəmənin icraatına daxil olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi sərəncamdan məlumatı olmuşdur. -Bundan başqa məhkəmə qeyd etmişdir ki, X15 cavabdeh İddiaçı qarşı Lənkəran rayon Məhkəməsində iddia qaldıraraq xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin naturada ½ hissəyə bölünməsi, həmin evə avtomobil yolu ilə giriş-çıxış təmin edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-51/2023 saylı Qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamından xx.xx.2023-cü ildən əvvəl, yəni onun nümayəndəsi və vəkilinin də qeyd etdiyi kimi icraat zamanı məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamışdır. - Bütün bunlar məhkəmə tərəfindən nəzərə alınmamış və sonda məhkəmə yanlış nəticəyə gəlmişdir. Hansı ki, iş üzrə cavabdehin nümayəndəsi məhkəmənin heç bir iclasına gəlməmiş, məhkəməyə hər hansı bir ərizə və ya etiraz belə təqdim etməmişlər. Məhkəməyə arayış təqdim edilmişdir ki, həqiqətən də iddiaçı hazırda qeydiyyatda olduğu ünvanda deyil, Bakı şəhərində kirayədə yaşayır. Ona görə də qeyd olunan sərəncamın mövcudluğundan məlumatı olmamışdır. - Odur ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1136/2024 saylı, 21 iyun 2024-cü il tarixli qərardadın ləğv edərək iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı və cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. -35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -İşin mübahisəli olmayan halları ilə müəyyən olunur ki, X15 cavabdeh İddiaçı qarşı Lənkəran rayon Məhkəməsində iddia qaldıraraq xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin naturada ½ hissəyə bölünməsi, həmin evə avtomobil yolu ilə giriş çıxış təmin edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-51/2023 saylı Qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır -İddiaçı Hüseynov X13 şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamının X2na aid hissədə ləğv edilməsi” barədə iddia tələbi ilə 01 avqust 2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. -İddia ərizəsindən göründüyü kimi, İddiaçı 2001-ci ildə məlumatı olmuşdur ki, mərhum X2 həmin ünvanda 161.8 kv.m həyətyanı torpaq sahəsində ümumi sahəsi 77.3 kv.m, yaşayış sahəsi 34.8 kv.m olan 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi inşa etdirmişdir. Həmin vaxt evin inşa edilməsinə heç bir etiraz etməmiş, bununla da mübahisəli sərəncama əsasən qeyd edilən evin inşa edilməsinə razılığını bildirmişdir. -Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya rəsmi hüquqi yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı dəlil təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı mübahisələndirilən sərəncamdan Lənkəran Rayon Məhkəməsində proses gedişatı zamanı məlumatlı olmuş və iş yekunlaşdıqdan sonra isə hüquqlarını bilmədiyi üçün məhkəmədə sərəncamı vaxtında mübahisələndirməmişdir. - Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü tarixli məktubları ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizəninin təqdim edilməsi hüququ izah olunmuş, lakin iddiaçı qeyd edilən vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı sərəncamın mövcud olmasından ən yaxın müddət nəzərə alınsa belə, 2023-cü ilin mart ayında məlumatlı olmuşdur. Halbuki həmin sərəncama əsasən inşa edilən evin inşa edilməsi 22 il əvvələ təsadüf edir və iddiaçı olaraq İddiaçı evin inşasını qəbul etmişdir. Dolayısı ilə sərəncamda qeyd olunan əsasları da qəbul etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin mübahisələndirmə iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətin üzürsüz səbəbə görə ötürülməsi barədə qənaəti prosessual tələblərə uyğundur. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərardad qanuni və əsaslıdır, qərardadın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(120)-1136/2024 nömrəli qərardadı dəyişirilməsin. Qərardad rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-459/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-459/2024
15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver