Məhkəmə qərarları › İş №2-1(106)-46/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-46/2024

05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-46/2024 05.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X19 Firdusi oğlunun sədrliyi ilə, X1 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********962600 nömrəli və **********963300 nömrəli qərarın ləğv edilməsi» barədə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-115/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı1 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********962600 nömrəli və **********963300 nömrəli qərarın ləğv edilməsi» barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2021- ci il tarixdə **********962600 saylı qərar ilə, 2019-cu ilin avqust ayı üçün 21941,52 manat və xx.xx.2021-ci il tarixdə **********963300 saylı qərar ilə 2019-cu ilin sentyabr ayı üçün 33194,03 manat olmaqla, hər iki qərar əsasında ümumilikdə 55135,55 manat məbləğində, 02 iyun 2021-ci il tarixində heç bir əsas olmadan 2019-cu ilin avqust və sentyabr ayları üçün mənim şəxsi vərəqəsinə əsassız borc yazılmışdır. Bu məbləğ onun şəxsi hesab vərəqəsində mütəmadi dəyişilərək 60675 manat və ya 62098 manat və s. qeyd olunmaqla yanaşı, onun bütün bank hesablarına həmin məbləğin silinməsi barədə sərəncamlar göndərilmişdir. Dəfələrlə vergi orqanına qərəzli şəkildə ona hesablanmış borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsini, bank hesablarından sərəncamların geri götürülməsini və həmin borcun yaranma əsasları barədə yazılı məlumat vermələrini xahiş etsə də, müraciətetdiyi vergi orqanlarından heç bir əsaslı və müsbət cavab verilməmişdir. Bütün bu müraciətlərindən sonra 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona məxsus əmlakların siyahıya alınması barədə qərar verilmiş, xx.xx.2021-ci il tarixində 64043 manat vəsaitin ödənilməsi barədə ona bildiriş göndərilmiş və borcun 105 faizi həcmində mənim ƏDV sub-ucot hesabımda olan pul vəsaitinin dondurulması barədə xx.xx.2021-ci il tarixli, **********595200 saylı növbəti qərar qəbul edilərək onun onlayn kargüzarlığıma yerləşdirilmişdir. Dövlət Vergi Xidmətinə və 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ümumilikdə 4 dəfə onlayn kargüzarlıq vasitəsi ilə və poet qutusu vasitəsi ilə müraciət etsə də, vergi orqanları tərəfindən heç birmüsbət cavab verilmədən şikayəti təmin olunmamışdır. Odur ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı1 barəsində çıxarılmış xx.xx.2021-ci il tarixli **********962600 və **********963300 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Dövlət Vergi Xidmətin 6 saylı Ə az/ Vergilər Baş idarəsinin xx.xx.2019-cu il tarixli qərarıəsasında mənim 2017- 2018 və 2019-cu ilin 01 avqust dövrünü əhatə edən fəaliyyətim yoxlanılmışdır. Vergi orqanının keçirdiyi həmin yoxlamanın nəticələrinə dair Qərar tərəfimdən mübahisələndirildiyi üçün, hazırda həmin iş Şirvan İnzibati Məhkəməsində 2- 1;120)-1027/2021 saylı iş nömrəsi ilə məhkəmənin icraatındadır. Qeyd olunanlara baxmayaraq 6 saylı ƏraziVergilər Baş idarəsi xx.xx.2021-ci il tarixdə 2 **********2600 saylı qərar ilə, 2019-cu ilin avqust ayı üçün 21941.52 manat ve xx.xx.2021-ci il tarixdə **********963300 saylı qərar ilə 2019-cu ilin sentyabr ayı üçün 33194.03 manat olmaqla, hər iki qərar əsasında ümumilikdə 55135.55 manat məbləğində, 02 iyun 2021-ci il tarixində heç bir əsas olmadan 2019-cu ilin avqust və sentyabr ayları üçün mənim şəxsi vərəqəmdə əsassız borc yazılmışdır”. Bununlabağlı qeyd edək ki, Vergi Məcəlləsinin 177.2-ci maddəsinə görə ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Lakin vergi ödəyicisi tərəfindən 2019-cu ilin avqust ayı üçün ƏDV bəyannaməsi qanunvericilikdə müəyyən edilmiş müddətdə vergi orqanına təqdim edilməmişdir. Qeyd edilən hesabat dövrü üçün ƏDV bəyannaməsinin təqdim edilməməsinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə 143838,89 manat (ƏDV ilə birlikdə), (121897,36 manat ƏDV-siz) müəyyən edilmişdir. Qeyd olunmuş kənarlaşmaya əsasən (143838,89 /113*18=21941,53 manat) əlavə vergi məbləği hesablanmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********728600 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il avqust ayı üçün əlavə dəyər vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 21941,53 manat əlavə dəyər vergisi hesablanmış və xx.xx.2021-ci il tarixli **********962600 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi qanunvericilikdə müəyyən edilmiş müddətdə vergi orqanına təqdim edilməmişdir. Qeyd edilən hesabat dövrü üçün ƏDV bəyannaməsinin təqdim edilməməsinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə 217605,28 manat (ƏDV ilə birlikdə), (184411,25 manat ƏDV-siz) müəyyən edilmişdir. Qeyd olunmuş kənarlaşmaya əsasən (217605,28 /118*18=33194,03) manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********728600 nömrəli kameıal vergi yoxlaması üçün zəruri olan sənədlərin(məlumatların) tələb edilməsi haqqında məktublar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il sentyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 33194,03 manat əlavə dəyər vergisi hesablanmış və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar göndərilmişdir. Eyni zamanda bildiririk ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ********* nömrəli cinayət işi üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarına və 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********188663 nömrəli qərarına əsasən iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrləri əhatə edən fəaliyyəti /oxlanılmışdır. Yoxlama xx.xx.2019-cu il tarixdə başlanılmış, xx.xx.2019- cu il tarixdə başa çatdırılaraq, nəticəsi 08.10 3019-cu il tarixli **********190566 nömrəli“Səyyar vergi yoxlaması aktı" ilə rəsmiləşdirilmişdir. Yoxlama fərdi sahibkar İddiaçı1 xx.xx.2011 -ci il tarixli ƏN-İ 283591 və xx.xx.2019-cu il tarixli 7E-465 reyestr nömrəli etibarnamələr üzrə rəsmi nümayəndələri olan X2 və X5 iştirakı ilə və 6 Saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli müvafiq qərarları əsasında İddiaçı1 məxsus, Lerik rayonu, Hamarmeşə kəndi ərazisində yerləşən “Relax" İstirahət mərkəzində cu İ tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı “Sənədlərin və Nümunə kimi əşyaların qötürülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********6767 nömrəli qərar əsasında istira ıət mərkəzinin ofisindən götürülmüş və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və real dövriyyəsini özündə əks etdirən mühasibat sənədləri və məlumatları, həmçinin qarşılıqlı əməliyyatlar və vergi ödəyicisinin bank hesabı və əməliyyatları barədə daxil olmuş məlumatlar əsasında apar imişdir. Götürülmüş sənədlər İddiaçı1 sahibkarlıq fəaliyyətinə aic olduğu qeyd edilməklə vergi ödəyicisinin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmişdir. İddiaçının iddia ərizəsində qeyd olunan dəlili sadəcə iddia ərizəsini hər hansı bir şəkildə, əsasən də təhrif olunmuş şəkildə əsaslandırmaq üçün istifadə olunan ümumi cümlələrdir. Məlumat üçün xüsusi olaraq qeyd edirəm ki, ibtidai istintaq zamanı iddiaçı ərizə ilə müraciət edərək, yayındırdığı 635153,79 manat vergiləri tamamilə dövlət büdcəsinə ödədiyinə görə istintaq olunan ********* nömrəli cinayət işində barəsində aparılan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. (Ərizənin surəti etiraza əlavə olunacaqdır). Beləliklə də iş üzrə aparılmış istintaq zamanı iddiaçının əməlində AR Cinayət Məcəlləsinin 213.3-cü maddəsinin tərkibinin olduğu tam olaraq sübuta yetirilmişdir. (Cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli Qərarın surəti etiraza əlavə olunacaqdır). Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu ildə Relax İstirahət və Turizm Mərkəzində (3 sayda təsərrüfat subyekti üzrə) həyata keçirmək istədiyi operativ vergi nəzarəti tədbirləri zamanıhəmin obyektin vəzifəli şəxsləri olan X3, X6, X15, X13, X4 və X8 vergi əməkdaşlarının qanuni fəaliyyətinə mane olaraq və onlara qarşı zor tətbiq etməklə müqavimət göstərdiyinə görə onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2 və 315.2-ci maddələri ilə ittiham elan edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə qeyd olunan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2 və 315.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və qeyd olunan cinayət işi üzrə münaqişənin baş vermə səbəbi kimi göstərilən vergi yoxlaması sonradan baş tutumuş, dövlət büdcəsindən yayındırılmış mübahisə predmeti olan vergi məbləği və tətbiq olunmuş maliyyə sanksiyasının dövlət büdcəsinə tam ödənilməsi faktını hakim təqsirləndirilən şəxslərə cəza təyin edərkən yüngülləşdirici hal kimi nəzərə almışdır. Nəticədə də təqsirləndirilən şəxslərə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Eyni zamanda iddia ərizəsində qeyd edilir ki, “Mənim şəxsi hesab vərəqəmdə mütəmadi dəyişilərək 60675 manat və ya 62098 manat və s. qeyd olunmaqla yanaşı, mənim bütün bank hesablarıma həmin məbləğin silinməsi barədə sərəncamlar göndərilmişdir. Dəfələrlə vergi orqanına qərəzli şəkildə mənə hesablanmış borc məbləğinin şəxsi hesab vərəqəmdən silinməsini, bank hesablarımdan sərəncamların geri götürülməsini və həmin borcun yaranma əsasları barədə yazılı məlumat vermələrini xahiş etsəmdə, müraciət etdiyim vergi orqanlarından heç bir əsaslı və müsbət cavab verilməmişdir. Bununla bağlı qeyd edək ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi müraciətlər üzrə DövlətVergi Xidməti tərəfindən qərar qəbul olunaraq aşağıdakı əsaslarla inzibati şikayət təmin edilməmişdir. Belə ki, İddiaçı1 (bundan sonra- fərdi sahibkar) şikayətlərində 2019-cu ilin avqust və sentyabr ayları üçün əlavə dəyər vergisi bəyannaməsiüzrə hesablanmış vergi məbləği ilə razı olmadığını bildirərək, hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Uçotbaza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2017-ci il tarixdən (xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məcburi qeydiyyat, xx.xx.2020-ci il tarixdən isə könüllü qeydiyyat) əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi" olduğu, xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “X21 Pizza Restoran” adlı əsas sahəsi 60 m2, əlavə sahəsi 50 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63010) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34cü km ünvanında yerləşən “Küləfrəngi" adlı əsas sahəsi 35 m2, əlavə sahəsi 50 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63014) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu İ tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “şəxsi heyətin qidalanması üçün yeməkxana” adlı əsas sahəsi 150 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63016) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “icarə obyekti” adlı əsas sahəsi 572,1 m2, əlavə sahəsi 00 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63001) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Hörümçək Bar” adlı əsas sahəsi 25 m2, əlavə sahəsi 38 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu-**********- 63015) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2020-ci il tarixdə Lerik rayonu, Piran, 20-ci km ünvanında yerləşən “icarə obyekti” adlı əsas sahəsi 4000 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63020) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2020-ci iltarixdə Bakı şəhəri Nizami rayonu, Özbəkistan ev.24 ünvanında yerləşən “icarə obyekti” adlı əsas sahəsi 20,1 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu -**********-16001) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2017-ci iı tarixdə Lerik rayonu, Piran ünvanında yerləşən “İcarə” adlı əsas sahəsi 54899,0 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63002) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Təndir” adlı əsas sahəsi 90 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********- 63018) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Aqua Park” adlı əsas sahəsi 150 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63017) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Beerelax Bar” adlı əsas sahəsi 20 m2, əlavə sahəsi 28 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63008) təsərrüfat subyektinin (obyektinin), və xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “X22 Bar” adlı əsas sahəsi 50 m2, əlavə sahəsi 70 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63013) təsərrüfat subyektinin (obyektinin) vergi orqanına qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsinə əsasən avqust ayı üçün 143 838,89 manat (ƏDV ilə birlikdə), sentyabr ayı üçün 217 605,28 manat (ƏDV ilə birlikdə) dövriyyə müəyyən edilməsinə baxmayaraq, həmin dövrlər üzrə ƏDV bəyannamələri təqdim edilməmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********728600 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindənbəyannamədə olan uyğunsuzluq barədə məktublara cavab olaraq əsaslı izahat, təsdiqedici sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2019-cu ilin avqust ayı üçün 21 941,52 manat, sentyabr ayı üçün 33 194,03 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********962600, **********963300 nömrəli qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. “İnzibati icraat haqqında’’ Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti uzadılmış və bu barədə fərdi sahibkara xx.xx.2021-ci il tarixli **********192700 nömrəli, xx.xx.2021-ci il tarixli **********793600 nömrəli məktublarla məlumat verilmişdir. Kameral vergi yoxlamasının nəticəsi ilə bağlı inzibati şikayətin ətraflı araşdırılması məqsədilə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********274900 nömrəli məktubla məsələnin tam obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), vergi tutulan dövriyyənin həcminə və məzmununadair sənədləri (olduğu halda: alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, alınmış malların müvafiq təsərrüfat obyektində saxlanılması barədə məlumatları, icarə, alqı- satqı müqavilələrini, nəzarət kassa aparatından həmin dövrə aid “Z” və dövrü hesabatları, idxalixrac əməliyyatları barədə sənədləri, kassa mədaxil-məxaric sənədlərini, bank hesabından çıxarışı, müqavilələr, üzləşmə aktı, qaimə-fakturaları, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər və s), həmçinin xronometraj metodu ilə müşahidələrin keçirilməsi barədə yeni müraciətin edilib edilməməsi barədə müvafiq təsdiqedici sənədləri inzibati araşdırmaya xx.xx.2021-ci il tarixədək təqdim edilməsi bildirilmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisiran inzibati şikayəti təmin edilməməlidir. Belə ki, aparılmış araşdırma zamanı fərdi sahibkara məxsus təsərrüfat subyektlərində xx.xx.2019cu il tarixli “Xronometraj metodu ilə müşahidələrin aparılması haqqında” **********63 14,**********6328, **********6324, **********6329, **********6322, **********6326, **********6318, **********6323, **********6313, **********6321 nömrəli qərarlarına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrininxx.xx.2019-cu il tarixli 003864 nömrəli, xx.xx.2019-cu il tarixli 003872, 003841, 003855, 003862, 003866, 003881, 003860, 003879, 003809 nömrəli aktlarla rəsmiləşdirilməklə orta günlük satış dövriyyənin 8 989,94 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı1 etibarnamə ilə səlahiyyətli nümayəndəsi X10 günlük və yekun aktların doğruluğunu imzası ilə təsdiq etmiş və aktların bir nüsxəsini əlavələrlə birlikdə aldığı barədə imza etmişdir. Araşdırma ilə fərdi sahibkar tərəfindən “Təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi barədə” və keçirilmiş xronometrajın passivləşdirilməsi barədə vergi orqanına xx.xx.2019-cu il tarixdə müraciət edilməsinə baxmayaraq, xronometraj müşahidənin nəticəsi vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 50-1.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən passivləşdirilmişdir. Həmçinin, fərdi sahibkar tərəfindən 2019-cu ilin avqust və sentyabr ayları üzrə ƏDV bəyannamələri təqdim edilmədiyi üçün xx.xx.2019-cu il tarixli **********252900 nömrəli “Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə” xəbərdarlıqla vergi ödəyicisinə məlumat verilmişdir. Beləliklə, kameral hesablamanın sonuncu imzalanmış xronometraj müşahidələrin nəticəsinə dair aktlara əsasən aparıldığını,vergi ödəyicisi tərəfindən 2019cu ilin avqust və sentyabr aylarında alınmış 146 075,03 manat məbləğində malların istifadə təyinatına dair mühasibat uçotu sənədləri təqdim edilmədiyindən inzibati şikayətə dair müraciətiniz təmin edilməmişdir. Həmçinin ƏDV sub-uçot hesabında olan pul vəsaitlərinin dondurulması ilə bağlı bildirmək istəyirik ki, iddiaçıya xx.xx.2021-ci il tarixində 64043 manat vəsaitin ödənilməsi barədə bildiriş göndərilmiş və xx.xx.2021-ci il tarixli, **********595200 nömrəli Qərarla ƏDV sub-uçot hesabında cəmi 0.04 manat pul vəsaiti dondurulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Odur ki, İddiaçı1 təqdim etdiyi iddia ərizəsiüzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-115/2023 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2017-ci il tarixdən (01,07.2017-ci il tarixdən 01,07.2020-ci il tarixədək məcburi qeydiyyat, 01,07.2020-ci il tarixdən isə könüllü qeydiyyat) əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün "mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi” olduğu, xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “X21 Pizza Restoran” adlı əsas sahəsi 60 m2, əlavə sahəsi 50 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63010) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34cü km ünvanında yerləşən “Küləfrəngi” adlı əsas sahəsi 35 m2, əlavə sahəsi 50 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63014) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən "şəxsi heyətin qidalanması üçün yeməkxana” adlı əsas sahəsi 150 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63016) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “icarə obyekti” adlı əsas sahəsi 572,1 m2, əlavə sahəsi 300 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63001) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Hörümçək Bar” adlı əsas sahəsi 25 m2, əlavə sahəsi 38 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63015) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2020-ci il tarixdə Lerik rayonu, Piran, 20-ci km ünvanında yerləşən “icarə obyekti” adlı əsas sahəsi 4000 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********- 63020) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Özbəkistan ev.24 ünvanında yerləşən “icarə obyekti” adlı əsas sahəsi 20,1 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-16001) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2017-ci il tarixdə Lerik rayonu, Piran ünvanında yerləşən “İcarə” adlı əsas sahəsi 54899,0 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63002) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Təndir” adlı əsas sahəsi 90 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********- 63018) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Aqua Park” adlı əsas sahəsi 150 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63017) təsərrüfat subyektinin (obyektinin), xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “Beerelax Bar” adlı əsas sahəsi 20 m2, əlavə sahəsi 28 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********- 63008) təsərrüfat subyektinin (obyektinin), və xx.xx.2019-cu il tarixdə Lerik rayonu, Hamarmeşə, 34-cü km ünvanında yerləşən “X22 Bar” adlı əsas sahəsi 50 m2, əlavə sahəsi 70 m2 olan (təsərrüfat subyektinin (obyektinin) kodu - **********-63013) təsərrüfat subyektinin (obyektinin) vergi orqanına qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsinə əsasən avqust ayı üçün 143 838,89 manat (ƏDV ilə birlikdə), sentyabr ayı üçün 217 605,28 manat (ƏDV ilə birlikdə) dövriyyə müəyyən edilməsinə baxmayaraq, həmin dövrlər üzrə ƏDV bəyannamələri təqdim edilməmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarxili **********728600 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktublara cavab olaraq əsaslı izahat, təsdiqedici sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2019-cu ilin avqust ayı üçün 21 941,52 manat, sentyabr ayı üçün 33 194,03 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********962600, **********963300 nömrəli qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. iddiaçıya məxsus təsərrüfat subyektlərində xx.xx.2019-cu il tarixli “Xronometraj metodu ilə müşahidələrin aparılması haqqında” **********6314,**********6328, **********6324, **********6329, **********6322, **********6326, **********6318, **********6323, **********6313, **********6321 nömrəli qərarlarına əsasən xx.xx.2019- cu il tarixdən xx.xx.2019-cu il tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrinin xx.xx.2019-cu il tarixli 003864 nömrəli, xx.xx.2019-cu il tarixli 003872, 003841, 003855, 003862, 003866, 003881, 003860, 003879, 003809 nömrəli aktlarla rəsmiləşdirilməklə orta günlük satış dövriyyənin 8 989,94 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı1 etibarnamə ilə səlahiyyətli nümayəndəsi X10 günlük və yekun aktların doğruluğunu imzası ilə təsdiq etmiş və aktların bir nüsxəsini əlavələrlə birlikdə aldığı barədə imza etmişdir. Bundan əlavə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi üzrə 509 190,19 manat ümumi hasilat bəyan edilməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixdə həmin dövr üzrə dəqiqləşdirilmiş bəyannamə bəyan ediləcək məlumatlar olmadan təqdim edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən 2019-cu ilin avqust ayı ərzində 17 981,18 manat (ƏDV- siz), sentyabr ayı ərzində 128 093,85 manat (ƏDV-siz) dəyərində malların alındığı müəyyən edilmişdir. 2019-cu ilin avqust və sentyabr ayları üzrə cəmi 146 075,03 manat məbləğində malların alınmasına baxmayaraq, onların istifadə təyinatına dair mühasibat uçotu sənədləri araşdırmaya təqdim edilməmişdir. Həmçinin, fərdi sahibkar tərəfindən 2019-cu ilin avqust ayı ərzində 37 360,0 manat, sentyabr ayı ərzində 61 092,6 manat dəyərində elektron qaimə fakturanın təqdim edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürmək hüququ müəyyənləşdirilmişdir. Vergi ödəyicisi kameral vergi yoxlamasının keçirildiyi tarixə Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına ərizə ilə müraciət etməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-115/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyen edilməsi qaydaları 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası və sahəsi istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya muhasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçot və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləsdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlak üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin ve xidmətlərin alınmasına çəkilən xərcləri barəd rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyriəmlak barədə rəsmi məlumatlar; 67.1.5 vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların fiziki həcmi barədə 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7 vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;

67. 1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri barədə məlumatlar; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1.eyni xüsusiyyətli və ya eyni cinsli malların malların istehsalı; 67.2.2.eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3.fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə iddiaçı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********962600 nömrəli və **********963300 nömrəli qərarın ləğv edilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən inzibati akt (xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli qərarlar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir.Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********962600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçı1 10.458.87 manat azaldılmış vergi və sığorta haqları üzrəvergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********963300 saylı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçı1 35.737.27 manat azaldılmış vergi və sığorta haqları üzrəvergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********595200 nömrəli Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə qərarından görünür ki, İddiaçı1 VÖEN * * * * * * * * * * ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmlakın siyahıya alınması barədə xəbərdarlıq məktubundan görünür ki,xx.xx.2021-ci il tarixdə iddiaçıya aid əmlakların siyahıya alınması tədbirinə İddiaçı1 dəvət olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarxili müraciətə baxılması barədə Dövlət Vergi Xidmətinin məktublarından görünür ki, İddiaçı1 hesabına qoyulmuş sərəncamın və vergilər üzrə yazılmış borc məbləğinin silinməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********732600 nömrəli məktubundan görünür ki, İddiaçı1 (VÖEN: **********) fəaliyyət vəziyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək aktiv, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılmış, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək aktiv olmuş, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin 2019-cu il tarixdə ƏDV məqsədləri üçün qeydiyyatda olduğu barədə məlumatlar mövcud olmuş, fiziki şəxs tərəfindən təqdim edilməyən 2019-cu ilin avqust və sentyabr aylarının ƏDV bəyannamələri üzrə maliyyə sanksiyasının tətbiq edilməyi müəyyən edilmiş, İddiaçı1 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarları əsasında xronometraj metodu ilə müşahidələr xx.xx.2019-xx.xx.2019cu il dövrü üzrə aparılmışdır. İş materiallarında olan 19 aprel 2024-cü il tarixli, **********260400 nömrəli uçota dair arayışdan görünür ki, İddiaçı1 fəaliyyəti xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək aktiv olmuş və xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılmış, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aktiv olmuş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılmış və xx.xx.2019-cu il tarixdən aktivdir. Hazırdan İddiaçı1 fəaliyyəti aktiv vəziyyətdədir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, vergi orqanı tərəfindən İddiaçı1 fəaliyyətinə səyyar vergi yoxlaması keçirilmişdir. İddiaçının 2017-2018 və 2019-cu ilin 01 avqust dövrünü əhatə edən fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və **********963300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir ki,bu qərarlarla 2019-cu ilin avqust ayı üçün 21941.52 manat və 2019-cu ilin sentyabr ayı üçün 33194.03 manat vergi borcu yazılmışdır. Nəticə olaraq iddiaçı hazırda həmin qərarları vəborcu mübahisələndirir. Məhkəmə kollegiyası hazırda mübahisələndirilən inzibati aktın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə uyğun olub-olmadığını müəyyən etmək üçün aşağıdakı dəyərləndirmənin aparılmasını zəruri hesab edir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlarqanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuşhallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən buMəcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həminbəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi,səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisininiş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğuyer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək;(38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Məhkəmə kollegiyası işin faktiki hallarına əsaslanaraq bildirir ki, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və **********963300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, fiziki şəxs İddiaçı1 tərəfindən sadələşdirilmiş vergi üzrə 2019-cu ilin İİİ rübünə dair bəyannamə verilmiş, lakin vergi orqanı tərəfindən həmin dövrün iki ayı (2019cu ilin avqust və sentyabr ayları) üzrə kameral qaydada ƏDV hesablanmış, beləliklə xx.xx.2021-ci il tarixli, **********963300 nömrəli qərarı ilə 2019-cu ilin avqust ayı üçün və xx.xx.2021-ci il tarixli, **********963300 nömrəli qərarı ilə 2019-cu ilin sentyabr ayı üçün hesablanmış vergi məbləği vergi qanunvericiliyinə uyğun düzgün hesablanmamış, yəni hesablanmış vergi məbləğləri Vergi məcəlləsinin tələblərinə uyğun deyildir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı xx.xx.2021-ci il tarixdə kameral vergi yoxlamasının nəticəsi olaraq 2019-cu il avqust-sentyabr dövrləri üçün ƏDV hesablamış, lakin 20 avqust tarixdən başlayaraq 08 oktyabr 2019-cu il tarixə qədər vergi ödəyicisi olmuş İddiaçı1 fəaliyyəti, həmin vergi orqanı tərəfindən həm də səyyar vergi yoxlaması qaydasında yoxlama keçirilməklə yoxlanmış və vergi ödəyicisi barədə xx.xx.2019-cu il tarixdə **********190566 nömrəli akt tərib edilmiş və həmin aktda ƏDV-yə münasibətdə hər hansı məsələ qeyd edilməmişdir. Həmçinin cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və **********963300 nömrəli qərarları – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Hansı ki, Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununa görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (maddə 61.1 və 61.2). Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Məhkəmə kollegiyası bundan əlavə qeyd edir ki, İddiaçı1 vergi ödəyicisi kimi xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək faktiki və hüquqi olaraq fəaliyyətini dayandırmış və onun ərizəsi əsasında uçot-məlumat bazasında fəaliyyətini xx.xx.2019-cu il tarixdə aktivləşdirmişdir. Cavabdeh orqan tərəfindən vergi ödəyicisinin 1-ci rüb 2017-2-ci rüb 2019-cu il dövrü, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər səyyar vergi yoxlaması qaydasında yoxlanılmış və nəticələrinə dair xx.xx.2019-cu il tarixdə **********190566 nömrəli akt tərtib edilmişdir. Bütün bunları nəzərə alaraq qeyd olunmalıdır ki, hazırda mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan məlumatlar kameral qaydada cavabdehdə mövcud olmuşdursa səyyar vergi yoxlaması zamanı zəruri tədbirlər görülə bilərdi. Lakin, işin hallarından görünür ki, belə tədbirlər görülməmişdir. Bu isə onu deməyə əsas verir ki, belə bir pozuntu aşkar olunmamışdır. Qeyd olunanlardan başqa məhkəmə ekspertiza rəyinə cavabdeh inzibati orqanın dair mülahizəsində göstərilənlərlə bağlı qeyd edir ki, Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, iddiaçının fəaliyyət istiqamətləri və müşahidənin keçirilmə vaxtı (yəni fəsil və yaxud ilin hər hansi ayı) nəzərə alınaraq yalnız xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə uyğun vergi məbləğinin hesablanmasının düzgünlüyünün müəyyən edilməsi ekpert mühasibin səlahiyyətlərinə aid deyildir. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərdən (vergi orqanının etirazında və s.) göründüyü kimi, vergi ödəyicisi tərəfindən təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi və s. bağlı xx.xx.2019-cu il tarixində vergi orqanına müraciət edilmişdir. Lakin həmin sənədlərdən (vergi orqanının xx.xx.2021-ci il tarixli etirazında və s.) göründüyü kimi vergi orqanı tərəfindən təkrar xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Beləliklə xx.xx.2021-ci il tarixli **********962600 nömrəli qərarı ilə2019-cu ilin avqust ayı üçün və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli qərarı ilə 2019-cu ilin sentyabr ayı üçün hesablanmış vergi məbləği vergi qanunvericiliyinə uyğun düzgün hesablanmamışdır. Yəni hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən xx.xx.2022-ci il tarixli, 9/3128 nömrəli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktın, yəni Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanmasına dair qərarların qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran vəya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergiödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən inzibati akt (xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli qərarlar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaradır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir.Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiqqərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.https://e-qanun.az/framework/46948 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını və apellyasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən inzibati akt «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası “İnzibati Prosessual Məcəlləsi”nin və Azərbaycan Respublikası Vergi Məcəlləsi”nin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qanunvericliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilən zamanı iddiaçı tərəfindən təqdim edilmiş sübutlar, izahatlar əsassız olaraq nəzərə alınmayaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı və bütün ziddiyyətli, o cümlədən aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh etməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları və prinsipləri nəzərə alaraq hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli **********962600 nömrəli və xx.xx.2021-ci il tarixli **********963300 nömrəli ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-115/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar