Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-46/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2-1(120)-284/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin və müddətinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, xxxxxxx0015 nömrəli qərarına əsasən ona təyin edilən müddətsiz əlilliyin dəyişdirilərək 61-80 faiz müddətsiz əlillik kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 17 aprel 2024-cü il tarixli, 2- 1(120)-284/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyləri ilə müəyyən edildi ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 13.4.32. bəndinə (XBT kodu M21.8 göstərilməklə) əsasən 50% müddətsiz əlillik, xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3. bəndinə (M24.5-M24.6) uyğun müddətsiz üçüncü dərəcə əlillik təyini qərarı düzgün verilmişdir. Məhkəmə prosesi zamanı tərəflərlə qeyd edilən xəstəliklə bağlı iddiaçıya əvvəllər İİ dərəcə əlilliyin sonradan isə 31-60 faiz əlilliyin (köhnə dərəcə ilə İİİ dərəcə) verilməsinin fərqliliyi barədə müzakirə aparılmış və müəyyən edilmişdir ki, iddiaçıda olan M24.5-oynaqların kontrakturası, diz oynağının kontrakturası (açma-170 dər, bükmə-130 dər), barmaq daraq, daraqarxası və aşıq-baldır oynaqlarının kontrakturası. Ağırlaşma: M21.8-ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, incik sümüyü başının deformasiyası, sağ pəncənin ekvinovarus deformasiyası, sümük-əzələ sisteminin xəstəlikləri => ətrafların digər qazanılma deformasiyaları => ətrafların digər qazanılma deforma¬siyaları => ayağın 7 sm-dən çox qısalması diaqnozu ilə qoyulan xəstəlik xx.xx.2016-cı ildə Tibbi-sosial ekspert komissiyası (bundan sonra-TSEK) tərəfindən qiymətləndirililən zaman meyarlara uyğun olaraq İİ dərəcə əlillik verilməsi üçün əsas olduğu halda sonradan keçirilən qiymətləndirmələr zamanı qanunvericilikdə edilən dəyişikliklərə uyğun olaraq müddətsiz İİ qrup əlillik meyarı kimi qeyd edildiyindən ona 50% müddətsiz əlillik verilmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə avtomobil qəzası keçirmiş, bundan sonra 31 avqust 2017-ci il tarixdə ona 5 il müddətinə 2-ci qrup əlillik təyin olunmuşdur. Avtoqəza nəticəsində sol ayağı tamamilə hərəkət qabiliyyətini itirmişdir. Müalicənin mümkünsüz olması səbəbi ilə dəfələrlə cavabdeh orqana müraciət edərək əlillik statusunun müdətsiz təyin olunmasını xahiş etmiş, lakin cavabdeh orqan poçt vasitəsi ilə olunan müraciətlərinə rəsmi və qeyri-rəsmi şəkildə cavab verməmişdir. Hazırda sol ayağının müalicə olunmasının və gələcəkdə müsbətə doğru dəyişiklər olmaması ilə bağlı əsaslı həkim rəyləri vardır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan obarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Cəliləbad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S99 - Aşıq-baldır oynağı və ayağın digər...; Diaqnozun mətni: Sol aşıq-baldır oynağının sınığı, barmaqların açıcı bükücü kontrkturası.Aşağı ətrafın funksiya pozğunluğu ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəliləbad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S99 - Aşıqbaldır oynağı və ayağın digər...; Diaqnozun mətni: Sol aşıq-baldır oynağının sınığı, barmaqların açıcı bükücü kontrkturası.Aşağı ətrafın funksiya pozğunluğu ilə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəliləbad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Oynaqların kontrakturası. Sol aşıq baldır oynağının kontrakturası. Hərəkətin və yerişin pozulmaları. Aşağı ətrafların funksiya pozğunluğu, yerişin pozulması ilə; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Cəliləbad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; X1: Xlll Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri = > M00-M25 - Artropatiyalar = > M20- M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Oynaqların kontrakturası, sol aşıq-baldır oynağının kontrakturası. Hərəkətin və yerişin pozulmaları. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə,bel-oma fəqərələrinin yayılmış osteoxondrozu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9,G80-G80.9);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Cəliləbad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; “X1: Xlll Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri = > M00-M25 - Artropatiyalar = > M20- M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri = >...; Diaqnozun mətni: Sol aşıq-baldır oynağının kontrakturası. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu.Hərəkətin və yerişin pozulmaları, Yeriş və dayağın pozulması.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik = > 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5- M24.6);’’ səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Cəliləbad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Oynaqların kontrakturası, Sol aşıq-baldır oynağının kontrakturası. Hərəkətin və yerişin pozulmaları, Yeriş və dayağın pozulması. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80- G80.9);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlilliyin qiymətləndirilməsindən narazı olan İddiaçı xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinədə olmuş, tibbisosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin E00018957PXR nömrəli göndərişinə əsasən xx.xx.2022ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. Ətraflı səbəb: “Diaqnoz və agirlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb, dəqiqləşdirilsin.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, səhiyyə müəssisəsinin E0Q018957PXR nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə iddiaçının obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaratmışdır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Diaqnoz və agirlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb, dəqiqləşdirilsin.) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. İddiaçı əlillik səviyyəsində OFP-50%-ə uyğun olduğundan və uyğun meyar olmadığından uyğunlaşdırılmış meyarla 13.4.32-50% müddətsiz əlillik təyini qərarı verilmişdir. Göründüyü kimi, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 13.4.32 bəndinə əsasən 50 % müddətsiz əlilliyə uyğun gəlir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin məzmunu iddiaçının tibbi baxımdan vəziyyəti və əlilliklə bağlı qanunvericilik normalarının şərhi ilə bağlıdır. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.2014-cü il tarixdən ardıcıl olaraq 2022-ci il tarixədək əlillik vəziyyətində olmuş, Səhiyyə müəssisəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında “etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9)” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlilliyin qiymətləndirilməsindən narazı qaldığına görə əlavə əyani müayinənin araşdırılması aparılaraq orqanizmin funksiyalarının pozulması 50%-ə uyğun olduğundan və uyğun meyar olmadığından uyğunlaşdırılmış meyarla 13.4.32-50% müddətsiz əlillik təyini qərarı verilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizindən narazı qalaraq, bu vəziyyəti mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş müvafiq ekspertizaların nəticəsi olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 08 iyun 2023-cü il tarixli, T 365/2023 saylı rəyində göstərilmişdir ki, tibb müəssisəsində tərtib edilmiş 088 saylı göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Odlu silah yaralanması. Sağ diz oynağının dəlib keçən güllə yaralanması. Postravmatik kobudkeiloid ağrılı çapıqlar. Diz oynağının üçüncü (İİİ) dərəcəli qonartrozu, bükmə=100dər. Əzələ atrofıyası. Daimi ağrı sindromu, axsama və yerişin pozulması” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığmdan onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, buna görə də əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. O, hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Diaqnozda olan xəstəliklə əlaqədar onun hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 03 oktyabr 2023-cü il tarixli, T674/2023 saylı rəyində göstərilmişdir ki, müvafıq tibb müəssisəsində tərtib olunmuş Forma 088 göndərişində qeyd edilən “Diaqnozun mətni: Odlu silah yaralanması, sağ diz oynağının dəlib-keçən güllə yaralanması, posttravmatik kobud-kelloid ağrılı çapıqlar, diz oynağının üçüncü (İİİ) dərəcəli qonartrozu, bükmə=100 dərəcə, əzələ atrofıyası, daimi ağrı sindromu, axsama və yerişin pozulması” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, xəstəliyin müalicəsi dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nm hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 27 noyabr 2024-cü il tarixli, T760/2024 saylı rəydə göstərilmişdir ki, iddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phş-ə göndərilmiş və ona ona “Sol aşıq-baldır oynağının varus deformasiyası, pəncənin ekvinus vəziyyəti, barmaqların pəncədə bükülmüş vəziyyəti, sol diz oynağının kontrakturası-bükmə 100 dərəcə, açma 100 dərəcə, daimi ağrı sindromu, yerişin pozulması, regionar osteoporoz(M21.1, M21.6, M21.2, M24.5, R52.0, R26.8, M81.2)” diaqnozu müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq səhiyyə müəssisəsi və ekspertlər tərəfindən iddiaçının orqanizmində müəyyən edilmiş patofunksional pozuntular (“Sol aşıqbaldır oynağının varus deformasiyası, pəncənin ekvinus vəziyyəti, barmaqların pəncədə bükülmüş vəziyyəti, sol diz oynağının kontrakturası-bükmə 100 dərəcə, açma 100 dərəcə, daimi ağrı sindromu, yerişin pozulması, regionar osteoporoz(M21.1, M21.6, M21.2, M24.5, R52.0, R26.8, M81.2)”) yuxarıda qeyd edilmiş meyarlarla müqayisəli təhlil edildikdə müəyyən olunur ki, həmin pozuntulara əsasən təyin edilmiş əlillik dərəcəsi sözügedən meyarlara uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” gəldiyi qənaətə görə (bənd 48) məhkəmələrə tövsiyyə edilmişdir ki, “şəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2-1(120)-284/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-46/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-46/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver