Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-461/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X1 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(120)-115/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçın Cavabdeh Açıq Səhmdar Cəmiyyətə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət Cavabdeh Açıq Səhmdar Cəmiyyətə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cəmiyyətin mülkiyyətində olan ünvan 1 ərazisində yerləşən 113 ha torpaq sahəsinin ərazisində yüksək gərginlikli elektrik xəttlərinin keçirilməsi məqsədi ilə basdırılmış anker dirəklərinin və yüksək gərginlikli (220.000 kv) elektrik xətlərinin sökülərək ərazidən çıxarılmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidməti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 04 mart 2025-ci il tarixli, 2- 1(120)-115/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq dövlət proqramı əsasında "AZENCO” ASC podratçı şirkət olmaqla sifariş əsasında həmin torpaq sahəsində işlər görmüş və həmin işlər görüldükdə əvvəlki mülkiyyətçilərin istifadəsində olan 113 ha torpaq sahəsinə elektrik dirəkləri salınan vaxt və elektrik hava xəttinin tikilməsi zamanı hər hansı ziyan vurmamışdır. 113 ha torpaq sahəsi sonradan alqısatqı müqavilələri əsasında iddiaçı tərəfindən alınmış və çıxarışlarla adına mülkiyyət hüququ qeydə aınmışdır. Hal-hazırda iddiaçı mülkiyyətində olan 113 ha torpaq sahəsinə sərbəst qaydada girib-çıxa bilir, ona sahiblik, istifadə və sərəncam verir, meyvə bağ sahəsi salmış, sitrus ağacları əkmişdir. Torpaq sahəsindən keçən elektrik xətləri iddiaçının mülkiyyətindəki torpaq sahəsində əkin-biçin işlərini aparmasına maneə yaratmır. Həmçinin İddiaçı 113 ha torpaq sahəsini əldə edən vaxt yüksək gərginlikli elektrik xəttlərinin keçirilməsi məqsədi ilə basdırılmış anker dirəklər və yüksək gərginlikli (220.000 kv) elektrik xətləri ərazidə mövcud idi, iddiaçı mübahisəli torpaq sahəsini mövcud anker dirəklər və elektrik xəttləri ilə birlikdə qəbul etmiş və mülkiyyətinə keçirtmişdir. Hal-hazırda isə həmin dirəklərin və elektrik xəttlərinin onun torpaq sahəsinə maneəçilik yaratdığını, torpaq sahəsindən qanuna müvafiq qaydada istifadə edə bilmədiyini bildirir. Lakin onun mülkiyyətində mövcud olan anker dirəklərin və elektrik xətlərinin hər hansı maneə yaratması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1i ərazisində yerləşən 113 ha torpaq sahəsi iddiaçı "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" MMC tərəfindən 2018-ci ildən etibarən həmin torpaq sahəsində müasir tələblərə cavab verən intensiv sitrus meyvə bağ sahəsi salınmış, sitrus ağacları əkilmişdir. Bu işlərin görülməsi üçün sözügedən torpaq sahələrinə külli miqdarda investisiya qoyulmuşdur. xx.xx.2021-ci il tarixdən etibarən Cavabdeh ASC tərəfindən mülkiyyətçi “LENK FRUİT’ MMC-nin razılığı alınmadan yuxarıda qeyd edilən 113 ha torpaq sahəsinin ərazisində yüksək gərginlikli elektrik xəttlərinin keçirilməsi məqsədi ilə anker dirəkləri basdırılmış, yüksək gərginlikli (220.000 kV) elektrik xəttləri çəkilmişdir. Bütün bu işlər mülkiyyətçi MMC-nin icazəsi olmadan aparılmış, mülkiyyətçiyə hər hansı bir kompensasiya ödənilməmişdir. Məsələnin həlli yolları ilə bağlı bir neçə dəfə Cavabdeh ASC-yə rəsmi məktublarla müraciət edilmiş, lakin cavabdeh təşkilat tərəfindən müraciətlər müsbət qarşılanmamışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2004-cü il avqustun 5-də Bakı şəhərində imzalanmış sənədlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 591 saylı Sərəncamının 1.5-ci bəndinə əsasən, "İEİB" X5 Bankı və "xxxx" ASC "Borcalan" arasında İmişli-Əli Bayramlı-Astara EVX-lərin (elektrik verilişi xətləri) və yarımstansiyaların layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin zəmanəti ilə X6 Fondu ("İEZF") tərəfindən sığortalanan Maliyyə Müqaviləsi təsdiq edilmişdir. Maliyyə Müqaviləsinə əsasən, layihə həmçinin 220 kV-luq Masallı-Astara EVX-ni əhatə etmişdir. Sifarişçi "xxxx" ASC ilə İcraçı "xxxx" (İran Elektrik və Su Avadanlıqları və Xidmət İxracı Şirkəti) arasında bağlanmış xx.xx.2005-ci il tarixli İAl saylı kontrakta əsasən, layihə üzrə digər işlərlə yanaşı, Masallı yarımstansiyasından Astara yarımstansiyasına qədər 220 kV-luq bir dövrəli EVX-nin tikintisi nəzərdə tutulmuşdur. Sifarişçi "xxxx" ASC-nin "X3 Şəbəkəsi" MMC ilə Podratçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli TM/P-19/1322 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli 2 saylı Əlavəyə əsasən, Podratçı 220 kV-luq "Masallı" Y/st - Astara (Azərbaycan Respublikası) - Astara (İran İslam Respublikası) arası 220 kV-luq bir dövrəli elektrik verilişi xəttinin tikintisi ilə əlaqədar olaraq 220 kV EVX-nin dəmir beton dayaqlarının bir hissəsinin metal dayaqlarla əvəz olunması və 220 kV EVX-nin trassasına düşən 100 kV-luq "İ-İİ Lənkəran" HX-ııin bəzi dayaqlarının yerinin dəyişdirilməsi işlərinin görülüb təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən, Podratçı müqavilənin icrası ilə əlaqədar qüvvədə olan qanunvericilik aktlarının tələblərinə riayət edir və həmin qanunvericliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından Sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıyır. Beləliklə, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında elektrik enerjisi mübadiləsinin və tranzitinin genişləndirilməsi üçün inşa edilən 220 kV-luq Masallı YS- Astara (İİR) dövlətlərarası hava elektrik verilişi xəttinin (EVX) tikintisi layihəsi üzrə dövlət sifarişçisi "xxxx" ASC təyin edilmiş, işlərin icrası "xxxx" ASC-yə həvalə olunmuş, layihənin icrasına 2005-ci ildən başlanılmış, xəttin trassası təsdiqlənmiş, trassanın planı Lənkəran və Astara rayon İcra Hakimiyyətləri ilə razılaşdırılmış, "xxxx" ASC-dən texniki şərt alınmış və layihənin icrasını həyata keçirən podratçı şirkət "xxxx" ASC tərəfindən ərazisindən EVXnin keçəcəyi torpaq sahələrinin mülkiyyətçiləri ilə onlara məxsus torpaq sahələrindən EVXnin keçməsinə və elektrik dirəklərinin quraşdırılmasma müvafiq razılıqlar alınmış, EVX-nin trassasının təsdiqləndiyi və xəttin keçdiyi ərazilərdə işlərin görülməsi zamanı "xxxx" MMCyə aid torpaq sahələri olmamışdır (Astara RİHB-nin xx.xx.2018-ci il tarixli 375 saylı məktubu və xəttin trassasının planı, Lənkəran RİHB-nin xx.xx.2018-ci il tarixli 10-49/1-349 saylı məktubu və xəttin trassasının planı, "xxxx" Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli 3/03-7778 saylı məktubu və texniki şərti, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01-FA/10 saylı məktubu). Sonradan kənd təsərrüfatı təyinatlı həmin torpaq sahələrinin müəyyən hissəsi (106,96 ha) iddiaçı tərəfindən mülkiyyətçilərdən satın alınaraq xx-xx.2019, 21xx.xx.2019-cu il tarixlərdə onun adına rəsmiləşdirilmiş və həmin vaxt bu sahədən keçəcək xəttin elektrik dirəkləri (6 ədəd dayaq) ərazidə 2011-ci ildən basdırılmış vəziyyətdə olmuşdur. Yəni iddiaçı sözügedən torpaq sahəsində meyvə bağı salanda artıq dayaqlar orada çoxdan mövcud idi. Elektrik dirəklərinin basdırılması və elektrik xəttinin keçməsi nəticəsində 8 ha torpaq sahəsinin istifadəyə yararsız hala düşməklə, iddiaçının guya həmin sahədən faktiki məhrum olması iddiası da əsassızdır. Belə ki, qeyd edilən torpaq sahəsindən keçəcək yüksək gərginlikli hava EVX və bu məqsədlə basdırılmış elektrik dirəkləri həmin sahədən istifadəyə heç bir məhdudiyyət və təhlükə yaratmır. Torpaq sahəsindən BVX-nin keçməsi ilə torpaq yararsız hala düşmür. Xəttin keçəcəyi ərazidə əkin, biçin, budama, suvarma, kultivasiya, qazma, ağac əkmə, gübrələmə işləri, digər aqro tədbirlər görülə, işçi qüvvəsi çalışdırıla və bu işlərin görülməsi ilə əlaqədar texnika və mexanizasiyadan istifadə edilə bilər. Nəzərə alsaq ki, xəttin çəkilişi də əl ilə fəhlə qüvvəsindən istifadə edilməklə icra olunur, torpaq sahəsinin yararsız hala düşmə ehtimalı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"mn 5, 6 və 7-ci bəndlərinə əsasən, 220 kV-luq elektrik şəbəkələrinin mühafizə zonaları hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən 25 metr şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində müəyyən edilir (bənd 5); elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədilə istifadə oluna bilər (bənd 6); torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (bənd 7). İddiaçı elektrik dirəklərinin basdırılması və elektrik xəttinin keçməsi nəticəsində 8 ha torpaq sahəsinin istifadəyə yararsız hala düşməsinin və həmin sahədən faktiki məhrum olmasının nədə ifadə olunması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli yanğın-texniki müayinə aktı bu halı təsdiq edən sübut kimi çıxış edə bilməz. Həmin aktda 6 ədəd elektrik dirəklərinin üzərinə elektrik xətləri çəkilərsə, bütün aqro tədbirlərinin vaxtaşırı və mövcümi aparılmasının, kənd təsərrüfatı texnikasının işlədilməsinin və fəhlə qüvvəsindən istifadənin qanunla qadağan edildiyi göstərilsə də, konkret normativ-hüquqi sənədə istinad olunmamışdır. İddiaçının istinad etdiyi Qaydaların 12-ci bəndinin b) yarımbəndində isə söhbət elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan torpaqqazma, partladılma, meliorasiya, ağac və kol əkilməsi, qırılması, budanması, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması və s. bu kimi işlərin yerinə yetirilməsinin qadağan olunmasından gedir ki, iş materiallarında onun hazırda belə bir maneə ilə üzləşdiyini təsdiq edən heç bir fakt yoxdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi hallarında düzgün qiymət verilməmişdir. Prosessual məsələlər İddiaçının vəkili əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin vəkili şikayətin dəlillərini qəbul etməmiş, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər nümayəndələrinin iştirakının təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 2019-cu il tarixli çıxarışların surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,93, 0.17, 0.24, 3,1627, 0.9403, 0,2800, 0.2000, 0,7000, 0,24, 0,58, 0,0800, 0,64, 1,34, 0,44, 0,66, 4,0445, 0,1412, 0,22, 0,2775, 0,60, 6,3703, 0,45, 3,69, 0,58, 2,4841, 0,0516, 0,7156, 0,44, 1,67, 0,96, 1,9455, 5,3015, 4,1857, 2,9771, 5,25, 0,5742, 6,8885, 2,1429, 5,52, 3,2811, 1,88, 4,4332, 4,2935, 6,3407, 10,9387, 0,5517, 7,1585 ha torpaq sahələri tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -FHN-nin DYNX-nin Cənub regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru daxili xidmət mayoru İ.Məmmədov, DYNŞ-nın böyük inspektoru daxili xidmət kapitanı A.Baxşızadə, İddiaçı MMC-nin direktoru N.Cəbiyevin iştirakı ilə tərtib edilmiş 30 avqust 2021-ci il tarixli yanğın-texniki müayinə aktında qeyd edilmişdir ki, FHN-nin Dövlət Yanğından nəzarət Xidmətinin xx.xx.2021-ci il tarixli xx/xx-05529 saylı məktubuna əsasən xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən İddiaçınə məxsus sitrus bağında yanğın-texniki müayinəsi keçirilmişdir. Müayinə zamanı aşağıdakılar aşkar olunmuşdur ki, 2018-2019-cu illərdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 106,9 ha olan sitrus bağında 6 illik mandarin və portağal ağacları əkilmişdir. Sitrus bağında 6 ədəd "xxxx" şirkətinə məxsus 220000 kv-luq yeni elektrik xətlərinin çəkilməsi üçün dirəklər mövcutdur. Dirəklərin üzərində elektrik xətləri çəkilməmişdir. Elektrik dirəyinin mühafizə zolağı sitrus bağının 7,8 ha ərazisinə düşür. Ərazidə 6 illik 8215 ədəd sitrus ağacı əkilmişdir. 6 ədəd elektrik dirəyinin üzərinə elektrik xətti çəkilərsə bütün aqro tədbirlərinin vaxtaşırı və mövsümü aparat texnikasının işlədilməsi, fəhlə qüvvəsindən istifadə edilməsi qanunla qadağan edilir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-41477/2024 nömrəli məktubunda bildirilir ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023cü il 11 aprel tarixli 858-VİQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli fərmanının 2.2.2-ci yarımbəndinin icrasını ləmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər” təsdiq edilmişdir. Həmin Tələblərin 3.6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydasının tələbləri nəzərə almaqla həyata keçirilir. Eyni zamanda, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası” ilə işləri həyata keçirən heyətlərə, habelə işlərin həyata keçirilməsi ilə bağlı texniki təhlükəsizlik tədbirlərinə dair müvafiq tələblər müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Cənub regional X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-18-76/2-5626/2024 nömrəli məktubunda bildirilir ki, ünvan 1i ərazisində yerləşən "xxxx" MMC-yə məxsus 113 ha torpaq sahəsinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı sözügedən ərazidə yaş kötük üzərində ağacların olduğu və yüksək gərginlikli elektrik xəttinin çəkilməsi məqsədilə 7 ədəd anker dirəklərinin quraşdırıldığı, eyni zamanda həmən dirəklərdən 220 kV-luq yüksək gərginlikli hava elektrik xəttlərinin çəkildiyi müəyyən edilmişdir. Yaranmış vəziyyət gələcəkdə yanğın və digər fövqəladə hadisələrin baş verməsinə real şərait yaradır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024- cü il tarixli, 261 nömrəli Qərarının 2.2.5-ci bəndinin tələblərinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları elektrik verilişi xətləri boyunca kənar naqillərin meyil etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə 25 metr məsafələrdə müəyyən edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh orqana ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Dövlətlərarası (İran-Azərbaycan) 220 kV-luq hava elektrik verilişi xəttinin (EVX-nin) tikintisi layihəsinin icrasına 2005-ci ildən başlayıb, xəttin trassası təsdiqlənib. 220 kV-luq EVX-nin tikintisi ifə əlaqədar xəttin trassası Lənkəran və Astara Rayon İcra Hakimiyyətləri ilə razılaşdırılıb, "xxxx" ASC-dən Texniki şərt alınıb və icra edüib. İşlərin icrasına "xxxx" ASC (əvvəlki adı "xxxx" MMC) başiamlıb və hal-hazırda da davam etdirilir. "xxxx" ASC xəttin trassasının razılaşdırılması zamanı xəttin keçdiyi ərazilərdə olan torpaq mülkiyyətçilərindən EVX-nin ərazidən keçməsi ilə bağlı onlara məxsus torpaq sahələrində elektrik dirəklərinin yerləşdirilməsinə razılıqlar almışdır. Halhazırda "LENK-FRUİT MMC-nin maddi zərərin əvəzi olaraq, cavabdeh "xxxx" ASC-dən 1 042 215 manat alınaraq "xxxx" MMC-yə ödənilməsinə dair iddia tələblərinə Bakı Kommersiya Məhkəməsində baxılır. "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsindən görünür ki, iddiaçı sonradan müəyyən hissə kənd təsərrüfatın təyinatlı torpaq sahələrim vətəndaşlardan satın aiıb və həmin vaxt xəttin dayaqları ərazidə basdırılmış vəziyyətdə olub, yəm torpaq sahəsi yüklü olub. İddiaçı həmin torpaq sahələrində bağ salma işləri aparıb və bununla əlaqədar iddia qaldırıb. Yuxanda qeyd edilənləri bu layihə ilə əlaqədar "xxxx" ASC tərəfindən vətəndaşlar, dövlət qurumları ilə razılaşmalara dair sənədləri qısa müddət ərzində "xxxx" ASC-yə təqdim etmək xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki: -Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. -Buna görə məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülkihüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. -Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonrainzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmamış, mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması olmaması halına diqqət yetirməmişdir. İnzibati Prosessual Məcəllənin: -2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: -2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(120)-115/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçın Cavabdeh Açıq Səhmdar Cəmiyyətə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-461/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-461/2025
27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver