Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-462/2023 06.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı məktubun etibarsız hesab edilməsi və icra sənədi üzrə icraatın dayandırılması barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(120)-2778/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli məktubun etibarsız hesab edilməsi və icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 08 avqust 2023-cü il tarixli, 2-1(120)-2778/2023 nömrəli qərardadı ilə İddiaçı1 iddia tələbinə inzibati icraat qaydasında baxılmasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(120)-2778/2023 nömrəli qərardadının surəti 16 sentyabr 2023-cü il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Bu barədə poçt göndərişinin verilməsi haqqında xəbərnamə iş materiallarına əlavə edilmişdir. 11 oktyabr 2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(120)-2778/2023 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti Şirvan İnzibati Məhkəməsinə təqdim edilməsi üçün poçta təqdim edilmişdir. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, lakin o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(120)-2778/2023 nömrəli qərardadının surətinin 16 sentyabr il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilməsinə baxmayaraq iddiaçının apellyasiya şikayəti 11 oktyabr 2023-cü il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 15 gün sonra poçta təqdim edilmiş, yəni iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Lakin iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsinə dair əsaslı dəlillər gətirilməmiş, həmçinin apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(120)-2778/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-462/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-462/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver