Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-462/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “**********18 saylı çıxarışın ləğv edilməsi” barədə iddiasına dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(120)-2114/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qəradadı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “**********18 saylı çıxarışın ləğv edilməsi” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X4 qanunsuz olaraq mübahisəli torpaq sahəsinə **********18 saylı çıxarış əldə etmişdir. Halbuki, torpaq sahəsini qanuni yollarla o, əldə edərək, ailə üzvləri ilə birlikdə evlər tikmişdirlər. Cavabdeh inzibati orqanın 10 yanvar 2025-ci il tarixli “İş üzrə iddiaya etiraz barədə” məktubunda göstərilmişdir ki, “...Sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024cü il tarixli sərəncamın icrası olaraq bildiririk ki, icraatda olan 2-1(120)-5196/2024 saylı inzibati iş üzrə sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar tərəfimizdən həmin əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Aparılan araşdırmanın nəticəsi olaraq məlum oldu ki, iddia tələbində qeyd olunan məsələ ilə əlaqədar hazırki iddiaçı tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə rəsmi qaydada müraciət olunmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edirik, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirik.” Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 19 fevral 2025-ci il tarixli 2- 1(120)-2114/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(120)-2114/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən iddiasının təmin edilməsindən imtina edilmiş və ona bununla bağlı məktub verilmişdir. Mübahisələndirilən qərardadda göstərilən nöqsan aradan qaldırılmışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə inzibati məhkəmə icraatının iştirakçıları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə icraatının iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində icraatının iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. ... 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. … Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. ... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(120)-2114/2025 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməmiş, yəni, iddiaçı cavabdehin iddia tələbinə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə iddianın mümkünlüyü baxımından cavabdehin imtinasının olub-olmaması əhəmiyyət daşıyır. Lakin bu formallığı əks etdirməməlidir. Belə ki, iş materiallarında olan 26 noyabr 2024-cü il tarixli sərəncamın mətnindən görünür ki, məhkəmə (səh.14) cavabdehdən “iddiaya qarşı öz münasibətinin (etirazının)” yazılı şəkildə 10 gün müddət ərzində təqdim etməsini tələb etmişdir. Cavabdeh inzibati orqan da 10 yanvar 2025-ci il tarixli “İş üzrə iddiaya etiraz” adlanan məktubunda göstərmişdir ki, “...Sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sərəncamın icrası olaraq bildiririk ki, icraatda olan 2-1(120)-5196/2024 saylı inzibati iş üzrə sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar tərəfimizdən həmin əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Aparılan araşdırmanın nəticəsi olaraq məlum oldu ki, iddia tələbində qeyd olunan məsələ ilə əlaqədar hazırki iddiaçı tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə rəsmi qaydada müraciət olunmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edirik, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirik.” Göstərilənlər onun deməyə əsas verir ki, mübahisələndirilən qərardad qəbul edilməmişdən əvvəl cavabdeh orqan iddiaçının tələbinə mövqeyini bəyan etmiş və bu mövqe məhkəməyə də artıq məlum idi. Bundan başqa, məhkəmənin yardım etmək vəzifəsi formallığı əks etdirməməlidir. Cavabdeh orqanın 10 yanvar 2025-ci il tarixli “İş üzrə iddiaya etiraz” adlanan məktubu birinci instansiya məhkəməsinə 10 yanvar 2025-ci il tarixdə daxil olmuşdur. Mübahisələndirilən qərardad isə 1 aydan çox müddətdən sonra, konkret olaraq 19 fevral 2025-ci il tarixdə qəbul edilmişdir və keçən bu müddətdə də məhkəmə qeyd edilən məsələnin aradan qaldırılması üçün tədbir görə bilərdi. Həmçinin, kollegiya qeyd edir ki, işin hallarının araşdırılması prinsipi iddianın mümkünlüyü məsələsinin həlli zamanı da nəzərə alınmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsinə X1 aid JN-382A Kod 80210028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni əlavə etmişdir. Şəhadətnamədən isə görünür ki, 0.06 ha torpaq sahəsi sonuncuya Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə verilmişdir. Məhkəmə mümkünlük şərtlərini (subyektiv hüquq, iddiaçının hüquqi marağı, hüquqi müdafiə vasitəsinin düzgün seçilb-seçilməsi və s.) tam şəkildə yoxlamalıdır. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin qeyd edilən normalarının tələbi baxımından davranmamış, göstərilən məsələlər ilə bağlı tam şəkildə araşdırma aparmamışdır. Məhkəmə mübahisələndirilən qərardadın 3-cü səhifəsində göstərmişdir ki, “... İddiaçıya izah edilir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün o, “Üçüncü şəxs X2 və onun ailə üzvlərinin adına qeydə alınmış torpaq sahəsi ilə bağlı **********18 saylı çıxarışın ləğv edilməsi” barədə tələblə bağlı ilkin olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etməlidir. Cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə, iddiaçı eyni tələblə yeni iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər.” Mübahisələndirilən qərardada görə hazırkı iddianın mümkün sayılmasına maneə olan yeganə hal - iddiaçının hazırkı tələbəblə inzibati orqana müraciət etməməsi və inzibati orqanın imtinasının olmamasıdır. Həmin hal aradan qaldırılarsa, iddiaya mahiyyəti üzrə baxılaraq qiymət veriləcəkdir. Halbuki, işin araşdırılması prinsipinin tələbi baxımından tam şəkildə araşdırılma aparılmadan iddiaçının hazırkı tələbləblə inzibati orqana müraciət etməməsi və inzibati orqanın imtinasının olmaması iddianın mümkün sayılımasına maneə olan yeganə hal kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edildiyi kimi məhkəmənin vəzifəsidir ki, mümkünlük şərtlərini tam şəkildə yoxlasın, iddianın mahiyyəti üzrə baxılmasına mane olan həmin halları tam şəkildə iddiaçıya bildirsin, ona bu yönümdə yardım etsin ki, vətəndaş hər dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra iddiaya mahiyyəti üzrə baxılmasına mane olan yeni hal ortaya çıxmasın. Bunu hüququn təməl prinsiplərindən olan ədalətli məhkəmə araşdırması prinsipi tələb edir. Kollegiya qeyd edir ki, göstərilənlər nəzərə alınmaqla yenidən işə baxılarkən tam şəkildə araşdırılma aparılaraq buna uyğun müvafiq məhkəmə aktı qəbul olunmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(120)-2114/2025 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “**********18 saylı çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.