Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-463/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X10 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı1 və onun vəkili-nümayəndəsi Vəkil2, cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7, üçüncü şəxs “X5” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X13nun və Cəmiyyətin vəkili X6 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2-1(120)-2157/2025 nömrəli qərardadından cavabdeh və üçüncü şəxslər “X5” Məhdud Məsuliyyətli Cəmiyyət və X8 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı sərəncamların və həmin sərəncamlar əsasında verilmiş icarə müqavilələrinin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 191 nömrəli, xx.xx.2013-cü il tarixli, 10 nömrəli, xx.xx.2019-cu il tarixli, 139 nömrəli, xx.xx.2014-cü il tarixli, 268 nömrəli sərəncamlarının və həmin sərəncamlar əsasında verilmiş icarə müqavilələrinin ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişlər. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə X8, Vəliyev Xəqani Vəkil oğlu, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti və İmişli rayon Qaragüvəndikli Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Həmçinin məhkəmə kollegiyasının müvafiq qərardadı ilə “Ramanı” X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 07 aprel 2025-ci il tarixli, 2- 1(120)-2157/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan cavabdeh və üçüncü şəxslər “X5” Məhdud Məsuliyyətli Cəmiyyət və X8 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, onlar İmişli rayonunun Qaragüvəndikli kəndində yaşayırlar. Azərbaycan SSR-nin mövcud olduğu dövrdə yaşadıqları Qaragüvəndikli kəndi ərazisində Kirov adına kolxoz fəaliyyət göstərmişdir. Hər biri qeyd etdikləri Kirov adına kolxozun üzvü olmuşlar. Kirov adına kolxoza aid torpaq sahəsi və onun ölçüsü həmin dövrdə mövcud olmuş sənədlərdə öz əksini tapmışdır. Kirov adına kolxozun 400 ha torpaq sahəsində İmişli rayon ZDS İcraiyyə Komitəsinin 1975-ci il tarixli qərarı ilə İmişli rayon kolxozlararası mal-qara kökəltmə birliyi yaradılmışdır. Azərbaycan Respublikasının Müstəqilliyi əldə edildikdən sonra İmişli rayon kolxozlararası mal-qara kökəltmə birliyi ləğv edilmiş, torpaq islahatı aparılan zaman birliyə ayrılmış 400 ha torpaq sahəsi islahata gedən torpaq sahələrinə aid edilməmiş, nə də Bələdiyyə mülkiyyətinə verilməmişdir. Həmin 400 ha sahəsi İmişli Rayon İcra Hakimiyyəti başçılarının sərəncamları ilə sonradan ayrı-ayrı şəxslərə verilmişdir. Ancaq İmişli rayon ərazisində torpaq sahələrinin paylanması zamanı İmişli rayon Aqrar İslahat komissiyasının qərarına əsasən keçmiş Kirov adına kolxozun ərazisində olan ləğv edilmiş kolxozlararası mal-qara kökəltmə birliyinə verilmiş 400 ha torpaq sahəsi islahata getməmiş və nəticədə 400 ha torpaq sahəsindən pay torpağı almalı olan 1300 nəfərdən artıq Qaragüvəndikli kənd sakinləri həmin hüquqlarından yararlana bilməyərək onlara çatası pay torpaqlarını əldə edə bilməmişlər. Kolxozlararası mal-qara kökəltmə birliyinə verilmiş 400 ha torpaq sahəsi istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin, istər İmişli Rayon Aqrar İslahat Komissiyasının, istərsə də digər rəsmi orqan tərəfindən asudə Dövlət fonduna verilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 03/10-709/2 nömrəli məktubundan da görünür ki, X1 əmlakı da həmin birliyin təsisçisi olan kolxozların üzvüləri arasında bölünən əmlaka aidddir və “Dövlət Əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 4.0.1-ci maddəsinə əsasən torpaq fondunun özəlləşdirilməsinə həmin qanun şamil edilmir. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan hüquqi aktların nəzarət nüsxələri sırasında, eyni zamanda hüquqi aktların vahid elektron bazasında müraciətdə göstərilən torpaq sahəsinin dövlət torpaqlarına verilməsi ilə bağlı hər hansı akt mövcud deyildir. İddia ərizəsinə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin 30 dekabr 2021-ci il tarixli **********38 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Sovetinin 1979-cu il 26 noyabr tarixli 464 nömrəli qərarı ilə kolxozlararası mal-qara kökəltmə kompleksinə “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” işlənib verilmişdir. Məhz buna görə də sonrakı illərdə həyata keçirilmiş torpaq islahatı zamanı yerli və rayon aqrar islahatı komissiyaları həmin torpaq sahəsini Qaragüvəndikli kəndində aparılan torpaq islahatına cəlb etməmiş və islahatın kompleks yerquruluşu layihəsində (baş sxemində) bu torpaq sahəsi pay torpaqları bölgüsünə salınmamışdır. Azərbaycan Respublikası Nazirlər Sovetinin 1979-cu il 26 noyabr tarixli 464 nömrəli qərarından başqa Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində Nazirlər Kabinetinin hər hansı qərarı aşkar olunmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən islahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüququ olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmnı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na əsasən İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin 1:10 00 miqyasında xəritəsi işlənilmiş və aidiyyəti üzrə təqdim edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.8-ci maddəsinin tələblərinə görə bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsadət qaldırmaq səlahiyyətinə malikdir. İmişli Rayon İcra Hakimiyyətinin 28 sentyabr 2022-ci il tarixli 4/1378 nömrəli məktubundan görünür ki, İmişli rayon XDS İcrayyə Komitəsinin “İmişli rayon X1 təşkili və onun əsasnaməsinin təsdiq edilməsi” nə dair qərarına əsasən rayon Kolxozlar Şurasının “İmişli rayon Kolxozlararası Mal-qara Kökəltmə Birliyinin təşkil edilməsi haqında'” xx.xx.1975-ci il tarixli qərarı ilə İmişli rayon Qaragüvəndikli kəndinin keçmiş “Kirov” adına kolxozunun ərazisindən Kökəltmə Birliyinə ayrılmış 400,0 ha torpaq sahəsinin Sovetlər İttifaqı dağıldıqdan sonra Kolxozlararası Mal-qara Kökəltmə Birliyi ləğv edilərkən islahata gedən torpaq sahələrinə daxil edilməmiş və islahat nəticəsində torpaq payı almaq hüququ olan şəxslərə paylanmamışdır. Bundan əlavə İmişli Rayon İcra Hakimiyyətinin 20 avqust 2024-cü il tarixli 5-53/2-256/2024 nömrəli məktubundan da görünür ki, İmişli rayonu Qaragüvəndikli kəndinin keçmiş “Kirov” adına kolxozun 400,0 ha torpaq sahəsinin Dövlət fonduna verilməsi barədə Rayon İca Hakimiyyətində rəsmi məlumat yoxdur. Azərbaycan Respublikası İmişli Rayon Dövlət Arxivinin 3-48-22RA/2-140/2024 nömrəli 13 sentyabr 2024-cü il tarixli məktubuna əsasən İmişli rayon ZDS İcraiyyə Komitəsinin 1975-ci il tarixli qərarı ilə İmişli rayon X2 verilmiş Qaragüvəndikli kəndinin keçmiş Kirov adına kolxozunun 400,0 ha torpaq sahəsinin dövlət fonduna və ya asudə dövlət fonduna verilməsini dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya hər hansı digər dövlət və hakimiyyət orqanlarının bu barədə qərar və sərəncamı İmişli rayon Dövlət Arxivində mövcud deyildir. İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2010-cü il tarixli, 191 nömrəli sərəncamında göstərilir ki, Bakı şəhər sakini X4 əkinçiliyin inkişafı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan X20 müvəqqəti istifadə hüququ ilə 45,0 ha torpaq sahəsi ayrılmışdır. İmişli rayon İcar Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 10 nömrəli sərəncamında göstərilir ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatı məhsulllarının istehsalı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan X16 müvəqqəti istifadə hüququ ilə 262.0 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 139 nömrəli sərəncamı ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə 10.0 ha torpaq sahəsi əkinçiliyin və heyvandarlığın inkişafı məqsədi ilə 15 il müddətinə icarəyə verilmişdir (müvəqqəti istifadə hüququ ilə). İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 268 nömrəli sərəncamına əsasən, Qaragüvəndikli kənd sakini Vəliyev Vəkil Qərib oğlu vəfat etdiyi üçün onun 30.0 ha torpaq shəsindən istifadə hüququna xitam verilməsi və ona Qaragüvəndikli kəndi yaxınlığında olan X16 30.0 ha torpaq sahəsinin verilməsi barədə Cavabdeh başçısının 21 avqust 2003-cü il tarixli, 231 saylı sərəncamının hüququ qüvvəsini itirmiş hesab edilməsi, Vəliyev Xəqani Vəkil oğlunun müraciətinin nəzərə alınması və ona qoyunçuluğun inkişaf etdirilməsi üçün 30.0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə icarəyə verilməsi qərara alınmışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlili ondan ibarət olmuşdur ki, qeyd olunan torpaq sahələri dövlət fonduna aid torpaq sahəsi kimi İmişli Rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə digər vətəndaşlara icarəyə verilmişdir və hazırda onların istifadəsindədir. İddiaçılar həmin məsələnin həlli ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinə müraciət etməmişlər. Üçüncü şəxs “X5” MMC-nin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Eyni sərəncamlar və eyni torpaq sahəsi ilə bağlı Şirvan İnzibati məhkəməsində inzibati işə baxılıb. İddia əsassız və subyektiv hüquq olmayan şəxs tərəfindən verildiyindən təmin olunmayıb. Həmin qərar Şirvan Apellyasiya və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılıb. Hüquqi statusuna görə münahisəli sərəncamlarla üçüncü şəxslərə ayrılmış torpaq sahələri dövlət mülkiyyətinə aid olduğundan həmin sərəncamların ləğv və yaxud etibarsız hesab edilməsi həmin torpaq sahəsinin iddiaçıya qaytarılması ilə nəticələnməyəcəkdir. Odur ki, iddianın mümkün sayılmamasını xahiş edirlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh İmişli Rayon İcra Hakimiyyəti apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Şikayətin dəlilləri odur ki, iddiaçılar hazırki iddianı qaldırmaqla bağlı subyektiv hüquqa malik deyillər. Həmçinin islahat zamanı Dövlət, bələdiyyə və vətəndaşlara ayrılmalı olan torpaq sahələri müəyyən edilmiş, lakin iddiaçılar islahatın müvafiq qərarından 30 gün ərzində şikayət verməli olduqları halda, bu müddəti ötürmüşlər. Üçüncü şəxs “X5” MMC də eyni əsaslardan çıxış edərək, birinci instansiya məhkəməsinin qərarının ona aid hissədə ləğv edilməsini və iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Üçüncü şəxs X8 apellyasiya şikayətində iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Prosessual məsələlər İddiaçı X9 və vəkili ayrı-ayrılıqda şikayəti müdafiə etmişlər, iddiaçı əlavə olaraq bildirmişdir ki, mübahisəli sahə islahata cəlb edilmiş olsaydı kənd sakinləri daha çox pay torpağı ala bilərdilər. 3-cü şəxs “X5” MMC-nin nümayəndəsi X13 və Cəmiyyətin vəkil X11 ayrı-ayrılıqda şikayəti müdafiə etmişlər, nümayəndə əlavə olaraq bildirmişdir ki, kənd sakinlərinə pay torpaqları verilmişdir, ona görə də hazırki mübahisə nəticəsində əldə edəcəkləri qeyrimüəyyəndir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxslər nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İmişli rayon ZDS İcraiyyə Komitəsinin qərarında qeyd edilir ki, İmişli rayon kolxozlararası mal-qara kökəltmə birliyinin təşkil edilməsi haqqında rayon kolxozlar şurasının 1 sentyabr 1975-ci il tarixli qərarı təsdiq edilsin, rayonun Kirov adına kolxozunun balansında 3000 başlıq mal-qara kökəltmə birliyi yaradılsın və həmin birliyə kolxozun torpağından 400 hektar torpaq sahəsi ayrılsın. -İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 191 nömrəli sərəncamından görünür ki, X3 müraciətinə əsasən ona əkinçiliyin inkişafı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan dövlət asudə fondundan müvəqqəti istifadə hüququ ilə 15 il müddətinə 45,0 ha torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2010-cu il tarixli, 20 nömrəli müqavilədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti ilə X8 arasında 45.0 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. -İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 10 nömrəli sərəncamından görünür ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan X16 262,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilməsi qərara alınmışdır. -“Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 01 nömrəli müqavilədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 262.0 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. -İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 139 nömrəli sərəncamından görünür ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətə əkinçilik və heyvandarlığın inkişaf etdirilməsi üçün rayonun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən X16 10,0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə ayrılıb icarəyə verilməsi qərara alınmışdır. -“Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 30 nömrəli müqavilədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Asif İmanov arasında 10.0 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. -Seriya RX ******* nömrəli çıxarışdan və AN 312842 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, 262,0 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 10 nömrəli sərəncamı əsasında 99 il müddətinə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququ rəsmiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. -İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 268 nömrəli sərəncamından görünür ki, Qaragüvəndikli kənd sakini Vəliyev Vəkil Qərib oğlunun vəfat etməsi ilə əlaqədar onun 30,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və həmin 30,0 ha torpaq sahəsinin verilməsi barədə Cavabdeh başçısının 21 avqust 2003-cü il tarixli, 231 saylı sərəncamının hüququ qüvvəsini itirmiş hesab edilməsi, Qaragüvəndikli kənd sakini Vəliyev Xaqani Vəkil oğluna qoyunçuluğun inkişaf etdirilməsi üçün Qaragüvəndikli kəndi yaxınlığında olan X16 30,0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə icarəyə verilməsi qərara alınmışdır. -İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İmişli rayon XDS İcrayyə Komitəsinin “İmişli rayon X1 təşkili və onun əsasnaməsinin təsdiq edilməsi”nə dair qərarına əsasən rayon Kolxozlar Şurasının “İmişli rayon Kolxozlararası Mal-qara Kökəltmə Birliyinin təşkil edilməsi haqqında” xx.xx.1975-ci il tarixli qərarı ilə İmişli rayon Qaragüvəndikli kəndinin keçmiş “Kirov” adına kolxozunun ərazisindən Kökəltmə Birliyinə ayrılmış 400,0 ha torpaq sahəsi Sovetlər İttifaqı dağıldıqdan və Kolxozlararası Mal-qara Kökəltmə Birliyi ləğv edildikdən sonra islahata gedən torpaq sahələrinə daxil edilməmiş və islahat nəticəsində torpaq payı almaq hüququ olan şəxslərə paylanmamışdır. -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1975-ci ildə İmişli Rayon X15 icraiyyə Komitəsinin müvafiq qərarı ilə kolxozlararası mal-qara kökəltmə kompleksinin təşkil edilməsi məqsədilə rayonun Jdanov adına kolxozundan 425,05 ha və Kirov adına kolxozundan 374,70 ha torpaq sahəsi ayrılmış və rayon X15 İcraiyyə Komitəsinin qərarı Azərbaycan Respublikası Nazirlər Sovetinin 1979-cu il 26 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Nazirlər Sovetinin bu qərarı əsasında kolxozlararası mal-qara kökəltmə kompleksinə “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” işlənib verilmişdir. Məhz buna görə də sonrakı illərdə həyata keçirilmiş torpaq islahatı zamanı yerli və rayon aqrar islahatı komissiyaları həmin torpaq sahəsini Qaragüvəndikli kəndində aparılan torpaq islahatına cəlb etməmiş və islahatın kompleks yerquruluşu layihəsində (baş sxemində) bu torpaq sahəsi pay torpaqları bölgüsünə salınmamışdır. Sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Sovetinin 1979-cu il 26 noyabr tarixli 464 nömrəli qərarından başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində Nazirlər Kabinetinin hər hansı qərarı aşkar olunmamışdır. Bildirilir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən islahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüququ olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirlər Kabinetindən Ədliyyə Nazirliyinə daxil olmuş X2 verilən 400 ha torpaq sahəsinin kolxozların islahatından sonra dövlət mülkiyyətində olan torpaqlara aid edilib-edilməməsi ilə bağlı müvafiq qərarın mövcudluğu ilə bağlı məktuba baxılmışdır. Bildiririk ki, “Torpaq islahatı haqqında” Qanunun 11-ci maddəsinə görə islahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Yalnız sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. Kolxoza aid olan torpaq bölünmədən (Kökəltmə Birliyinə ayrılan torpaq da daxil olmaqla) bütövlükdə bu Qanunun 11-ci maddəsində göstərilən şəxslərin arasında 12-ci maddədə müəyyən olunan miqdarda bölüşdürülməlidir. X1 əmlakı da həmin birliyin təsisçisi olan kolxozların üzvləri arasında bölünən əmlaka aiddir və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 4.0.1-ci maddəsinə əsasən torpaq fondunun özəlləşdirilməsinə həmin qanun şamil edilmir. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmçinin diqqətə çatdırırıq ki, Qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan hüquqi aktların nəzarət nüsxələri sırasında, eyni zamanda hüquqi aktların vahid elektron bazasında müraciətdə göstərilən torpaq sahəsinin dövlət torpaqlarına verilməsi ilə bağlı hər hansı akt mövcud deyildir. -İmişli Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1975-ci ildə İmişli rayonunda kolxozlararası mal-qara kökəltmə kompleksinin təşkili ilə əlaqədar İmişli rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli 29 nömrəli iclas protokolunun 5-ci məsələsi bu barədə olmuşdur. Bu protokolda məsələ ilə bağlı qərar hissəsində Birliyə İmişli rayonu Kirov adma kolxozun torpağından 400 (dörd yüz) hektar torpaq sahəsi ayrılması təsdiq olunmuşdur. -Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(106)-226/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı üzrə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3116 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, İmişli rayon Hakimiyyəti Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncam və tərəflər arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 01 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə “Gilanlılar" fermer təsərrüfatı MMC-yə verilmiş 262.0 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin) istehsalı məqsədi ilə icarəyə verilmişdir. İmişli rayon İcra Hakimiyyəti Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı, sərəncamı və tərəflər arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, 03 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə "xxxx" fermer təsərrüfatı MMC-yə verilmiş 10 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi) istehsalı məqsədi ilə icarəyə verilmişdir. İmişli rayon İcra hakimiyyəti başçısının 12 avqust 2010-cu il tarixli, 191 saylı sərəncamı və tərəflər arasında bağlanmış 12 avqust 2010-cu il tarixli, 02 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə X4 verilmiş 45 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin) istehsalı məqsədi ilə icarəyə verilmişdir. İmişli rayon İcra Hakimiyyəti Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamı və tərəflər arasında bağlanmış 08 dekabr 2004-cü il tarixli, 74 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə Vəliyev Xəqani Vəkil oğluna verilmiş 30 ha torpaq sahəsi qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə icarəyə verilmişdir. Göründüyü kimi mübahisələndirilən sərəncamlarla ayrılmış torpaq sahələri sərəncamların verildiyi tarixdə dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur və cavabdehin həmin sahəni müxtəlif subyektlərin icarəsinə verməsi ilə bağlı sərəncamlarının qanunsuz hesab edilməsi üçün hüquqi əsas yoxdur. Bununla yanaşı, sözügedən torpaq sahələrinin dövlət mülkiyyətində olması və mülkiyyət mənsubiyyəti ilə bağlı hər-hansı mübahisənin olmaması, bununla da cavabdehin həmin sahələrlə bağlı sərəncam hüququnun mövcud olması, eyni zamanda iddiaçıların həmin torpaq sahələri ilə hər-hansı bağlılıqlarının olmaması onu deməyə əsas verir ki, iddiaçılar hazırki iddianı qaldırmala bağlı subyektiv hüquqa malik deyillər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hazırkı iddia üzrə subyektiv hüquqa malik olmaları üçün vacib şərtlərdən biri onların mübahisəli torpaq sahələrinin hər hansı hüquqi əsasla onlara məxsus olması, məxsus olma ehtimalı, yaxud həmin torpaq sahəsi ilə bağlılığının olmasıdır. Bundan əlavə, iddiaçılar sözügedən sərəncamların ləğvi əsas kimi həmin torpaq sahəsinin islahata getməli olması və bununla da onlara verilmiş pay torpaq sahələrinin həcminin artması imkanının olmasını göstərsələr də, nəzərə almamışlar ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X21 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və qeyd olunan X17 Komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı verilmiş sərəncamların ləğv edilməsi halında belə, həmin sahələrlə bağlı yenidən islahat keçirilməsi və sahənin mənsubiyyətinin dəyişdirilməsi imkanları aradan qalxmışdır və həmin sərəncamların ləğvi nəticə etibarilə həmin torpaq sahələrinin kənd sakinləri arasında yenidən bölünməsi ilə bağlı iddiaçıların hüquqi maraqlarına xidmət etməyəcəkdir. “Torpaq islahatı haqqında” qanunun 6-cı maddəsinə əsasən Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır:- 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Cavabdehin apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 83.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmiş, əsas kimi məhkəmə göstərmişdir ki, mübahisələndirilən sərəncamlar barədə iddiaçıların məlumatı olmamış və iddia müddətinin ötürülməsi iddiaçıların təqsiri nəticəsində baş verməmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanı ilə islahat komissiyaları ləğv edilmiş və islahat başa çatmışdır. İddiaçılar mübahisəli torpaq sahəsinin islahata cəlb edilməməsi halını, yaxud islahatın nəticələrini həmin vaxtdan uzun müddət ərzində mübahisələndirməmişlər. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsi cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı hazırda mübahisələndirilən sərəncamların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə tarixdə Şirvan inzibati Məhkəməsinə müraciət etmiş (iddia mümkün sayılmamış, qərardad qanuni qüvvəyə minmişdir), həmin iş üzrə iddiaçını nümayəndə qismində hazırki iş üzrə iddiaçılardan biri İddiaçı1 təmsil etmişdir. Hazırki iddia xx.xx.2024-cü il tarixdə (1 il 6 aydan sonra) məhkəməyə verilmiş, həmçinin iddia kollektiv (müştərək) qaydada verilmiş olsa da belə, iddiaçılardan biri mübahisələndirilən inzibati aktlar barədə həmin vaxtdan məlumatlı olduğu halda digər iddiaçıların məsələ ilə bağlı məlumatının olmaması ağlabatan deyil. Bu qənaət həm də ordan qaynaqlanır ki, qeyd olunan iş üzrə İddiaçı1 izahatında bələdiyyənin həmin iddianı kənd əhalisinin mənafeyi naminə qaldırdığını bildirmişdir. İnzibati Prosessual Məcəllənin: -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı gəldiyi qənaət düzgün olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 83-cü, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2-1(120)-2157/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı sərəncamların və həmin sərəncamlar əsasında verilmiş icarə müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-463/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-463/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver