Məhkəmə qərarları › İş №2-1(106)-465/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-465/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-465/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1765/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarların ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş imtina cavabının qanunsuz hesab edilməsi və ona xx.xx.2021-ci il tarixdən etibarən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı, 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1554/2024 saylı qərarlarının ləğv edilməsi və hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə dəyişdirilmiş iddiası birinci instansiya məhkəməsinin icraatına qəbul edilmişdir. X7 Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 14 iyun 2024-cü il tarixli, 2-1(120)- 1765/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı, 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 1554/2024 saylı qərarlarının ləğv edilməsi və İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xəstəliyi ilə bağlı xx.xx.2015-xx.xx.2021-ci illərdə ambulator və stasionar müalicə aldığı müəssisələrin (Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) məlumatındakı klinik diaqnoz mətni qrafasında iddiaçının diaqnozu dəyişməz olaraq “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” kimi qeyd edilir. Həmçinin, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma. İnsulinə tələbli” diaqnozu qoyulmuş xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. İddiaçının xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11-ci “Endokrin sistemin xəstəlikləri və maddələr mübadiləsinin pozuntuları” bölməsinin 11.2-ci “Şəkərli diabbet” bəndinə tam uyğunluğu təsdiq olunur. Eyni zamanda cavabdeh tərəfindən iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut təqdim olunmamışdır. Qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət apardığı dövrdə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Silahlı Qüvvələrin Baş X1 bölməsində “insulin tələbli şəkərli diabet tip 2, orta ağır dərəcəli, subkompensasiya mərhələsində. Öd daşı xəstəliyi, Xroniki kolkulyoz xolesistit, tam remissiya mərhələsində. Konyuktivit. Vegetativ damar distoniyası” diaqnozu ilə müalicə olunmuşdur. Sonra yenə də xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “insulin tələbli şəkərli diabet tip 2, orta ağır dərəcəli, dekompensasiya mərhələsində. Vegetativ damar distoniyası. Öd kisənin polilozu, funksiyanın pozulmaması ilə, Burun tənəffusünü pozmayan burun arakəsməsinin əyriliyi, Quru göz. Diabetik nevropatiya İ mərhələ” diaqnozu ilə müalicə olunmuşdur. Bütün bu xəstəliklərə görə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profılli hospital hərbi-həkim komissiyası tərəfındən 13 oktyabr 2015-ci il tarixdə şəhadətləndirilmişdir. Ştatlı hərbi-həkim komissiyası tərəfındən müayinə olunmuş, müayinə zamanı ona “insulin tələbli şəkərli diabet tip-İİ, ağır dərəcə, subkompensə mərhələsində. Diabetik nefropatiya, İ (birinci) mərhələ, Vegetativ damar distoniyası. Öd kisənin polipozu, funksiyanın pozulmaması ilə” diaqnozu qoyularaq həmin xəstəliklərin hərbi xidmət dövründə aldığı qərara alınmışdır və bu barədə xəstəlik haqqında 1706 nömrəli xx.xx.2015-ci il tarixli şəhadətnamə verilmişdir. Bundan sonra o, xx.xx.2015-ci il tarixli 086 əç nömrəli əmrə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin b bəndinə (xəstəliyə görə) əsasən silahlı qüvvələrdən ehtiyyata buraxılmışdır. Ehtiyyata buraxıldıqdan sonra ona ikinci qrup əlillik təyin edilmiş, səbəb də hərbi xidmət dövrü ilə əlaqədar əlillik kimi qeyd edilmişdir. Beləliklə, xx.xx.2016-cı il tarixdən İİ qrup əlil kimi ona təqaüd təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Bundan sonra o, mütəmadi olaraq müalicə almışdır. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Lənkəran Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində olmuş və ona “şəkərli diabet tip-İİ, ağır fırma insulin tələbi, Heportaniya xəstəliyi İİ B mərhələ, Diabetik neftopatiya XBC İİ dərəcə” diaqnozu qoyulmuşdur. Daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Lənkəran Rayon Mərkəzi Xəstəxanasında və digər müəssisələrdə müalicə almışdır. Bütün bunlardan sonra ona TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsi verilmiş və ona əsas diaqnoz kimi “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla” qeyd edilmişdir. Onda bütün bu xəstəliklərin olmasına baxmayaraq ona təyin olunmuş əlillik əsassız olaraq ləğv edilmiş və ona təqaüdün verilməsi dayandırılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma, insulinə tələbli” olmaqla əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bundan əlavə, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AANV9 nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1706 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “İnsulin tələbli şəkərli diabet tip-İİ, ağır dərəcə, subkompensə mərhələsində. Diabetik nefropatiya, İ (birinci) mərhələ. Vegetativdamar distoniyası. Öd kisəsinin polipozu, funksiyanın pozulmaması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi və “Burun tənəffüsünü pozmayan burun arakəsməsinin əvriliyi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, böyrəklərdə ağrıdan şikayətlənmişdir. Anamnestik məlumatlarında şəkərli diabet xəstəliyində əziyyət çəkdiyini bildirmiş, medikamentoz preparatlardan “İnsulin”, “İnsultant”-dan istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı aşağı ətraflarda ödem, trofiki pozuntular, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hər iki topuq və ayaqarxası nahiyələrində nəbz qeydə alınmış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Vətəndaş qanda kreatinin miqdarının yoxlanılmasından imtina etmişdir. Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-120)-517/2023 nömrəli Qərarında “İddianın qismən təmin edilməsi. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla Agentliyin üzərinə İddiaçı əlilliyinin və əlillik səbəbinin yenidən qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri arasdırılmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun” kimi qeyd olunmuşdur. Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki uroloji mərkəzin xx.xx.2022-ci il tarixli Səhhətin müayinə aktında diaqnoz “Sag böyrəyin hidronefrozu və kasacıq dasları. Səkərli diabet İİ tip. Diabetik nefropativa. Kreatinin 92” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixdə Transtorakal Exokardioqrafiya müayinə olunmuş və nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun cüzi hipertrofiyası (1.2 sm). Sol mədəciyin sistola-diastola ölçüləri böyüməvib, diastolik funksiya relaksativ tipdə pozulmayıb, seqmentar divar hərəkəti qüsuru qeyd olunmur, sistolik funksiya azalmayıb LVEF- 60 %. Aortal və mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Porikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=105)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “Vis OU- 0.05 k/i 0.2. OU QPDR-? isemik makulopatiya. Xəstənin ixtisaslasmış tibb müəsissəsində müayinə və müalicə olunmağı məsləhətdir” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmisdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etirazın dəlilləri ilə oxşar məzmunda apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmiş, həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixli əlillik təyinatından imtina qərarı ona rəsmi qaydada təqdim edilməmiş, həmin qərarın mövcudluğu barədə təqribən 2 ay sonra məlumat almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkülük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçıya əlillik təyinatından ilk dəfə 27 dekabr 2021-ci il tarixli qərarla imtina edilmiş, iddiaçı həmin qərarın qanunsuz hesab edilməsi və əlilliyin təyin edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, həmin iş ərazi aidiyyəti ilə bağlı Şirvan İnzibati Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Agentliyin üzərinə iddiaçının əlilliyinin və əlillik səbəbinin yenidən qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri arasdırılmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Bundan sonra cavabdeh orqan yenidən əlillik təyinatından mübahisələndirilən digər qərarla imtina etmişdir. Bundan sonra iddiaçı yenidən xx.xx.2021ci il tarixdən əlilliyin təyin edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə Şirvan İnziabti Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əlilliyin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Buna baxmayaraq cavabdeh orqan yenidən əlillik təyinatından mübahisələndirilən digər qərarla imtina etmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçı mübahisələndirilən 27 dekabr 2021-ci il tarixli qərarla bağlı 2 aydan sonra məlumatlı olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sözügedən qərarlardan şikayət verilməsi ilə bağlı müddətlər ötürülməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 nömrəli qərarın məzmunundan görünür ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış və X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma. İnsulinə tələbli; Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə ona əlillik təyinatından imtina edilmişdir. -Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı iş materiallarında olan İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. -Agentliyi xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1554/2024 nömrəli qərarından görünür ki, iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AANV9 nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi qənaətinə gəlinmişdir. -Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(120)-517/2023 nömrəli iş (qərar qanuni qüvvəyə minmişdir) üzrə keçirilmiş ekspertizanın nəticələrinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli, T 350/2022 saylı rəydə göstərilir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip ağır forma, insulinə tələbli dekompensasiya mərhələsi. Ağırlaşma: H36.0*-diabetik retinopatiya (El0-E14 ümumi dördüncü.3 işarəsi ilə), VİS OU =0,5, OU-diabetik angiopatiya; Ağırlaşma: 108.3 mitral, aortal və iiçtaylı qapaqların eyni zamanda zədələnmələri. diabetik neyropativa; Ağırlaşma: G63.2* diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü. 4 işarəsi ilə), diabetik polineyropatiya; Yanaşı xəstəliklər: 115.0-renovaskulyar hipertenziya, İİ arterial hipertenziya; Yanaşı xəstəliklər: 120.8 stenokardiyanın digər formaları, ÜİX-yi gərginlik İİİ f/s (üç); Yanaşı xəstəliklər: H52.2- astiqmatizm, mürəkkəb rniopik astiqmatizm; Yanaşı xəstəliklər: 110 essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ, yüksək əlavə risk; Yanaşı xəstəliklər: N18.2-xroniki böyrək xəstəliyi İİ mərhələ, xroniki B.Ç, 11 d” onda hazırda da müəvvən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7-ci bəndində qeyd olunan “endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8)” diaqnozu ikinci dərəcə əlillik təyinatına əsas verir. Eyni zamanda birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, İddiaçı xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11-ci “Endokrin sistemin xəstəlikləri və maddələr mübadiləsinin pozuntuları” bölməsinin 11.2-ci “Şəkərli diabbet” bəndinə tam uyğunluğu təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən patofunksional pozuntuların yalnız Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq kodlarına uyğunluğu baxımından iddianı əsaslı hesab etməkdə səhvə yol vermişdir. Belə ki, iddiaçıya əlillik təyinatından ilkin imtina 27 dekabr 2021-ci il tarixli qərarla verildiyindən və iddiaçı həmin qərarı mübahisələndirdiyindən, bununla da ona həmin tarixdən əlillik təyinatı məsələsinə baxıldığından əlillik vəziyyəti həmin dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri baxımından qiymətləndirilməli idi. Digər tərəfdən, iddiaçının orqanizmində baş verən patofunksional pozuntuların hər iki meyar baxımından əlillik təyinatına əsas verməsi birinci instansiya məhkəməsinin məhz 1 meyar əsasında nəticəyə gəlməsinə görə qərarın ləğvinə əsas vermir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində əlillik təyinatının aparılması tarixi dəqiq qeyd edilməsə də, qərarın əsaslandırıcı hissəsindən və iddiaçının hüquqi marağından göründüyü kimi təyinatın məzh ilkin imtina tarixindən (27 dekabr 2021-ci il) aparılmasından söhbət gedir. Odur ki, bu əsasla da birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsinə zərurət yaranmır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, iddia əsaslıdır. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1765/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1765/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar