Məhkəmə qərarları › İş №2-1(106)-466/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-466/2025

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-466/2025 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X14 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ##.##.1980-##.##.1983-cü il tarixə (2 il 06 ay 09 gün) kimi “X2 Texnikumun”-da əyani təhsil almışdır. Əmək fəaliyyətinə isə ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixə (11 ay 10 gün) kimi “Azneft” IB-nin Kürsəngi NQÇI-də “kollektor-operator”, ##.##.1984-cü il tarixdən ##.##.1991-ci il tarixə (07 il 01 ay 05 gün) kimi “Dalnaya svyaz (Uzaq rabitə)” Zavodunda “kimyəvi labaratoriya” sexində “labarant” və ##.##.1991-ci il tarixdə “Dalnaya svyaz (Uzaq rabitə)” Zavodu ləğv edilərək “Araz” Zavodu ilə birləşərək ##.##.1991-ci il tarixdən ##.##.1996-cı il tarixə (04 il 09 ay 06 gün) kimi “Araz” Zavodunda “kimyəvi labaratoriya” sexində “laborant” vəzifələrində işləmiş və ##.##.2004-cü il tarixdən (##.##.2017-cı il tarixə kimi - 13 il 01 ay) hal-hazıra kimi “Əli Bayramlı (indiki Şirvan) şəhər Mərkəzləşmiş kitabxana sistemin”-də “rəssam” vəzifəsində işləyir. Onun ##.##.2017-ci il tarixədək ümumi iş stajı 28 il və zərərli iş stajı isə 11 il 10 ay 12 təşkil edir. Işlədiyi vəzifələr ağır və zərərli iş olduğundan, hesab edir ki, ona ##.##.2014-cü il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. O cavabdehə ünvanladığı ##.##.2024-cü il tarixli ərizəyə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətin, əmək kitabçasının əslin, diplomun sürətin və ƏƏSMN-nin yanında DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin ##.##.2024cü il tarixli, 3-17-S/2-A-****/**** №-li arayışı əlavə edərək ona ##.##.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunuun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh ona ##.##.2024-cü il tarixli, 3-17-1/2-A-*****/**** №-li məktubla cavab verərək təqdim etdiyi sənədlərdə iş yerinin arayışı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyindən onun güzəştli iş stajını müəyyən etmək olmadığı bildirmişdir. Cavabdeh cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “52 yaşının tamam olduğu ##.##.2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlər üzrə pensiya məbləğinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, *-*(***)-****/**** nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Inzibati Prosessual Məcəllənin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən ##.##.2024-cü il tarixli *-**-*/*-A-*****/**** nömrəli məktubla cavablandırılmış və müvafiq sənədlər təqdim edilmədiyindən güzəştli iş stajını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. İddiaçı iddia ərizəsində 52 yaşının tamam olduğu ##.##.2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlər üzrə pensiya məbləğinin ödənilməsini məhkəmədən xahiş etmişdir.Işin faktiki hallarından məlum olur ki, iddiaçı İddiaçı ##.##.1962-ci il tarixdə doğulmuş, beləliklə də ##.##.2014-cü il tarixdə 52 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ##.##.2014-cü il tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur:“Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.”Istinad olunan normanın müddəaları baxımından İddiaçı ##.##.2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu:Iddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi): Iddiaçı iş stajının ən azı 10 ilini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi);Iddiaçı ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır (ümumi iş stajı tələbi). Inzibati icraat materiallarından aydın olur ki, İddiaçı güzəştli iş stajı ilə bağlı heç bir sənəd təqdim etməmiş, bu səbəbdən cavabdeh inzibati orqan iddiaçının güzəştli is stajına münasibət bildirmək imkanına malik olmamışdır. Iddiaçının işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Həmin Qaydaya * nömrəli Əlavədə isə şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışının forması göstərilmişdir. Buna əsasən, işəgötürənin arayışında aşağıdakı məlumatlar qeyd olunmalıdır: 1. Arayışı verən dövlət orqanının (qurumun), işlədiyi müəssisənin adı; 2. Arayışın təqdim olunduğu şəxsin adı, soyadı və atasının adı; 3. Şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) işlədiyi dövrlər və həmin vəzifənin adı; 4. Şəxsin 3-cü bənddə qeyd edilmiş vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər; 5. Şəxsin işlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı (il, ay, günlə göstərilməklə); 6. Şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri; 7. Şəxsin işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı Qərarı ilə təsdiq edilmiş Siyahının hansı bəndinə/ (yarımbəndinə) və (və ya) hansı vəzifə koduna uyğun olması. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər.Həmin icmal məktubunda qeyd olunur ki, bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Iddiaçı İddiaçı iddia ərizəsində pensiya hüququnun 2015-ci ildə yarandığını və ##.##.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarfnda güzəştli arayış barədə normanın qeyd edilmədiyini bildirmişdir. Iddiaçının istinad etdiyi Qaydalara * nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş verinin arayışı təqdim edilməlidir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası *-*(***)-***/**** nömrəli qərarında oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. "Əmək pensiyaları haqqında” Qanunun 31.2-2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X17 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X17 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarında da qeyd olunduğu kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı tələb edilən sənədlərdən biri də şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışıdır. Həmin sənədin Mərkəzi Filial tərəfindən X17 Sistemi vasitəsilə əldə edilməsi qeyri- mümkündür və bilavasitə işəgötürən tərəfindən ərizəçiyə təqdim edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Məlumdur ki, cavabdehin imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: 1. Imtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; 2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. 3. Mövcud icraat materiallarına əsasən İddiaçı güzəştli iş stajını təsdiq edən sənəd təqdim edilmədiyinə görə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə pensiya təyinatına münasibət bildirmək mümkün olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olubolmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, güzəştli iş stajı və ümumi iş stajı tələbi ilə bağlı qeyd olunan üç şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. İddiaçı güzəştli iş stajını müəyyən etmək mümkün olmadığına görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı da qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, yuxarıda göstərilənləri və IPM-in 47-ci maddəsini rəhbər tutaraq, iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “52 yaşının tamam olduğu ##.##.2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlər üzrə pensiya məbləğinin ödənilməsi” tələbinə dair *-*(***)-****/**** nömrəli inzibati mübahisəyə dair iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən ##.##.2024-cü il tarixli *-**-*/*-A-*****/**** nömrəli məktubla cavablandırılmış və müvafiq sənədlər təqdim edilmədiyindən güzəştli iş stajını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Məlumdur ki, cavabdeh inzibati orqanın imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: 1. Imtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; 2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. Işin faktiki hallarından məlum olur ki, iddiaçı İddiaçı ##.##.1962-ci il tarixində doğulmuş, beləliklə də ##.##.2014-cü il tarixində 52 yaşı tamamolmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ##.##.2014-cü il tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” Istinad olunan normanın müddəaları baxımından İddiaçı ##.##.2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: 1. Iddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi); 2. Iddiaçı iş stajının ən azı 10 ilini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); 3. Iddiaçı ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır (ümumi iş stajı tələbi). Inzibati icraat materiallarından da aydın olur ki, İddiaçı yaş və ümumi iş stajı tələbini ödəsə də, güzəştli iş stajı ilə bağlı heç bir sənəd təqdim etməmiş, bu səbəbdən cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajına münasibət bildirmək imkanına malik olmamışdır. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından da aydın olur ki, iddiaçı İddiaçı ##.##.1984-cü il tarixindən ##.##.1991-ci il tarixinədək “Uzaq rabitə” zavodunda və ##.##.1991-ci il tarixindən ##.##.1996-cı il tarixinədək “Araz” zavodunda işlədiyi dövrlərin güzəştli iş stajına daxil edilməli olduğunu iddia etmişdir. Bildiririk ki, inzibati məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sorğumuza cavab olaraq təqdim etdiyi ##.##.2024-cü il tarixli *-**-*/*-*****/**** nömrəli məktubuna əsasən “Uzaq rabitə” və “Araz” zavodlarının Müdafiə Sənayesi Nazirliyinin tərkibində Şirvan “Araz” zavodu adı ilə fəaliyyət göstərdiyi bildirilmişdir. Deməli,iddiaçının vaxtilə işlədiyi müəssisə hazırda fəaliyyətdədir. Qeyd edilən məktub Şirvan Inzibati Məhkəməsinin diqqətinə çatdırılmış və məhkəmə tərəfindən “xxxx” QSC “xxxx” X12 MMC “Şirvan Araz” Zavoduna ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli məktublar ünvanlanaraq, sözügedən müəssisənin mərkəzi laboratoriyalarında işləyən işçilərin (laborantların) vəzifə öhdəliklərinin nədən ibarət olması, işlədikləri vəzifənin zərərli olub-olmaması (əmək haqqına əlavə və məzuniyyət gününə əlavələr olunub-olunmaması), laboratoriyada hansı kimyəvi maddələrdən istifadə etdiyi, həmin peşələrin vəzifə təlimatları barədə məlumatlar və məlumatı təqdiqləyən sənədlərin, iddiaçının icra etdiyi yuxarıda qeyd olunan peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan hansı peşələrlə eynilik təşkil etməsi barədə məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Qeyd edilən müəssisəyə oxşar məzmunda sorğu ##.##.2025-ci il tarixində Mərkəzi Filial tərəfindən də göndərilmiş, lakin inzibati məhkəmə icraatı zamanı məhkəmənin və Mərkəzi Filialın həmin məktubları cavablandırılmamışdır. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında göstərildiyi kimi, işdə olan “xxxx”xxxx” Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X12 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli */**/*** nömrəli məktubuna əsasən “xxxx” X12 X4 şöbəsinin arxiv sənədlərində ##.##.1984-cü il tarixindən ##.##.1996-cı il tarixinədək olan dövr üçün iddiaçıya aid hər hansı sənəd aşkar edilməmişdir və arxivdə müvafiq sənədlərin olmaması səbəbindən, iddiaçı İddiaçı haqqında məlumat təqdim etməyin mümkün olmadığı bildirilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X17 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X17 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarında da qeyd olunduğu kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı tələb edilən sənədlərdən biri də şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışıdır. Həmin sənədin cavabdeh tərəfindən X17 Sistemi vasitəsilə əldə edilməsi qeyri-mümkündür və bilavasitə işəgötürən tərəfindən ərizəçiyə təqdimedilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinin tələbinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Hazırkı iş üzrə cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanı yalnız o halda təyin edə bilər ki, müvafiq işəgötürən tərəfindən iddia edilən dövrlər barədə güzəştli iş arayışı təqdimedilmiş olsun. Bu hal iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi əsaslı sayıla bilməz. Belə ki, cavabdeh yalnız qanunvericiliklə müəyyən edilmiş öz səlahiyyətləri daxilində fəaliyyət göstərə bilər. Məhkəmə prosesində iddiaçı İddiaçı tərəfindən məhkəməyə “xxxx” QSC “xxxx” EIM-in X22nin güzəştli arayışı təqdim edilmiş və həmin arayışda X22 ilə X5nin eyni profilli olduğu qeyd olunmuşdur. Burada şübhə doğuran məqam hər iki şöbənin eyni müəssisənin tabeliyində fəaliyyət göstərdiyi halda, iddiaçının vaxtilə işlədiyi şöbənin aktiv fəaliyyətinə baxmayaraq güzəştli iş arayışı təqdim etməkdən boyun qaçırması, lakin onunla eyni müəssisəyə tabe olan digər şöbənin arayış təqdimetməsidir. Beləliklə, Şirvan Inzibati Məhkəməsi ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında digər şöbənin arayışına əsaslanmaqla iddianı təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati X28 “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının 29-cu bəndində də qeyd olunduğu kimi “məhkəmələrin bu yanaşması formalaşmış məhkəmə təcrübəsinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.” Hazırkı işin hallarından isə belə bir arayışın əldə edildiyi müəyyən edilmir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalarda pensiya təyin olunması üçün zəruri olan sənədlərin siyahısında işəgötürənin arayışı birbaşa qeyd olunmuşdur. Bu da o deməkdir ki, güzəştli arayış şəxsin bilavasitə əmək münasibətlərində olduğu müəssisə tərəfindən təqdim edilə bilər. Xüsusilə də hazırkı işdə olduğu kimi müəssisə fəaliyyət göstərirsə, güzəştli iş arayışı oxşar və ya eyni profilli müəssisə tərəfindən deyil, məhz iddiaçının işləmiş olduğu müəssisə tərəfindən təqdim edilməlidir. Hazırkı iş üzrə cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərəkət etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək öhdəliyi məhz iddiaçının çalışdığı müəssisə tərəfindən müvafiq illərin güzəştli iş stajına daxil edilməsi nəticəsində həmin müəssisə tərəfindən qanunvericiliyə uyğun olaraq təqdim edilmiş müvafiq arayış əsasında yaranır. Iddiaçıya güzəştli iş arayışının təqdim edilməməsi hazırkı iş üzrə cavabdehin məsuliyyət sferasına aid məsələ deyildir. Bu halda iddiaçı tərəfindən işlədiyi müəssisənin arayışı cavabdehə təqdim edilmədən pensiya təyin edən orqanlara qarşı qaldırılmış iddialar təmin oluna bilməz. Nə qədər ki, həmin güzəştli iş arayışı təqdim edilmədiyindən iddiaçının qeyd edilən dövr üzrə nə qədər güzəştli iş stajının olması barədə məlumat mövcud deyil və buna uyğun olaraq cavabdeh iddiaçının həmin dövr üzrə nə qədər güzəştli iş stajının olmasına münasibət bildirmək imkanına malik deyil, cavabdehin pensiya təyinatı məsələsini araşdırarkən həmin dövrləri güzəştli iş stajı kimi nəzərə almaq öhdəliyi də yaranmır. Çünki hazırkı iş üzrə cavabdeh iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə işləyib-işləməməsinə, həmçinin iddiaçının işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinə dair arayış təqdim edilməsinə deyil, əmək pensiyasının təyin edilməsinə münasibətdə cavabdehlik daşıyır. Yəni cavabdeh inzibati orqanın iddiaçıya güzəştli iş arayışı verilib-verilməməsi məsələsinə müdaxilə etmək səlahiyyəti yoxdur. Şirvan Inzibati Məhkəməsi isə ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında müəssisəni ən azından üçüncü şəxs kimi icraata cəlb etməmiş, eləcə də iddiaçıya aktiv fəaliyyəti olan və vaxtilə çalışdığı müəssisəyə qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaqla bağlı hüquqi yardım göstərməmişdir. Qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Beləliklə, göstərilənlərə əsasən hesab edirik ki, cavabdehin imtinası əsaslı olduğundan və hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından, iddianın təmin edilməsi üçün əsas yoxdur. Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" QSC “xxxx” X12 ##.##.2025-ci il tarixli #/##/2623 nömrəli məktubuna əsasən “laborant” vəzifəsinin zərərli hesab edilmədiyi, lakin “laborant (rentgen)” vəzifəsinin zərərli hesab edildiyi bildirilmişdir. Bundan əlavə, iddiaçının vaxtilə işləmiş olduğu həmin müəssisə tərəfindən ona münasibətdə güzəştli iş arayışı təqdim edilməmiş, sadəcə vəzifə təlimatı təqdim olunmuşdur. Məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçı N. Allahverdiyeva ##.##.1984-cü il tarixindən ##.##.1991-ci il tarixinədək “Uzaq rabitə” zavodunda və ##.##.1991-ci il tarixindən ##.##.1996-cı il tarixinədək “Araz” zavodunda işlədiyi dövrlərin güzəştli iş stajına daxil edilməli olduğunu iddia edir. Bununla belə, əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı ##.##.1984cü il tarixindən ##.##.1988-ci il tarixinədək laborant. ##.##.1988-ci il tarixindən ##.##.1988-ci il tarixinədək texnik-texnoloq, ##.##.1988-ci il tarixindən ##.##.1996-cı il tarixinədək laborant işləmişdir. Iddiaçı iddia ərizəsində ona vaxtlə əməkhaqqına əlavələrin ödənildiyini bildirsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının 40-cı bəndində də qeyd olunduğu kimi, “nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş verlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özü-özlüyündo əsas vermir”. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz irəli sürərək bildirmişdir ki, məhkəmə tərəfindən verilmiş sorğu əsasında xxxx QSC-nin “xxxx” X27 Idarəetmə şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, 100/03-*** №-li məktubda mən iddiaçının işlədiyi peşənin eyniliyini təşkil edən peşənin zərərli is olaraq bütün is günü ərzində kimyəvi məhlullar, o cümlədən kimyəvi maddə və elementlərin məşğulundan ibarət olduğunu və bu peşədə çalışan işçiyə əmək şəraitinin ağır və zərərli olmasına görə əlavə əmək haqqı və məzuniyyət günlərinin verilməsi qeyd edilmişdir. Bu hal özlüyündə sübut edir ki, mən iddiaçının işlədiyi “Uzaq Rabitə”-də və onun hüquqi varisi olan “Araz Zavodu”da “kimyəvi laboratoriyada xxxx” vəzifəsi ad baxımından fərqlənsə də, lakin mahiyyət baxımından götürsək görərik ki, oxşarlıq təşkil edir. Belə ki, mən iddiaçının işlədiyi vəzifənin adı “xxxx” olsa da, ancaq xxxx QSC-nin “xxxx” X27 Idarəetmə şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, 100/03-589 №-Ii məktubda vəzifənin adının oxşarlıq, yəni “Mərkəzi Labaratoriya” olması, zaman baxımından vəzifələrin eynilik təşkil etməməsi təbiidir, lakin həmin vəzifənin idarə etməsində “xxxx” “laborant” adları ifadə baxımından fərqlənsə də, amma zamanında həmin adların dəyişilməsi mümkündür. Buna kifayət qədər misal çəkmək olar. Əsas hesab edirəm ki, həmin vəzifədə işləyən şəxslərin gördüyü islərin nədən ibarət olması və işlədiyi vəzifələrin zərərliyi və ən əsası aldığı aylıq əmək haqqıya və məzuniyyət gününə əlavələrin edilməsidir ki, bu hal məktubda öz təsdiqin tapmışdır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd etdiyim halların sübutu əsası olaraq bütün bu faktiki hallar mən iddiaçının işlədiyi vəzifənin zərərli olmasından xəbər verir. Cavabdehin etirazında isə tələb kimi qoyduğu hallar yuxarıda qeyd etdiyim hüquqi və faktiki hallara əsasən yalnız hər hansı bir məhkəmə sorğusu əsasında müəayyən etmək mümkündür. Və bu hal mən iddiaçıya əsas veriri ki, cavabdehin özünün də hər dəfə stat gətirdiyi Azərbaycan Respublikası Ali Məhkəmənin ##.##.2020-ci il tarixli və ##.##.2020-ci il tarixli icmal məktublarında birmənalı olaraq öz əksin tapdığından, həmin halların müəyyən edilib təsdiqi üçün məhkəmə müdafiəsinə söykənərək hüquqlarımın bərpası olaraq pozulmuş hüquqlarımın konstitusion baxımından bərpa edilməsinə dair qanunvericilklə mənə verilmiş hüquqlardan istifadə edə bilim. Ona görə də mən iddiaçı cavabdehin etirazında qeyd edilənlərin əksinin sübutu olaraq yuxarıda qeyd etdiyim halların həm faktiki və həm də hüquqi baxımından təsdiq edilməsi üçün vəsatətlə məhkəməyə müraciət edərək isin ədalətli və şəffaf araşdırılmasına nail olunmasına nail olmaqdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsi və Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Iddiaçı İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Nazirlər Kabinetinin ## #### 1993-cü il *** №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qərarı Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı.

8. bölmə. Kimya istehsalatı. 1080A010 - xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər.

Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli 12№-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

9. bölmə. Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı 9.1. Bərk azot turşusunun, selenin əsasında kükürd, azot turşusunun və onların duzlarının, duru raket yanacağının oksidləşdiricilərinin istehsalı, işlənmiş turşuların denitrasiyası və konsentrasiyası, partlayıcı maddələrin və barıtların istehsalatında turşuların rekuperasiyası; 9.3. Hər növ barıtların, bərk yanacaq qidalandırıcılarının, qazsız, az qazlı və pirotexniki tərkiblərin, odqarışdırıcı, oddaşıyıcı və partlayıcı naqillərin, qidalandırıcıların, yanan gilizlərin, tünd azot turşusu əsasında duru raket yanacağı oksidləşdiricilərinin, həmçinin yarımfabrikatların və onların əsasında kompozisiyaların istehsalı və yenilərinin işlədilməsi; 9.6. Efirin, kollodiumun istehsalı, əridicilərin saflaşdırılması və rekuperasiyası; 9.8. Metanol, selektiv əridicisinin natriumdinitrokrezolyatorların və amoniumun istehsalı; 9.9. Hər növdən olan döyüş sursatlarının, döyüş hissələrinin raket mühərriklərinin “barıtlı, reaktiv məhlullu, qatı yanacaqlı” və onların aqreqatlarının, mühərrik qurğularının, raket bloklarının, pirotexniki məmulatların və tezpartlayan partlayıcı maddələrin, məhsulların sınaqdan keçirilməsi; 9.13. Zərərli məhsullar qaytarılan qabların yuyulması və işlədilməsi, kimyəvi aparatların, avadanlığın, tutumların təmizlənməsi ilə məşğul olan fəhlələr; 9.14. Müəssisələrin və təşkilatların laboratoriyaları “bölmələri”; duru raket yanacağının komponentləri ilə çirklənmiş raket silahının neytrallaşdırılması və sökülməsi, kosmik raket vasitələrinin doldurulması, ləğv edilməsi işlərini görən işçilər, fəhlələr, mütəxəssislər və rəhbərlər.

“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə iddiaçı hüququnun yarandığı tarixdən yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.1984-cü il tarixdən “Uzaq Rabitə” zavodunun Kimyəvi Laboratoriya sexində laborant, ##.##.1991-cı il tarixdən ##.##.1996-cı il tarixədək “Uzaq Rabitə” zavodu “Araz” zavodu birləşdirildiyi üçün Mərkəzi zavod laboratoriyasında laborant peşəsində işləməsi Azərbaycan Respublikası Dövlət X16 iddiaçıya ünvanladığı ## ##### 2025-ci il tarixli, *-**-DA-**F/*-***/**** nömrəli arxiv arayışı, “xxxx” “X10” QSC “xxxx” X12 MMC “X1” tərəfindən iddiaçıya göndərilmiş ##.##.2024-cü il tarixli, **/*** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı həqiqətən, ##.##.1984-cü il məktubda öz əksini tapmışdır. Belə olan halda iddiaçı tələb olunan 10 ildən artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. Iddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Işdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1962-ci ildə anadan olmuşdur və Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 1 P,m. 37-də qeydiyyatda olmaqla orada yaşayır. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 52 yaşdan əmək pensiyası təyin edilməlidir. Ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 10 il güzəştli iş stajının olması tələb olunur. Işdə olan iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixə (11 ay 10 gün) kimi “Azneft” IB-nin Kürsəngi NQÇI-də “kollektor-operator”, ##.##.1984-cü il tarixdən ##.##.1991-ci il tarixə (07 il 01 ay 05 gün) kimi “Dalnaya svyaz (Uzaq rabitə)” Zavodunda “kimyəvi labaratoriya” sexində “labarant” və ##.##.1991-ci il tarixdə “Dalnaya svyaz (Uzaq rabitə)” Zavodu ləğv edilərək “Araz” Zavodu ilə birləşərək ##.##.1991-ci il tarixdən ##.##.1996-cı il tarixə (04 il 09 ay 06 gün) kimi “Araz” Zavodunda “kimyəvi labaratoriya” sexində “labarant” vəzifələrində işləmiş və ##.##.2004-cü il tarixdən (##.##.2017-cı il tarixə kimi - 13 il 01 ay) hal-hazıra kimi “Əli Bayramlı (indiki Şirvan) şəhər Mərkəzləşmiş kitabxana sistemin”-də “rəssam” vəzifəsində işləyir. Işdə olan iddiaçının DT-İ ****** nömrəli diplomunun təsdiq olunmuş surətindən görünür ki, X7 ##.##.1980-##.##.1983-cü il tarixə (2 il 06 ay 09 gün) kimi “X2 Texnikumun”da əyani təhsil almışdır. Işdə olan “xxxx”xxxx” Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Elmi-Istehsalat Müəssisəsi tərəfindən məhkəməyə ünvanlanmış ## ###### 2025-ci il tarixli, */**/*** nömrəli məktubunda göstərilmişdir ki, X4 şöbəsinə ünvanlanan 2025-ci il ## ###### tarixli 2- 1(120)- ***/**** nömrəli məktuba “xxxx” Elmi-Istehsalat Müəssisəsində baxılmışdır. Icraatda olan iddiaçı İddiaçı inzibati işi üzrə məhkəmə tərəfindən ünvanlanan sorğuya baxılarkən məlum oldu ki, “xxxx” EIM-in X4 şöbəsinin arxiv sənədlərində ##.##.1984-cü il tarixdən - ##.##.1996-cı il tarixədək olan dövr üçün sözügedən vətəndaşa aid hər hansı sənəd aşkar edilməmişdir. Arxivdə müvafiq sənədlərin olmaması səbəbindən, İddiaçı haqqında məlumat təqdim etmək mümkün deyildir. Işdə olan Azərbaycan Respublikası Dövlət X16 iddiaçıya ünvanladığı ## ##### 2025-ci il tarixli, *-**-DA-**F/*-***/**** nömrəli arxiv arayışında göstərilmişdir ki, Əli Bayramlı (indiki Şirvan) “Uzaq rabitə” (Дальняя связь) -“Araz" zavodunun 1987-1996-cı illərin əmrlər kitabında K-99 və 108/a əmrlər aşkar edilmişdir. ##.##.1987-ci il tarixli K-** nömrəli əmrdə göstərilmişdir ki, ##.##.1991-cı il tarixli, ***/a nömrəli əmrdə göstərilmişdir ki, ##.##.1991-ci il tarixdə “Dalnaya svyaz (Uzaq rabitə)” Zavodu ləğv edilərək “Araz” Zavodu ilə birləşərək İddiaçı ##.##.1991-ci il tarixdən ##.##.1996-cı il tarixə (04 il 09 ay 06 gün) kimi “Araz” Zavodunda “kimyəvi labaratoriya” sexində “labarant” vəzifələrində işləmişdir. Işdə olan III-ЖГ ****** nömrəli nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, ## ### 1985-ci il tarixdə X8 ilə X7 arasında nigah bağlanmışdır. Nigahdan sonra qadın Allahverdiyeva soyadını götürmüşdür. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2024-cü il tarixli, *-**-*/*-A-****/**** nömrəli məktubunda göstərilmişdir ki, “##.##.1984-cü il tarixdən ##.##.1991 -ci il tarixə kimi Uzaq rabitə (’’Дальная связь”) zavodunda kimyəvi laboratoriya sexində, ##.##.1991 -ci il tarixdən ##.##.1996-ci il tarixə kimi "Şirvan-Araz” Zavodunda kimyəvi laboratoriya sexində işləmiş olduğu laborant vəzifəsinin zərərli və ağır iş sahəsi olması, işlədiyi vəzifə üzrə əmək funksiyalarının nədən ibarət olduğu, hansı kimyəvi maddələrlə işləməklə zərərli işə görə aylıq əmək haqqına əlavələr və əmək məzuniyyətinə neçə təqvim günü əlavə məzuniyyət verilməsi hüququnun olduğuna dair” arayışın verilməsinə köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan- Salyan regional şöbəsinə etdiyi müraciətə baxıldı. Müraciət ilə əlaqədar "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş məktubda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin "n” bəndinə əsasən iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq işçinin əmək müqaviləsi üzrə əsas hüquqlarından biri olduğunu və həmin Məcəllənin 88-ci maddəsinin (Işçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri) 1-ci hissəsinin tələblərinə uyğun olaraq işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərin təsdiq edilmiş surətlərini, habeiə onun peşəkarlıq, işgüzarlıq səviyyəsi və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə işəgötürənin borclu olduğu qeyd olunmuşdur. “X1” MMC-dən daxil olmuş ## ###### 2024-cü il tarixli **/** saylı məktubda bildirilir ki, 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra "X1” MMC yenidən fəaliyyətə başlamışdır. Müdafiə Sənayesi Nazirliyi yaradılmasından öncəki sənədlərin arxivə verilibverilməməsi haqqında heç bir məlumat yoxdur. Bu səbəbdən arxivin olub-olmaması, mərkəzi arxivə təhvil verilməsi və yaxud hər hansı səbəbdən məhv olması haqqında heç bir məlumatın olmadıqlarını bildirmişlər. Bu səbəbdən arxiv sənədləri haqqında arayışı verə bilmədikləri qeyd etmişlər. Müraciətdə göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Işdə olan “xxxx” “X10” QSC “xxxx” X12 MMC “X1” tərəfindən iddiaçıya göndərilmiş ##.##.2024-cü il tarixli, **/*** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı həqiqətən, ##.##.1984-cü il tarixdə Əli bayramli şəhərində yerləşən "Uzaq Rabitə" zavodunun Kimyəvi Laboratoriya sexində laborant vəzifəsində çalışmışdir. ##.##.1991-ci il tarixdə "Uzaq Rabitə" zavodu "Araz" zavodu ilə birləşdirilmiş və İddiaçı Mərkəzi zavod laboratoryasına laborant vəzifəsinə keçirilmişdir. ##.##.1996-ci il tarxində Azərbaycan Respublikasinin qüvvədə olan Əmək Mecelləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Arayış halhazırda verilən sənətlərə və əmək kitabçasında öz əksini göstərən subutlara əsaslanaraq hazırlanılmışdır. "Uzaq Rabitə" və "Araz” zavodu üzrə X21 ümumi iş staji 11 il, 10 ay, 12 gün təşkil edir. Işdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ## ###### 2024-cü il tarixli, *-**-*/*-A-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına # ###### 2024-cü il tarixində daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdər başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddət şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2o yanvar 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyindən güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Işdə olan X13 və Humanitar Kollecinin ##.##.2024-cü il tarixli, ** nömrəli arxiv arayışında göstərilmişdir ki, X13 və Humanitar Kollecinin arxiv sənədlərinə əsasən verilir X7 ondan ötrü ki, həqiqətən də o, 1980-ci ildə X2 Texnikumunun ##.##.1980-ci il tarixli *** saylı əmri ilə əyani şöbənin “Quyuların geofiziki üsulla tədqiqi” ixtisasına qəbul olunmuşdur. N.Ə.Alxasova 1983-cü ildə X2 Texnikumunun ##.##.1983- cü il tarixli ** saylı əmri ilə təhsilini bitirmiş və ona “texnik-geofizik” ixtisası üzrə flTI№****** nömrəli,423 qeydiyyatlı adi diplom verilmişdir. Işdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ## ######## 2024-cü il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilir. Işdə olan Azərbaycan Respublikası Dövlət X16 məhkəməyə ünvanladığı ## ####### 2024-cü il tarixli, *-**-DA-**F/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı verilən ##.##.2023-cü il tarixli, 3-48-DA-14F/2- ***/**** nömrəli arxiv arayışının verilməsinə əsas olan sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərini təqdim edir. Işdə olan “xxxx”xxxx” QSC “xxxx” EIM-nin X22nin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli, ***/**-*** nömrəli məktubunda göstərilmişdir ki, olan *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli iş üzrə X22nə ünvanladığı sorğuya cavab olaraq “xxxx”xxxx” QSC “xxxx” EIM-nin X22nin mərkəzi laboratoriyasında bugünki gündə işləyən işçilərə dair məlumatlar aşığıdakı kimi qeyd olunur: Ilk öncə bildirilir ki, X22nin mərkəzi laboratoriyasında hazırda işləyən işçilərin vəzifələri (peşələri) zərərli əmək kateqoriyasına aiddir. Habelə mövcud qanunvericiliyin tələbi istiqamətində həmin işçilərə əməkhaqqlarına əlavələr və eləcə də əmək məzuniyyəti günlərinə də əlavələr olunur. Həmin işçilərin funksional vəzifələri bütün iş günü ərzində kimyəvi məhlullar, o cümlədən, kimyəvi maddə və elementlərin məşğulundan ibarətdir. Həmçinin həmin işçilərin hal-hazırda müəssisədə istifadə etdikləri kimyəvi maddələr aşağıda qeyd edilən kimidir: 1. H2 S04 - Sulfat Turşusu (faizli məhlulu 60 °C tempraturda qızdırılan vannanın faizci tərkibi). 2. Co- Qurğuşun (materialın tərkibində SB (stibium) faizinin yoxlanması). 3. NO3 -Azot turşusu (kimyəvi analizlərdə istifadə olunur). 4. Ba (N03)2 - Barium nitrat. 5. PAM - Aliminium tozu. 6. Sr NO3 - Aronsium nitrat. 7. Barıt - (tərkibi 90%-ə qədər nitro celyuloza). Əlavə olaraq qeyd olunur ki, hal-hazırda müəssisənin mərkəzi laboratoriyasında əmək fəaliyyəti ilə məşğul olan əməkdaşların icra etdikləri işlər (vəzifə və ya peşələr), 0 cümlədən sorğuda adı çəkilən vətəndaşın (İddiaçı) sorğuda qeyd olunan müddətlərdə məşğul olduğu əmək fəliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı Qərarı və həmçinin 23.01,2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 8-ci bölməsində (Kimya istehsalatı: - xüsusi istehsalat və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər; istehsalatlarda bilavasitə məşğul olan sex və istehsalat laboratoriyalarının işçiləri), bununla yanaşı 9-cu bölməsində (Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı: - 9.1. Bərk azot turşusunun, selenin əsasında kükürd, azot turşusunun və onların duzlarının, duru raket yanacağının oksidləşdiricilərinin istehsalı, işlənmiş turşuların denitrasiyası və konsentrasiyası, partlayıcı maddələrin və barıtların istehsalatında turşuların rekuperasiyası; 9.3. Hər növ barıtların, bərk yanacaq qidalandırıcılarının, qazsız, az qazlı və pirotexniki tərkiblərin, odqarışdırıcı, oddaşıyıcı və partlayıcı naqillərin, qidalandırıcıların, yanan gilizlərin, tünd azot turşusu əsasında duru raket yanacağı oksidləşdiricilərinin, həmçinin yarımfabrikatların və onların əsasında kompozisiyaların istehsalı və yenilərinin işlədilməsi; 9.6. Efirin, kollodiumun istehsalı, əridicilərin saflaşdırılması və rekuperasiyası; 9.8. Metanol, selektiv əridicisinin natriumdinitrokrezolyatorların və amoniumun istehsalı; 9.9. Hər növdən olan döyüş sursatlarının, döyüş hissələrinin raket mühərriklərinin “barıtlı, reaktiv məhlullu, qatı yanacaqlı” və onların aqreqatlarının, mühərrik qurğularının, raket bloklarının, pirotexniki məmulatların və tezpartlayan partlayıcı maddələrin, məhsulların sınaqdan keçirilməsi; 9.13. zərərli məhsullar qaytarılan qabların yuyulması və işlədilməsi, kimyəvi aparatların, avadanlığın, tutumların təmizlənməsi ilə məşğul olan fəhlələr; 9.14. Müəssisələrin və təşkilatların laboratoriyaları “bölmələri”; duru raket yanacağının komponentləri ilə çirklənmiş raket silahının neytrallaşdırılması və sökülməsi, kosmik raket vasitələrinin doldurulması, ləğv edilməsi işlərini görən işçilər, fəhlələr, mütəxəssislər və rəhbərlər) nəzərdə tutulan işlər ilə (peşələr və vəzifələr ilə) eynilik təşkil edir. X22 ilə X5 eyni profilli müəssisədirlər və adıçəkilən müəssisələrin fəaliyyəti (müəssisələrdə görülən işlər) eynilik təşkil edir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı ##.##.1962-ci il tarixdə doğulmuşdur və ##.##.2014-cü ildə 52 yaşı tamam olmuşdur. Iddiaçı, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etməklə müraciət etmişdir. Cavabdeh tərəfindən güzəştli iş stajını təsdiq edən arayışın təqdim edilməməsi səbəbilə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaları və iş materiallarını qiymətləndirərək qeyd edir ki, iddiaçı İddiaçı 52 yaşı tamam olanadək, yəni ##.##.2014-cü ilə qədər ümumi iş stajı 20 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün kifayət edən ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Mübahisəli hal iddiaçının ##.##.1984-##.##.1991-ci illərdə “Dolnaya Svyaz” (Uzaq Rabitə) zavodunda “kimyəvi laborotoriya” sexində “laborant” və ##.##.1991-##.##.1996-cı il tarixləri arasında “Araz” zavodunda “kimyəvi laborotoriya” sexində “laborant” vəzifələrində işlədiyi dövrdür. Apellyasiya şikayətinin dəlillərinə əsasən güzəştli iş arayışı təqdim edilmədiyindən iddiaçının qeyd edilən dövr üzrə nə qədər güzəştli iş stajının olması barədə məlumat mövcud deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalarda pensiya təyin olunması üçün zəruri olan sənədlərin siyahısında işəgötürənin arayışı birbaşa qeyd olunmuşdur. Bu da o deməkdir ki, güzəştli arayış şəxsin bilavasitə əmək münasibətlərində olduğu müəssisə tərəfindən təqdim edilə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayəti dəlillərinə münasibətdə qeyd edir ki, sözügedən Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda güzəştli iş müddətinin hesablanması və təsdiqi üçün işəgötürənin arayışı tək hüquq müəyyənedici sənəd kimi nəzərdə tutulmamışdır. Belə ki, həmin Qaydanın 4.1.20-ci bəndində nəzərdə tutulmuşdur ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya HYPERLINK "https://e-qanun.az/framework/49537" \l "%C9%99lav%C9%992"* nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən. Işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://eqanun.az/framework/12731" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı"2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46943" \o "Azərbaycan Respublikası Əmək Məcəlləsi"Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən müəyyən edilir. Hazırkı halda İddiaçı məxsus əmək kitabçasının təsdiq olunmuş surəti, Azərbaycan Respublikası Dövlət X16 ##.##.2023-cü il tarixli, *-**-DA-**F/*-***/**** nömrəli arayışı və “xxxx” “X10” QSC “xxxx” Elmi-Istehsalat Müəssisəsi MMC Şirvan “Araz” zavodunun ##.##.2024-cü il tarixli, **/*** nömrəli arayışından görünür ki, iddiaçının 1984-1996-cı illərdə sözügedən müəssisədə laborant vəzifəsində çalışmışdır. Yəni iddiaçının mübahisəndirilən dövrdə sözügedən müəssisədə müvafiq vəzifədə çalışması həm əmək kitabçası, həm dövlət arxiv arayışı, həm də işəgötürənin arayışında öz təsdiqini tapmışdır. Işin hallarından göründüyü kimi işəgötürən “X1” MMC tərəfindən işin xarakteri (laborant vəzifəsinin zərərli olub-olmamasına dair) barədə sənəd təqdim edilməmişdir. Buna səbəb kimi isə arxiv sənədlərinin intensiv yağışlar nəticəsində yararsız hala düşməsi göstərilmişdir. Bu məsələyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, arxiv sənədlərinin mühafizəsi işəgötürənin öhdəliyindədir və bu hal iddiaçının öz pensiya hüququnu tələb etməsi üçün maneə təşkil edə bilməz. Yəni müəssisə güzəştli arayışı vermək istəsə belə arxiv sənədlərinin olmaması, düzgün saxlanılmaması, o cümlədən intensiv yağışlar nəticəsində yararsız hala düşməsi səbəbindən verə bilmirsə bu hal iddiaçının hüquqlarına mənfi təsir göstərməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq qeyd edir ki, həqiqətən də pensiya təyin olunması üçün zəruri olan sənədlərin siyahısında işəgötürənin arayışının təqdim edilməsi göstərilsə də obyektiv səbəblərdən işəgötürən tərəfindən belə bir arayışın təqdim edilməsi mümkün deyilsə, eyni profilli müəssisənin verdiyi arayış işəgötürənin arayışını əvəz edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, “xxxx” QSC “xxxx” EIM MMC-nin Telemexanika zavodu tərəfindən iddiaçının işinin xarakterinə dair təqdim edilən arayış mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin arayışdan məlum olur ki, İddiaçı həmin müddətlərdə məşğul olduğu əmək fəliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı Qərarı və həmçinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 8-ci bölməsində (Kimya istehsalatı: - xüsusi istehsalat və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər; istehsalatlarda bilavasitə məşğul olan sex və istehsalat laboratoriyalarının işçiləri), bununla yanaşı 9-cu bölməsində (Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı: - 9.1. Bərk azot turşusunun, selenin əsasında kükürd, azot turşusunun və onların duzlarının, duru raket yanacağının oksidləşdiricilərinin istehsalı, işlənmiş turşuların denitrasiyası və konsentrasiyası, partlayıcı maddələrin və barıtların istehsalatında turşuların rekuperasiyası; 9.3. Hər növ barıtların, bərk yanacaq qidalandırıcılarının, qazsız, az qazlı və pirotexniki tərkiblərin, odqarışdırıcı, oddaşıyıcı və partlayıcı naqillərin, qidalandırıcıların, yanan gilizlərin, tünd azot turşusu əsasında duru raket yanacağı oksidləşdiricilərinin, həmçinin yarımfabrikatların və onların əsasında kompozisiyaların istehsalı və yenilərinin işlədilməsi; 9.6. Efirin, kollodiumun istehsalı, əridicilərin saflaşdırılması və rekuperasiyası; 9.8. Metanol, selektiv əridicisinin natriumdinitrokrezolyatorların və amoniumun istehsalı; 9.9. Hər növdən olan döyüş sursatlarının, döyüş hissələrinin raket mühərriklərinin “barıtlı, reaktiv məhlullu, qatı yanacaqlı” və onların aqreqatlarının, mühərrik qurğularının, raket bloklarının, pirotexniki məmulatların və tezpartlayan partlayıcı maddələrin, məhsulların sınaqdan keçirilməsi; 9.13. zərərli məhsullar qaytarılan qabların yuyulması və işlədilməsi, kimyəvi aparatların, avadanlığın, tutumların təmizlənməsi ilə məşğul olan fəhlələr; 9.14. Müəssisələrin və təşkilatların laboratoriyaları “bölmələri”; duru raket yanacağının komponentləri ilə çirklənmiş raket silahının neytrallaşdırılması və sökülməsi, kosmik raket vasitələrinin doldurulması, ləğv edilməsi işlərini görən işçilər, fəhlələr, mütəxəssislər və rəhbərlər) nəzərdə tutulan işlər ilə (peşələr və vəzifələr ilə) eynilik təşkil edir. Göründüyü kimi, “xxxx” QSC-nin Telemexanika zavodu birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq kifayət qədər əsaslandırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı Qərarı və həmçinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarına istinad verilmiş arayış təqdim edilmişdir. Həmin arayışda həmçinin göstərilmişdir ki, X5 ilə X22 eyni profilli müəssisədirlər və adıçəkilən müəssisənin fəaliyyəti (müəssisələrdə görülən işlər) eynilik təşkil edir. Işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq “xxxx” QSC tərəfindən göndərilən ## #### 2026cı il tarixli, *-**-AS-**-*/*-***/**** nömrəli məktubdan da görünür ki, “xxxx” QSC-nin strukturuna daxil olan “xxxx” Elmi-Istehsalat Müəssisəsinin Şirvan Araz və Telemexanika zavodları istehsal baxımdan eyni sahələr üzrə fəaliyyət göstərir və hər ikisinin strukturunda mərkəzi laborotoriya mövcuddur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edir ki, vahid məhkəmə təcrübəsinə görə, işəgötürən müəssisənin fəaliyyət göstərmədiyi və ya hər hansı səbəbdən güzəştli arayış təqdim edə bilmədiyi hallarda eyni profilli müəssisə tərəfindən verilmiş arayışlar sübut kimi qəbul edilə bilər. Hazırkı vəziyyətdə isə müəssisə yenidən fəaliyyətə başlamış və hüquqi baxımdan mövcuddur. Arxiv sənədlərinin olmaması təkbaşına müəssisənin mövcudluğunu və ya fəaliyyətini inkar etmək üçün əsas sayıla bilməz. Bununla belə qeyd edilən çatışmazlıq obyektiv səbəblərlə bağlı ola biləcəyindən, bu hal iddiaçının zərərinə hüquqi nəticə doğurmamalıdır. Odur ki, “xxxx” QSC “xxxx” EIM MMC-nin Telemexanika zavodu tərəfindən təqdim edilmiş arayış mötəbər sübut kimi qəbul edilə və hüquqi baxımdan işəgötürən tərəfindən verilən güzəştli arayışa bərabər tutula bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının “Inzibati icraat haqqında” Qanununun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və onların nəzərə alınmasından imtina edə bilməz. Cavabdehin apellyasiya şikayəti dəlillərindən biri də odur ki, "xxxx" QSC “xxxx” X12 ##.##.2025-ci il tarixli #/##/2623 nömrəli məktubuna əsasən “laborant” vəzifəsinin zərərli hesab edilmədiyi, lakin “laborant (rentgen)” vəzifəsinin zərərli hesab edildiyi bildirilmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi vəzifə laborant (rentgen) və mühəndis vəzifələri deyildir. Həmin məlumat və sənədlərin işə heç bir aiddiyyəti yoxdur. Həmçinin “laborant” vəzifəsinin zərərli hesab edilməməsi barədə məlumat “xxxx” EIM-nin 2025-ci il üzrə təsdiq edilmiş ştat cədvəlinə əsaslanaraq verilmişdir. Halbuki bu barədə məlumat 2025-ci il üzrə təsdiq edilmiş ştat cədvəlinə əsaslanaraq deyil, İddiaçı işlədiyi illər (1984-1996-cı illər) üzrə təsdiq edilmiş ştat cədvəlinə uyğun verilməli idi. Lakin yuxarıda qeyd edildiyi kimi mübahisəli dövrlər ilə bağlı əmək fəaliyyətinə dair sənədlər (ştat cədvəlləri, vəzifə təlimatları, əmək haqqı cədvəlləri və s.) saxlanılmadığı üçün bu barədə məlumat təqdim edilməmişdir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən tarixlər arasındakı dövr ərzində iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı Qərarının 8-ci bölməsində (Kimya istehsalatı: - xüsusi istehsalat və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər; istehsalatlarda bilavasitə məşğul olan sex və istehsalat laboratoriyalarının işçiləri) və həmçinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 9-cu bölməsində (Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı: 9.1. Bərk azot turşusunun, selenin əsasında kükürd, azot turşusunun və onların duzlarının, duru raket yanacağının oksidləşdiricilərinin istehsalı, işlənmiş turşuların denitrasiyası və konsentrasiyası, partlayıcı maddələrin və barıtların istehsalatında turşuların rekuperasiyası; 9.3. Hər növ barıtların, bərk yanacaq qidalandırıcılarının, qazsız, az qazlı və pirotexniki tərkiblərin, odqarışdırıcı, oddaşıyıcı və partlayıcı naqillərin, qidalandırıcıların, yanan gilizlərin, tünd azot turşusu əsasında duru raket yanacağı oksidləşdiricilərinin, həmçinin yarımfabrikatların və onların əsasında kompozisiyaların istehsalı və yenilərinin işlədilməsi; 9.6. Efirin, kollodiumun istehsalı, əridicilərin saflaşdırılması və rekuperasiyası; 9.8. Metanol, selektiv əridicisinin natriumdinitrokrezolyatorların və amoniumun istehsalı; 9.9. Hər növdən olan döyüş sursatlarının, döyüş hissələrinin raket mühərriklərinin “barıtlı, reaktiv məhlullu, qatı yanacaqlı” və onların aqreqatlarının, mühərrik qurğularının, raket bloklarının, pirotexniki məmulatların və tezpartlayan partlayıcı maddələrin, məhsulların sınaqdan keçirilməsi; 9.13. zərərli məhsullar qaytarılan qabların yuyulması və işlədilməsi, kimyəvi aparatların, avadanlığın, tutumların təmizlənməsi ilə məşğul olan fəhlələr; 9.14. Müəssisələrin və təşkilatların laboratoriyaları “bölmələri”; duru raket yanacağının komponentləri ilə çirklənmiş raket silahının neytrallaşdırılması və sökülməsi, kosmik raket vasitələrinin doldurulması, ləğv edilməsi işlərini görən işçilər, fəhlələr, mütəxəssislər və rəhbərlər) əks olunan vəzifələrə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarını, iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının güzəştli iş stajı hüququnun yarandığı tarixə, yəni ##.##.2014-cü ilədək 20 ildən artıq ümumi və 10 ildən artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə (əmək kitabçası, dövlət arxiv arayışı və güzəştli iş stajına dair arayış) təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. Iddiaçı qeyd edilənləri nəzərə alaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbi irəli sürməkdə haqlıdır. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır.

Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar