Məhkəmə qərarları › İş №2-1(106)-47/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-47/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-47/2025 22.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), X15 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı "xxxx" Fərdi Müəssisəsinin Cavabdehnə qarşı “Kürdəmir İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(120)-21/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı "RZ” Fərdi Müəssisəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Kürdəmir İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı "RZ” Fərdi Müəssisəsinin Cavabdehnə qarşı "Kürdəmir rayonu inzibati ərazisində yerləşən "RZ” Fərdi Müəssisəsinin istifadəsində olan müvafiq olaraq 30 ha və 40 ha torpaq sahələrinin X6 adına rəsmiləşdirilməsini əks etdirən xx.xx.2019-cu il tarixli sərəncamın, Cavabdeh ilə X14 arasında bağlanmış xx.xx.2019-cu il tarixli torpaq icarə müaviləsini və digər əlaqəli sənədlərin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1388/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi və X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə aparıldığını, iddia tələbininin "Cavabdeh xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 6 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cii il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktlarına əsasən Kürdəmir rayonu, inzibati ərazisində yerləşən, müvafiq olaraq 30 hektar və 40 hektar torpaq sahələri "RZ” Fərdi Müəssisəsinin istifadəsindədir. Qeyd edilən aktlara əsasən həmin torpaq sahələri üzərində istifadə hüququnun rəsmiləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. Müraciətlərinə verilən cavab əsasında həmin torpaq sahələri Cavabdeh müvafiq qərarı əsasında başqa bir şəxsin-X6 icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bununla bağlı Cavabdehnə sorğu ilə müraciət ediləcəyi və müraciətlərinə yenidən baxılacağını bildirilməsinə baxmayaraq, halhazıradək onlara heç bir rəsmi məlumat verilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli və **********, **********, ********** qeydiyyat nömrəli çıxarışlarda həmin torpaq sahələrinin Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli. 53 saylı sərəncamına əsasən bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik əsasında X6 adına qeydiyyata alındığı əks olunur. Kürdəmir İcra Hakimiyyətinə müraciət edilərək torpaq sahələrinin X6 adına rəsmiləşdirilməsini əks etdirən xx.xx.2019-cu il tarixli sərəncamı, Cavabdeh ilə X14 arasında bağlanmış xx.xx.2019-cu il tarixli X21 və eləcə də digər əlaqəli sənədləri ləğv etməyini tələb etmişdirlər. Kürdəmir İcra Hakimiyyəti xx.xx.2020-ci il tarixli, 2/822-2 saylı cavabı ilə X8 icarəyə verilmiş torpaq sahəsinin "RZ” Fərdi Müəssisəsinə heç bir aidiyyəti yoxdur, sərəncam qanuni və əsaslıdır. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, 2/822-2 saylı imtina məktubu tamamilə qanunsuz və əsassızdır. Kürdəmir İcra Hakimiyyəti X8 icarəyə verilmiş torpaq sahəsinin "RZ” Fərdi Müəssisəsinə heç bir aidiyyəti olmadığını qeyd etsə də bunu heç cürə əsaslandırmamışdır. Cavabdeh orqan Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 6 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktlarına ümumiyyətlə münasibət bildirməmişdir. Belə ki, yuxanda qeyd etdiyi faktlardan, aydın olur ki, Kürdəmir rayonu, inzibati ərazisində yerləşən yuxarıda qeyd edilən torpaq sahələri tam qanuni və əsaslı olaraq onların istifadəsindədir. Kürdəmir rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş müvafiq aktlar da bu faktı təsdiq edir. Rəsmi olaraq istifadəsində olduğu halda, torpaq sahələrinin başqa şəxsin adına rəsmiləşdirilməsi tamamilə qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüquqları ciddi şəkildə zədələnmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh başçısının aparatı iddia tələbinə etiraz bildirərək qeyd etmişdir ki, iddiaçı "RZ” Fərdi Müəssisəsinin iddiya etdiyi torpaq sahəsi Cavabdeh başçısının Sərəncamı ilə 2003- 2018-ci illərdə 15 (on beş) il müddətinə X9 icarəsində olmuş və müqavilə müddəti bitdiyi üçün onun torpaq üzərində icarə hüququna rayon İcra Hakimiyyəti tərəfindən xitam verilmiş və icarəçi X11 məlumat verilmişdir. "RZ” Fərdi Müəssisəsinin iddia etdiyi torpaq sahəsinin müəssisənin icarəsində olması barədə rayon İcra Hakimiyyətində və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin bazasında heç bir məlumat olmadığı üçün bu barədə "RZ” Fərdi Müəssisəsinə rəsmi məlumat verilməmişdir. "RZ” Fərdi Müəssisəsinin rayon İcra Hakimiyyətinə müraciətindən sonra həmin Sərəncamın surəti rəsmi poçtla "RZ” Fərdi Müəssisəsinin direktoruna göndərilmişdir. Yuxarıda qeyd edildiyi kimi sözü gedən torpaq sahəsi rayon İcra Hakimiyyəti başçısının 7 mart 2019-cu il tarixli 53 nömrəli Sərəncamı ilə X8 icarəyə verilmiş və hal-hazırda icarəçi torpaqdan təyinatı üzrə istifadə edir. Üçüncü şəxs X6 vəkili Vəkil2 iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı "RZ” Fərdi Müəssisəsinin iddia tələbinə etiraz olaraq bildirmişdir ki, təmsil etdiyi şəxs X6 icarəsində olan torpaq sahəsi əvvəllər Cavabdeh başçısının 2003-cü il 15 avqust tarixli 95 nömrəli sərəncamı ilə 15 il müddətinə 80 hektar torpaq sahəsi ünvan 1 ünvanda yaşayan X12 icarəyə verilmişdir. X12 icarəyə verilmiş 80 hektar torpaq sahəsinin icarə müddəti başa çatdığı üçün Cavabdeh başçısının 28 dekabr 2018-ci il tarixli 299 saylı sərəncamı ilə E.A.Abdullayevin həmin torpaqdan istifadə hüququna xitam verilmişdir. X10 istifadə hüququna xitam verildikdən sonra həmin 80 hektar torpaq sahəsi Cavabdeh Başçısının 07 mart 2019-cu il tarixli 53 saylı sərəncamı və 07 mart 2019-cu il tarixli 4 saylı icarə müqaviləsi ilə X8 49 il müddətinə icarəyə verilmişdir. İcarə müqaviləsi əsasında da X8 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 sentyabr 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarış, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarış və ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarış verilmişdir. X14 torpaq sahəsini icarəyə götürdükdən sonra həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021 -ci il tarixli, **********60 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli 09/220 nömrəli arayışından da görünür ki, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 6 nömrəli qərarı əsasənda verilmiş 004961 nömrəli və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli Dövlət aktları elektron məlumat bazasında yoxdur, həmçinin də Dövlət aktlarında olan sxemlərdə dəqiq ölçülər və kordinatlar göstərilməmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə Cavabdeh başçısının 07 mart 2019-cu il tarixli 53 saylı sərəncamı əsasında X6 icarəsinə ayrılmış torpaq sahəsi üst-üstə düşür. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli arayışı ilə 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu arasında ziddiyyət vardır. Belə ki, elektron məlumat bazasında olmayan Dövlət aktlarının və həmin aktlarda olan sxemlərdə dəqiq ölçüləri və kordinatları göstərilməyən torpaq sahəsinin X6 icarəsinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyünü 16 saylı Ucar Ərazi İdarəsi necə və hansı əsasla müəyyən etmişdir. Həmçinin onu da qeyd edim ki, iş üzrə 2 dəfə tikinti-texniki ekspertizası keçirilmiş və hər iki ekspertiza rəyində Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 6 nömrəli qərarı əsasənda verilmiş 004961 nömrəli və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994- cü İl tarixli 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli dövlət aktlarına əsasən ayrılmış 30 və 40 ha torpaq sahələrinin döngə nöqtələrinin kordinatlarını özündə əks etdirən Torpaq sahəsinin planı və ölçüsü sənədi olmadığından Cavabdeh başçısının 07 mart 2019-cu il tarixli 53 saylı sərəncamı əsasında X6 icarəsinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. X6 icarəsinə ayrılmış torpaq sahəsində Zahir Zülfüqarov 2019-cu ilin mart ayından həmin sahələrdə bir çox işlər görmüş, torpaq sahəsinin suvarılması üçün kanallar açmış, ərazini yabanı kollardan təmizləmiş, ərazinin planlaşdırılması (hamarlaşdırılması) işlərini aparmış, məhsuldarlığın artırılması üçün əkin üçün yararsız olan torpaq sahəsini tam yararlı vəziyyətə gətirmişdir. 2019, 2020, 2021-ci illərdə Zahir Zülfüqarov tərəfindən həmin sahələrdə əkinçilik işlərini yerinə yetirilmşdir. İddiaçı tərəf 2019-cu ilin sentyabr ayında mübahisəli əraziyə baxmış, ərazinin onlara məxsus olmasını bildirmiş və ərazinin əkin üçün tam yararlı vəziyyətə gətirildiyini gördükdən sonra ərazi üçün iddia etməmələri üçün müəyyən məbləğdə pul vəsaiti istəmişlər. Bu məqsədlə iddiaçı Zahir Zülfüqarovla iki dəfə Kürdəmir rayon mərkəzidə görüşmüş və onlara torpaq sahəsinin tam olaraq qanunvericilyə uyğun olaraq istifadə etdiyini (çıxarışların surətlərini göstərərək) bildirmiş və onlara heç bir vəsait ödəməmişdir. İddiaçı torpaq sahələrinin Zahir Zülfüqarovun istifadəsində olduğunu 2019-cu ilin sentyabr ayında tam açıqlığı ilə bilmişdir. İnzibati Prossesual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə-on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün-on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə-on beş ildən 49 ilədək müəyyən oluna bilər. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə istifadə etmək torpaq icarəçilərinin hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin 1 -ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1 -ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. İddiaçı "RZ” Fərdi Müəssisəsinin Cavabdehnə qarşı 07 mart 2019-cu il tarixli sərəncamının ləğv edilməsi barədə iddiasının əsassız və qanunsuz olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(120)-21/2023 saylı qərardadı (Hilal Nəcəfov) ilə iddia mümkün sayılmamış və iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 150 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı "RZ” Fərdi Müəssisəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X13, KOD 210005 VöEn ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi nəzərdə tutulmuşdur. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(120)-21/2023 saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 6 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktlarına əsasən Kürdəmir rayonu, inzibati ərazisində yerləşən, müvafiq olaraq 30 hektar və 40 hektar torpaq sahələri "xxxx" Fərdi Müəssisəsinin verilmişdir. Qeyd edilən aktlara əsasən həmin torpaq sahələri üzərində istifadə hüququmuzu rəsmiləşdirmək üçün tərəfimizdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. Müraciətimizə verilən cavab əsasında məlum olmuşdur ki, həmin torpaq sahələri Cavabdeh müvafiq qərarı əsasında başqa bir şəxsin - X6 icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20 sentyabr 2019-cu il tarixli və **********, **********, ********** qeydiyyat nömrəli Çıxarışlarda həmin torpaq sahələrinin Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 saylı sərəncamına əsasən bağlanmış İcarə müqaviləsindən irəli gələn öhdəlik əsasında X6 adına qeydiyyata alındığı əks olunur. Tərəfimizdən Kürdəmir İcra Hakimiyyətinə müraciət edilərək torpaq sahələrinin X6 adma rəsmiləşdirilməsini əks etdirən 07 mart 2019-cu il tarixli Sərəncamı, Cavabdeh ilə X14 arasında bağlanmış xx.xx.2019-cu il tarixli X21 və eləcə də digər əlaqəli sənədləri ləğv etməyini tələb etdik. Kürdəmir İcra Hakimiyyəti xx.xx.2020-ci il tarixli 2/822-2 saylı cavabı ilə bildirmişdir ki, X8 icarəyə verilmiş torpaq sahəsinin "xxxx" Fərdi Müəssisəsinə heç bir aidiyyatı yoxdur, sərəncam qanuni və əsaslıdır. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli 2/822-2 saylı imtina aktı tərəfimizdən mübahisələndirilmiş və iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsində 3 ildən artıq vaxt araşdırılma aparılmış, iş üzrə 3 dəfə ekspertiza keçirilmiş, mütəxəssis rəyləri alınmış, dəfələrlə torpaq sahəsinə yerində baxış keçirilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 21/2023 saylı Qərarına əsasən iddia mümkün sayılmamışdır. Hesab edirik ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 21/2023 saylı Qərarı tamamilə qanunsuz və əsassızdır. Belə ki, Şirvan İnzibati Məhkəməsi işin hallarını düzgün araşdırmadan, düzgün qiymət vermədən, xüsusilə iddia müddətinin tətbiqi ilə bağlı halı qanunvericiliyin tələblərinə zidd olaraq tətbiq etmiş və yekunda ədalətsiz iddiaçının hüquq və mənafelərini pozan qərar vermişdir. Əvvəla qeyd edək ki, Kürdəmir İcra Hakimiyyəti X8 icarəyə verilmiş torpaq sahəsinin "xxxx" Fərdi Müəssisəsinə heç bir aidiyyatı olmadığını qeyd etsə də bunu heç cürə əsaslandıramamış, caavbdeh orqan və işə baxan məhkəmə Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 6 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktlarına ümumiyyətlə münasibət bildirməmişdir. Belə ki, yuxarıda qeyd etdiyim faktlardan, aydın olur ki, Kürdəmir rayonu, inzibati ərazisində yerləşən yuxarıda qeyd edilən torpaq sahələri tam qanuni və əsaslı olaraq bizim istifadəmizdədir. Kürdəmir rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş müvafiq aktlar da bu faktı təsdiq edir. Hesab edirik ki, rəsmi olaraq istifadəmizdə olduğu halda, torpaq sahələrinin başqa şəxsin adına rəsmiləşdirilməsi tamamilə qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüquqlarımızı ciddi şəkildə zədələmişdir. Məhkəmə öz qərarında bildirir ki, “hüquq münasibətlərinin yarandığı vaxt (1988-ci il tarixində) kooperativə ayrılması nəzərdə tutulan torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Lakin, sonradan yəni 1996-cı il tarixində aqrar islahat komissiyaları yaradılmış və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlətə məxsus torpaqların bölgüsü aparılmış və Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsi, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi həyata keçirilmişdir. Bu zaman torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun əvəzsiz olaraq buna subyektiv hüququ olan şəxslərə (həmçinin hüquqi şəxslərə) verilmişdir. Hazırki işdən görünür ki, iddiaçının mülkiyyətinə aqrar islahat komissiyasının qərarı ilə torpaq sahəsi verilməmişdir (ən azından iddiaçı tələbinin hüquqi əsası kimi belə bir sənədə istinad etməmişdir). Hazırda torpaq islahatı başa çatmış və torpaq sahəsi barədə qərar qəbul edən komissiyaların fəaliyyəti dayandırılmışdır. Başqa sözlə iddiaçının iddia etdiyi torpaq sahəsi aqrar islahat komissiyasının qərarı ilə əvəzsiz olaraq onun mülkiyyətinə verilməmişdir.” Məhkəmənin bu mövqeyi tamamilə ziddiyyətlidir. Belə ki, Aqrar İslahat Komissiyası xx.xx.1995-ci il tarixli Fərmanla yaradılmışdır. İddiaçı verilən torpaq sahələri üzrə qərar isə müvafiq olaraq 1992 və 1994 -cü illər təşkil edər. İddiaçıya torpaq sahələri ayrılan zaman Aqrar İslahat Komissiyası mövcud olmadığı halda məhkəmənin “iddiaçının mülkiyyətinə aqrar islahat komissiyasının qərarı ilə torpaq sahəsi verilməmişdir” ilə bağlı mövqeyi tamamilə absurddur və ziddiyyətlidir. Bundan başqa məhkəmə qərarında göstərir ki, qanunvericilik hər bir halda torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin yerdə (naturada) hüdudlarının müəyyən edilməsini vacib şərt kimi müəyyən etmişdir. Halbuki bu halla bağlı məhkəmə nəzərə almamışdır ki, iddiaçıya verilən torpaq sahələri üzrə torpaq sahəsinin hüdud və sərhədləri müəyyən edilmiş, plan ölçüsü və s. tərtib edilmişdir. Bununla bağlı sənədlər həm tərəfimizdən məhkəməyə təqdim edilmiş, həm də məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmişdir. Lakin çox təəssüf ki, məhkəmə bu sənədləri nəzərə almamışdır. Bundan başqa məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı aşağıdakıları qeyd edir, “mübahisəli torpaq sahəsi üçüncü şəxs X8 verilməsindən əvvəl Cavabdeh başçısının 15 avqust 2003-cü il tarixli, 95 nömrəli sərəncamı ilə 15 il müddətinə X11 icarəyə verilmiş və müqavilə müddəti başa çatdıqdan sonra Z.Zülfüqarova icarəyə verilmişdir. Qeyd edilən müddət ərzində idiaçı tərəfindən heç bir mübahisə açılmamışdır. Eləcə də, iş materiallarında olan sənədlərə əsasən "xxxx" Fərdi Müəssisəsin təsisçilərinin X16 və X17 olduğu müəyyən edilir. Qeyd edilən təsisçilər tərəfindən icarə hüquqlarının rəsmiləşdirilməsi məqsədilə müraciətlərinə verilən cavablardan torpaq sahəsinin digər şəxslərin icarəsinə verildiyi barədə məlumalarının olduğu müəyyən edilir”. Bununla bağlı qeyd edirik ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə də göstərdiyimiz kimi tərəfimizdən ilk öncə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Kürdəmir rayonu, inzibati ərazisində yerləşən, "xxxx" Fərdi Müəssisəsinin istifadəsində olan müvafiq olaraq 30 hektar və 40 hektar torpaq sahələrinin X6 adına rəsmiləşdirilməsini əks etdirən xx.xx.2019-cu il tarixli və **********, **********, ********** qeydiyyat nömrəli Çıxarışların və digər əlaqəli sənədlərin etibarsız hesab edilməsi və ləğv edilməsi və "xxxx" Fərdi Müəssisəsinin həmin torpaq sahələri üzərində icarə hüququnun rəsmiləşdirilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmişdir. X28 (iş nömrəsi 1192/2020) Məhkəmə iclasında hakim İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən hakim yardım edərək bildirmişdir ki, ilk öncə Çıxarışın verilməsinə əsas olan Cavabdeh sərəncamı ləğv olunmalıdır. Buna görə iddia ərizəmizi geri götürmüşük. Kürdəmir icra hakimiyyətinə müraciət etdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdik. Qarşı tərəfin iddia etdiyi kimi torpaq sahəsinin onlara aid olması barədə məlumatımız öncədən olmamışdır. Məlumatımız olduqdan sonra Çıxarışı mübahisələndirmişik. Tərəfimizdən iddia müddəti ötürülməmişdir. 15 il torpaq sahəsi ilə maraqlanmamağa gəldikdə isə, əvvəla torpaq sahəsi ilə maraqlanılıb, lakin istifadə etmədiyimizə daimi nəzarətdə saxlamamışıq və boş torpaq kimi qaldığını, nə vaxtsa istifadə edəcəyimizi güman etmişik ki, bu da çox normal haldır. Məhkəmənin dediyi kimi torpaq sahəsi ilə ümumiyyətlə maraqlanmamış olsaq belə bu hal bizim konstitusion hüquqlarımızın tapdalanmasına gətirib çıxara bilməz. Bu halla bağlı onu da qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi hər kəsin mülkiyyət hüququnun qorunmasına və toxunulmazlığına təminat verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4-cü bəndində deyilir: “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər”. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(120)-21/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirmiş və Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(120)-21/2023 saylı qərardadının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) “Kürdəmir İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Kürdəmir İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsini xahiş edir. Hazırkı işdə tələb "mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan sərəncam xx.xx.2019-cu il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı 2020-ci ilin avqust ayında (məhkəməyə daxil oldğu vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan müvafiq olaraq 01 il 05 aydan sonra mübahisələndirmişdir. Belə olan halda, iddiaçı tərəfindən ona verilən torpaq sahəsindən bu günə kimi istifadə etməməsini, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməməsini, hüquqlarının reyestrdə qeydə alınmamasını, torpaq sahəsinin 2003-cü ildən sonra müvafiq icra hakimiyyəti orqanının sərəncamına əsasən ayrı-ayrı şəxslər tərəfindən istifadə edilməsini və qeyd edilən dövrdə iddiaçı tərəfindən heç bir mübahisə qaldırılmamasını nəzərə alaraq məhkəmə bildirir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə müvafiq tədbirlər görə, eləcə də şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçının iddianı qaldırmaqda subyektiv hüququ olsa da, şikayət vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, işdə olan 004961 nömrəli və 004963 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının surətindən görünür ki, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 6 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cii il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktlarına əsasən Kürdəmir rayonu, inzibati ərazisində yerləşən, müvafiq olaraq 30 hektar və 40 hektar torpaq sahələri "RZ” Fərdi Müəssisəsinin istifadəsinə verilmişdir. İşdə olan Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 nömrəli sərəncamının surətindən görünür ki, X6 müraciəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyinin rəyi nəzərə alınaraq Rayon ərazisindəki Dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlardan 80 hektarı əkinçiliyi inkişaf etdirmək məqsədi ilə Z.İ.Zülfüqarova (49 il müddətinə) icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən X6 adına verimiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Kürdəmir rayon inzibati ərazisində yerləşən 48.50 ha torpaq sahəsi xx.xx.2019-xx.xx.2068-ci il tarixədək Cavabdeh tərəfindən 49 il müddətinə Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 saylı sərəncamına əsasən icarə müqaviləsi başlanmış, icarə müqaviləsi əsasında X6 adına rəsmiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən X6 adına verimiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Kürdəmir rayon inzibati ərazisində yerləşən 28,55 ha torpaq sahəsi xx.xx.2019-xx.xx.2068-ci il tarixədək Cavabdeh tərəfindən 49 il müddətinə Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 saylı sərəncamına əsasən icarə müqaviləsi başlanmış, icarə müqaviləsi əsasında X6 adına rəsmiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən X6 adına verimiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Kürdəmir rayon inzibati ərazisində yerləşən 1,72 ha torpaq sahəsi xx.xx.2019-xx.xx.2068-ci il tarixədək Cavabdeh tərəfindən 49 il müddətinə Cavabdeh başçısının xx.xx.2019- cu il tarixli, 53 saylı sərəncamına əsasən icarə müqaviləsi başlanmış, icarə müqaviləsi əsasında X6 adına rəsmiləşdirilmişdir. İşdə olan Cavabdeh başçısının aparatının xx.xx.2020-ci il tarixli, 2/822-2 nömrəli məktubundan görünür ki, Zahir Zülfüqarova icarəyə verilmiş torpaq sahəsinin "RZ” Fərdi Müəssisəsinə heç bir aidiyyəti yoxdur. Mübahisələndirilən 70 hektar (30 hektar və 40 hektar) torpaq sahəsi də daxil olmaqla həmin ərazidən 80 hektar torpaq sahəsi Cavabdeh başçısının 15 avqust 2003-cü il tarixli, 95 nömrəli sərəncamı ilə 15 il müddətinə X11 icarəyə verilmiş və müqavilə müddəti başa çatdıqdan sonra Cavabdeh başçısının 28 dekabr 2018-ci il tarixli, 299 nömrəli sərəncamı ilə həmin 80 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilərək 07 mart 2019-cu il tarixli, 53 nömrəli sərəncamla X8 boş torpaq kimi icarəyə verilmişdir. Zahir Zülfüqarova 80 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə 07 mart 2019-cu il tarixli sərəncam tam qanunidir, ləğv edilməsi üçün heç bir əsas yoxdur. İşdə olan Cavabdeh Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 54 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan "RZ” Fərdi Müəssisənin cavabdeh Kürdəmir rayon inzibati ərazisində yerləşən "RZ” Fərdi Müəssisənin isifadəsində olan müvafiq olaraq 30 ha və 40 ha torpaq sahəsinin X6 asdına rəsmilləşdirilməsini əks etdirən sənədlər Kürdəmir rayon Dövlət Arxiv İdarəsində aşkar edilmədi və ya həmin sənədlır Arxivə təhvil verilməmişdir. İşdə olan Cavabdeh Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 62 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan "RZ” Fərdi Müəssisənin cavabdeh Kürdəmir rayon inzibati ərazisində yerləşən "RZ” Fərdi Müəssisənin isifadəsində olan müvafiq olaraq 30 ha və 40 ha torpaq sahəsinin X6 asdına rəsmilləşdirilməsini əks etdirən sənədlər Kürdəmir rayon Dövlət Arxiv İdarəsində aşkar edilmədi və ya həmin sənədlır Arxivə təhvil verilməmişdir. İşdə olan X6 xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 53 saylı sərəncamına əsasən mənə kənd təsərrüfatı mallarının istehsalı məqsədi ilə 49 il müddətinə ümumilikdə 78,77 ha əkinçilik üçün torpaq sahəsi ayırılmış və müfaiq icarə müqaviləsi bağlanılmışdır. İcarə müqavilələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qedə alınmış və Hüquqların Dövlət reyestri haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli (reyest nömrələri **********72, **********70, **********71,qeydiyyat nömrələri **********, **********, **********) Çıxarış alınmışdır. Tərəfimdən 2019-cu ilin mart ayından həmin sahələrdə bir çox işlər görülmüş, torpaq sahəsinin suvarılması üçün kanallar açılmış, ərazi yabanı kollardan təmizlənmiş, ərazinin planlaşdırılması (hamarlaşdırılması) işləri aparılmış, məhsuldarlığn artırılması üçün əkin üçün yararsız olan torpaq sahəsi tam yararlı vəziyyətə gətirilmişdir. 2019, 2020, 2021-ci illərdə tərəfimdən həmin sahələrdə əkinçilik işləri yerinə yetirilmişdir. İddiaçı tərəf 2019-cu ilin sentyabr ayında əraziyə baxmış, ərazinin onlara məxsus olmasını bildirmiş və ərazinin əkin üçün tam yararlı vəziyyətə gətirildiyini gördükdən sonra ərazi üçün iddia etməmələri üçün müəyyən məbləğdə pul vəsaiti istəmişlər. Bu məqsədlə iddiaçı tərəflə iki dəfə Kürdəmir rayon mərkəzidə görüşülmüş və onlara torpaq sahəsinin tam olaraq qanunvericilyə uyğun olaraq istifadə etdiyimi (çıxarışların surətlərini göstərərək) bildirmişəm və onlara heç bir vəsait ödəməmişəm. İddiaçı torpaq sahələrinin mənim istifadəmdə olduğunu 2019-cu ilin sentyabr ayında tam açıqlığı ilə bilirdi. İnzibati Prossesual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqmda iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanmması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə inzibati aktlar qəbul etdiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd olunanları və iddiaçının torpaq sahəsinin onun istifadəsində olduğunu bildiyindən İPM-nin 38 və 32 maddələrini əsas tutaraq iddia müddətinin ötürülməsi ilə əlaqədar olaraq işə xitam verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-56-6/2-947/2023 nömrəli məktubundan görünür ki, iddiaçı "xxxx" Fərdi Müəssisəsinin iddiya etdiyi torpaq sahəsi Cavabdeh başçısının Sərəncamı ilə 2003 - 2018-ci illərdə 15 (on beş) il müddətinə X9 icarəsində olmuş və müqavilə müddəti bitdiyi üçün onun torpaq üzərində icarə hüququna rayon İcra Hakimiyyəti tərəfindən xitam verilmiş və icarəçi X11 məlumat verilmişdir. "xxxx" Fərdi Müəssisəsinin iddia etdiyi torpaq sahəsinin müəssisənin icarəsində olması barədə rayon İcra Hakimiyyətində və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin bazasında heç bir məlumat olmadığı üçün bu barədə "xxxx" Fərdi Müəssisəsinə rəsmi məlumat verilməmişdir. "xxxx" Fərdi Müəssisəsinin rayon İcra Hakimiyyətinə müraciətindən sonra həmin Sərəncamın surəti rəsmi poçtla "xxxx" Fərdi Müəssisəsinin direktoruna göndərilmişdir. Yuxarıda qeyd edildiyi kimi sözü gedən torpaq sahəsi rayon İcra Hakimiyyəti başçısının 7 mart 2019-cu il tarixli 53 nömrəli Sərəncamı ilə X8 icarəyə verilmiş və hal-hazırda icarəçi torpaqdan təyinatı üzrə istifadə edir. İşdə olan X6 vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş vəsatətində qeyd edilmişdir ki, iddiaçı "xxxx" Fərdi Müəssisəsinin iddia tələbinə etiraz olaraq bildirirəm ki, təmsil etdiyim şəxs X6 icarəsində olan torpaq sahəsi əvvəllər Cavabdeh Başçısının 2003-cü il 15 avqust tarixli 95 nömrəli sərəncamı ilə 15 il müddətinə 80 hektar torpaq sahəsi ünvan 1 ünvanda yaşayan X12 icarəyə verilmişdir. X12 icarəyə verilmiş 80 hektar torpaq sahəsinin icarə müddəti başa çatdığı üçün Cavabdeh Başçısının 28 dekabr 2018-ci il tarixli 299 saylı sərəncamı ilə E.A.Abdullayevin həmin torpaqdan istifadə hüququna xitam verilmişdir. X10 istifadə hüququna xitam verildikdən sonra həmin 80 hektar torpaq sahəsi Cavabdeh Başçısının 07 mart 2019-cu il tarixli 53 saylı sərəncamı və 07 mart 2019-cu il tarixli 4 saylı icarə müqaviləsi ilə X8 49 il müddətinə icarəyə verilmişdir. İcarə müqaviləsi əsasında da X8 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 sentyabr 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarış, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarış və ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarış verilmişdir. X14 torpaq sahəsini icarəyə götürdükdən sonra həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Bundan başqa bildirirəm ki, təmsil etdiyim şəxs X6 icarəsinə ayrılmış torpaq sahəsində Zahir Zülfüqarov 2019-cu ilin mart ayından həmin sahələrdə bir çox işlər görmüş, torpaq sahəsinin suvarılması üçün kanallar açmış, ərazini yabanı kollardan təmizləmiş, ərazinin planlaşdırılması (hamarlaşdırılması) işlərini aparmış, məhsuldarlığn artırılması üçün əkin üçün yararsız olan torpaq sahəsini tam yararlı vəziyyətə gətirmişdir. 2019, 2020, 2021-ci illərdə Zahir Zülfüqarov tərəfindən həmin sahələrdə əkinçilik işləri yerinə yetirilmişdir. İddiaçı tərəf 2019-cu ilin sentyabr ayında mübahisəli əraziyə baxmış, ərazinin onlara məxsus olmasını bildirmiş və ərazinin əkin üçün tam yararlı vəziyyətə gətirildiyini gördükdən sonra ərazi üçün iddia etməmələri üçün müəyyən məbləğdə pul vəsaiti istəmişlər. Bu məqsədlə iddiaçı Zahir Zülfüqarovla iki dəfə Kürdəmir rayon mərkəzidə görüşmüş və onlara torpaq sahəsinin tam olaraq qanunvericilyə uyğun olaraq istifadə etdiyini (çıxarışların surətlərini göstərərək) bildirmiş və onlara heç bir vəsait ödəməmişdir. İddiaçı torpaq sahələrinin Zahir Zülfüqarovun istifadəsində olduğunu 2018-ci ilin sentyabr ayında tam açıqlığı ilə bilirdi. İnzibati Prossesual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçının torpaq sahəsinin X6 istifadəsində olduğunu bildiyindən İPM-nin 38 və 32 maddələrini əsas tutaraq iddia müddətinin ötürülməsi ilə əlaqədar olaraq işə xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Kürdəmir X30 Mərkəzinin Kürdəmir rayon üzrə fermer X8 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22-3-33/2-Z- 18-xx-xx/2023 nömrəli məktubundan görünür ki, hazırda EKTİS-də onun adına çıxarış dövlət sənədləri əsasında 28.55, 1.72 və 48.50 hektar torpaq sənədləri təsdiq statusunda mövcuddur. Təsdiq statusunda 1.72 hektar (ərazi İD-1487891) sahəyə və 28.55 hektar (ərazi İD-1487873) sahəyə aid sənədə xx.xx.2020-ci il tarixdə, 48.50 hektar (ərazi İD-1048345) sahəyə aid sənədi isə xx.xx.2019-cu il tarixdən EKTİS-də şəxsi elektron kabinetdə qeydiyyatdadır. Onun bitkiçilik sahəsi üzrə fermer statusu mövcuddur və 1.72 hektar, 28.55 hektar torpaq sahəsinə 2022-ci il üçün EKTİS-də bəyan edilmiş buğda bitkisinə verilən vəsait onun hesabına köçürülmüşdür. İşdə olan iddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə daxil olmuş xx.xx.2023cü il tarixli ərizəsində qeyd edilmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı bildiririk ki, tərəflərindən ilk öncə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Kürdəmir rayonu, inzibati ərazisində yerləşən, "xxxx" Fərdi Müəssisəsinin istifadəsində olan müvafiq olaraq 30 hektar və 40 hektar torpaq sahələrinin X6 adına rəsmiləşdirilməsini əks etdirən xx.xx.2019-cu il tarixli və **********, **********,********** qeydiyyat nömrəli çıxarışların və digər əlaqəli sənədlərin etibarsız hesab edilməsi və ləğv edilməsi və "xxxx" Fərdi Müəssisəsinin həmin torpaq sahələri üzərində icarə hüququnun rəsmiləşdirilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən hakim yardım edərək bildirmişdir ki, ilk öncə çıxarışın verilməsinə əsas olan Cavabdeh sərəncamı ləğv olunmalıdır. Buna görə iddia ərizəsini geri götürmüşdür. Cavabdehnə müraciət etdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qarşı tərəfin iddia etdiyi kimi torpaq sahəsinin onlara aid olması barədə məlumatı öncədən olmamışdır. Məlumatları olduqdan sonra çıxarışı mübahisələndirmişdir. Tərəflərindən iddia müddəti ötürülməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 10/5240 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Cəliləbad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 saylı mütəxəssis rəyinə əsasən, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair’' Dövlət aktı ilə "Slavutiç” texniki ticarət mərkəzinə ayrılmış 30.0 ha torpaq sahəsinin və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı əsasında "RZ” Fərdi Müəssisəsinə verilmiş 40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını özündə əks etdirən Torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmadığı üçün Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə X8 verilmiş 80 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı "RZ” Fərdi Müəssisəsinin nümayəndəsinin naturada göstərdiyi 31.0 ha torpaq sahəsinin X8 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə xx.xx.2019-ci il tarixdə qeydiyyata alınmış, **********71 reyestr nömrəli çıxarışla verilmiş 1,72 ha torpaq sahəsi və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə xx.xx.2019-ci il tarixdə qeydiyyata alınmış, **********72 reyestr nömrəli çıxarışla verilmiş 28.55 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. İddiaçı "xxxx" Fərdi Müəssisəsinin nümayəndəsinin naturada göstərdiyi 34.64 ha torpaq sahəsinin isə X18 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, **********33 reyestr nömrəli çıxarışla verilmiş 40.13 ha torpaq sahəsi ilə üst-üsrə düşdüyü müəyyən edilir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/182 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 6 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli dövlət aktı ilə “Slavutiç” texniki ticarət mərkəzinə verilmiş 30 ha və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli dövlət aktı ilə "xxxx" Fərdi Müəssisəsinə verilmiş 40 ha torpaq sahələrinin naturada və sənəd üzrə yeri həmin torpaq sahələrinə dair 1:10000 miqyasda tərtib edilmiş və təsdiq sərhəd planında, 1:10000 miqyasda tərtib edilmiş və təsdiq yerquruluşu planında və digər cizgi-sxemlərində qeyd olunan məlumatlara (ölçülərə, qonşuluqlara, istinad nöqtələrindən miqyas əsasında müəyyən edilən məsafələrə və.s.) əsasən müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh Başçısının 07 mart 2019-cu il tarixli sərəncamı ilə X8 verilmiş 80 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri həmin torpaq sahəsinə dair tərtib və təsdiq olunmuş yerquruluşu planında qeyd olunan koordinatlara əsasən müəyyən edilmişdir. Qeyd oluan torpaq sahələrinin naturada yeri ilə sənəd üzrə yerinin üstüstə düşdüyü müəyyən edilmişdir, (sxem rəyin tədqiqat hissəsində göstərilmişdir) Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 6 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli dövlət aktı ilə “Slavutiç” texniki ticarət mərkəzinə verilmiş 30 ha torpaq sahəsi ilə X8 verilmiş 80 ha torpaq sahəsinin təsdiq edilmiş yerquruluşu planında göstərilən 31,5 ha hissəsinin ( **********71 reyestr nömrəli çıxarışda qeyd olunan 1,72 ha torpaq sahəsi, **********72 reyestr nömrəli çıxarışda qeyd olunan 28,55 ha torpaq sahəsi), Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli dövlət aktı ilə "xxxx" Fərdi Müəssisəsinə verilmiş 40 ha torpaq sahəsi ilə X8 verilmiş 80 ha torpaq sahəsinin təsdiq edilmiş yerquruluşu planında göstərilən 48,5 ha hissəsinin (**********70 reyestr nömrəli çıxarışda qeyd olunan 48,5 ha torpaq şahəsi) naturada və sənəd üzrə üst-üstə düşdüyü müəyyən edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2-1(106)-47/2025 nömrəli sorğusuna cavab olaraq Cavabdeh 18 fevral 2025-ci il tarixli, 5-56/2-179/2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh başçısının xx.xx.2019cu il tarixli Sərəncamı ilə X8 icarəyə verilmiş, Kürdəmir rayonunun inzibati ərazisində yerləşən ümumi sahəsi 80 ha olan torpaq sahəsi rayon İcra Hakimiyyəti başçısının 15 avqust 2003-cü il tarixli, 95 nömrəli Sərəncamı ilı X12 15 il müddətinə icarəyə verilmiş və 2018-ci ilədək icarəçi tərəfindən təyinatı üzrə istifadə edilmişdir. Eldəniz Abdullayevin torpaq üzərində icarə müddəti başa çatdığı üçün 28 dekabr 2018-ci il tarixli 299 nömrəli Sərəncamı ilə onun icarə hüququna xitam verilmişdir. Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 53 nömrəli Sərəncamı ilə həmin 80 hektar torpaq sahəsi X8 icarəyə verilmiş və hal-hazırda icarəçi tərəfindən torpaqdan təyinatı üzrə istifadə edilir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, Cavabdeh başçısının 15 avqust 2003-cü il tarixli, 95 nömrəli sərəncamı ilə sözgedən torpaq sahəsi 15 il müddətinə X11 icarəsinə verilmiş və müqavilə müddəti başa çatdıqdan sonra Cavabdeh başçısının 28 dekabr 2018-ci il tarixli, 299 nömrəli sərəncamı ilə həmin 80 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. Sonradan Kürdəmir İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamı, 07 mart 2019-cu il tarixli, 04 nömrəli torpaq icarə müqaviləsi ilə 80 hektar X8 49 il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışla Kürdəmir rayon inzibati ərazisində yerləşən 48.50 ha, xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışla 28,55 ha, 20 sentyabr 2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışla 1,72 ha torpaq sahələri üzərində 07 mart 2019-cu il tarixdən 07 mart 2068-ci il tarixədək X6 icarə hüququ qeydə alınmışdır. Həmçinin, iddia ərizəsinə əlavə olunan Cavabdeh başçısının aparatının xx.xx.2020-ci il tarixli 2/572-1 nömrəli və xx.xx.2020-ci il tarixli, 2/822-2 nömrəli məktublarından müəyyən edilmişdir ki, iddiaçı sözügedən (iddia etdiyi) torpaq sahəsinin hüquqi vəziyyəti ilə bağlı cavabdehə müraciət etmiş və onun müraciətinə cavab olaraq həmin torpaq sahəsinin Cavabdeh başçısının 15 avqust 2003-cü il tarixli, 95 nömrəli sərəncamı ilə 15 il müddətinə X11 və daha sonra X2 icrəsinə verilməsi barədə məlumat verilmişdir. Eləcə də, iş materiallarında olan sənədlərə əsasən "xxxx" Fərdi Müəssisəsin təsisçilərinin X16 və X17 olduğu müəyyən edilir ki, həmin təsisçilər tərəfindən icarə hüquqlarının rəsmiləşdirilməsi məqsədilə müraciətlərinə verilən cavablardan torpaq sahəsinin digər şəxslərin icarəsinə verildiyi barədə məlumalarının olduğu müəyyən edilir. Eyni zamanda iddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" Fərdi Müəssisəsi həmin (iddia etdiyi) torpaq sahəsinin X8 icarəyə verilməsindən xx.xx.2020-ci il tarixli müraciətinə aldığı cavablardan məlumatı olmuşdur. Bütün qeyd olunan hallar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirdiyi sərəncamdan xx.xx.2020-ci il tarixindən, ən geci isə xx.xx.2020-ci il tarixdən məlumatlı olsa da həmin sərəncamların ləğvi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə - 30 gün ərizndə məhkəməyə müraciət etməmiş və qanunda nəzərdə tutulmuş iddia müddətini üzürsüz səbəblərdən ötürmüşdür. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi sərəncamdan yəni, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 nömrəli sərəncamından xx.xx.2020-ci il tarixindən, ən geci isə xx.xx.2020-ci il tarixdən məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə, iddiaçı "xxxx" Fərdi Müəssisəsinin inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 nömrəli sərəncamından məlumatlı olduğu vaxtdan 6 (altı) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün iddiaçı tərəfindən həmin iddia növünə xas olan xüsusi mümkünlük şərtlərinə yəni, qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərinə əməl edilməsi vacib şərtdir. Bu arada qeyd edilməlidir ki, tərəflərə aid olan müddətləri qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Buna görə, iddiaçının hüququnu pozduğunu iddia etdiyi Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 nömrəli sərəncamını ona məlum olduğu gündən 30 gün müddətində məhkəmədə mübahisələndirə bilərdi. Məlum olduğu gün dedikdə, iddiaçının sərəncamın mövcudluğu barədə həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Hazırkı halda, sərəncamın 2019-cu ildə iddiaçıya rəsmi qaydada təqdim olunduğuna dair işdə sübutlar mövcud olmasa da (əslində heç təqdim edilməli də deyildi. Çünki həmin sərəncam ona yönəli sərəncam deyildir), işin xüsusi halları baxımından iddiaçı sərəncamın mövcudluğunu bilməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından iddiaçının ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Belə ki, iş materiallarına əsasən mübahisələndirilən mübahisəli torpaq sahəsi üçüncü şəxs X8 verilməmişdən əvvəl Cavabdeh başçısının 15 avqust 2003-cü il tarixli, 95 nömrəli sərəncamı ilə 15 il müddətinə X11 icarəsinə verilmiş və müqavilə müddəti başa çatdıqdan sonra Z.Zülfüqarova icarəyə verilmişdir. Həmin tarixdən hazırki günə kimi də üçüncü şəxs həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Qeyd edilən müddət ərzində idiaçı tərəfindən heç bir mübahisə açılmamışdır. Eləcə də, iş materiallarında olan sənədlərə əsasən "xxxx" Fərdi Müəssisəsin təsisçilərinin X16 və X17 olduğu müəyyən edilir. Qeyd edilən təsisçilər tərəfindən icarə hüquqlarının rəsmiləşdirilməsi məqsədilə müraciətlərinə verilən cavablardan torpaq sahəsinin digər şəxslərin icarəsinə verildiyi barədə məlumalarının olduğu müəyyən edilir. Məhkəmənin sorğusu əsasında müəyyən edilmişdir ki, iddiaçı 2003-cü ildən hazırki günə kimi sözügedən torpaq sahəsindən istifadə etməmiş bə bu illər ərzində qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir mübahisə yaratmamış, müvafiq orqanlara X7 və X4 şikayətlər etməmişdir. X1 tərəfindən əkin işləri görülən zaman müvafiq tələblərlə inzibati orqana və daha sonra məhkəməyə müraciət etməyə başlamışdır. Belə ki, mübahisələndirilən Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 nömrəli sərəncam 2019-cu ildə qəbul edilsədə, iddiaçı onun ləğvinə dair uzun müddət keçdikdən sonra, yəni 1 ildən çox müddət keçdikdən sonra iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1355/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə kollegiyası, onu da qeyd edir ki, hüquq münasibətlərinin yarandığı vaxt (1993-1995-ci il tarixlərində) iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, hazırki dövrə kimi iddiaçı həmin torpaq sahəsindən heç biri üzürlü səbəb olmadan istifadə etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı, 148.2-ci maddələrinin və 16.6-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir və daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Belə olan halda, iddiaçı tərəfindən ona verilən torpaq sahəsindən bu günə kimi istifadə etməməsini, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməməsini, hüquqlarının reyestrdə qeydə alınmamasını, torpaq sahəsinin 2003-cü ildən sonra müvafiq icra hakimiyyəti orqanının sərəncamına əsasən ayrı-ayrı şəxslər tərəfindən istifadə edilməsini və qeyd edilən dövrdə iddiaçı tərəfindən heç bir mübahisə qaldırılmamasını nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə müvafiq tədbirlər görə, eləcə də şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçının iddianı qaldırmaqda subyektiv hüququ olsa da, şikayət vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan uzun müddətdir məlumatlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə də verilməmişdir. Əksinə iddiaçınn nümayəndəsinin verdiyi ərizənin məzmunundan və məhkəmə iclasında verdiyi izahatından aydın görünür ki, iddiaçı müddətinin ötürülmədiyi qənaətindədir. Hansı ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpasına dair ərizə verilmədiyinə (və ya müddətinin üzürlü səbəbdən ötürülməsi əsası ilə bərpası tələb olunmadığına) görə məhkəmə tərəfindən ümumiyyətlə ötürülmüş müddətin bərpa edilməsi məsələsinə də baxıla bilməz. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə kollegiyası işin faktiki hallarını yuxarıda sadalanan qanunvericilik normaları əsasında qiymətləndirərək qeyd edir ki, iddiaçının mübahisələndirilən sərəncamdan xx.xx.2020-ci il tarixindən, ən geci isə xx.xx.2020-ci tarixindən məlumatlı olduğunu, prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığını, həmin sərəncamın ləğvi ilə bağlı məhkəməyə isə 2020-cü ilin avqust ayında müraciət etdiyini nəzərə alsaq, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş 30 günlük prosessual müddəti (iddia müddətini) ötürmüş olur. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı razılaşmadığı Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 nömrəli sərəncamından məhkəməyə şikayət (və ya iddia) verə bilərdi ki, həmin tələb üzrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(120)-21/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar