Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-470/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi XXX Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-1101/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 19 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982xx.xx.1984-cü illərdə Sovet Ordusu Silahlı Qüvvələri sıralarında (2 il 1 ay 4 gün), xx.xx.1994-xx.xx.1995-ci illlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında (1 il 2 ay 7 gün) xidmət etmişdir. xx.xx.1986-cı il tarixli 788008 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Bakı şəhəri 14 №-li orta texniki-peşə məktəbinə daxil olmuş və xx.xx.1986-cı il tarixdə “elektrik-qaz qaynaqçısı” peşəsi üzrə orta təhsil abzasında orta texniki peşə məktəbinin tam kursunu bitirmiş (9 ay 24 gün), imtahan komissiyasının qərarı ilə ona “üçüncü dərəcəli elektrik-qaynaqçısı” ixtisası verilmişdir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 14 №-li orta texniki-peşə məktəbində əyani qaydada təhsil almışdır. Biləsuvar Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən İddiaçı Əzizbəyov adına kolxozda 1985-ci ildə sıravi kolxozçu, 1986-1996-cı illərdə qaynaqçı işləməsi və aldığı əmək haqqı sənədlərinə əsasən təsdiqlənmişdir. İddiaçıya məxsus ИT-l ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1986-cı ildə Puşkin Rayon Əzizbəyov adına kolxozun ixtisaslaşdırılmış şöbəsinə qaynaqçı işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə Respublikada gedən torpaq islahatları ilə əlaqədar beşinci dərəcəli qaynaqçı işindən azad edilmiş (10 il 6 ay); xx.xx.2008-ci ildə X1 İdarəsinə 1 №-li nasos stansiyasına İV dərəcə ilə maşinist işinə qəbul edilmiş, xx.xx.2011-ci ildə V dərəcə ilə 70 №-li nasos stansiyasına maşinist keçirilmiş, xx.xx.2015-ci ildə 28 N-li nasos stansiyasına V dərəcə ilə maşinist işinə keçirilmiş; xx.xx.2016-cı ildən Maşinist təmir emalatxanasına V dərəcəli qaynaqçı işinə keçirilmiş, hal-hazırda da işləyir (xx.xx.2023-cü il tarixə 15 il 3 ay 30 gün). X1 İdarəsi tərəfindən verilmiş “Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda qeyd edilmişdir ki, İddiaçı əl ilə qaynaq aparan elektrik qaynaqçı vəzifəsində işləmiş, onun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən stajı 16 il 2 ay 13 gün təşkil edir. Qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinin “Ümumi peşələr” adlanan koduna uyğundur. Məhkəməyə ünvanlanmış 06 iyul 2024-cü il tarixli məktubunda cavabdeh bildirmişdir ki, İddiaçı ümumi iş stajı 30 il 2 ay 4 gün (xx.xx.2006-cı il tarixinədək 14 il 7 ay 4 gün (xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət), xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 7 ay) təşkil edir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli XO-44 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İsmayıllı rayonu İvanovka kəndində əvvəllər fəaliyyət göstərmiş “Nikitin adına kolxoz”da mövcud olmuş ixtisaslaşdırılmış şöbədə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan qaynaqçı peşəsi olmuşdur və həmin peşədə işləmiş şəxslər güzəştli şərtlərlə 57 yaşında pensiya almaq hüququ əldə etmişlər. Müəssisədə qaynaqçı vəzifəsində işləmiş X3 təmir tikinti briqadasında qaynaqçı olaraq bina və tikililərin dam örtüklərinin, bütün dəmir konstruktor qaynaq və montaj işlərini icra etmişdir. Xüsusi ağır və riskli iş mühitində işlədiyinə görə xx.xx.2017-ci ildə 57 yaşdan pensiya almaq hüququ əldə etmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubla təqdim etdiyi HT-İ № ******* nömrəli əmək kitabçasında və Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-48-10RA/2-09- 2023 nömrəli arxiv arayışında xx.xx.1986-xx.xx.1997-ci illər ərzində “Əzizbəyov” adına kalxozda əl ilə və ya qazla qaynaqçı işləməyi yox, məhz yalnız qaynaqçı işləməyi qeyd olunduğundan bu müddəti onun güzəştli iş stajına daxil edilməmiş, yalnız X1 İdarəsində işlədiyi xx.xx.2016-xx.xx.2023-cü il tarixlər arasındakı dövrü, yəni 7 il 1 ay 14 günü güzəştli iş stajına daxil edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş 12 il 6 ay müddətin ödənilmədiyi qənaətinə gəlmiş və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi haqqında müraciətindən imtina etmişdir. Azərbaycan SSR X5 Təhsili Komitəsinin 788008 nömrəli diplomu ilə elektrik-qaz qaynaqçısı peşəsinə yiyələnmişdir. Bu peşə həm də özlüyündə əl ilə qaynaq aparan elektirik qaynaqçısı deməkdir. Qaynaq işləri elektirik və qazla aparılır və yuxarıda qeyd edilən dövrlər ərzində də o, əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi ilə məşğul olmuşdur. Əl ilə qaynaq aparan elektrik qaynaqçısı kimi fəaliyyət göstərməsii “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” X1 İdarəsi tərəfindən verilən arayışla da təsdiq olunur. Əmək kitabçasında və bənzər sənədlərdə qaynaqçı olaraq qeyd edilməyi ya əl ilə qaynaq aparan elektrik qaynaqçısı, ya da qaz qaynaqçısı kimi başa düşülməlidir. Bu vəzifələrin də hər ikisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bəndinin ümumi peşələr bölməsinə uyğundur. Hər bir halda (əl ilə qaynaq aparan elektrik qaynaqçısı, yaxud qaz qaynaqçısı olmağından asılı olmayaraq) güzəştli iş stajı ümumilikdə 17 il 7 ay 14 gündən hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Sovet Ordusu Silahlı Qüvvələri sıralarında, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. Cavabdehin etirazları: Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. İddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtləriə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), isin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş MT-İ ******* nömrəli əmək kitabçasında və Biləsuvar Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-10RA/2-09-2023 nömrəli arayışında iddiaçının xx.xx.1986-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Əzizbəyov” adına kolxozda qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmaması barədə hər hansı məlumat göstərilməmişdir. Bununla əlaqədar, həmin dövrə dair iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün göndərilmiş sorğuya cavab olaraq, iddiaçının həmin dövr ərzində güzəştli şərtlərlə pensiya hüququ verən işlərlə məşğul olub-olmamasına dair Biləsuvar Rayon Dövlət Arxiv idarəsində heç bir əsaslı sənədin mövcud olmadığı müəyyən edilmiş və bu fakt aktı ilə təsdiq edilmişdir. Eyni zamanda, əmək kitabçasında iddiaçının xx.xx.2008-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində X1 idarəsində maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi maşinist vəzifəsi sözügedən müəssisənin arayışında istinad edilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə aid deyil. Bu səbəbdən də həmin dövr iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də iddiaçının güzəştii iş stajı 12 il 6 aydan az (7 il 1 ay 14 gün (xx.xx.2016-xx.xx.2023-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-1101/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, X1 İdarəsinin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışda qeyd edilmişdir ki, İddiaçı “əl ilə qaynaq aparan elektrik qaynaqçısı’ işləmiş və onun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən stajı 16 il 2 ay 13 gün təşkil edir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə və ümumi peşələr vəzifə koduna uyğundur. Lakin iddiaçı X1 İdarəsində “maşinist” vəzifəsində işlədiyi halda, qeyd edilən müəssisə tərəfindən “qaynaqçı” vəzifəsinə dair arayış verilmişdir. A. Vahabovun qeyd edilən arayışda istinad edilən “təmir emalatxanasında qaynaqçı” vəzifəsində hansı iş yerində və hansı illərdə işləməsi, arayış tərtib edilərkən iddiaçıya dair hansı sənədlərə istinad edilməsi barədə isə heç bir məlumat qeyd edilməmişdir. Həmçinin, iddiaçının əmək kitabçasına və Biləsuvar Rayon Dövlət Arxivinin arayışına əsasən İddiaçı “Əzizbəyov” adın kolxozda “qaynaqçı” peşəsində işləmiş, lakin həmin dövrdə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərlə məşğul olub-olmaması barədə heç bir məlumat aşkarlanmamışdır. Bundan başqa, məhkəmənin analoji vəzifələrin mövcud olduğu müəssisəyə verdiyi sorğusuna "xxxx"ASC tərəfindən verilmiş 01-PH/72 nömrəli 25 fevral 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallarguya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin xx/xx-3402 nömrəli 08 noyabr 2007-ci il tarix “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edilmişdir. İddiaçı əmək fəaliyyəti yuxarıda qeyd olunan sənaye sahələrinə uyğun olmadığına görə işlədiyi peşə xüsusi zərərli əmək şəraitində işlərə aid edilmir. Yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçının “qaynaqçı” peşəsində işlədiyi xx.xx.1986-xx.xx.1997-ci il tarixlərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərlə məşğul olması barədə hən hansı mötəbər sübut təqdim edilməməsi, iş materiallarında olan sənədlərlə belə bir halın mövcudluğunun öz təsdiqini tapmaması, həmçinin sorğuya gəlmiş cavaba əsasən iddiaçının əmək fəaliyyətinin müvafiq sənaye sahələrinə uyğun gəlməməsi göstərir ki, İddiaçı güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyi sübuta yetirilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi XXX Nümayəndə2 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmiş, işlədiyi kolxozda qaynaqçı vəzifəsində tək işçi olmuş, traktorların, digər avadanlıqların, o cümlədən kolxozda qaynaq ilə bağlı bütün işləri icra etmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası” barədə Əsasnamə”:
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı:
35. Ümumi peşələr - qaz qaynaqçıları; - əl ilə qaynaq aparan elektrik qaynaqçıları
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşı tamam olan vaxt onun 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, İddiaçı xx.xx.1982xx.xx.1984-cü illərdə Sovet Ordusu Silahlı Qüvvələri sıralarında (2 il 1 ay 4 gün), xx.xx.1994-xx.xx.1995-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında (1 il 2 ay 7 gün) xidmət etmiş, xx.xx.1985-xx.xx.1986-cı illərdə “elektrik-qaz qaynaqçısı” peşəsi üzrə orta texniki peşə məktəbində əyani təhsil almış (9 ay 24 gün), 1985-ci ildə sıravi kolxozçu, 1986-1996-cı illərdə qaynaqçı işləmiş, qeyd edilən illər üzrə əmək haqqı almış, xx.xx.1986-cı ildə Puşkin Rayon Əzizbəyov adına kolxozun ixtisaslaşdırılmış şöbəsinə qaynaqçı işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə Respublikada gedən torpaq islahatları ilə əlaqədar beşinci dərəcəli qaynaqçı işindən azad edilmiş (10 il 6 ay), xx.xx.2008-ci ildə X1 İdarəsinə 1 №-li nasos stansiyasına İV dərəcə ilə maşinist işinə qəbul edilmiş, xx.xx.2011-ci ildə V dərəcə ilə 70 №-li nasos stansiyasına maşinist keçirilmiş, xx.xx.2015-ci ildə 28 N-li nasos stansiyasına V dərəcə ilə maşinist işinə keçirilmiş; xx.xx.20216-cı ildən Maşinist təmir emalatxanasına V dərəcəli qaynaqçı işinə keçirilmiş, hal-hazırda da işləyir (xx.xx.2023-cü il tarixə həmin idarədə 15 il 3 ay 30 gün). X1 İdarəsi tərəfindən verilmiş “Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa ədsasən İddiaçı əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmiş, onun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən stajı 16 il 2 ay 13 gün təşkil edir. Qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinin “Ümumi peşələr” adlanan koduna uyğundur. Cavabdeh iddiaçının ümumi iş stajının 30 il 2 ay 4 gün (xx.xx.2006-cı il tarixinədək 14 il 7 ay 4 gün (xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət), xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 7 ay) olmasını, güzəştli iş stajının isə 7 il 1 ay 14 gün olmasını (xx.xx.2016-xx.xx.2023) qəbul edir. Apellyasiya icraatı zamanı güzəştli iş stajı ilə bağlı analoji müəssisə kimi Respublikada son dövrədək fəaliyyət göstərmiş kolxozun (Nikitin adına kolxoz) bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu göndərilmiş, Cəmiyyətin xx.xx.2025-ci il tarixli XO-44 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İsmayıllı rayonu İvanovka kəndində əvvəllər fəaliyyət göstərmiş “Nikitin adına kolxoz”da mövcud olmuş ixtisaslaşdırılmış şöbədə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan qaynaqçı peşəsi olmuşdur və həmin peşədə işləmiş şəxslər güzəştli şərtlərlə 57 yaşında pensiya almaq hüququ əldə etmişlər. Müəssisədə qaynaqçı vəzifəsində işləmiş X3 təmir tikinti briqadasında qaynaqçı olaraq bina və tikililərin dam örtüklərinin, bütün dəmir konstruktor qaynaq və montaj işlərini icra etmişdir. Xüsusi ağır və riskli iş mühitində işlədiyinə görə xx.xx.2017-ci ildə 57 yaşdan pensiya almaq hüququ əldə etmişdir.” Kollegiya qeyd edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 60 yaşının tamam olması, 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. Qeyd edilən 1-ci və 2-ci şərtlər işin mübahisə olunmayan hallarıdır. Belə ki, iddiaçının 60 yaşı xx.xx.2023-cü ildə tamam olmuş, ümumi iş stajının isə 25 ildən çox olması işdə olan sübutlarla təsdiqini tapır və tərəflər arasında bununla bağlı mübahisə yoxdur. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olmasını bildirir və güzəştli iş stajı kimi 7 il 1 ay 14 günü (xx.xx.2016-xx.xx.2023) qəbul edir. Kollegiya cavabdehin iddiaçının “Əzizbəyov” adın kolxozda “qaynaqçı” peşəsində işlədiyi müddətdə “əl ilə” və ya “qazla” qaynaq aparıb-aparılması barədə məlumatın göstərilməməsi və bu səbəbdən onun qanunvericiliklə tələb olunan güzəştli iş satjının olmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, qeyd edilən məsələnin şəxsin işlədiyi vəzifənin güzəştli iş stajı kimi nəzərə alınıb-alınmaması məsələsində əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının “Ümumi peşələr” adlanan 35-ci bəndində həm “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”, həm də “qaz qaynaqçıları”, yəni hər iki peşə qeyd ilən peşələrlə məşğul olan şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Bunu cavabdeh apellyasiya şikayətində də özü göstərir (şikayətin 2-ci səhifəsinin 8-ci abzası). Belə olan halda isə şəxsin “əl ilə” və ya “qazla” qaynaq aparıb-aparmaması mübahisə üzrə həlledici əhəmiyyətə malik olmur. Həmçinin, iddiaçının məhkəmə iclasında işlədiyi peşənin funksiyaları ilə bağlı izahatına nəzər yetirilən zaman vəzifənin “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” olması müəyyən edilir, iddiaçı hazırda da “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsi üzrə fəaliyyətini davam etdirir. Bundan başqa, kollegiya “iddiaçının qaynaqçı vəzifəsində işlədiyi müddətdə “əl ilə” və ya “qazla” qaynaq aparıb-aparmaması məsələsində formalaşmış məhkəmə təcrübəsini (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixıi 2-1(102)-2101/2021, xx.xx.2024-cü il tarixli 2-1(102)-2065/2024 saylı və s. qərarları) də nəzərə alır. Hətta, eyni məsələ üzrə oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu baxımından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixıi 2-1(102)-1883/2024 saylı qərardadı). Həmçinin, o da nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının işlədiyi xx.xx.2016xx.xx.2023-cü illər üzrə dövrləri güzəştli iş stajı kimi nəzərə alır. Halbuki, iddiaçının həmin dövrlərdə işlədiyi vəzifə əmək kitabçasında kolxozda işlədiyi vəzifə kimi, yəni sadəcə “qaynaqçı” kimi qeyd edilmişdir. Görünüdü kimi cavabdeh iş üzrə eyni məsələyə fərqlifərqli mövqe sərgiləyir. Ən əsası ədalət baxımından işçinin əmək kitabçasında “əl ilə” və ya “qazla” qaynaq aparmasının qeyd ediləməməsindən, bununla bağlı arxivdə də məlumatın olmamasından doğan mənfi nəticə onun məsuliyyət sferasına daxil edilə bilməz, bunlardan törəyən nəticə onun sosial təminat hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. İşçi nə əmək kitabçasını dolduran, nə müvafiq sənədləri arxivə təhvil verən şəxsdir, nə də ki, qanunla onun üzərinə belə vəzifələr qoyulmamışdır ki, o, əmək kitabçasına qaynağın “əl ilə” və ya “qazla” apardığını qeyd etsin və ya müvafiq sənədləri arxivə təhvil versin. Kollegiya qeyd edir ki, yuxarıda göstərilənlər onun deməyə əsas verir ki, iddiaçının 60 yaşı tam olan xx.xx.2023-cü ildə, onun 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı var - mübahisələndirilməyən güzəştli iş stajı kim (7 il 1 ay 14 gün (xx.xx.2016-xx.xx.2023) və iddiaçının kolxozda qaynaqçı işlədiyi xx.xx.1986-xx.xx.1997-ci illər (xx.xx.1994-xx.xx.1995-ci illlər Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında (1 il 2 ay 7 gün) xidmət etdiyi müddət çıxılmaqla)) 9 il 3 ay 23 gün. Buda ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verir. Kollegiya cavabdehin - iddiaçı X1 İdarəsində “maşinist” vəzifəsində işlədiyi halda, qeyd edilən müəssisə tərəfindən “qaynaqçı” vəzifəsinə dair arayış verilməsinə münasibətdə bildirir ki, idarə iddiaçının kolxozda (analoji müəssisə kimi) və hazırda işlədiyi vəzifəyə münasibətdə güzəştli arayış vermişdir. Kollegiya cavabdehin "xxxx"ASC tərəfindən verilmiş 01-PH/72 nömrəli 25 fevral 2025-ci il tarixli məktuba münasibətdə isə bildirir ki, həmin məktubda qeyd edilənlər iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallarguya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin xx/xx-3402 nömrəli 08 noyabr 2007-ci il tarix “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edilmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi apellyasiya icraatı zamanı güzəştli iş stajı ilə bağlı analoji müəssisə kimi Respublikada son dövrədək fəaliyyət göstərmiş kolxozun (Nikitin adına kolxoz) bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu göndərilmiş, Cəmiyyətin xx.xx.2025-ci il tarixli XO-44 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İsmayıllı rayonu İvanovka kəndində əvvəllər fəaliyyət göstərmiş “Nikitin adına kolxoz”da mövcud olmuş ixtisaslaşdırılmış şöbədə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan qaynaqçı peşəsi olmuşdur və həmin peşədə işləmiş şəxslər güzəştli şərtlərlə 57 yaşında pensiya almaq hüququ əldə etmişlər. Müəssisədə qaynaqçı vəzifəsində işləmiş X3 təmir tikinti briqadasında qaynaqçı olaraq bina və tikililərin dam örtüklərinin, bütün dəmir konstruktor qaynaq və montaj işlərini icra etmişdir. Xüsusi ağır və riskli iş mühitində işlədiyinə görə xx.xx.2017-ci ildə 57 yaşdan pensiya almaq hüququ əldə etmişdir.” Ən əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının “Ümumi peşələr” adlanan 35-ci bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifəsi hər hansı bir fərqləndirici xüsusiyyəti olmadan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan vəzifə kimi tanınmışdır. Təsadüfü deyil ki, həmin vəzifə “Ümumi peşələr” bölməsində göstərilmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-1101/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.