Məhkəmə qərarları › İş №2-1(106)-471/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-471/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-471/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı və onun vəkili Vəkil iştirаkı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(120)-735/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli **********241100 saylı qərarın əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 qəpik hissəsində ləğv edilməsi, həmin məbləğdə hesablanmış vergilərin iddiaçının şəxsi vərəqəsindən silinməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-735/2024 nömrəli qərardadı ilə iddia tələbinə “6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********036500 saylı kameral vergi yoxlamasının nəticələrinə dair qərarının qismən-əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 qəpik hissəsində ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 06 may 2024-cü il tarixli, 2- 1(120)-735/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023cü il tarixli **********036500 saylı kameral vergi yoxlamasının nəticələrinə dair qərarının qismən-əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 qəpik hissəsində ləğv edilməsi, 200 (yüz) manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********036500 nömrəli qərar qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, iddiaçı üçün qanunsuz əlverişsiz inzibati aktdır. Bu baxımdan həmin qərar qismən-əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 qəpik hissəsində (inizbati akt) ləğv edilməlidir. Həmçinin inzibati mübahisəyə dair məhkəmə mühasibatlıq ekpertizası təyin edilərkən xx.xx.2023-cü il tarixli **********241100 saylı qərar mövcud olmuşdur. Həmin qərar əsasında mühasibatlıq ekspertizası keçirilmiş, xx.xx.2024-cü il tarixdə ekspert tərəfindən tərtib olunmuş rəy məhkəməyə daxil olmuşdur. Məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********036500 saylı qərar məhkəməyə təqdim olunmuşdur. Həmin qərarda iddiaçının vergi borcunun azaldığı müəyyən olunmuş, lakin iddiaçı və onun nümayəndəsi iddia tələbini dəqiqləşdirərək həmin qərarı mübahisələndirmiş, əlavə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmadığını, ilkin ekspertiza zamanı tərtib edilmiş rəylə razı olduqlarını bildirmişlər. Qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni məhkəmə aktının qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ekspert rəyinə əsaslansa da, məhkəmə rəyin mötəbərliyini əsaslandırmamış, həmçinin təkrar ekspertizanın keçirilməsi barədə vəsatətin təmin edilməməsi əsaslarını şərh etməmişdir. Prosessual məsələlər İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, həmçinin kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilmiş silinməsi tələb olunan vergi borcu məbləği düzgün deyil və həmin məbləğlə razılaşmır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********241100 nömrəli qərardan görünür ki, İddiaçı 2021-ci il üzrə 92.715,66 manat gəlir vergisi hesablanmış, həmin məbləğin 19.713,50 manat hissəsi vergi ödəyicisi tərəfindən bəyan edilmiş məbləğ, 73.002,16 manat hissəsi isə vergi orqanı tərəfindən kameral yoxlama qaydasında hesablanmış vergi və ya sığorta haqqı məbləğidir. -“Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********036500 nömrəli qərardan görünür ki, İddiaçı 2021-ci il üzrə 92.715,66 manat gəlir vergisi hesablanmış, həmin məbləğin 6.693,02 manat hissəsi vergi ödəyicisi tərəfindən bəyan edilmiş məbləğ, 86.022,64 manat hissəsi isə vergi orqanı tərəfindən kameral yoxlama qaydasında hesablanmış vergi və ya sığorta haqqı məbləğidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 9/8202 saylı ekspert rəyində bildirilir ki, “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, **********241100 nömrəli qərara əsasən hesablanmış vergi məbləğinin vergi qanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmadığı, vergi ödəyicisi X1 tərəfindən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsi üzrə göstərilən xərclərinin ilkin sənədlərlə tam müəyyən olunmadığı, o cümlədən onun tərəfindən 2021-ci il üzrə aparılmış əməliyyatlara görə 591405 manat satış dövriyyəsindən, AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən ona hesablanmalı gəlir vergisi məbləğinin 19713,51 manat olması, xx.xx.2023-cü il tarixli, **********241100 nömrəli qərarda göstərilənlərə əsasən həmin məbləğin də vergi ödəyicisi tərəfindən bəyan edilməsi müəyyən edildi. Göründüyü kimi cavabdehin xx.xx.2023-cü il tarixli **********241100 nömrəli qərarı ilə ödənilməli olan vergi məbləği 73.002,16 manat müəyyən edilsə də, xx.xx.2023-cü il tarixli **********036500 nömrəli qərarda 86.022,64 manat vergi hesablanmış, ekspert isə 73.002,16 manat vergi borcuna münasibətdə tədqiqat aparmışdır. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərarla vergi borcunun azalmasını və iddiaçının həmin məbləğlə razılaşmasını əsas gətirərək, həmin qərara münasibətdə əlavə və yaxud təkrar ekspertizanın keçirilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əvvəla iddiaçıya münasibətdə hesablanmış vergi borcu xx.xx.2023-cü il tarixli qərarla azaldılmamış, əksinə əvvəlkindən artıq hesablanmışdır. Digər tərəfdən ekspertizanın keçirilməsində məqsəd hesablanmış vergi məbləğinin həcminin və əsaslarının vergi qanunvericiliyinin və digər aidiyyəti normaların tələblərinə uyğun olub-olamasının tədqiqindən ibarət olduğundan və məhkəmənin gələ biləcəyi yekun qənaət də həmin tədqiqatın nəticələrindən asılı olduğundan iddiaçının razılığı olub-olmamasından asılı olmayaraq birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərarla hesablanmış vergi məbləğinə münasibətdə ekspertiza tədqiqatından imtina etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin 06 may 2024-cü il tarixli protokoldan da görünür ki, təkrar ekspertizanın keçirilməsi barədə cavabdehin vəsatəti təmin edilməsə də, bunun əsasları göstərilməmiş, vəsatət verən şəxsin nümayəndəsinə izah edilməmişdir. Məhkəmə vəsatətə qiymət verərkən yalnız tərəflərin vəsatətə münasibətini öyrənməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, baxılan iş üzrə iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtləri bir sıra prosessual normalara münasibətdə təhlil edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; -24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; -24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; -24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 70.1 maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. -70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: -70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; -70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; -70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. -70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. -70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. İş materiallarından görünür ki, ilkin iddia cavabdehin xx.xx.2023-cü il tarixli **********241100 nömrəli qərarının mübahisələndirilməsi ilə bağlı olmuş, həmin qərarın tədqiqi ilə bağlı müvafiq ekspertiza təyin edilmiş, iş ekspertiza tədqiqatında olduğu zaman kəsiyində cavabdeh xx.xx.2023-cü il tarixli yeni qərar qəbul etmiş və qərarın surətini iş ekspertizadan qayıtdıqdan sonra (iş məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur) 11 mart 2024-cü il tarixli etiraza əlavə edərək məhkəməyə təqdim etmişdir. Bundan sonra iddiaçının vəkili xx.xx.2024-cü il tarixli ərizə ilə iddianın dəqiqləşdirilməsini xahiş edərək, həmin qərarı mübahisələndirmiş və məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçının vəkili həmçinin birinci instansiya məhkəməsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, həmin (xx.xx.2023-cü il tarixli) qərara münasibətdə iddia müddətinin bərpa edilməsini xahiş etsə də, ərizəyə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmiş, İnzibati Prosessual Məcəllənin və Vergi Məcəlləsinin yuxarıda qeyd olunan tələbləri baxımından iddianın mümkünlük şərtləri üzrə hüquqi dəyərləndirmə aparılmamış, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim edilməsi və yaxud iddiaçının həmin akt barədə məlumatlı olması anı tərəflərin izahatları, yaxud digər vasitələrlə müəyyən edilməmiş, bununla da iddianın qanunla müəyyən edilmiş müddət ərzində qaldırılması məsələsinə hüquqi qiymət verilməmişdir. Odur ki, işə yenidən baxılarkən digər məsələlərlə yanaşı, iddianın müddətlə bağlı mümkünlük şərtlərinə də qeyd olunan tələblər çərçivəsində yenidən baxılmalı və qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(120)-735/2024 nömrəli qərarı iddianın təmin olunması hissəsində ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(120)-735/2024 nömrəli qərarı iddianın təmin olunması hissəsində ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar