Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-471/2025 26.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022-cü il tarixli, xxxxxxx0008 saylı qərarın ləğv edilməsi və əmək zədəsi səbəbi ilə İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(120)-346/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0008 saylı qərarın ləğv edilməsi və əmək zədəsi səbəbi ilə İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3223/2023 nömrəli qərardadı ilə Şirvan şəhər X6 Hüquqi Şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı ərizəsinə əsasən məhkəmənin 23 yanvar 2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarın 1.1-ci bəndinin ona aid hissəsində ləğv edilməsi və xəstəliyi ilə əlaqədar əvvəli xx.xx.2022-ci il tarixdən olmaqla əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı ərizəsinə əsasən məhkəmənin 03 aprel 2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022-cü il tarixli, xxxxxxx0008 saylı qərarın ləğv edilməsi və əmək zədəsi səbəbi ilə İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12 mart 2013-cü ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində (güc fırladıcının qollarından birini bərkidərkən, qol yerindən çıxmış və qazmaçı köməkçisi İddiaçı üzərinə düşmüşdür) ciddi bədən xəsarəti almış və elə həmin ildə əmək qabiliyətini 80% itirdiyindən 2-ci qrup əlillik təyin edilmiş və bununla bağlı təqaüd verilməyə başlamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə əlilliyin qiymətləndirilməsi üçün müraciət etdiyində cavabdeh tərəfindən ona əsassız olaraq imtina verilmişdir. İmtinanın səbəbi kimi qeyd edilmişdir ki, guya tam reablitasiya olunub sağalmışdır. Hesab edir ki, həmin imtina əsassızdır və cavabdehin hərəkətləri qanunsuz hesab edilərək əlillik dərəcəsinin verilməsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müxtəlif səbəblərdən müraciət etmiş 7 nəfər vətəndaş Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) tərəfindən xx.xx.2022-ci il tarixdə əyani müayinə edilərək əlillik vəziyyəti qiymətləndirilmiş və aşağıdakılar müəyyən edilmişdir: 1) Şirvan şəhər sakini xx.xx.1981-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti Şirvan Şəhər Mərkəzi Xəstəxanasının E00019568HMU saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Əlillik səbəbi istehsalat zədəsi olduğuna görə komissiya tərəfindən müayinə edilir. Müəyyən olunub ki, İddiaçı xx.xx.2014-cü il tarixdə tibbi sosial ekspert komissiyasında ilkin müayinə edilmiş və ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2014-cü il tarixdə təkrar müayinə zamanı əmək zədəsi səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik və əmək qabiliyyətinin 80% (səksən faiz) itirilməsinin təyini barədə qərar verilmiş, 10.11,2016-cı il tarixdə ikinci dərəcə əlilliyi avtomatlaşdırılmış qaydada beş il müddətinə - xx.xx.2021-ci il tarixə kimi uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı qərardan narazı şəxs kimi Agentliyin komissiyası tərəfindən müayinə edilmiş və tam reabilitasiya olunması və əmək qabiliyyətinin bir il müddətinə 20% itirilməsi barədə qərar verilmişdir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının E00019568HMU saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə əlillik vəziyyəti iştirakı olmadan qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı normal bədən quruluşludur, dəri və və görünən selikli qişaları adi rəngdədir, dərialtı piy qatı normal inkişaf etmişdir. Kəllə-beyin sinirləri hövzəsində üzvü dəyişiklik yoxdur. Yuxarı ətraflarda vətər və sümüküstü reflekslər canlı olub, D=S. Diz və axil refleksləri canlıdır. D=S. iflic, parez əlamətləri yoxdur, Əzələ gücü və tonusu normaldır. Meningial əlamətlər mənfidir. Emosional və vazomotor labildir. Romberq vəziyyətində əllərdə tremor qeyd edilir.Sol yuxarı ətrafda bazu və said əzlələri normaldır, atrofiya qeyd edilmir. Nəticədə Nazirlər Kabinetinin 13 may 2022-ci i tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlar”na uyğun olaraq “tam reabilitasiya - hazırda əlil hesab edilməməsi və əmək qabiliyyətinin 20%(iyirmi faiz) itirilməsinin təyini” barədə qərar qəbul edilmişdir. Sonradan cavabdeh inzibati orqan yeni etiraz verərək, etirazını onunla əsaslandırılmışdır ki,iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şirvan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış “Tam reabilitasiya olunması” barədə imtina qərarı verilmişdir. Şirvan rayon sakini xx.xx.1981 -ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış, əmək qabiliyyətinin itirilmə faizinin hesablanması barədə qərar qəbul edilməmiş və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Şirvan Rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirilmiş göndərişləri əsasında vətəndaşın əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə “ilkin”; xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 1 (bir) il müddətinə əmək zədəsi səbəbindən ikinci dərəcə “təkrar” əlillik, əmək qabiliyyətinin itirilmə faizi - “0” (sıfır); xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək 1 (bir) il müddətinə əmək zədəsi səbəbindən ikinci dərəcə “təkrar” əlillik, əmək qabiliyyətinin 80% (səksən faiz) itirilməsi; xx.xx.2016-cı il tarixindən xx.xx.2021 -ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq əmək zədəsi səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmış, əmək qabiliyyətinin 80% (səksən) itirilməsi barədə qərar qəbul edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həm xx.xx.2022-ci il tarixli 0254003AAJ5T nömrəli, həm də xx.xx.2022-ci il tarixli E00019568HMU nömrəli rəsmiləşdirilmiş göndərişləri Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatı aparılmamış, DTSERA- da **********0 və **********0 nömrəli məktublar əsasında aparılmış təkrar qiymətləndirilmələr nəticəsində “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024- cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrıları, baş gicəllənmələri, gərginlik, ümumi halsızlıq, sol qolunda olan arıqlama və hərəkət məhdudluğundan olmuş, xx.xx.2013-cü il tarixində iş yerində əmək funksiyasını yerinə yetirərkən, güc fırladıcısının qolunun kürək nahiyəsinə düşməsi nəticəsində müxtəlif bədən xəsarətləri aldığını bildirmiş və bununla bağlı xx.xx.2013-cü il tarixində tərtib edilmiş, xx.xx.2013-cü il tarixində saat 15:05 radələrində bədbəxt hadisənin baş verməsi barədə “Petroleum Services Group”SA-nın Azərbaycan Respublikasındakı filialı tərəfindən təqdim edilmiş, “İstehsalatda baş vermiş bədbəxt hadisə” haqqında akt təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022 - xx.xx.2022-ci il tarixli ******* nömrəli epikrizinə əsasən diaqnoz “Keçirilmiş KBT-nın qalıq əlamətləri. Posttravmatik serebrosteniya. Sol bazu kələfinin posttravmatik pleksiti. Sol yuxarı monoparez. Sol Vİ-Vİİ qabırğaların sınığından sonrakı vəziyyət. qarnın küt travmasın, splenektomiyadan sonrakı vəziyyət” şəklində göstərilmiş, xx.xx.2022-ci il tarixində “Avrasiya Hospital” da aparılmış EEQ müayinəsinin nəticəsi “Baş beyin qabığının bioelektrik aktivliyin qeyri mütəşəkkilliyi nəzərə çarpır. Zəmin ritm aşağı amplitudlu alfabeta aktivlikdə təqdim olunub. Fon yazıda mərkəzalın paylarda aksentlə kəskin-dalğalı paroksizmlər qeydə alınır. HV-da artır. Ortadiensefal strukturların disfunksiyası” kimi qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixində X14 X3 laboratoriyasında aparılmış EMQ müayinəsi zamanı alınan nəticələrin neyromor apparatda nevral tipli pozuntunun olmasına dəlalət etdiyi (sol çiyin kələfinin pleksopatiyası) müəyyən edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/90 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 85 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən, atrofiya, hərəkət məhdudluğu izlənilməmiş, splenektomiya cərrahi əməliyyatından sonrakı çapıq toxumalar qeyd edilmiş, həkimnevroloq müayinəsinin nəticəsi “Sol yuxarı ətraf qurşağında cüzi hipotrofiya qeyd edildi. Reflekslər D=S orta canlı, əzələ gücü 5 (beş) bal izlənildi. Əlin tutma funksiyası pozulmayıb, tonus norma daxilindədir” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən nevroloji defisit və heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, xx.xx.2022ci il tarixindən “Tam reabilitasiya olması” və əmək qabiliyyətinin 20% (iyirmi faiz) itirilməsi barədə qərar qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Şirvan İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(120)-346/2025 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(120)-346/2025 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəla məhkəmə ötürülmüş prosessual müddət üzrlü hesab edilməsini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmayaraq, ekspert rəyindəəldə olunmuş diaqnozla əlaqədar hazırda onun müalicəsinə zərurət olmadığının bildirilməsinə baxmayaraq iddiaçının marağlarına uyğunlaşdırılmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Yəni, şəxsin tam reabilitasiya olunması ilə bağlı ekspert rəyinin qeydlər hissəsində qeydlərin olmasına baxmayaraq, qərar qanunsuz qəbul edilmişdir. Halbuki ekspert rəyində, həmçinin AZƏRBAYCAN RESPUBLİKASİ "TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİDARƏETMƏ BİRLİYİ" X17 "RESPUBLİKA NEYROCƏRRAHİYYƏ XƏSTƏXANASİ" PUBLİK HÜQUQİ ŞƏXxx.xx.2025-ci il tarixli rəyində bildirilir ki: İddiaçı xx.xx.2025-ci il tarixdə yenidən tibb müəssisəmizə ambulator müraciət etmiş və həkimneyrocərrah Azər Zeynalov tərəfindən müayinə olunmuşdur. İddiaçı təqdim etdiyi müayinə nəticələrinə əsasən həkimneyrocərrah Azər Zeynalov tərəfindən onda hazırda neyrocərrahi patologiya olmadığı bildirilmişdir. Həmçinin aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar hazırda onun müalicəsinə zərurət yoxdur. Ümumiləşdirsək, ekspert rəyi ilə işin tam araşdırılması mümkün olmamış, əlavə araşdırmaya zərurət yaranmışdır.Məhkəmə isə bunlara məhəl qoymamışdır. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni şəxsin tam reabilitasiya olunmasıİddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və ReablitasiyaAgentliyinin TibbiSosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. xx.xx.2022ci il tarixində X14 X3 laboratoriyasında aparılmış EMQ müayinəsi zamanı alınan nəticələrin neyromor apparatda nevral tipli pozuntunun olmasına dəlalət etdiyi (sol çiyin kələfinin pleksopatiyası) müəyyən edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu,dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/90 mmciv.süt., nəbz ritmik (1 dəqiqədə 85 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş,həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən, atrofiya, hərəkət məhdudluğu izlənilməmiş, splenektomiya cərrahi əməliyyatından sonrakı çapıq toxumalar qeyd edilmiş, həkim-nevroloq müayinəsinin nəticəsi “Sol yuxarı ətraf qurşağında cüzi hipotrofiya qeyd edildi. Reflekslər D=S orta canlı, əzələ gücü 5 (beş) bal izlənildi. Əlin tutma funksiyası pozulmayıb, tonus norma daxilindədir” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən nevroloji defisit və heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Bundan əlavə, hesab edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunun 33-39-cu maddələrində ekspert qarşısında hansı sualların qoyulması məsələsi ətraflı şəkildə qeyd edilmişdir. Belə ki, ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir. Həmçinin şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıb-tapmadığı, diaqnozun xəstəliklərin beynəlxalq təsnifatına uyğunluğu və sairə) suallar qoyula bilər. Qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən sualların qeyd edilməsi əsassız və Ali məhkəmənin icmal məktubunda qeyd edilən hallara ziddir. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-346/2025 saylı, 09 aprel 2025-ci il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-471/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etmirlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək digər məhkəmə iclasları olması səbəbdən hazırki məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirakı olmadan işə yekun verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022-cü il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsi və əmək zədəsi səbəbi ilə İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və həkim rəyi ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan TSEK müayinələri qiymətləndirilmə nəticələri alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı: - xx.xx.2014-cü il tarixdə ümumi xəstəlik səbəbindən 1 il müddətində ilkin əlillik təyin edilmişdir, - xx.xx.2014-cü il tarixdə əmək zədəsi səbəbindən 1 il müddətində ikinci dərəcəli təkrar əlillik təyin edilmişdir, - xx.xx.2015-ci il tarixdə əmək zədəsi səbəbindən 1 il müddətində ikinci dərəcəli təkrar əlillik təyin edilmişdir, - xx.xx.2016-cı il tarixdə əmək zədəsi səbəbindən 5 il müddətində ikinci dərəcəli təkrar əlillik təyin edilmişdir, İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının 0254003AAJ5T nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmə aparılmış və tam reabilitasiya olması-diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilərək əlillik təyinindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının E00019568HMU nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmə aparılmış və göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının E00019568HMU nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında tam reabilitasiya olması səbəbi ilə hazırda əlil hesab edilməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0008 saylı qərarında qeyd edilmişdir ki, Şirvan şəhər sakini xx.xx.1981-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) barəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının E00019568HMU saylı göndərişi əsasında əlillik vəziyyəti qiymətləndirilmiş və tam reabilitasiya olması səbəindən hazırda əlil hesab edilməməsi və əmək qabiliyyətinin 20 % itirilməsinin təyini barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X12 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvan sakini İddiaçı xx.xx.2017-xx.xx.2017;xx.xx.2019xx.xx.2020; xx.xx.2019- xx.xx.2019; xx.xx.2022-xx.xx.2022: xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində Şirvan ŞMX-da stasionar müalicə almışdır. Və Xəstəxananın E00019568HMU saylı göndərişi natamam doldurulduğu üçün xəstəxanaya geri qaytarılmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı əsasında iddiaçının əyani müayinəsinin həyata keçirilməsi üçün cavabdeh inzibati orqana 30 gün müddət təyin edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X Əhmədov Şirvan Şəhər Mərkəzi Xəstəxanasının E00019568HMU nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda otmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması rneyarları”na müvafiq olaraq əmək qabiliyyətinin 20 faiz itirilməsi seçilməklə tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə Məhkəmənin qərardadına uyğun olaraq vətəndaş xx.xx.2024- cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əmək qabiliyyətinin 20 faiz itirilməsi seçilməklə tam reabilitasiya olması barədə qərar qüvvədə saxlanılmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazırləı Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq otaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, xx.xx.2022-ci il tarixindən “Tam reabilitasiya olması” və əmək qabiliyyətinin 20% (iyirmi faiz) itirilməsi barədə qərar qüvvədə saxlanılsın. İş materiallarında olan Oksigen klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli Tam Abdomen KT-yə dair İddiaçı müayinəsinin nəticəsində qeyd edilmişdir ki, Sidik toplayıcı sistemdə genişlənmə və ya daş aşkarlanmadı. Sağ böyrək üst qütbdə posterior bayır korteksdə ~2.3x2 sm ölçüdə bəsit kortikal kista diqqət çəkdi. Dalaq keçirilmiş əməliyyata bağlı lojasında, sol subdiafraqmatik lokalizasiyada və sağda morison boşluğunda qaraciyər kapsulasına bitişik böyük ehtimalla spienoektomiya əməliyyatı sonrası əmələ gələn dalaq implantlarına aid lezyonlar diqqət çəkdi. Qarın boşluğunda təxirəsalınmaz radipataioji aşkarlanmadı. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən X9 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən İddiaçı xx.xx.2013-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış, hadisə istehsalatla əlaqəli hesab edilmiş və İZ formalı aktla rəsmiləşdirilərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən uçota alınmışdır. İş materiallarında olan İstehsalda baş vermiş bədbəxt hadisə haqqında 08 aprel 2013-cü il tarixli, 01 nömrəli aktdan görünür ki, “X18” 196 sayılı platformasında xx.xx.2013cü il tarixdə təxminən saat 15:05 radələrində nahar fasiləsindən sonra istehsalda baş vermiş bədbəxt hadisə nəticəsində güc fırladıcısının qollarından birini bərkidərkən, qol yerindən çıxmış və qazmaçı köməkçisi İddiaçı kürək nahiyəsinə düşmüşdür. Baş vermiş qəza hadisəsi nəticəsində İddiaçı ciddi bədən xəsarəti almışdır. İş materiallarında olan “Özəl şəhər Xəstəxanası” nın Epikrizi nəticəsinə əsasən: “Xəstə İddiaçı xx.xx.2013-cü il tarixdə döş qəfəsinin sol yarısında olan ağrı və hərəkət məhdudluğu, ümumi zəiflik, halsızlıq, tənginəfəslik şikayətləri ilə klinikaya qəbul edilmişdir. Xəstə klinikada növbətçi personal tərəfindən qəbul edilmişdir, anamnestik-rentgenoloji və laborator müayinələrdən keçmişdir. Qarın boşluğunun USM-i zamanı kiçik çanaqda və periton boşluğunda xeyli miqdarda sərbəst maye aşkar olundu. Diaqnoz: Müştərək travma. Döş qəfəsinin sol yarısının, sol bazu oynağı nahiyəsinin əzilməsi. Sol Vİ-Vİİİ qabırğaların sınıqları. Qarının küt travması. Dalağın travmatik cırılması. Travmatik şok İİ mərhələ. Klinikada xəstəyə şok əleyhinə tədbirlər aparılmışdır. Döş qəfəsi korset vasitəsilə immobilizasiya edilmişdir. Təcili göstərişlərə əsasən xx.xx.2013-cü il tarixdə ümumi endotraxeal anesteziya altında “Laparoskopik splenektomiya” cərrahi əməliyyatı icra olundu. Əməliyyat sonu dövr ağırlaşmasız keçmişdir, gündəlik sarğılar olunmuşdur. xx.xx.2013-cü il tarixdən kafi vəziyyətdə lazimi məlumatlar verilərək evə ambulator müalicəyə yazılmışdır.” İş materiallarında olan Səhiyyə Nazirliyinin “Məhkəmə-X15 X7” X16 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, T 766/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.3. Vətəndaş Ə.İddiaçı iş materiallarında olan tibbi sənədlərinə T766/2024; xx.xx.2024-cü il İddiaçı əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Kəllədaxili travma. Keçirilmiş KBT-nin davamlı fəsadı. Posttravmatik serebrosteniya; Yuxarı ətrafların mono-plegiyası. Sol yuxarı ətrafın monoplegiyası; G54.0- Bazu kələfinin zədələnməsi. Sol tərəfli posttravmatik bazu pleksopatiyası; Qabırğanın (qabırğaların), döş sümüyünün və onurğanın döş şöbəsinin sınığı. Müştərək travma. Sol Vİ-Vİİ qabırğaların sınıqlarından sonrakı vəziyyət.” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator-instrumental müayinələr əsasında qoyulmuş, müalicə xəstəliyin dinamikasına uyğun aparıldığından, onun proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, TSEK-in ekspertləri tərəfindən əmək qabiliyyətinin itirilməsi 20% qeyd edilmişdir. -Şəxsin xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı, şikayətləri baş ağrıları, baş gicəllənmələri, gərginlik, ümumi halsızlıq sol qolunda olan arıqlama və hərəkət məhdudluğundan olmuş, həkimtravmatoloqun müayinəsi zamanı atrofiya, hərəkət məhdudluğu izlənilməmiş, həkimnevroloqun müayinəsi zamanı isə “Sol yuxarı ətraf qurşağında cüzi hipotrofiya qeyd edilmiş, reflekslər D=S orta canlı, əzələ gücü 5 (beş) bal izlənilmiş, əlin tutma funksiyası pozulmamış, tonus norma daxilində olmuş” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamış, xx.xx.2022-ci il tarixindən “Tam reabilitasiya olması” və əmək qabiliyyətinin 20% (iyirmi faiz) itirilməsi barədə qərar qüvvədə saxlanılmışdır. -Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar hazırda onun müalicəsinə zərurət yoxdur. - İş materiallarında olan İddiaçı adına müvafiq tibb müəssisəsində doldurulmuş Forma 88 göndərişinə əsasən onun xx.xx.2013-cü il tarixdə istehsalatda başından travma almışdır. 2. Müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişlər tam doldurulmuşdur ki, onun əsasında da əlillik dərəcəsi qiymətləndirilmişdir.
4. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X12 xx.xx.2025-ci il tarixli, 18-01- 5/2-159/2025 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı əsəbilik, qorxular, yuxu pozğunluqları və sol çiyin nahiyəsində ağrı, bazu oynağında hərəkət məhdudluğunu bildirmişdir. Vətəndaş İddiaçı təqdim etdiyi “Özəl şəhər Xəstəxanası”nın Epikrizi... nəticəsinə əsasən: “Xəstə İddiaçı xx.xx.2013-cü il tarixdə döş qəfəsinin sol yarısında olan ağrı və hərəkət məhdudluğu, ümumi zəiflik, halsızlıq, tənginəfəslik şikayətləri ilə klinikaya qəbul edilmişdir. Xəstə klinikada növbətçi personal tərəfindən qəbul edilmişdir, anamnestik-rentgenoloji və laborator müayinələrdən keçmişdir. Qarın boşluğunun USM-i zamanı kiçik çanaqda və periton boşluğunda xeyli miqdarda sərbəst maye aşkar olundu. Diaqnoz: Müştərək travma. Döş qəfəsinin sol yarısının, sol bazu oynağı nahiyəsinin əzilməsi. Sol Vİ-Vİİİ qabırğaların sınıqları. Qarnın küt travması. Dalağın travmatik cırılması. Travmatik şok İİ mərhələ. Klinikada xəstəyə şok əleyhinə tədbirlər aparılmışdır. Döş qəfəsi korset vasitəsilə immobilizasiya edilmişdir. Təcili göstərişlərə əsasən xx.xx.2013-cü il tarixdə ümumi endotraxeal anesteziya altında “Laparoskopik splenektomiya” cərrahi əməliyyatı icra olundu. Əməliyyat sonu dövr ağırlaşmasız keçmişdir, gündəlik sarğılar olunmuşdur. xx.xx.2013-cü il tarixdən kafi vəziyyətdə lazimi məlumatlar verilərək evə ambulator müalicəyə yazılmışdır” qeyd edilmişdir. İddiaçı “Başbeyin” MRT, “Boyun fəqərələrinin” MRT, “Sol çiyin qurşağı” MRT və “Yuxarı ətrafların EMQ” müayinələri təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli tibb müəssisəsində keçdiyi “Kompyüter EMQ” müayinə nəticələrinə əsasən: “Bu incələmədə sağ yuxarı ətraf median və ulnar sinirlərin hissi və hərəki sinir analizləri ilə birlikdə F-cavabı analizləri olunmuşdur. Sağ median hissi və hərəki sinir analizləri norma daxilindədir. Sağ ulnar hissi və hərəki sinir analizləri norma daxilindədir. Bu incələmədə sol yuxarı ətraf median və ulnar sinirlərin hissi və hərəki sinir analizləri ilə birlikdə F-cavabı analizləri olunmuşdur. Sol median hissi sinir potensialı norma daxilindədir, hərəki sinir amplitudu nisbi enmişdir. Sol ulnar hissi sinir ötürücülük sürəti yavaşlamışdır, hərəki sinir amplitudu norma daxilindədir. Sol radial hissi sinir potensialı norma daxilindədir, hərəki sinir amplitudu enmişdir. Sol axillar sinir amplitudu nisbi enib. Yekun-Bu incələmədə əldə edilən nəticə sol yuxarı ətraf bazu kələfinin pleskopatiyası ilə uyğundur”, xx.xx.2025-ci il tarixli “APPRO HOSPİTAL” da keçdiyi “Baş-beyin” MRT müayinə nəticələrinə əsasən: “Baş beyinin minimal kortikal atrofik dəyişikliyi qeyd edilir. Alın, gicgah nahiyəsində subaraxnoidal sahələrin minimal genişlənməsi qeyd edilir. Hər iki beyin yarımkürəsinin subkortikal, periventrikulyar sahələrində tək-tək kiçik ölçülü T2 və Flair rejimlərində hiperintens ocaqlar qeyd edilir (qliotik ocaqlar kimi dəyərləndirilə bilər). Hər iki maksilyar, sfenoidal, frontal, etmoidal sinuslarda iltihabi dəyişiklik, hər iki maksilyar sinuslarda retension kistalar qeyd edilmişdir. Beyin yarımkürələrində həcmli patologiya təyin edilməmişdir. Orta anatomik strukturalarda yerdəyişmə təyin edilməmişdir. İİİ və lateral mədəciklər genişlənməyib. Bazal qanqlionlar, daxili və xarici kapsula, talamuslar normaldır. Sellar, parasellar, pineal sahələr genişlənməyib. Hər iki orbitanın ölçüləri və strukturası təbiidir, retroorbital sahələr sərbəstdir. Hipofiz vəzi, görmə sinirləri, görmə çarpazı normaldır. Hippokampusların strukturu və ölçüləri normaldır. Arxa kəllə çuxurunda patologiya aşkar olunmamışdır. Pons, medulla oblanqata, bazal sisternalar, İV mədəciyin genişliyi və konfiqurasiyası normaldır”, “Boyun fəqərələrinin” MRT müayinə nəticələrinə əsasən: “Servikallordoz dəyişməmişdir. Boyun fəqərə cisimlərinin yüksəkliyi normaldır. C4, C6-fəqərə cisimlərində hemangiomalar mövcuddur. C6, C7-fəqərə cismlərində degenerativ və subxondral sklerotik dəyişiklik mövcuddur. C2-C7-səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri təyin edilmişdir.C2- C7- səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri T2 rejimində zəifləmişdir. C4-C5-fəqərəarası diskin minimal arxa median protruziyası, C6- C7fəqərəarası diskin arxa median protruziyası (2,0mm), dural kisənin sıxılması diqqəti cəlb etmişdir. Spinal kanalda həcmli patologiya təyin olunmamışdır. Onurğa beyninin genişliyi və intensivliyi dəyişməmişdir. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib”, xx.xx.2025-ci il tarixli “X13”ndə keçdiyi “Radiologiya şöbəsi maqnit rezonans tomoqrafiya” müayinə nəticələrinin əsasən: “Sol çiyinin MRT müayinəsində: “Sağ qlenohumeral oynağın genişliyi və əlaqəsi normaldır. Oynaq qığırdağının qalınlığı norma daxilindədir. Oynaq mayesinin miqdarı təbiidir. Subakromial, subkorakoid, subdeltoid bursalarda maye artışı izlənilmir. Ön və arxa labrumların forması və siqnal intensivliyi təbiidir. Qopma izlənilmədi. Akromion posteriora meyillidir. Subakromial məsafə normaldır. Akromioklavikular oynaqda hipertrofik-degenrativ xarakterli dəyişikliklər qeyd edilir. Supraspinatus əzələnin vətərinin bazu sümüyünə birləşən proyeksiyasında minimal ödem qeyd edilir”, “Müayinə olunan nahiyyə: Abdomen”: Qaraciyərin ölçüsü normaldır, parenximasında ocaqlı dəyişiklik aşkar olunmur. Qaraciyər daxili və xarici öd yolları genişlənməyib. Mədəaltı vəzin strukturası homogendir, ocaqlı dəyişiklik aşkar olunmayıb. Peripankreatik piy toxuma açıqdır. Hər iki böyrəküstü vəzilər normaldır. Sol böyrəyin ölçüləri normaldır, parenximanın strukturu dəyişməyib, KL-sistemi genişlənməyib. Nazik və yoğun bağırsaqlarda nəzərə çarpan patologiya aşkar olunmadı. Qarın boşluğunda sərbəst maye təyin olunmur. Qarın boşluğunda və çanaqda böyümüş limfa düyünləri aşkar olunmadı. Öd kisə vizualizə olunmur. Dalaq vizualizə olunmur. Xoledoxun distalında minimal daralma aşkar olunur. Sağ böyrəyin lateral kənarında 27 mm ölçüsündə bəsit kist qeyd edilir. Prostat vəzin kraniokaudal ölçüsü 35 mm təşkil edir. Sidik kisəsinin divarlarında minimal qalınlaşma” qeyd edilimişdir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə yenidən tibb müəssisəmizə ambulator müraciət etmiş və həkim-neyrocərrah Azər Zeynalov tərəfindən müayinə olunmuşdur. İddiaçı təqdim etdiyi müayinə nəticələrinə əsasən həkimneyrocərrah Azər Zeynalov tərəfindən onda hazırda neyrocərrahi patologiya olmadığı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixində güc fırladıcısının qollarından birini bərkidərkən istehsalda baş vermiş bədbəxt hadisə nəticəsində qol yerindən çıxaraq onun kürək nahiyəsinə düşmüş və ciddi bədən xəsarəti almışdır. xx.xx.2014-cü il tarixində tibbi sosial ekspert komissiyasında ilkin müayinə edilmiş və ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2014-cü il tarixdə təkrar müayinə zamanı əmək zədəsi səbəbindən 1 il müddətində ikinci dərəcəli təkrar əlillik və əmək qabiliyyətinin 80 faiz itirilməsinin təyini barədə qərar verilmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçının ikinci dərəcə əlilliyi avtomatlaşdırılmış qaydada 5 il müddətində uzadılmışdır. Bundan sonra əlilliyi xx.xx.2022-ci il tarixdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının 0254003AAJ5T nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və tam reabilitasiya olmasıdiaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilərək əlillik təyinindən imtina edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının E00019568HMU nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmə aparılmış və göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinindən imtina edilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının E00019568HMU nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında tam reabilitasiya olması səbəbi ilə hazırda əlil hesab edilməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.1. bəndində göstərilən Başın travmaları (S02-S09), 6.9-ci bəndinin 4-cü abzasında göstərilən Bazu kələfinin zədələnməsi (G54.0) mövcud olduqda əlilliyin qiymətləndirilməsi xəstəyə qoyulmuş diaqnozlardan asılı olaraq Əlavənin müvafiq bəndinə əsasən aparılır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli qərar ilə xx.xx.2022ci il tarixli qərarlar eyni göndəriş əsasında (xx.xx.2022-ci il tarixli) qəbul edilmişdir. Şirvan şəhər Mərkəzi Xəstəxanası tərəfindən "S06-Kəllədaxili travma, keçirilmiş KBT-nin davamlı fəsadı. Postravmatik serebrosteniya” diaqnozu xx.xx.2022-ci il tarixdə əlilliyin təyini ilə bağlı E0019568HMU №-li göndərişlə (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. xx.xx.2022-ci il tarixli qərarda diaqnozun mətni “S06 Kələdaxili travma, Keçirilmiş KBT-nin davamlı fəsadı. Postravmatik serebrosteniya. G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın monoparezi G54.0 Bazu kələfinin zədələnməsi, Sol tərəfli postravmatik bazu pleksopatiyası”, imtina səbəbi kimi “Tam reabilitasiya olması” göstərilmişdir. İddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusu ilə mütəxəssis rəyinin verilməsi xahiş olunmuşdur. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X17 "Respublika Neyrocərrahiyyə Xəstəxanası" X17 tərəfindən verilən 1 sentyabr 2025-ci il tarixli tibbi rəydən görünür ki, vətəndaş İddiaçı ilk dəfə xx.xx.2025-ci il tarixdə tibb müəssisəmizə ambulator müraciət etmiş və həkim-neyrocərrah Anar Abbasov tərəfindən konsultasiya olunmuşdur. İddiaçı əsəbilik, qorxular, yuxu pozğunluqları və sol çıyin nahiyəsində ağrı, bazu oynağında hərəhək məhdudluğunu bildirmişdir. Vətəndaş İddiaçı təqdim etdiyi “Özəl şəhər Xəstəxanası”nın Epikrizi nəticəsinə əsasən: “Xəstə İddiaçı xx.xx.2013-cü il tarixdə döş qəfəsinin sol yarısında olan ağrı və hərəkət məhdudluğu, ümumi zəiflik, halsızlıq, tənginəfəslik şikayətləri ilə klinikaya qəbul edilmişdir. Xəstə klinikada növbətçi personal tərəfindən qəbul edilmişdir, anamnestik-rentgenoloji və laborator mqayinələrdən keçmişdir. Qarın boşluğunun USM-i zamanı kiçik çanaqdavə periton boşluğunda xeyli miqdarda sərbəst maye aşkar olundu. Diaqnoz: Müştərək travma. Döş qəfəsinin sol yarısının, sol bazu oynağı nahiyəsinin əzilməsi. Sol Vİ-Vİİİ qabırğaların sınıqları. Qarnı küt travması. Dalağın travmatik cırılması. Travmatik şok İİ mərhələ. Klinikada xəstəyə şok əleyhinə tədbirlər aparılmışdır. Döş qəfəsi korset vasitəsilə immobilizasiya edilmişdir. Təcili göstərişlərə əsasən xx.xx.2013-cü il tarixdə ümumi endotraxeal anesteziya altında “Laparoskopik splenektomiya” cərrahi əməliyyatı icra olundu. Əməliyyat sonu dövr ağırlaşmasız keçmişdir, gündəlik srğılar olunmuşdur. xx.xx.2013-cü il tarixdən kafi vəziyyətdə lazimi məlumatlar verilərək evə ambulator müalicəyə yazılmışdır” qeyd edilmişdir. İddiaçı “Baş-beyin” MRT, “Boyun fəqərələrinin” MRT, “Sol çiyin qurşağı” MRT və “Yuxarı ətrafların EMQ” müayinələri təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli tibb müəssisəmizdə keçdiyi “Kompyüter EMQ” müayinə nəticələrinə əsasən: “Bu incələmədə sağ yuxarı ətraf median və ulnar sinirlərin hissi və hərəki sinir analizləri ilə birlikdə Fcavabı analizləri olunmuşdur. Sağ median hissi və hərəki sinir analizləri norma daxilindədir. Sağ ulnar hissi və hərəki sinir analizləri norma daxilindədir. Bu incələmədə sol yuxarı ətraf median və ulnar sinirlərin hissi və hərəki sinir analizləri ilə birlikdə F-cavabı analizləri olunmuşdur. Sol median hissi sinir potensialı norma daxilindədir, hərəki sinir amplitudu nisbi enmişdir. Sol ulnar hissi sinir ötürücülük sürəti yavaşlamışdır, hərəki sinir amplitudu norma daxilindədir. Sol radial hissi sinir potensialı norma daxilindədir, hərəki sinir amplitudu enmişdir. Sol axillar sinir amplitudu nisbi enib. Yekun-Bu incələmədə əldə edilən nəticə sol yuxarı ətraf bazu kələfinin pleskopatiyası ilə uyğundur”. Şirvan şəhər Mərkəzi Xəstəxanası tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(106)-471/2025 nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı 2014-2022-ci illərdə təyin edilən diaqnozlar eynilik təşkil edir: S06 “Keçirilmiş Kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik serebrosteniya. Sol tərəfli postravmatik bazu pleksopatiyası. Sol yuxarı monoparez. Sol tərəfli Vİ-Vİİ qabırğaların sınığından sonrakı vəziyyət ”. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən diaqnoz İddiaçı iş materiallarında adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində və digər tibbi sənədlərdə olan əsas diaqnoz ilə eynilik təşkil edir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı 2014-2022-ci illərdə əlilliyin təyin olunmasına əsas olan diaqnoz hazırki göndərişdə əks olunan diaqnoz ilə eynilik təşkil edir. Yəni, cavabdeh inzibati orqan hazırki diaqnoz əsasında iddiaçıya əlilliyin təyin edilməsindən imtina etməsinə baxmayaraq, əvvəlki dövrlər üçün həmin diaqnoz əsasında əlillik təyin etmişdir. Hazırki halda da iddiaçının sağlamlıq vəziyyətində müsbət mənada hər hansı dəyişiklik olmadığından və həmin diaqnoz üzrə xəstəlikdən əziyyət çəkməsi iş materiallarında olan sənədlər ilə sübut olunduğundan ona əlillik təyin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.1. bəndinə (Başın travmaları (S02-S09)) və 6.9-ci bəndinin 4-cü abzasında göstərilən “Bazu kələfinin zədələnməsi (G54.0)” bəndinə uyğundur və ağırlaşmalar nəzərə alınaraq həmin bəndin müvafiq yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq ona əlillik müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(120)-346/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.