Məhkəmə qərarları › İş №2-1(106)-472/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-472/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-472/2024 26.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-1(120)-739/2024 saylı qərarından cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-1(120)-739/2024 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi və müraciətinin rəsmi qeydiyyata alındığı xx.xx.2023-cü il tarixindən 3 il əvvələ ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə X13 İnzibati Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-1(120)-739/2024 saylı qərarın ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən aslı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun.) təsdiq eldiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabıdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının tibb və sosial təminat müəssisələri bölməsinin (19) bilavasitə xəstələrə xidmət edən işçilər bəndində vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində yarımbəndinə (a) orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Lənkəran Gigeyena və Epidemiologiya Mərkəzi”nin sizə dair xx.xx.2023-cü il tarixli 50 nömrəli arayışında xx.xx.1988-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə X2 Parazitologiya bölməsində viruslu infeksiya ilə əlaqədar dezinfektor və hemoskonist vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə və vəzifələr yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Bu səbəbdən də 52 yaşınızın tamamlandığı xx.xx.2017-ci il tarixinədək sizin güzəştli iş stajınız 10 ildən az (6 il 2 ay 22 gün (xx.xx.2011-xx.xx.2017-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 55 yaşınızın tamam olduğu xx.xx.2020-ci il tarixinə sizə münasibətdə 44400,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29656,99 manat təşkil edirdi. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 31 may 2024-cü il tarixli 2-1(120)-739/2024 nömrəli məhkəmə qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia tələbinin əsaslarını müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-1(120)-739/2024 saylı qərarının qüvvəsində saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Günəş Yusifqızı şikayətin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qeyd olunan Siyahının 19-cu bəndində tibb və sosial təminat müəssisələrində bilavasitə xəstələrə xidmət edən işçilər- a)vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində orta tibb heyəti və kiçik tibb heyəti qeyd olunmuşdur. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı aşağıda qeyd olunan və tədqiq olunmuş sübutlara əsaslanır: - ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən hal-hazıradək fasilələrlə müxtəlif idarələrdə işləmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 04-01/08-168 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1965-ci ildə anadan olmuş İddiaçı (r/k 2056040) ondan ötrü ki, o həqiqətən xx.xx.2011-ci il tarixindən Respublika QİÇS-lə X8 regional laboratoriyasına feldşer-laborant vəzifəsinə işə qəbul olunmuşdur (xx.xx.2011-ci il tarixli 59 №-li əmr). Hal-hazırda Respublika QİÇS-lə X8 regional laboratoriyasında feldşer-laborant vəzifəsində işləyir. İddiaçı sənədində qeyd olunan iş yerləri, vəzifə, peşə və yaşı (1965-ci il təvəllüdlü), onun daim iş yerində İİV-li xəstələrlə təmasda olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı’nın təsdiq edilməsi barədə “12 saylı Qərarına qoşulmuş siyahının 19 saylı “Səhiyyə və sosial təşkilat idarələri” maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaradır. Əlavə olaraq bildiririk ki, QİÇS-lə X12 imunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə aparan tibb müəssisəsidir. İİVinfeksiya xəstəliyi Nazirlər Kabinetinin 30 iyun 2011-ci il tarixli 105 saylı Qərarı ilə Təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Eyni zamanda İİV infeksiyasının sonuncu QİÇS (Qazanılmış imunçatışmazlığı sindromu) mərhələsi Nazirlər Kabinetinin xx.xx.1999- cu il tarixli 5 saylı qərarı ilə “İctimai təhlükəli xəstəliklər Siyahısı” na daxil edilmişdir. İddiaçı tibb sahəsində İİV infeksiya üzrə stajı - 11 il 9 ay. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzi”-nin xx.xx.2023-cü il tarixli, 50 nömrəli arayışında qeyd edilmişdir ki, xxxxxxx FİN kodu olan, xx.xx.1965-ci ildə anadan olmuş İddiaçı (Narmira) Məmmədağa qızı həqiqətən xx.xx.1986-cı il tarixdə 91 №-li əmr ilə X3 Parazitologiya bölməsində viruslu infeksiya ilə əlaqədar olaraq dezinfektor vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci il tarixdə 50 №-li əmrin §7 əsasən Parazitologiya bölməsində hemoskonist vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixli Əmr N26 §4 əsasən yeni təşkil edilmiş SPİD laboratoriyasına laborant vəzifəsinə keçirilmişdir. Əlavə olaraq bildirik ki, Lənkəran şəhər Gigiyena və X7 Nazirliyinin tabeçiliyində fəliyyət göstərən tibb müəssisəsidir. Eyni zamanda yoluxucu xəstəliklərin mübarizəsi və profilaktikası ilə məşğul olur. Nazirlər Kabinetinin 30 iyun 2011- ci il tarixli 105 saylı qərarı ilə təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı”nın təsdiq edilməsi barədə “12 saylı Qərarına qoşulmuş siyahının 19 saylı” Səhiyyə və sosial təşkilat idarələri” maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaradır. xx.xx.2011-cı il Əmr № 10, §2-ə əsasən Regional İİV diaqnostik laboratoriyasının laborantı Respublika Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 29 №-li əmrinə əsasən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin tərkibinə keçməsi ilə əlaqədar xx.xx.2011-ci il tarixdən azad edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzi”-nin xx.xx.2023-cü il tarixli, 241 nömrəli arayışında qeyd edilmişdir ki, xxxxxxx FİN kodu olan, xx.xx.1965-ci ildə anadan olmuş İddiaçı (Narmira) Məmmədağa qızı həqiqətən xx.xx.1986-cı il tarixdə 91 №-li əmr ilə X3 Parazitologiya bölməsində viruslu infeksiya ilə əlaqədar olaraq dezinfektor vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci il tarixdə 50 №-li əmrin §7 əsasən Parazitologiya bölməsində hemoskonist vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixli Əmr N26 §4 əsasən yeni təşkil edilmiş SPİD laboratoriyasına laborant vəzifəsinə keçirilmişdir. Əlavə olaraq bildirik ki, Lənkəran şəhər Gigiyena və X7 Nazirliyinin tabeçiliyində fəliyyət göstərən tibb müəssisəsidir. Eyni zamanda yoluxucu xəstəliklərin mübarizəsi və profilaktikası ilə məşğul olur. Nazirlər Kabinetinin 30 iyun 2011-ci il tarixli 105 saylı qərarı ilə təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı”nın təsdiq edilməsi barədə “12 saylı Qərarına qoşulmuş siyahının 19 saylı” Səhiyyə və sosial təşkilat idarələri” maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaradır. xx.xx.2011-cı il Əmr № 10, §2-ə əsasən Regional İİV diaqnostik laboratoriyasının laborantı Respublika Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 29 №-li əmrinə əsasən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin tərkibinə keçməsi ilə əlaqədar xx.xx.2011-ci il tarixdən azad edilmişdir. -X11 Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-7F/1- 83-1/2023 nömrəli arayışından görünür ki, X1 rayon Lənkəran Sovzoz-texnikumunun 16 may 1983-cü il tarixli, 63 nömrəli əmrilə §3, sovxoza fəhlə qəbul edilmişdir. Lənkəran rayon Lənkəran Sovzoz-texnikumunun 26 avqust 1983-cü il tarixli, 101 nömrəli əmri ilə X6 xx.xx.1983-cü il tarixdən mövsümi fəhləlikdən daimi fəhləliyə köçürülmüşdür. Lənkəran rayon Lənkəran Sovzoztexnikumunun xx.xx.1984-cü il tarixli, 112 №-li əmrilə X6 məktəbə daxil olması ilə əlaqədar olaraq xx.xx.1984-cü il tarixdən işdən azad edilmişdir. 1983-1984-cü illərdə əmək haqqı almışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 04-01/08-369 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı fəaliyyət göstərdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi: Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli, 65 saylı əmrilə təsdiq edilmiş 1 saylı əlavəsi (Respublika QİÇS-lə Mübarizə Mərkəzi haqqında Əsasnamə) üzrə “Mərkəz” - İnsanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi infeksiya - İİV infeksiya ilə bağlı, təşkilatı-metodiki, konsultativ-diaqnostik və müalicə-profilaktik işləri aparan, İİVinfeksiyasına nəzarət, onunla mübarizədə əksepidemik tədbirləri həyata keçirən xüsusi tipli müalicə-profilaktika müəssisəsidir. Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” 1001- İİİQ nömrəli Qanununun: 2.1. 26.4 bəndi üzrə “İİV-lə yaşayan şəxslərə tibbi psixoloji sosial yardım göstərən şəxslərə qanunvericiliyə uyğun olaraq, vəzifə maaşına əlavələr müəyyən edilir, həmin şəxslərə əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 2 nömrəli qərarının 2.2.3.1 bəndi üzrə “QİÇS və ya İİV-lə əlaqəli əmək şəraitinə görə səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 60% faizi miqdarında əlavə haqq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilən “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısının XXXVİİ - Səhiyyə bölməsinin, 13-cü bəndi üzrə, kiçik tibbi və xidmətedici heyyət üçün 6 iş günü əlavə məzuniyyət nəzərdə tutulur. Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının XXİV - “Səhiyyə və sosial təminat idarələri” bölməsinin 2260000a kodu ilə işarələnən a)vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində, orta tibb heyəti qeyd olunmuşdur. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 19-cu - “Tibb və sosial təminat müəssisələri” bölməsinin a) vərəm və infeksion müəssisələrində, bölmələrində, kabinetlərində onların göstəricisi tərkibində “kiçik tibb heyyəti” qeyd edilmişdir. Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların peşə və vəzifələrin siyahısı”nın XXXİİ - Səhiyyə bölməsinin 13-cü bəndi üzrə, insanın immunçatışmazlığı xəstəliyi ilə mübarizə aparan müəssisə, şöbə və laboratoriyaların bütün işçiləri üçün iş həftəsi ərzində iş vaxtının cəmi 33 saat təyin edilmişdir. Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə, Qazanılmış immunçatışmazlığ sindromu (QİÇS) - ictmai təhlükəli xəstəliklər siyahısına daxil olunmuşdur. Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 105 saylı qərarı ilə, İİVinfeksiya xəstəliyi, təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Beləliklə də, sorğuya cavab olaraq bildiririk ki, yuxarıda qeyd olunan qanunvericilik və digər normativ sənədlər üzrə, İİV-infeksiya xəstəliyi ilə mübarizə aparan tibbi müəssisə əməkdaşları, qısaldılmış iş həftəsi zərərli əmək şəraitinə görə, əmək haqqına əlavə ödəmə və əlavə məzuniyyət hüquqlarına malikdir. -Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-204951/23 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı (38 il 28 gün (xx.xx.2006-cı il tarixinədək 20 il 7 ay 28 gün əmək stajı xx.xx.1983-xx.xx.1984-cü il , xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixindən sonra 17 il 5 ay sığorta stajı), güzəştli iş stajı isə (11 il 11 ay 23 gün (xx.xx.2011-xx.xx.2023- cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, İddiaçı xx.xx.2023-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 41463,09 manat təşkil edir. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh tərəf iddia tələbini ona görə qəbul etmir ki, “Lənkəran Gigeyena və Epidemiologiya Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 50 nömrəli arayışında İddiaçı xx.xx.1986-xx.xx.1988-ci il tarixlər arasındakı dövr ərzində sözügedən müəssisədə X2 Parazitologiya bölməsində viruslu infeksiya ilə əlaqədar dezinfektor, xx.xx.1988xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində hemoskonist və xx.xx.1990-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində SPİD laboratoriyasında laborant vəzifələrində işlədiyi sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tibb və sosial təminat müəssisələri bölməsinin (19) bilavasitə xəstələrə xidmət edən işçilər bəndində vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində yarımbəndinə (a) orta tibb heyəti və kiçik tibb heyətinə, o cümlədən xx.xx.2011-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi QİÇS-lə X8 Regional laboratoriyası bilavasitə xəstələrə xidmət sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı 52 yaşının tamamlandığı xx.xx.2017-ci il tarixədək həmçinin, 01.01,2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. İddiaçı 06 iyun 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa-görə əmək pensiyası təyin edilmiş və pensiya təminatı hüququnun yarandığı 21 may 2023-cü il tarixindən hesablanmışdır. Apellyasiya baxışında verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzi”-nin 27 noyabr 2024-cü il tarixli, 376 nömrəli məktubundan görünür ki, İddiaçı Lənkəran şəhər Gigiyena və Epidemiologiya Mərkəzində (keçmiş X5) işlədiyi dezibfektor vəzifəsində verilən yoluxucu xəstəliklərin bildirişinə əsasən xəstəlik ocaqlarında dezinfeksiya işini icra etmişdir. Həmin müddətdə xəstələrlə təmasda olmamışdır. Həmin vəzifə kiçik tibb heyətinə aiddir. xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixə qədər işlədiyi hemoskonist laborant vəzifəsində parazitoloji şöbənin laboratoriyasına müraciət edən malyariyaya şübhəli xəstələrdən qan analizi götürüb müayinə etmişdir. Həmin vəzifə orta tibb heyətinə aiddir. xx.xx.1990-cı il tarixdən xx.xx.2011-ci il tarixə qədər spid laboratoriyasında bilavasitə ağır və yolxucu xəstələrə tibbi xidmət etmiş, onlarla təmasda olmuş və qaz analizi götürmüşdür. Qeyd olunan vəzifə orta tibb heyətinə aiddir. Göstərilən hallardan müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, onun xx.xx.2017-ci ildə 52 yaşı tamam olmuşdur. O, xx.xx.1986-cı il tarixdə 91 №-li əmr ilə X3 Parazitologiya bölməsində viruslu infeksiya ilə əlaqədar olaraq dezinfektor vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci il tarixdə 50 №-li əmrin §7 əsasən Parazitologiya bölməsində hemoskonist vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixli Əmr № 26 §4 əsasən yeni təşkil edilmiş SPİD laboratoriyasına laborant vəzifəsinə keçirilmişdir. xx.xx.2011-cı il Əmr № 10, §2-ə əsasən Regional İİV diaqnostik laboratoriyasının laborantı Respublika Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 29 №-li əmrinə əsasən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin tərkibinə keçməsi ilə əlaqədar xx.xx.2011-ci il tarixdən işdən azad edilmişdir. Göründüyü kimi iddiaçının hüququnun yarandığı xx.xx.2017-ci il tarixə kimi 20 ildən çox ümumi, 10 ildən çox güzəştli iş stajı (təkcə xx.xx.1990-cı il tarixdən xx.xx.2011-ci il tarixə qədər olan müddətdə spid laboratoriyasında bilavasitə ağır və yolxucu xəstələrə tibbi xidmət etmiş, onlarla təmasda olmuş və qaz analizi götürmüşdür) vardır. Ona görə də iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, lakin ödənilmələyən əmək pensiyası məbləği müraciət etdiyi tarixdən 3 il əvvələ ödənilməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Nəzərə alınmalıdır ki, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasında pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin gücləndirilməsində, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində müəyyən kateqoriyadan olan şəxslərə əmək pensiyasının hesablanması zamanı güzəştlərin tətbiq olunması nəzərdə tutulur. Həmin sahələrdən biri də əmək şəraiti xüsusilə ağır və zərərli sahələrdə çalışanlara yaşa görə verilən güzəştlə bağlıdır. Bu sahənin tətbiqi dairəsi də Nazirlər Kabinetinin yuxarıda qeyd olunmuş siyahı üzrə müəyyən olunur. Göründüyü kimi, imtinanın əsası olan hallar barədə müstəqil şəkildə və öz hesabına dəlillərin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu halda, inzibati orqan olaraq cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan, formal mülahizələrə müracitədən imtina edilmiş və bununla da qanunsuz hərəkətə yol verilməklə yanaşı, iddiaçının sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsində işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Nəticə olaraq cavabdeh tərəfin mövqeyi “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinə (qanunçuluq və digər) zidd hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-1(120)-739/2024 saylı qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar