Məhkəmə qərarları › İş №2-1(106)-473/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-473/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-473/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirаkı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(120)-522/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciət etdiyi tarixdən əvvəlki tarixə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-522/2024 nömrəli qərarı ilə iddia tələbinə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciət etdiyi tarixdən üç il əvvəlki tarixə, yəni xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 16 may 2024-cü il tarixli, 2- 1(120)-522/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciət etdiyi tarixdən üç il əvvəlki tarixə, yəni xx.xx.2019-cu il tarixdən təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1975-ci ildə X3 İdarəsinə 2-ci dərəcli avtoçilingər işinə qəbul olunmuş, xx.xx.1978-ci ildə hərbi xidmətə gedəcəyi üçün həmin idarədən işdən çıxmışdır. xx.xx.1978-xx.xx.1980ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci ildə X1 fəhlə işinə qəbul olunmuş, xx.xx.1984-cü ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1984-cü ildə Salyan 2 nömrəli Səyyar Mexanikiləşdirilmiş dəstədə 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1986-cı ildə ixtisara düşdüyünə görə işdən çıxmışdır. xx.xx.1986-cı ildə Tikinti Quraşdırma İdarəsinə 4-cü dərəcəli suvaqçı işinə qəbul olunmuş, xx.xx.1986-cı ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1986-cı ildə “Baqanskol” Təmir Təşkilatı Birliyinə 4-cü dərəcəli suvaqçı işinə qəbul olunmuş, xx.xx.1986-cı ildə işdən çıxmışdır. xx.xx.1986-cı ildə X1 fəhlə işinə qəbul olunmuş, xx.xx.1987-ci ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1987-ci ildə Xüsusi Səyyar Mexanikləşdirilmiş Dəstəyə 5-ci dərəcəli suvaqçı işinə daxil olmuş, xx.xx.1988-ci ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1988-ci ildə Təmir-Tikinti İdarəsi Sənaye Müəssisəsinə 2-ci dərəcəli fəhlə qəbul olunmuşdur. xx.xx.1988-ci ildən 4-cü dərəcəli bənna (zərərli iş stajı), xx.xx.1989-cu ildən 5-ci dərəcəli bənna (zərərli iş stajı), xx.xx.1989-cu ildə isə həmin idarədən işdən çıxmışdır. xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhər İstehlak Cəmiyyətinə 5-ci dərəcəli Bənna (zərərli iş stajı) işinə qəbul olunmuşdur. xx.xx.1990-cı ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1990-cı ildə X9 Stansiyalarının təmiri zavodunda tikinti və təmir sahəsinə 4-cü dərəcəli suvaqçı qəbul olunmuş, xx.xx.1990-cı ildə enerji mexaniki şöbəsinə 4-cü dərəcəli qazanqurğusu üzrə maşinist keçirilmiş, xx.xx.1990-cı ildə isə həmin idarədən işdən çıxmışdır. xx.xx.1990-cı ildə “Xüsusi Enerji” idarəsinə 3-cü dərəcəli rəngsaz (zərərli iş stajı) işinə qəbul olunmuş, xx.xx.1990-cı ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1990-cı ildə Cənub Xüsusi Enerji Tikinti İdarəsində 3-cü dərəcəli izolyasiyaçı (zərərli iş stajı) işinə qəbul olunmuş, xx.xx.1993-cü ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1993-cü ildə Xüsusi Enerji Mühafizə Tikinti müəssisəsində 3-cü dərəcəli izolyasiyaçı (zərərli iş stajı) işinə qəbul olunmuşdur. xx.xx.1997-ci ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1997-ci ildə X4 X8-Bayramlı sahəsinə anti-korroziya sexinə 3-cü dərəcəli izolyasiyaçı (zərərli iş stajı) işinə qəbul olunmuş, xx.xx.1997-ci ildə 4-cü dərəcəli izolyasiyaçı (zərərli iş stajı), xx.xx.1998-ci ildə 5ci dərəcəli izolyasiyaçı (zərərli iş stajı) işləmiş, xx.xx.2001-ci ildə həmin idarədən işdən çıxmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı»da bənna və izolyasiyaçı vəzifəsi həmin siyahının 29-cu bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) a) yarımbəndində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar, həmçinin 29-cu bölmənin a) yarımbəndində izolyasiyaçılar adı altında, rəngsaz vəzifəsi isə 35-ci bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar adı altında güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti olan peşələr sırasına daxil edilmişdir. Qərardan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni məhkəmə aktının qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçının müraciətinin araşdırılması üçün ona müvafiq sənədlərinin, o cümlədən əmək kitabçasının və hərbi xidmətdə olması barədə sənədin əslinin təqdim edilməli olması izah edilsə də qeyd olunan sənədlər təqdim edilmədiyindən həmin sənədlərin mötəbərliyi ilə bağlı icraat aparılmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi öz qərarında iddiaçının işlədiyi peşələrin zərərli iş sahəsinə aid olmasının qeyd etsə də, iddiaçının filiala təqdim etdiyi arayışlarda onun işlədiyi peşələrin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahının hansı koduna və hansı sahəyə uyğun olması göstərilməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı işlədiyi müəssisələrin heç birindən güzəştli arayış əldə edərək, təmsil etdiyi orqana təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, əmək kitabçasını və hərbi biletini itirdiyinə görə cavabdehə təqdim edə bilməmiş, həmçinin həqiqətən işlədiyi müəssisələrdən güzəştli arayış alaraq cavabdehə və məhkəməyə təqdim etməmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -iddiaçıya məxsus əmək kitabçasının surətində onun xx.xx.1975-ci ildə X3 İdarəsinə 2-ci dərəcli avtoçilingər işinə qəbul olunması və xx.xx.1978-ci ildə işdən çıxması, xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olması, xx.xx.1980-ci ildə X1 fəhlə işinə qəbul olunması və xx.xx.1984-cü ildə işdən çıxması, xx.xx.1984-cü ildə Salyan 2 nömrəli Səyyar Mexanikiləşdirilmiş dəstədə 1-ci dərəcəli fəhlə işinə qəbul olunması və xx.xx.1986cı ildə işdən çıxması, xx.xx.1986-cı ildə Tikinti Quraşdırma İdarəsinə 4-cü dərəcəli suvaqçı işinə qəbul olunması və xx.xx.1986-cı ildə işdən çıxması, xx.xx.1986-cı ildə “Baqanskol” Təmir Təşkilatı Birliyinə 4-cü dərəcəli suvaqçı işinə qəbul olunması və xx.xx.1986-cı ildə işdən çıxması, xx.xx.1986-cı ildə X1 fəhlə işinə qəbul olunması və xx.xx.1987-ci ildə işdən çıxması, xx.xx.1987-ci ildə Xüsusi Səyyar Mexanikləşdirilmiş Dəstəyə 5-ci dərəcəli suvaqçı işinə daxil olması və xx.xx.1988-ci ildə işdən çıxması, xx.xx.1988-ci ildə Təmir-Tikinti İdarəsi Sənaye Müəssisəsinə 2-ci dərəcəli fəhlə qəbul olunması, xx.xx.1988-ci ildən 4-cü dərəcəli bənna, xx.xx.1989-cu ildən 5-ci dərəcəli bənna işinə keçməsi, xx.xx.1989-cu ildə işdən çıxması, xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhər İstehlak Cəmiyyətinə 5-ci dərəcəli Bənna işinə qəbul olunması və xx.xx.1990-cı ildə işdən çıxması, xx.xx.1990-cı ildə X9 Stansiyalarının təmiri zavodunda tikinti və təmir sahəsinə 4-cü dərəcəli suvaqçı qəbul olunması, xx.xx.1990-cı ildə enerji mexaniki şöbəsinə 4-cü dərəcəli qazanqurğusu üzrə maşinist keçirilməsi və xx.xx.1990-cı ildə işdən çıxması, xx.xx.1990-cı ildə “Xüsusi Enerji” idarəsinə 3-cü dərəcəli rəngsaz işinə qəbul olunması və xx.xx.1990-cı ildə işdən çıxması, xx.xx.1990-cı ildə Cənub Xüsusi Enerji Tikinti İdarəsində 3-cü dərəcəli izolyasiyaçı işinə qəbul olunması və xx.xx.1993-cü ildə işdən çıxması, xx.xx.1993-cü ildə Xüsusi Enerji Mühafizə Tikinti müəssisəsində 3-cü dərəcəli izolyasiyaçı işinə qəbul olunması və xx.xx.1997-ci ildə işdən çıxması, xx.xx.1997-ci ildə X4 X8-Bayramlı sahəsinə antikorroziya sexinə 3-cü dərəcəli izolyasiyaçı işinə qəbul olunması, xx.xx.1997-ci ildə 4-cü dərəcəli izolyasiyaçı, xx.xx.1998-ci ildə 5-ci dərəcəli izolyasiyaçı işinə keçirilməsi və xx.xx.2001-ci ildə işdən çıxması barədə qeydlər aparılmışdır. -X10 Filialının xx.xx.2019-cu il tarixli, 30 nömrəli arayışında bildirilir ki, X13 avadanlıqların komplektləşdirmə bazasının 1980-1984-cü illərə aid əmək haqqı hesablaşma cədvəlləri, 1987-1988-ci illərə aid ixtisaslaşdırılmış səyyar mexanikləşdirmə dəstəsinin sənədləri, Əli Bayramlı ŞİÇ (QORPO) müəssisəsinin 1989-1990-cı illərin sənədləri, Əli X15lar stansiyasının 1990-cı illərin sənədləri, Əli Bayramlı xüsusi enerji idarəsinin 1990-1993-cü illərin sənədləri, Əli Bayramlı xüsusi enerji mühafizə idarəsinin 1993-1997-ci illərə aid sənədləri, “X4” müəssisəsinin 1997-2001-ci illərin əmrlər kitabı X14 filialına təhvil verilməmişdir. Filialda mühafizə olunan X13 Avadanlıqların Komplektləşdirmə bazasının 1980-1984, 1986-1987-ci illərin əmrlər kitabından çıxarışı, “Azərenerji istilik enerji izolyasiya” müəssisəsinin 1997-2001-ci illərə aid əmək haqqı hesablama cədvəlləri təqdim olunmuşdur. -X11 filialının xx.xx.2019-cu il tarixli, 26 nömrəli və xx.xx.2023-cü il tarixli, 80 nömrəli arxiv arayışlarında İddiaçı xx.xx.1984-cü il tarixdə 102 nömrəli əmrlə Salyan rayon Maşın Ekskavator stansiyasının (MES) və MEŞƏ Meliorativ stansiyasına fəhlə işinə qəbul olunmuş, xx.xx.1986-cı il tarixdə 16 nömrəli əmr əsasında işdən azad olunması qeyd edilmiş, həmçinin əmək haqqı cədvəlləri arayışa əlavə olunmuşdur. Qeyd olunan və işdə olan digər sənədlərin ümumi xülasəsi, həmçinin apellyasiya şikayətinin məzmunu ilə müəyyən edilir ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən lazımi sənədlərin (o cümlədən əmək kitabçasının əsli və hərbi xidmətlə bağlı sənədin) təqdim edilməsinin zəruriliyi bildirilmiş, buna baxmayaraq iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir. Həmçinin işin birinci instansiya icraatı dövründə cavabdeh tərəfindən təqdim edilmiş məktublarda həmin sənədlərin təqdim edilməli olması və bununla bağlı iddianın mümkünlük şərtləri diqqətə çatdırılmış, məhkəmə tərəfindən cavabdehə müvafiq araşdırma aparması üçün vaxt verilmiş, lakin araşdırmanın nəticəsi olaraq iddiaya qarşı yazılı etiraz təqdim edilmədən işin icraatı tamamlanaraq yekun qərar çıxarılmışdır. Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, İddiaçı müraciət ərizəsindən, xəbərnamədən və poçt qəbzindən, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət edilmiş, həmçinin müraciətinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının və hərbi biletin notarial qaydada təsdiq olunmuş surətlərini, arxiv arayışlarını əlavə etmiş, onun ərizəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qeydə alınmış, lakin sənədlərin əslinin təqdim olunmaması əsas gətirilərək sənədləri geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4-cü bəndinin 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Həmin qaydaların 4.1.1-ci yarımbəndinə əsasən sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Göründüyü kimi cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi baxımından təftiş edilməsi üçün əslini tələb etməkdə haqlı olmuş və bununla iddiaçının hüquqlarını məhdudlaşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müvafiq araşdırma aparması üçün vaxt verilsə də, qeyd olunan sənədin təqdim edilibedilməməsi halına diqqət yetirməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçı müxtəlif dövrlərdə ümumilikdə 11 fərqli müəssisədə işləmiş, həmin dövrlərin güzəştli hesab edilə biləcək hissəsi ilə bağlı yuxarıda qeyd olunan Qaydaya 2 nömrəli Əlavədə göstərilmiş müvafiq arayışları inzibati orqana, eyni zamanda məhkəməyə təqdim etməmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin müəssisələrin hazırda fəaliyyətdə olub-olmaması araşdırılmamış, müsbət halda həmin müəssisələrdən arayışın əldə edilməsi, fəaliyyətdə olmadığı təqdirdə isə analoji fəaliyyətlə məşğul olan digər müəssisələrdən iddiaçının işlədiyi peşələrin zərərli olub-olmaması ilə bağlı məlumatların əldə edilməsini təmin etməmiş, sadəcə iddiaçının işlədiyi peşələrin adlarının müvafiq siyahıda olan kodlara uyğun gəlməsini müəyyən etməklə kifayətlənmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi özünün 16 aprel 2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi (“güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciət etdiyi tarixdən üç il əvvəlki tarixə hesablanıb ödənilməsi”) barədə ərizəni icraata qəbul etsə də, ərizədə pensiya təyinatı aparılması barədə tələbin olmamasına diqqət yetirməmiş, iddianın yenidən dəqiqləşdirilməsi barədə iddiaçıya hüquqi yardım etməmiş, buna baxmayaraq yekun qərar qəbul edərkən tələbdən kənara çıxamaqla iddiaçıya pensiya təyin edilməsi ilə bağlı iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(120)-522/2024 nömrəli qərarı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(120)-522/2024 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar