Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-474/2024 05.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2-1(120)-65/2023 saylı qərarından cavabdeh Kürdəmir rayonu Pirili bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Kürdəmir rayonu Pirili bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Pirili bələdiyyəsi ilə mərhum atası X2 arasında bağlanmış xx.xx.2002-ci il tarixli, 04 saylı torpaq icarə müqaviləsinin ləğv edilməsinə dair Pirili bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı ümumi iclasının qərarının ləğv edilməsi, mərhum atasına 25 il müddətinə icarəyə verilmiş 114 hektar torpaq sahəsinə görə Pirili bələdiyyəsi ilə yeni torpaq icarəsi müqaviləsinin bağlanmasının cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2-1(120)-65/2023 saylı qərarı ilə iddia təmin olunmuşdur. Kürdəmir rayonu Pirili bələdiyyəsinin nümayəndəsi qərardan apellyasiya şikayəti vermişdir. Kürdəmir rayonu Pirili bələdiyyəsinin səlahiyyətli nümayəndəsi, bələdiyyə sədri X6 apellyasiya şikayətinin mümkünlüyü mərhələsində teleqram göndərərək, apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin istinad olunmuş maddələrinə əsasən: Maddə 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Maddə 88.3. şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin geri götürmə barədə teleqramını ərizə kimi nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Beləliklə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini, iş materialları ilə birgə tədqiq edərək və yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin geri götürmə barədə ərizəsi nəzərə alınaraq iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2-1(120)-65/2023 saylı qərarından cavabdeh Kürdəmir rayonu Pirili bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin və apellyasiya şikayəti geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar. Sədrlik edən: Habil Bəhmənov Hakimlər: Samir Həsənov Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(106)-474/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-474/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver