Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-475/2024 04.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirаkı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(120)-532/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 52 yaşdan pensiya təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 12 iyun 2024-cü il tarixli, 2- 1(120)-532/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1997-xx.xx.2005-ci illərdə Hacıqabul rayonu 2 nömrəli mənzil istismar sahəsində işlədiyi kanalizasiya şəbəkəsinin təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında Siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində «yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri (2290000a—18447)» kodu ilə qeyd olunan siyahıda güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Həmçinin xx.xx.1987-04.xx.xx.1993-cü illərdə və xx.xx.1993xx.xx.1996-cı illərdə Xüsusi Enerji Mühafizə idarəsində izoləedici-plyonkaçı vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının XXVİİ bölümünün (2290000 kod üzrə) Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri hissəsinin 2290000a-12533 şifrəsinə əsasən izolyasiyaçılar-plyonkaçılar adı altında güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 18 ildən çox iş stajı mövcuddur. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi işləməklə 18 il 03 ay 21 gün əmək sığorta stajı vardır. Həmçinin xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixə kimi (2 il 06 ay 03 gün) “X13 Texnikomu”-nda əyani təhsil almışdır. Təhsillə birgə ümumi 20 il 09 ay 24 gün ümumi stajı vardır. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan, hesab edir ki, ona xx.xx.2019-cu il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin cavabdeh ümumi iş stajının 20 ildən az (19 il 13 gün (xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olmasını əsas gətirərək pensiya təyinatından imtina etmişdir Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (19 il 13 gün (xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan əlavə, Hacıqabul rayon 2 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 79 nömrəli arayışında xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə kanalizasiya sahəsinin təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Hacıqabul rayon 2 №-li Mənzil İstismar Sahəsinin fəaliyyət sahəsi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri sahəsinə aid deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti imtina aktının və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmiş, həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında 1987-ci il tarixli əmrin yazılşında şübhələr olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinə əsasən iddiaçının 1992-ci ilə dair iş dövrü nəzərə alınmamış, həmçinin 1987-1996-cı illərə dair güzəştli arayış təqdim edilmədiyindən həmin dövr güzəştli iş stajı kimi nəzərə alınmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə “Xüsusi enerji mühafizə” Azərbaycan-Rusiya Birgə müəssisəsinə izolyatorçu-plyonkaçəkən vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixli əmrlə 4-cü dərəcə izolyatorçu-plyonkaçəkən ixtisas dərəcəsi verilmiş, xx.xx.1996-cı il tarixdə işdən azad edilmiş, xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonu 2 nömrəli mənzil istismar sahəsində kanalizasiya şəbəkəsinin təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 09.10 1998-ci il tarixdə fəhlə işinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir. -X10 filialının xx.xx.2022-ci il tarixli, 596 nömrəli arayışında Əli Bayramlı DRES-in tərkibində fəaliyyət göstərmiş “Azərbaycan Rusiya Müştərək müəssisəsi” nin sənədlərinin filiala təhvil verilmədiyi bildirilir. -X4 filialının xx.xx.2022-ci il tarixli, 140 nömrəli arayışında bildirilir ki, Hacıqabul rayon 2 nömrəli Mənzil İstismar İdarəsinin 1997, 1998-2005-ci illərə aid əmr kitablarında iddiaçının adı aşağıda qeyd edildiyi kimi göstərilmişdir:- əmr № 4, xx.xx.1997-ci il tarixdən Kanalizasiya şəbəkəsinin təmiri üzrə çilingər qəbul edilsin. Əmr № 56, xx.xx.1998-ci il tarixdən fəhlə işinə keçirilsin. Əmr № 112, xx.xx.2005-ci il tarixdən öz xahişi ilə işdən azad edilsin. Əsas: Fond-88, sax.vah-2 -Hacıqabul rayonu 2 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 79 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixdə, 04 №-li əmrlə Hacıqabul rayon İcra Hakimiyyəti 2 №-li Mənzil İstismar Sahəsinə konalizasiya sahəsinin təmiri üzrə çlingər vəzifəsinə qəbul edilmişdir. Mənzil İstismar Sahəsinin xx.xx.1998-ci il tarixdə, 56 №-li əmrlə fəhlə işinə keçirilmiş və xx.xx.2005-ci il tarixdə, 112 №-li əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Onun xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi işlədiyi dövrlərdə peşə və vəzifə təlimatına əsasən gördüyü işlər bina və qurğularda yerləşən zirzəmilərdən keçən su, istilik sistemlərinin, konalizasiya (məişət texniki sualarının) xətlərinin təmiri və bərpasından, qəza vəziyyətində yaranmış halların yerindəcə müəyyən etməklə təmir və bərpa edilməsindən ibarətdir. Əmək fəaliyyəti müddətində ona əmək haqqına 12-24 %-ə kimi əlavə pul və məzuniyyət gününə 6 təqvim günü əlavə edilmişdir. İşlədiyi vəzifə ağır olduğundan sabun və süd məhsulları ilə təmin edilmişdir. Quliyeva X7 rayon İcra Hakimiyyətinin 2 №-li Mənzil İstismar Sahəsində işlədiyi 8 il 11 ay 02 gün işlədiyi dövrlərdən 1 il 10 ay 03 gün əmək stajı üzrə olan «kanalizasiya sahəsinin təmiri üzrə çlingər» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarının «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində «yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri (2290000a— 18447)» koduna uyğundur. Onun işlədiyi vəzifə ağır iş stajı olduğundan, siyahıda göstərilən koda əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verir. -NT № 034420 nömrəli diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixə kimi (2 il 06 ay 03 gün) “X13 Texnikomu”-nda əyani təhsil almışdır. -"xxxx" Açıq Səhmdar Cəmiyyəti «X11 Stansiyası» MMC-nin xx.xx.2024-cü il tarixli, 206/17-xx/xx-2024 nömrəli arayışında qeyd edilmişdir ki, “Cənub Xüsusi Enerji Mühafizə” müəssisəsi "xxxx" ASC-nin struktur vahidi olmamış, digər müəssisələr kimi müəyyən işlərin görülməsi məqsədi ilə müqavilə şərtləri əsasında podrat işləri görmüşdür. Həmin dövr ərzində da izolyasiyaçılar kərpiclə hörgü, qazan təmizləyənlər tərəfindən bilavasitə zərərli materiallarla (maye şüşə, şüşə lifli döşəklər, azbest parçalar,kvars qumu və s) yüksək təzyiqli temperaturlu boru kəmərləri, çənləri, qazanları izolyasiya edilmişdir. Qeyd olunmuş işləri görən işçilərə zərərli işə görə əlavə əmək haqqı və əlavə məzuniyyət günü verilmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının XXVİİ bölümünün (2290000 kod üzrə) Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri hissəsinin 2290000a-12533 şifrəsinə əsasən izolyasiyaçılarplyonkaçılar güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün əsasların olduğu müəyyən olunur. Büna əsasən də hesab edilir ki, izolyasiyaçılar-plyonkaçılar güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olunub-olunmaması məhkəmənin mülahizəsinə əsasən müəyyən olunur. Əlavə olarq bildirilir ki, “X11 Stansiyası” MMC-də izolyasiyaçıplyonkaçı ştat vahidi olmadığından həmin vəzifə üzrə vəzifə təlimatının təqdim olunması qeyri mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 20 il sığorta stajına malik olmalı və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir. Tərəflər arasında mübahisə iddiaçının ümumiyyətlə güzəştli iş stajının olmaması və xx.xx.2006-cı il tarixədək 20 il ümumi sosial sığorta stajının olmaması ilə bağlıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.1987xx.xx.1996-cı illərdə çalışdığı “Xüsusi enerji mühafizə” Azərbaycan-Rusiya Birgə müəssisəsinə izolyatorçu-plyonkaçəkən peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının XXVİİ bölümünün (2290000 kod üzrə) Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri hissəsinin 2290000a-12533 şifrəsinə əsasən izolyasiyaçılar-plyonkaçılar adı altında güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Bununla yanaşı, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək çalışdığı Hacıqabul rayon İcra Hakimiyyəti 2 №-li Mənzil İstismar Sahəsində konalizasiya sahəsinin təmiri üzrə çlingər peşəsi həmin “Siyahı”nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində «yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri (2290000a—18447)» kodu ilə qeyd olunan siyahıda güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Qeyd olunan dövrün güzəştli iş stajı kimi nəzərə alınması ilə bağlı məhkəmə kollegiyasının qənaəti həm də ondan qaynaqlanır ki, yuxarıda qeyd edilmiş müvafiq arayışa əsasən həmin dövrdə iddiaçının əmək haqqına 12-24 %-ə kimi əlavə pul və məzuniyyət gününə 6 təqvim günü əlavə edilmişdir. Birinci instansiya qərarını əsaslandırarkən iddiaçının xx.xx.1997-xx.xx.2005-ci illər üzrə bütün dövrdə Hacıqabul rayonu 2 nömrəli mənzil istismar sahəsində kanalizasiya şəbəkəsinin təmiri üzrə çilingər vəzifəsində işləməsini qeyd etsə də nəzərə almamışdır ki, iddiaçı xx.xx.1997-ci ildə həmin peşə üzrə işə qəbul edilsə də xx.xx.1998-ci il tarixdə fəhlə işinə keçirilmişdir. Odur ki, iddiaçının həmin müəssisədə çalışdığı yalnız xx.xx.1997-ci və xx.xx.1998-ci il aralığındakı dövr güzəştli hesab edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan qənaəti ilə razılaşmasa da qeyd edir ki, əslində güzəştli iş stajının 10 il olması iddiaçıya həmin şərtlərə uyğun pensiyanın təyin edilməsi üçün kifayət edir. Odur ki, birinci instansiya məhkəməsinin bu qənaəti qərarın ləğvi üçün əsas vermir. Məhkəmə kollegiyası həmçinin cavabdehin iddiaçının 20 il ümumi sığorta stajının olmaması barədə dəlili ilə də razılaşmır. Belə ki, cavabdeh imtina aktı, iddiaya qarşı etiraz və apellyasiya şikayətində iddiaçının sığorta stajı sıralanarkən xx.xx.1987-ci il tarixdə işə qəbul və xx.xx.1992-ci il tarixdə işdən azad edilməsi qeyd edilsə də onun əmək kitabçasında xx.xx.1992-ci il tarixdə işdən azad edilməsi barədə qeyd mövcud deyil, əksinə xx.xx.1987-ci il tarixdə “Xüsusi enerji mühafizə” Azərbaycan-Rusiya Birgə müəssisəsinə izolyatorçu-plyonkaçəkən vəzifəsinə qəbul edilməsi, xx.xx.1996-cı il tarixdə işdən azad edilməsi barədə qeyd mövcuddur. Cavabdeh qeyd olunan məsələni iddiaçıya məxsus əmək kitabçasında 1987ci il tarixli əmrin yazılşında şübhələr olması ilə əsaslandırsa da, məhkəmə kollegiyası tərəfindən həmin əmrin yazılışında hər-hansı şübhə doğuran hal müəyyən edilməmişdir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(120)-532/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-475/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-475/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver