Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-478/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx008 saylı, 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18032/2023 saylı və xx.xx.2024cü il tarixli, 3-17-4/3-3- 1594/2024 saylı qərarlarının ləğv edilməsi və ona ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1971/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyimin ləğv edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsi, əlilliyinin bərpa edilərək pensiyasının dayandırıldığı vaxtdan hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 16 oktyabr 2023-cü il tarixli, 3-17- 4/3-3-18032/2023 saylı qərarının ləğv edilməsi və ona ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx008 saylı, 16 oktyabr 2023-cü il tarixli, 3- 17-4/3-3-18032/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1594/2024 saylı qərarlarının ləğv edilməsi və ona ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ döyüşlərində iştirak etmişdir. Qarabağ döyüşlərində iştirak edərək yaralandıqdan sonra ona kəllə beyin travmasının qalığı, dəqiqləşdirilməmiş ensefalopatiya, qıc olma tutmaları diaqnozu qoyulub. Bundan başqa, Qarabağ döyüşlərindən ötən 30 ilə yaxın müddətdə onda daxili xəstəliklər də yaranıb. Belə ki, mədəsində bir neçə dəfə cərrahiyə əməliyyatı keçirmişdir. Daxili xəstəliklərlə bağlı ona ürəyin hipertenziv xəstəliyi, hipertaniya xəstəliyi 2-ci dərəcə, mədə xorası, kəskin qanaxma diaqnozu qoyulub. Döyüşlərdə yaralandığı üçün ona İİ qrup əlillik təyin edilib. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi və nazirliyin tabe təşkilatları tərəfındən ona təyin edilmiş əlillik ləğv edilib və pensiya verilişi dayandırılıb. Nazirliyin vətəndaşa heç bir məlumat vermədən, şəxsin canlı müayinədən keçirilməsi təmin edilmədən əlilliyin ləğv edilməsi qanunsuz və əsassızdır. Döyüşlərdə aldığı xəsarətlər, həmçinin daxili xəstəliklərlə bağlı olaraq əmək fəaliyyəti ilə məşğul ola bilmir. O, yalnız aldığı pensiya ilə yaşayır və ailəsini dolandırırdı. Heç bir əsas olmadan, şəxs öncədən məlumatlandırılmadan və canlı müayinədən keçirilməsi təmin edilmədən onun əlilliyinin ləğv edilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının “Əlilliyin qiymətləndirilməsi haqqında” Qanununun 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilityasiya Agentliyinin tibbisosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfındən həyata keçirilir. Azərbaycan Respublikasının “Əlilliyin qiymətləndirilməsi” haqqında Qanununun 2.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfındən Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonragöndəriş) əsasında aparılır. Azərbaycan Respublikasının “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” haqqında Qanunun 1.5-ci maddəsinə əsasən göndərişlərin verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində və ya son 12 (on iki) müddətində fasilələrlə ümumilikdə son 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli inkişafına mane olan sabit fıziki, psixi, əqli və ya hissiyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomiq çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının İV mərhələ ankoloji xəstəliklərin, V xronik böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Yuxarıda göstərilən qanunlardan göründüyü kimi əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır və pozuntuların, çatışmazlıqların, xəstəliklərin davam etməsi halında göndəriş verilir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi və nazirliyin tabe təşkilatları heç bir göndəriş verilmədən, qiymətləndirilmə aparılmadan, pozuntuların çatışmazlıqların və xəstəliklərin davam edib-etməməsi əyani müayinə olunaraq müəyyən edilmədən sadəcə əlillik müddətinin bitməsi səbəbindən sağalmağı barədə qənaətə gələrək əlilliyi ləğv etmiş və ona təyin edilmiş pensiyanın verilməsini dayandırmışdır. Pozulmuş hüquqlarının bərpası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə 14 fevral 2022-ci ildə müraciət edərək araşdırılma aparılmasını və əlilliyinin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 22 fevral 2022-ci il tarixli məktubla tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq barəsində 18 oktyabr 2021-ci il tarixdən “Diaqnoz əlillik təyin etmir” qərarını qəbul etdiyini bildirmişdir. Lakin, şikayətindən sonra müayinə edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qərara gəlməsi gözlənilən nəticədir və şikayətindən əvvəl heç bir müayinə olunmadan əlilliyin ləğv edilməsi və pensiya verilməsinin dayandırılması halı bu qərarın düzgünlüyünə şübhə doğurur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Postkontuzion sindrom, Kəllədaxıli travmanın qalıq əlamətləri. Travmatik ensefalopatiya. Qabarıq amneziya. Şəxsiyyətin emosional davamsız pozulması. Emosional labillik. yaddaş pozğunluğu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyın etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Ağcabədi rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0220003AAYF2 nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfındən xx.xx.2016-cı il tarixli 787 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə beyin travması, bas beyin silkələnməsi, Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Qarın nahiyəsinin coxsaylı qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafıəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında sıxılma hissindən, bayılmadan şikayətlənmişdir. Anamnestik məlumatlarında bayılma zamanı iynə (adını bilmədiyi dərman) vurulmasa özünə gələ bilmədiyini, mədəsindən cərrahi əməliyyat keçirdiyini bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını söyləmişdir. Müayinə zamanı qarının ön divarında total laporotomiya, sağtərəfli geniş pararektal kəsiklərin çapıqları izlənilmiş, çəkisi 56 kq, boyu 172 sm, BKİ 18,6 müəyyənləşdirilmiş, palpasiyada qarnı yumşaq olmuşdur. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsinə əsasən (KT) patologiya aşkarlanmamış, həmçinin psixi sənədlərində fərqli diaqnozlar qeyd olunmuşdur. Vətəndaş hər hansı xəstəliyə xarakter şikayətlər bildirməmiş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmiş, primitiv şəxs olaraq dəyərləndirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021- xx.xx.2021-ci il tarixli Çıxarışında diaqnoz “Kəllədaxili travmanın qalıq əlamətləri. Qapalı kəllə beyin travmasının, ensefalopatiya, qıcolma tutmaları ilə. Qabarıq amneziva. Səxsiyyətin emosional davamsız pozulması. Mədə xorası. Mədənin rezeksiyasından sonrakı vəziyyət. Emosional labillik. Yaddas pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021- xx.xx.2021-ci il tarixli, 1736/2021-ci il tarixli Çıxarışında diaqnoz “Kecirilmiş qapalı kəllə beyin travmasının qalığı, qıcolma tutmaları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 003206 nömrəli Çıxarışında diaqnoz “Kecirilmiş qapalı kəllə beyin travmasının qalığı. Epilepsiya, qıcolma tutmaları ilə. Şəxsiyyətin dəyişkənliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Mədənin subtotal Ru üsulu ilə rezeksiyası. Residiv xora. Hissəvi bağırsaq keçməzliyi. Bitismə xəstəliyi” kimi qeyd olunmuşdur. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli Kompüter Tomoqrafiya müayinəsinin nəticəsi “Bas beyin parenximasına aid patoloji həcmli proses izlənmir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fıziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfındən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1971/2024 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1971/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Postkontuzion sindrom, Kəllədaxili travmanın qalıq əlamətləri. Travmatik ensefalopatiya. Qabarıq amneziya. Şəxsiyyətin emosional davamsız pozulması. Emosional labillik, yaddaş pozğunluğu.;.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Ağcabədi rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0220003AAYF2 nömrəli xx.xx.2021 -ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 787 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə beyin travması, bas beyin silkələnməsi. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Qarın nahiyəsinin çoxsaylı qəlpə yaraları“ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında sıxılma hissindən, bayılmadan şikayətlənmişdir. Anamnestik məlumatlarında bayılma zamanı iynə (adını bilmədiyi dərman) vurulmasa özünə gələ bilmədiyini, mədəsindən cərrahi əməliyyat keçirdiyini bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını söyləmişdir. Müayinə zamanı qarının ön divarında total laporotomiya, sağtərəfli geniş pararektal kəsiklərin çapıqları izlənilmiş, çəkisi 56 kq, boyu 172 sm, BKİ 18,6 müəyyənləşdirilmiş, palpasiyada qarnı yumşaq olmuşdur. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsinə əsasən (KT) patologiya aşkarlanmamış, həmçinin psixi sənədlərində fərqli diaqnozlar qeyd olunmuşdur. Vətəndaş hər hansı xəstəliyə xarakter şikayətlər bildirməmiş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmiş, primitiv şəxs olaraq dəyərləndirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021xx.xx.2021-ci il tarixli Çıxarışında diaqnoz “Kəllədaxili travmanın qalıq əlamətləri. Qapalı kəllə beyin travmasının, ensefaiopatiya, qıcolma tutmaları ilə. Qabarıq amneziya. Şəxsiyyətin emosional davamsız pozulması. Mədə xorası. Mədənin rezeksiyasmdan sonrakı vəziyyət. Emosional labillik. Yaddaş pozğunluğu" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021 ci il tarixli 1736/2021-ci il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travmasının qalığı, qıcolma tutmaları ilə” ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 003206 nömrəli Çıxarışında dianqoz “Keçirilmiş qapalı kəllə beyin travmasının qalığı. Epileosiva, qıcolma tutmaları ilə. Şəxsiyyətin dəyişkəni iyi' ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Mədənin subtotal Ru üsulu ilə rezeksivası. Residiv xora. Hissəvi bağırsaq keçməzliyi. Bitişmə xəstəliyi" kimi qeyd olunmuşdur. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli Kompüter Tomoqrafiya müayinəsinin nəticəsi “Bas beyin parenximasına aid patoloji həcmli proses izlənmir1' kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ağcabədi rayon sakini xx.xx.1974cü ii təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0220003AAYF2 nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2023- cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS 3-17-4/3-1- 23932/2023). Yenidən 3- 17-4/1-4241/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)-1971 /2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Yekun olaraq: müayinə gedişatı boyunca vətəndaş qıcolma tutmaları haqqında şikayət bildirməmiş, həmçinin epikrizlərdə qeyd edilmiş “Qıcolma tutmalarım" təsdiq edəcək heç bir instrumental müayinə (MRT, KT, EEQ) nəticəsini ekspertizaya təqdim etməmişdir. Beləliklə, anamnestik və kliniki məlumatlara, təqdim etdiyi sənədlərə əsasən əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1971/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1971/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehlərin nümayəndəsi iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: -1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; -1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; -1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi -3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydası: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”.
Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat
87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin və ona qarşı etirazın dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1971/2024 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx008 saylı, 16 oktyabr 2023-cü il tarixli, 3- 17- 4/3-3-18032/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1594/2024 saylı qərarlarının ləğv edilməsi və ona ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, işə baxan birinci instansiya məhkəməsi Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx008 saylı qərarını qanunsuz hesab edərək ləğv etmiş, lakin iddianın xüsusi mümkünlük şərtlərinə qiymət verməmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə daxil olmuş vəsatətin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətlər baxımdan işə münasibət bildirlmədiyindən narazıdır və iddia müddətini üzürsüz səbəbdən ötürüldüyü üçün iddianın mümkünsüz sayılmamasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslığından öncə aparılan hüquqi dəyərləndirmədir. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx008 saylı qərarına münasibətdə iddianın xüsusi mümkünlük şərtlərinə qiymət verməli olduğu halda bunu etməmişdir. Bununla da prosessual hüquq normalarının tələbini pozmuşdur. Bundan başqa, işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qərarla yanaşı Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18032/2023 saylı qərarını da ləğv etmişdir. Halbuki, sözügedən qərarın məzmunundan aydın olur ki, həmin qərar yalnız iddiaçıya münasibətdə deyil, başqa şəxslərə də aid edilmişdir. Yəni, həmin qərarla iddiaçı ilə yanaşı digər şəxslərlə bağlı məsələ həll olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3- 18032/2023 saylı qərarına yalnız iddiaçıya aid hissədə hüquqi qiymət vermək imkanına malik olduğu halda, digər şəxslərin də mənafelərini mübahisə predmeti dairəsinə daxil etmişdir. Bundan başqa, işə baxan birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx008 saylı, 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18032/2023 saylı və xx.xx.2024cü il tarixli, 3-17-4/3-3-1594/2024 saylı qərarlarını ləğv edərək İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsini qeyd etsədə əlilliyin təyinat tarixini və müddətini müəyyən etməmişdir. Həmçinin, iddiaçının hüquqi marağına uyğun hansı qərarın mübahisələndirməli olduğunu aydınlaşdırmamış və bu istiqamətdə iddiaçıya hüquqi yardım etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.7-ci maddəsinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qeyd edilən hüquq normalarından görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən təqdim edilən göndəriş əsasında təyin edilir və əlillik təyin təyin edilərkən həmin qərarda əlilliyin hansı tarixdən hansı müddətə təyin edilməsi müəyyən edilməldir. Həmin qərardan narazı qalan tərəf “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verir. İşin faktiki hallarından görünür ki, İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0220003AAYF2 nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS 3-17-4/3-1-23932/2023). Yenidən 3- 17-4/1-4241/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)-1971 /2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Yekun olaraq: müayinə gedişatı boyunca vətəndaş qıcolma tutmaları haqqında şikayət bildirməmiş, həmçinin epikrizlərdə qeyd edilmiş “Qıcolma tutmalarım" təsdiq edəcək heç bir instrumental müayinə (MRT, KT, EEQ) nəticəsini ekspertizaya təqdim etməmişdir. Beləliklə, anamnestik və kliniki məlumatlara, təqdim etdiyi sənədlərə əsasən əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 12-ci bəndinə əsasən inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Həmin Qərarın 13-cü bəndinə əsasən inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Həmin Qərarın 14.1-ci bəndinə əsasən inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş istənilən inzibati akt deyil, iddiaçının hüquqi statusunu dəyişəcək, başqa sözlə, onun hüqunun genişlənməsinin qarşısını alan və məhdudlaşdıran inzibati akt mübahisə predmeti olacaqdır. Lakin, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın 3 (üç) qərarını ləğv etsə də, hansı qərarın iddiaçının hüquqi marağına toxunduğunu, yəni iddiaçının əlilliyinin qiymətləndirilməsi hansı qərar əsasında həyata keçirildiyini və həmin qərarın ləğv edilməsi ilə iddiaçı məqsədinə çata biləcəyini aydınlaşdırmamışdır. Eyni zamanda iddiaçıya hansı tarixdən əlillik təyin edilməsini qərarında göstərməmişdir. Halbuki, yuxarıda qeyd edilən hüquq normalarına görə əlilliyin hansı tarixdən qiymətləndirilməsi və müddəti əlilliyin qiymətləndirilməsi qərarında öz əksini tapmalıdır. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bundan başqa, birinci instansiya məhkəməsi qərarının əsaslandırma hissəsində qeyd edir ki, iddiaçının xx.xx.2020-ci il tarixdə fasiləsiz ikinci dərəcə əlillik müddəti 10 il təşkil etmiş, növbəti müayinəyə zərurət olmadan müddətsiz ikinci dərəcə əlillik hüququ yaranmış, lakin nəinki iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin olunması təmin edilməmiş, əksinə heç bir əsas olmadan 1 il 3 ay sonra xx.xx.2021-ci il tarixdə ona əlilliyin təyin olunmasından imtina edilmiş, bununla da, onun qanuni hüquqlarına kobud şəkildə müdaxilə olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçıya xx.xx.2016-cı il tarxidə 5 il müddətinə əlillik təyin edilsə də, xx.xx.2016-cı il tarixdə onun əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Başqa sözlə, xx.xx.2016-cı il tarixli əlillik vəziyyətinin qiymətləndirilməsi barədə qərar nəzərə alındığı halda, iddiaçının ikinci dərəcə əlillik müddətinin 10 il təşkil etməsini müəyyən etmək olmur. Bundan başqa birinci instansiya məhkəməsi qərarında istinad etdiyi sənədlərin (ekspert rəyi və s.) əsillərini deyil, kserosurətlərini iş materiallarına əlavə etmiş, həmçinin iş materiallarında mövcud olmayan sənədlərə (Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 787 nömrəli qərarına) istinad etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan qərarı müəyyən etməli, bundan sonra iddiaçıya hüquqi marağına uyğun iddia tələbinin dəyişdirilməsi ilə bağlı yardım etməli, bu barədə ərizə verə biləcəyi təklif edilməli, iddia tələbinin dəyişdirilməsi qəbul olunduğu halda yeni iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Nəticəvi hissə:
Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1971/2024 saylı qərarı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.