Məhkəmə qərarları › İş №2-1(106)-478/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-478/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-478/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılmaması, subyektiv hüquq) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi X11 və iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, üçüncü şəxs "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın qismən ləğv edilməsi” (üçüncü şəxslər: "xxxx" ASC (zəruri cəlbetmə) və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi (adi cəlbetmə) barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2-1(120)-521/2025 nömrəli qərardadından üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Seriya Б 00 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktından görünür ki, İddiaçınə Kürdəmir Rayon Xalq Deputatları Sovetinin 30 iyun 1995-ci il tarixli 6 nömrəli protokoluna əsasən Buzxanalı-Sallaqxananın ərazisindən cizgidə göstərilən sərhəd daxilində 40.0 hektar kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq sahəsi verilmişdir. Kürdəmir Rayon Dövlət Arxivinin 07 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...Kürdəmir Rayon Xalq Deputatları Sovetinin 30 iyun 1995-ci il tarixli 6 nömrəli protokolu arxivdə aşkar edilməmişdir.” Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 192 nömrəli sərəncamından görünür ki, "xxxx" X14 Cəmiyyətinin istifadəsinə rayonun bələdiyyə ehtiyat fondundan 1200 ha torpaq sahəsinin verilmişdir. xx.xx.1998-ci il tarixli aktda qeyd edilmişdir ki, “...Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 192 nömrəli sərəncamı ilə rayonun bələdiyyə ehtiyyat fondundan "xxxx" ATSC-yə ayrılmış əraziyə baxış keçirtdik. Baxış zamanı "xxxx" ATSC-yə ayrılmış 1200 ha torpaq sahəsinin sərhədləri Cəmiyyətin direktoru S.İəlolova göstərildi.” Akt Rayonun Torpaq şöbəsinin müdiri Gülbala Əsədov, mütəxəssisi Şakir Ağayev və Cəmiyyətin direktoru Sabit S.İəlolov tərəfindən imzalanmışdır. Seriya JN-284 Kod 90605005 nömrəli “Torpaqdan daimi istifadə hüququna” dair Dövlət aktından görünür ki, həmin akt Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 192 nömrəli sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 1200.59 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün olan torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Dövlət aktı qeydiyyat kitabında 17 sentyabr 1998-ci ildə 05 nömrə ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...İcarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı...sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktını əsas sənəd kimi təqdim etmisiniz. Bununla əlaqədar bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin elektron məlumat bazasında və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsindən qəbul edilmiş arxiv sənədlərində təqdim etdiyiniz Dövlət aktı ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Dövlət aktında torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları olmadığından elektron baza xəritəsində torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. ... Həmçinin bildiririk ki, Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC-yə məxsus torpaq sahəsi ilə üst-üstə düşür.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8361 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********17 mütəxəssis rəyinə əsasən İddiaçınə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında 40.0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün yerləşdiyi ərazini təsbit etmək mümkün olmadı. “Buzxana ASC-yə ayrılmış torpaq sahəsinin koordinatları elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir. ... 5-ci sual üzrə: Mütəxəssis rəyinə əsasən İddiaçınə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında 40.0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün "xxxx" ASC-yə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçının nümayəndəsinin naturada göstərdiyi 40 ha torpaq sahəsinin elektron baza məlumatlarında göstərilən "xxxx" ASC-yə məxsus olan torpaq sahəsi ilə üst- üstə düşdüyü müəyyən edildi.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4336 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-1611/2024 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçınə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında 40.0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün yerləşdiyi ərazini təsbit etmək mümkün olmadı. Baxış zamanı iddaçının nümayəndəsinin naturada göstərdiyi 40.0 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İdarənin elektron baza məlumatlarında göstərilən "xxxx" ASC-yə ayrılmış 1498.7 ha torpaq sahəsinin koordinatları elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir. 2-ci sual üzrə: Mütəxəssis rəyinə əsasən İddiaçınə İddiaçınə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında 40.0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün torpaq sahəsinin hüquqi statusunu, hüquqi rejimini, uqodiyası, növü və təyinatını müəyyən etmək mümkün olmadı. Baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi 40.0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı olmaqla dövlət mülkiyyətinə aiddir. Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 192 saylı sərəncamı ilə "xxxx" ASC-yə verilmiş 1200 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla müvafiq olaraq əkin, örüş və dinc uqodiyalı olmaqla dövlət mülkiyyətinə aiddir. 3, 4 və 5-ci suallar üzrə: İddiaçınə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında 40.0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün sualları cavablandırmaq mümkün olmamışdır. Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40.0 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında "xxxx" ASC-nin yerləşdiyi torpaq sahəsi olaraq göstərilən 1498.7 ha torpaq sahəsinin 37.6 ha hissəsi ilə üst-üstə düşür (sxemdə göstərilmişdir). "xxxx" ASC Cavabdeh başçısının 14 avqust 1998-ci il tarixli 192 saylı sərəncamı ilə ayrılmış 1200.59 ha torpaq sahəsinin dinc uqodiyalı 127.5 ha torpaq sahəsinə **********27 reyestr nömrəli çıxarış, əkin uqodiyalı 421.4 ha hissəsinə **********28 reyestr nömrəli çıxarış, 21.0 ha hissəsinə **********29 reyestr nömrəli çıxarış, 30.9 ha hissəsinə **********16 reyestr nömrəli çıxarış əldə etmişdir və sözügedən çıxarışlarda göstərilən torpaq sahələri iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40.0 ha torpaq sahəsi üst-üstə düşmə mövcud deyil.” “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-4446/2025 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə İddiaçınə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktı İdarənin elektron baza məlumatlarında mövcud deyildir. İddiaçı tərəfindən idarəyə təqdim edilmiş İddiaçınə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında təsvir edilən cizgi yerquruluşu qaydalarına uyğun tərtib edilmədiyi üçün, həmçinin istinad nöqtələri mövcud olmadığı üçün 40.0 ha torpaq sahəsinin yerləşdiyi ərazini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddaçının nümayəndəsinin naturada göstərdiyi 40.0 ha torpaq sahəsinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. 2-ci sual üzrə: Cavabdeh başçısının 14 avqust 1998-ci il tarixli 192 saylı sərəncamı ilə "xxxx" ATSC-nin istifadəsinə ayrılmış 1200.59 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş İdarənin elektron baza məlumatlarında mövcud olan JN-284 (Kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktının yerləşmə vəziyyətinə uyğun olaraq 1200.59 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. 3-cü sual üzrə: Cavabdeh başçısının 14 avqust 1998-ci il tarixli 192 saylı sərəncamı ilə "xxxx" ATSC-nin istifadəsinə ayrılmış 1200.59 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN-284 Kod 90605005 nömrəli Dövlət aktında göstərilən plan (cizgi) idarənin elektron baza məlumatlarında mövcud olan JN-284 (Kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktının plan və cizgisinə uyğundur. 4-cü sual üzrə: Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40.0 ha torpaq sahəsinin 15.29 ha hissəsi İdarənin elektron baza məlumatlarında mövcud olan Cavabdeh başçısının 14 avqust 1998-ci il tarixli 192 saylı sərəncamı ilə "xxxx" ATSC-nin istifadəsinə ayrılmış 1200.59 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN-284 (Kod ********) nömrəli Dövlət aktında göstərilən 1200.59 ha torpaq sahəsi ilə üst-üstə düşür.” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 iyul 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “...“Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 495 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş X4 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. 9 saylı Ərazi Vergilər İdarəsinin 02 iyul 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “..."xxxx" X14 Cəmiyyəti xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət xx.xx.2012-ci il tarixli ümumi yığıncağın qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh başçısının "xxxx" ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamının Kürdəmir Rayon Xalq Deputatları Sovetinin 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçınə verilmiş 40.0 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təsisçisi olduğu İddiaçı Cavabdeh başçısının 28 yanvar 1992-ci il tarixli 43 nömrəli sərəncamı ilə qeydə alınmış, nizamnaməsi təsdiq edilmiş, bundan sonra müəssisə fəaliyyətə başlamış və vergi ödəyicisi kimi qeydiyyatdadır. Müraciəti əsasında Kürdəmir Rayon Xalq Deputatları Sovetinin 30 iyun 1995-ci il tarixli 6 nömrəli protokoluna əsasən Kürdəmir Rayon Buzxanalı- Sallaqxananın razılığı və rəsmi məktubu ilə onun ərazisindən 40.0 hektar kənd təsərrüfatı məhsulları istehsal etmək üçün İddiaçınə verilmiş və torpaq sahəsi ilə bağlı seriya Б 00 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktı tərtib edilmişdir. Həmin vaxtdan mübahisəli torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Torpaq sahəsi üzərində hüquqla bağlı yeni qaydada çıxarış əldə olunmamışdır. Bununla bağlı müvafiq sənədlərlə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, lakin əsassız olaraq imtina edilmişdir. Halbuki, seriya Б 00 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında torpaq sahəsinin kadastr göstəriciləri və torpaq sahəsinin qaiməsi, yəni sertifikatı açıq aydın qeyd olunmuşdur. Məsələ ilə bağlı məhkəməyə müraciət etmiş, işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ona verilmiş 40.0 ha torpaq sahəsi Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 192 nömrəli sərəncamı ilə "xxxx" X12 Cəmiyyətinə verilmiş 1200 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2-1(120)-521/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilərək, Cavabdeh başçısının "xxxx" ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamı Kürdəmir Rayon Xalq Deputatları Sovetinin 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçınə verilmiş 40.0 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2-1(120)-521/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin xx.xx.1997-ci il tarixli 495 nömrəli sərəncamı ilə X6 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Çek auksionlarında səhmləri satılacaq "xxxx" ASC haqqında məlumatdan görünür ki, xx.xx.1997-ci il tarixdə Cəmiyyətin torpaq sahəsinin ölçüsü 1868.5 ha təşkil etmişdir. "xxxx" Dövlət Şirkətinin X4 çevirilməsi nəticəsində yaradılmış onun hüquqi varisi olan "xxxx" ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsi tərəfindən 7/08 say şəhadətnamə ilə xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırkı inzibati iş üzrə verilmiş mütəxəssis rəyi məzmunca bundan əvvəl Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş İddiaçı İKKM-nin iddiası ilə bağlı 2-1(120)- 231/2023 nömrəli inzibati iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin (bundan sonra-16 saylı Ucar Ərazi İdarəsi) xx.xx.2023-cü il tarixli 3 21-3-36/2-3151/2023 nömrəli mütəxəssis rəyi ilə eynidir. Belə ki, 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2- 3151/2023 nömrəli mütəxəssis rəyindən aydın olur ki, İddiaçı İKKM-nin təqdim etdiyi “Torpağa mülkiyyət, sahiblik və daim istifadə haqqında” Dövlət Aktında 40.0 hektar torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün yerləşdiyi ərazini təsbit etmək mümkün olmamışdır. Mütəxəssis rəyində həmçinin, qeyd edilmişdir ki, İddiaçı İKKM-ni təqdim etdiyi Dövlət aktında 40.0 hektar torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün "xxxx" ASC-yə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. İddiaçı İKKM-nin nümayəndəsinin naturada göstərdiyi 40 hektar torpaq sahəsinin elektron baza məlumatlarında göstərilən "xxxx"ASC-yə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. Bundan başqa, Kürdəmir Rayon XDS tərəfindən xx.xx.1995-ci il tarixli 6 nömrəli protokola əsasən İddiaçı İKKM-yə 40.0 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq sahəsinin verildiyini və hal-hazırda həmin müəssisənin istifadəsində olduğunu bildirməsi barədə Kürdəmir RİHB-nin Muradxan kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 169 nömrəli arayışı da iddia tələbinin qanuni olduğunu təsdiq etmir. Çünki, bu məlumat iddia ərizəsində əksini tapmışdır və "xxxx" ASC-nin mövqeyinə görə həmin torpaq sahəsi iddiaçı tərəfindən zəbt olunmuşdur. Ona görə da "xxxx" ASC bu barədə Şirvan Kommersiya Məhkəməsində iddia qaldırmış və iş hazırda icraatdadır. Hazırki iş üzrə xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4336 nömrəli ekspert rəyi verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi səhv şərh edimişdir. Belə ki, ekspert rəyində qoyulmuş sualların demək olar ki, hər birində İddiaçı İKKMyə verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktında 40.0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün yerləşdiyi ərazini təsbit etməyin mümkün olmadığı, həmin torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün torpaq sahəsinin hüquqi statusunun, hüquqi rejiminin, uqodiyasının, növünün və təyinatının müəyyən edilməsinin mümkün olmadığı, İdarənin elektron baza məlumatlarında göstərilən "xxxx" ASC-yə ayrılmış 1498.7 ha torpaq sahəsinin koordinatlarının elektron baza məlumatlarına əsasən müəyyən edildiyi bildirilmiş, eyni zamanda, baxış zamanı iddaçının nümayəndəsinin naturada göstərdiyi 40.0 ha torpaq sahəsinin koordinatlarının müəyyən edildiyi, iddiaçının nümayəndəsinin naturada göstərdiyi 40.0 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı olmaqla dövlət mülkiyyətinə aid olduğu, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40.0 ha torpaq sahəsinin İdarənin elektron baza məlumatlarında “Kürdəmir Buzxana" ASC-nin yerləşdiyi torpaq sahəsi olaraq göstərilən 1498.7 ha torpaq sahəsinin 37.6 ha hissəsi ilə üst-üstə düşdüyü və bunun sxemdə göstərildiyi qeyd edilmişdir. Ekspertin rəyindən aydın olur ki, İddiaçınə verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında göstərilən 40.0 ha torpaq sahəsinin koordinatları mövcud deyil və onun yerini müəyyən etmək mümkün olmamışdır. Yalnız ekspertlə birlikdə tədqiq edilən torpaq sahəsinə yerində müayinə zamanı iştirak edən iddiaçını nümayəndəsi faktiki istifadə etdiyi torpaq sahəsini ekspertə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında göstərilən 40.0 ha torpaq sahəsi kimi təqdim etmişdir. Əlbəttə, torpaq sahəsinin yerləşdiyi yerin bu üsulla və qaydada müəyyən edilməsi torpaq münasibətlərini tənzimləyən qanunvericilik normalarının tələblərinə birbaşa ziddir. xx.xx.1991-ci iı tarixdə qəbul edilmiş və xx.xx.2001-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Qanunun qeyd edilən normalarının tələblərinə əsasən Kürdəmir Rayon XDS tərəfindən xx.xx.1995-ci il tarixli 6 nömrəli protokola əsasən 40.0 hektar topaq sahəsi İddiaçınə verilərkən onun koordinatları, qonşu nöqtələri və sərhədləri yerdə (naturada) müəyyən edilməli, səlahiyyətli şəxslərin iştirakları ilə həmin torpaq sahəsinə baxış keçirilməli, ərazi iddiaçının nümayəndəsinə təhvil verilməli, bununla bağlı müvafiq akt tərtib edilməli və bir nüsxəsi də iddiaçının nümayənədəsinə verilməli idi. Qanunla müəyyən edilmiş bu tələblərə əməl edilmədən hər hansı ölçüdə torpaq sahəsinin fiziki və ya hüquqi şəxsə ayrılması mümkün deyildir. Lakin, iddiaçının nümayəndəsi Kürdəmir Rayon XDS tərəfindən adıçəkilən qərar qəbul edilənədək İddiaçınə göstərilən torpaq sahəsinin ayrılıb verilməsini təsdiq edən hər hansı fakt və ya sübut təqdim etməmiş, torpaqayırma prosesinin nə vaxt və necə həyata keçirilməsi barədə iddia ərizəsində də bildirməmişdir. Ona görə də belə təəssürat yaranır ki, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktında göstərilən 40.0 ha torpaq sahəsinin koordinatları, qonşu nöqtələri və sərhədləri yerdə (naturada) iddiaçıya göstərilməmiş, ərazi müəyyən edilməmiş, əksinə, həmin ərazini iddiaçı öz istəyinə uyğun özbaşına seçib istifadə etməyə başlamışdır. Çünki, iddiaçıya yaxşı məlum idi ki, dövlət müəssisəsi olan Buzxana Sallaqxana xx.xx.1997-ci il tarixdə özəlləşdiriləndə onun 1868.5 ha ölçüdə torpaq sahəsi olmuşdur. Onun bir hissəsindən iddiaçının öz istədiyi ərazidə istifadə etməsi kimdəsə narazılıq yaratmaya bilər. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin koordinatlarını, döngə nöqtələrini və sərhədlərini Dövlət aktında olan rəsmi məlumatlara əsasən deyil, şifahi məlumatlara (işin nəticəsində birbaşa marağı olan iddiaçının nümayəndəsinin izahatına və şahid ifadəsinə) əsasən müəyyən etmiş, əsassız olaraq, həmin torpaq sahəsinin "xxxx" ASC-yə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi qənaətinə gəlmişdir. xx.xx.1997-ci il tarixdə "xxxx" ASC-yə çevirilənədək X9 dövlət müəssisəsi olan "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuşdur. Belə vəziyyətdə isə X4 istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsinin hər hansı hüququ və ya fiziki şəxsə verilməsi onun özünün deyil, tabeliyində olduğu "xxxx" Dövlət Şirkətinin səlahiyyətinə aid olmuşdur. Əgər iddia ərizəsində göstərildiyi kimi X5 istifadəsində olan torpaq sahəsinin 40 hektarının İddiaçınə verilməsinə rəsmi məktubla razılıq verilsəydi, onda iddiaçı həmi məktubu məhkəməyə təqdim edərdi. Ancaq iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. X4 özü də torpaq sahəsinin 40 hektarını iddiaçının istifadəsinə və mülkiyyətinə verilməsi barədə heç bir dövlət orqanına müraciət etməmişdir. İddia ərizəsində qeyd edildiyi kimi kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 40 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə, sahibliyinə və istifadəsinə verilməsinə dair "xxxx" ASC-də heç bir sənəd aşkar edilməmişdir. Seriya Б 00 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktının mötəbərliyi şübhə doğurur. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Üçüncü şəxsin vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Xalq Deputatları Sovetinin 30 iyun 1995-ci il tarixli 6 nömrəli protokoluna əsasən İddiaçınə verilmiş 40 ha torpaq sahəsi naturada "xxxx" ASCyə xx.xx.1998-ci il tarixli 284 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktında göstərilən 1200 ha torpaq sahəsinin 600 ha hissəsində, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, çıxarışı olmayan hissəsində üst-üstə düşür. Belə olan halda Cavabdeh başçısının "xxxx" ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamı Kürdəmir Rayon Xalq Deputatları Sovetinin 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçınə verilmiş 40 ha torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Mübahisənin həlli baxımından iddiaçıya və üçüncü şəxsə ayrılmış torpaq sahələrinin sənəd üzrə yerlərinin dəqiq müəyyən edilməsi həlledici əhəmiyyət daşıyır. İddiaçı iddia edir ki, ona Kürdəmir Rayon Xalq Deputatları Sovetinin 30 iyun 1995-ci il tarixli 6 nömrəli protokoluna əsasən verilmiş və seriya Б 00 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında göstərilən torpaq sahəsinin koordinatları sonradan Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 192 nömrəli sərəncamı ilə "xxxx" X14 Cəmiyyətinə verilmiş 1200 ha torpaq sahəsi və seriya JN-284 Kod 90605005 nömrəli “Torpaqdan daimi istifadə hüququna” dair Dövlət aktında göstərilən torpaq sahəsi ilə müəyyən hissədə üst-üstə düşür. Torpaq sahəsi ilkin olaraq ona verildiyi və bununla bağlı hüquq müəyyənedici sənəd qüvvədə olduğu müddətdə digər şəxsə verilə bilməzdi. İddiaçıya və üçüncü şəxsə ayrılmış torpaq sahələrinin sənəd üzrə yerlərinin dəqiq müəyyən edilməsi ilə bağlı bildirilir ki, 3 mütəxəssis və 2 ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı Kürdəmir Rayon Xalq Deputatları Sovetinin 30 iyun 1995-ci il tarixli 6 nömrəli protokoluna əsasən verilmiş və seriya Б 00 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət aktında göstərilən torpaq sahəsinin yerini sənəd üzrə müəyyən etmək mümkün deyil. İddiaçıya torpaq ayrılan zaman qüvvədə olan (xx.xx.1991-ci iı tarixdə qəbul edilmiş və xx.xx.2001-ci il tarixədək qüvvədə olmuş) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Əksinə, Cavabdeh başçısının 14 avqust 1998-ci il tarixli 192 saylı sərəncamı ilə "xxxx" ATSC-nin istifadəsinə verilmiş torpaq sahəsi ilə bağlı tərtib edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN-284 Kod 90605005 nömrəli Dövlət aktında göstərilən plan (cizgi) idarənin elektron baza məlumatlarında mövcud olan JN-284 (Kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktının plan və cizgisinə uyğundur. İddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40.0 ha torpaq sahəsinin 15.29 ha hissəsi İdarənin elektron baza məlumatlarında mövcud olan Cavabdeh başçısının 14 avqust 1998-ci il tarixli 192 saylı sərəncamı ilə "xxxx" ATSC-nin istifadəsinə ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN- 284 (Kod ********) nömrəli Dövlət aktında göstərilən 1200.59 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəfindən iddia edilən (mübahisə üzrə naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi) torpaq sahəsi ilə bağlı iddia irəli sürülməsi, yəni üçüncü şəxsə torpaq sahəsinin verilməsi barədə qərarı mübahisələndirməsi üçün onun subyektiv tələb hüququna malik olması zəruri mümkünlük şərtidir. Bunun üçün onun məhz həmin torpaq sahəsinə dair hər hansı bir hüququn olması sübut olunmalıdır. İddiaçı tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsi isə hüquqi əsas sayılmır və bu, mülkiyyət və ya istifadəyə dair hüququn yaranması üçün yetərli deyil. Belə olan halda, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ istisna olunur. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Beləliklə, məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2-1(120)-521/2025 saylı qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının "xxxx" ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamının Kürdəmir Rayon Xalq Deputatları Sovetinin 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçınə verilmiş 40.0 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar