Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-48/2024 09.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-337/2023 nömrəli qərarından cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 3 il müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 20 aprel 2023-cü il tarixli, 2- 1(120)-337/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (15 dekabr 2021-ci il) əvvəlki illər üçün, yəni 15 dekabr 2018-ci ildən 15 dekabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat imtina aktında və məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında iddiaçının xx.xx.2006-cı il tarixinə güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən ümumi sığorta stajına malik olmasını mübahisələndirməmiş, yalnız “Qum adası” NQÇİ-də və “BEOCL” şirkətində qazın və neftin ayrılması, qazın yığılması, hazırlanması, nəqli sexində əmtəə operatoru vəzifəsində işlədiyi sahələrin güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən sahələrə aid olmadığını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina etmişdir. İddiaçının “Qum adası” NQÇİ-də və “BEOCL” şirkətində xx.xx.1995-ci ildən xx.xx.2006-cı il tarixədək olan 10 il 7 ay 25 gün işlədiyi əmtəə operatoru vəzifəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olduğu həm qanunvericiliklə, həm də iş üzrə təqdim və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə tam təsdiq olunduğundan iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 10 ildən artıq güzəştli iş stajı vardır. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci ildə anadan olmuş, xx.xx.1984-cü il tarixdən Laçın rayonu “Axundov” adına sovxozda fəhlə işləməyə başlamış, əmək kitabçasında qeyd olunan sovxoza işə qəbul olunmağı göstərilsə də, məcburi köçkün kimi yaşadığı rayondan çıxdığı üçün işdən azad olmağı barədə əmək kitabçasında qeyd yazılmamışdır. Onun xx.xx.1984-cü ildən xx.xx.1992 il tarixədək Laçın rayonu “Axundov” adına sovxozda fəhlə işləməyi Laçın Rayon İcra Hakimiyyəti Başçısının Pircahan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və aktla təsdiq olunur. xx.xx.1993-cü ildə “Azərelektroişıq” İB-də işləməyə başlamış, daha sonra “Qum Adası” NQÇİ-də işləmiş və bu günə kimi işləyir. xx.xx.2006-cı il tarixədək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli pensiya hüququ verən iş stajına malik olmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2017-ci il tarixdən, 52 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalı idi. Həmin vaxtdan hazıra kimi dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də ona pensiya təyin olunmamışdır. Bununla bağlı cavabdehə müraciət etsə də xüsusi şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan güzəştli əmək stajı 2 il 5 ğün təşkil etdiyindən ona ğüzəştli şərtlərlə əmək pensiyası təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Mərkəzi Filiala təqdim edilmiş SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin 15 sentyabr 2020-ci il tarixli arayışında iddiaçının xx.xx.1997-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “Qum adası” NQÇİ-də, “BEOCL” şirkətinin arayışında isə xx.xx.2010-cu il tarixdən bugünədək qazın və neftin ayrılması, qazın yığılması hazırlanması, nəqli sexində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahələr yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəblərdən də güzəştli iş stajı 10 ildən az (2 il 5 gün (xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arayışı sadəcə arxiv arayışı olub, məzmun etibarilə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını müəyyən etməyə imkan vermir. Qeyd olunan arayışda, həmçinin “BEOCL” şirkətinin xx.xx.2021ci it tarixli arayışında iddiaçının işlədiyi sahə, peşə və vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməmişdir. Həmçinin iş materiallarında olan məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli sorğuya 31 oktyabr 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçının işlədiyi qazın yığma operatoru və əmtəə operatoru peşələri Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”ndakı hər hansı peşə ilə eynilik təşkil etmir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının vəkili əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq “Azneft” İstehsalat Birliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 14-2-1/2-2492/2023 nömrəli məktubda bildirilir ki, İddiaçı "Qum adası" Neft və Qazçıxarma idarəsinin Qaz-kompressor sexində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci ii tarixədək qazın yığma operatoru, Qazın və neftin ayrılması sahəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü i! tarixədək, Qazın yığılması, hazırlanması və nəqli sexində xx.xx.2004-cü tarixdən xx.xx.2010-cu ii tarixədək əmtəə operatoru peşəsində işləmişdir. İddiaçı “Qum adası” Neft və Qazçıxarma idarəsinin Qazkompressor sexində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək qazın yığma operatoru peşəsində işləmişdir. Vətəndaşın işlədiyi qazın yığma operatoru peşəsi Vahid X1 yığılması üzrə operator adı ilə qeyd edilmişdir və Nazirlər Kabinetinin təsdiq etdiyi adıçəkilən “Siyahı’Yıın heç bir bölməsində nə qazın yığma operatoru peşəsi, nə də qazın yığılması üzrə operator peşəsi nəzərdə tutulmamışdır. İddiaçı “Qum adası” Neft və Qazçıxarma idarəsinin Qazın və neftin ayrılması sahəsində xx.xx.1997-ci i! tarixdən xx.xx.2004-cü il tarixədək, Qazın yığılması, hazırlanması və nəqli sexində xx.xx.2004-cü tarixdən xx.xx.2010-cu il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. Vətəndaş xx.xx.1997-ci il tarixdən xx.xx.2010-cu ii tarixədək əmtəə operatoru peşəsində işlədiyi dövrdə qazın yığılması işlərini icra etmiş və qazın, neftin və suyun ayrılması funksiyalarını yerinə yetirən seperasiya qurğularına xidmət etmişdir. “Siyahı’ıın Xİİ bölməsinin 3-cü yarımbölməsinin 1-ci hissəsinə əsasən həmin hissədə sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər aşağıdakı işlərlə məşğul olduqları halda şəxsin “Siyahı”nın həmin hissəsində qeyd edilən peşələrdə (vəzifələrdə) işlədiyi dövr güzəştli əmək stajı sayılır. “Siyahı”nın Xİİ bölməsinin 3-cü yarımbölməsinin 1-ci hissəsində aşağıdakı işlər qeyd edilmişdir: -neft məhsullarının və neftin katalitik riforminqinin distiilə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaiarın neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri. Sadalanan işlərin qaz təsərrüfatına aid olanları Azərbaycan Respublikasının Metanol Zavodunda və X9 yerinə yetirlən işlərdir. Qeyd edilənlərdən də göründüyü kimi İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2010-cu il tarixədək işlədiyi əmtəə operatoru peşəsinin adı “Siyahı”nm Xll bölməsinin 3-cü yarımböiməsinin 1-ci hissəsində qeyd edilməsinə baxmayaraq, onun həmin peşədə işlədiyi dövrdə yerinə yetirdiyi işlər “Siyahı''nın həmin hissəsində nəzərdə tutulmuş işlərlə eynilik təşkil etmir. Qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda xx.xx.2024-cü il tarixli qərarla dəyişiklik edilmiş və “siyahı”nın 10.2 bəndi üzrə “qazın yığılması üzrə operatorlar” peşəsi əlavə edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, “Azneft” İstehsalat Birliyi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 14-2-1/2-1569/2024 nömrəli məktubda bildirilir ki, İddiaçı “Qum adası” Neft və Qazçıxarma İdarəsinin Qaz-kompressor sexində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (2 il 3 ay 27 gün) işlədiyi qazın yığma operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “qazın yığılması üzrə operatorlar” peşəsi ilə, Qazın və neftin ayrılması sahəsi və Qazın yığılması, hazırlanması və nəqli sexində xx.xx.1997-ci il tarixdən xx.xx.2010-cu il tarixədək (13 il 1 ay) işlədiyi əmtəə operatoru peşəsi isə həmin yarımbölmədə nəzərdə tutulan “əmtəə operatorları” peşəsi ilə uyğunluq təşkil edir. Səlahiyyətli qurumun məktubu bu qənaətə gəlməyə əsas verir ki, iddiaçı əvvəllər “əmtəə operatoru” olaraq qazın yığılması işlərini icra etmiş və peşə funksiyaları Siyahıya sonradan daxil edilmiş “qazın yığılması üzrə operatorlar” vəzifəsinin funksiyaları ilə eyni olmuşdur. Odur ki, iddiaçı xx.xx.2024-cü il tarixdən Siyahıya əlavə edilmiş peşədə nəzərdə tutulan 10 ildən az olmayan güzəştli staja malik olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-337/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-48/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-48/2024
09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver