Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-48/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-28/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Girdəni kəndində yerləşən 1000 kv.m-dən ibarət olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(120)-550/2021 saylı qərardadı ilə Lənkəran rayonu Girdəni bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə, Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)- 28/2024 saylı qərardadı ilə X3, X5, X4, X7 və X8 iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Girdəni Bələdiyyəsinin 01 avqust 2006-cı il tarixli, 06 saylı qərarı ilə ona Girdəni Bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün 1000 kv.m torpaq sahəsi ayrılmış və 13 fevral 2006-cı il tarixli torpaqların alqısatqısına dair Akta əsasən bunun müqabilində Girdəni Bələdiyyəsinin **********0 saylı bank hesabına Kapital Bank vasitəsi ilə 660.000 (altı yüz altmış min) manat (köhnə manatla) məbləğində pul ödəmişdir. Həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən planı və ölçüsü tərtib edilərək X13 kitabında 13 mart 2006-cı il tarixdə 224 nömrə ilə uçota alınıbdır. Həmin vaxtdan Bələdiyyə tərəfindən ona verilmiş torpaq sahəsindən istifadə edir və hal-hazırda istifadəsindədir. Buna görə də həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə ona reyesterdən Çıxarışın və texniki sənədlərin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşmmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi müraciətinə 11 dekabr 2020-ci il tarixli məktubu ilə müxtəlif bəhanələrlə imtina etmişdir. Hesab edir ki, cavabdehin həmin imtinası tam əsassız və qanunsuz olmaqla onun hüquqlarını pozur. Həmin imtina məktubunu 11 dekabr 2020-ci il tarixdə almışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən, Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı müvafiq qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü hazırki iş üzrə İddiaçı ayrılmış 1000 kv.m həyətyanı torpaq sahəsinə dair həmin şəxsin adına müvafiq qeydiyyatın aparılması öhdəliyinin üzərilərinə qoyulmasına dair iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi ilə əlaqədar tərəflərindən aidiyyəti hissədə arxiv və baza məlumatları araşdırıldı. Hazırki iş üzrə sərəncama münasibətdə, habelə iddia ərizəsində qeyd olunanlarla bağlı tərəflərindən müvafiq araşdırmalar aparılmıış və nəticədə məlum olmuşdur ki, mövcud DWG (xəritə) baza məlumatlarına əsasən Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı müvafiq qərarı ilə həyətyanı məqsədilə iddiaçıya ayrılmış ümumilikdə həmin 1000 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyəti qeyd olunmuş ərazidə yerləşir. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466- İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə uyğun olaraq 2007-ci il 01 dekabr tarixindən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məlumat üçün bildiririk ki, iddiaçı tərəfindən təqdim olunmuş sözügedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən Lənkəran rayonu, Girdəni bələdiyyəsi mövcud 1000 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının tanınması prosedurundan sonra notarial alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini özgəninkiləşdirə bilər. Belə ki, iddiaçının ərizəyə əlavə olunmuş ilkin hüquqmüəyyənedici sənədlər üzrə ayrılmış torpaq sahəsi xəritə məlumatlarında Lənkəran rayonu, Girdəni bələdiyyəsinə aiddir, həmin sənədlər əsasında sözügedən şəxs tərəfindən Ərazi İdarəsinə əvvəllər müraciət olunmuş və faktiki yerində aidiyyəti mütəxəssisin iştirakı təmin olunmaqla ölçü işləri aparılmış, həmçinin təqdim olunmuş sənəd üzrə məlumatlarla mövcud xəritə məlumatları dəqiqləşdirilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş plan ölçü sənədi (kadastr planı) mühüm əhəmiyyətli sənədlərdən sayldığından, faktiki yerində aparılan müayinənin nəticələrinə uyğun baxıla bilər. Yuxarıda qeyd olunanlara əsasən sərəncamın 2-ci bəndində qoyulan tələbin yerinə yetirilməsinə (vahid daşınmaz əmlak obyekti olaraq yuxarıda göstərilən torpaq sahəsinə dair hazırki iş üzrə iddiaçının adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) münasibətdə bildiririk ki, aidiyyəti mübahisələrin həlli ilə bağlı səlahiyyətlər Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Hal-hazırda, sözügedən mübahisəli (həyətyanı və pay torpağından çıxarılma, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, ilkin sənədlərdə dəyişiklik edilməsi, ilkin hüquqmüəyyənedici sənədlərdə olan məlumatlarla xəritə məlumatları arasında olan uyğunsuzluq və torpaq sahələrinin təyinatına münasibətdə) məsələlərin həlli ilə bağlı (şəhadətnamə, dövlət aktı, ilkin bələdiyyə qərarları və plan ölçü üzrə) səlahiyyətli qurum olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti çıxış edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-28/2024 saylı qərarı (Fehruz Abbasov) ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-28/2024 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iş üzrə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində, ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmiş və ərizəninin icrası ilə əlaqədar tərəfimizdən həmin torpaq sahəsinə baxış keçirilmişdir. Belə ki, faktiki yerində keçirilmiş müayinə (çöl-ölçmə işləri) zamanı, habelə Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən, ilkin bələdiyyə sənədləri əsasında həyətyanı torpaq sahəsi kimi iddiaçıya ayrılmış həmin 0.10 ha torpaq sahəsi digər şəxslərin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin üzərinə düşməsi məlum olmuşdur.Bu baxımdan qanunvericiliyin tələbinə əsasən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi bələdiyyənin alqı-satqı predmeti deyildir və hər hansı bir qaydada həyətyanı kimi ayrılması mümkünsüzdür.Eyni zamanda sözügedən torpaq sahəsinə dair tərtib olunmuş kadastr planı üzrə göstərilən koordinatlarla faktiki koordinatlar arasında uyğunsuzluğun olduğu məlum olmudşur. Belə ki, iş üzrə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində, ********** qeydiyyat nömrəli ərizə ilə 10 sayl Lənkəran Ərazi İdarəsinə müraciət edilmiş və ərizəninin icrası ilə əlaqədar tərəfimizdən həmin torpaq sahəsinə baxış keçirilmişdir. Belə ki, faktiki yerində keçirilmiş müayinə (çöl-ölçmə işləri) zamanı, habelə Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən, ilkin bələdiyyə sənədləri əsasında həyətyanı torpaq sahəsi kimi iddiaçıya ayrılmış həmin 0.10 ha torpaq sahəsi digər şəxslərin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin üzərinə düşməsi məlum olmuşdur.Bu baxımdan qanunvericiliyin tələbinə əsasən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi bələdiyyənin alqı-satqı predmeti deyildir və hər hansı bir qaydada həyətyanı kimi ayrılması mümkünsüzdür. Eyni zamanda sözügedən torpaq sahəsinə dair tərtib olunmuş kadastr planı üzrə göstərilən koordinatlarla faktiki koordinatlar arasında uyğunsuzluğun olduğu məlum olmuşdur. Hazırki iş üzrə tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iş üzrə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində, ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmiş və ərizəninin icrası ilə əlaqədar tərəfimizdən həmin torpaq sahəsinə baxış keçirilmişdir. Belə ki, faktiki yerində keçirilmiş müayinə (çöl-ölçmə işləri) zamanı, habelə Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən, ilkin bələdiyyə sənədləri əsasında həyətyanı torpaq sahəsi kimi iddiaçıya ayrılmış həmin 0.10 ha torpaq sahəsi digər şəxslərin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin üzərinə düşməsi məlum olmuşdur. Bu baxımdan qanunvericiliyin tələbinə əsasən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi bələdiyyənin alqı-satqı predmeti deyildir və hər hansı bir qaydada həyətyanı kimi ayrılması mümkünsüzdür. Eyni zamanda sözügedən torpaq sahəsinə dair tərtib olunmuş kadastr planı üzrə göstərilən koordinatlarla faktiki koordinatlar arasında uyğunsuzluğun olduğu məlum olmudşur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-28/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-28/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan hüquqmüəyyənedici sənədlər əsasında yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 0.10 ha torpaq sahəsinin aqrar islahatın qərarı ilə digər şəxslərin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə düşdüyünü qeyd etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Lənkəran rayonu Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə Lənkəran rayonu, Girdəni kənd sakini İddiaçı satılmış bələlədiyyə mülkiyyətinə aid 1000 kv.m həyətyanı torpaq sahəsi satıldığı zaman həmin torpaq sahəsinin üzərində öhdəliklərin və məhdudiyyətlərin (girov, servitut, həbs və s.) olmaması, satılması müəyyənləşdirilmiş həmin torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olması və alqı-satqı qaydasında satıla biləcəyi iş materialları, o cümlədən DT və XK Lənkəran rayon şöbəsinin verdiyi rəylə tam təsdiq olunur. Həmçinin, istifadəsində olduğu 18 il müddət ərzində sözügedən torpaq sahəsi ilə bağlı heç bir fiziki və hüquqi şəxs tərəfindən iddiaçıya etiraz edilməməsi və həmin torpaq sahəsinin mübahisələndirilməməsi də cavabdeh inzibati orqanın yuxarıda qeyd olunan “iddiaçıya satılmış 0.10 ha torpaq sahəsinin digər şəxslərin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə düşməsi” dəlilini təkzib edir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə alqı-satqı qaydasında əldə etdiyi 0,10 hektar (1000 kv.m.) torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtinasının əsasları iş materialları ilə təsdiq edilmir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin bütün zəruri hüquqmüəyyənedici sənədlər əldə olunmaqla iddiaçıya satılması, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan Lənkəran rayonu Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarının surətindən görünür ki, İddiaçı ərizəsi nəzərə alınaraq Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətində olan 1000 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Lənkəran rayonu Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı əsasında İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və X18 kitabında 13 mart 2007-ci il tarixdə 224 nömrə ilə uçota alınmışdır. Şirvan İnzibati Məhkəməsinin hazırkı iş üzrə 06 aprel 2021-ci il tarixli, 2-1(120)- 550/2021 nömrəli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur:
1. Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 1000 kv.m torpaq sahəsinin hüquqi statusu, koordinatları müəyyən edilsin, həmin torpaq sahəsi ayrılarkən Lənkəran rayon Girdəni bələdiyyəsinin mülkiyyətində olmuşdurmu?
2. Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 0,10 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X18 kitabında 224 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsündə əks olunan ölçülərə və s. göstəricilərə uyğundurmu?
3. Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 0,10 ha torpaq sahəsinin onun adına qeydə alınması başqa şəxslərin hüquqlarını pozurmu?
4. Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 0,10 ha torpaq sahəsi başqa şəxslərin adlarına qeydə alınmışdırmı və ya həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşürmü, əgər üstüstə düşürsə hansı hissədə? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubu ilə iş üzrə xx.xx.2021-ci il tarixli, 10/4845 nömrəli ekspert rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aşağıdakılar bildirilmişdir: Birinci sual üzrə: - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünün koordinatlarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 1000 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edildi. Eyni zamanda İddiaçı naturada çəpər daxilində istifadəsində olan 0,134 ha sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edildi. İddiaçı naturada çəpər daxilində istifadəsində olan 0,134 ha sahəsi Lənkəran rayonu Girdəninin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən kənd təsərrüfatı təyinatlı, pay torpaq sahələridir. Bu mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. İkinci sual üzrə: - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsi tərəfindən həyətyanı üçün ayrılmış, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X18 kitabında 224 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsündə əks olunan 0,10 ha torpaq sahəsinin fiziki ölçüləri və koordinatları ilə onun naturada istifadə etdiyi (çəpər daxilində) 0,134 ha torpaq sahəsinin fiziki ölçüləri və koordinatları uyğun gəlmir. Bu mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Üçüncü və dördüncü suallar üzrə: İddiaçı naturada çəpər daxilində istifadəsində olan 0,134 ha sahəsi Girdəni kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən digər vətəndaşların xüsusi mülkiyyətində olan pay torpaq sahəsidir. Bu mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3479/2024 nömrəli məktubundan görünür ki, Lənkəran rayonu Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə İddiaçı ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən araşdırma aparılmış, araşdırma zamanı qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətə uyğun gəlməməsi və həmçinin iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatlarının da həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına uyğun olmaması müəyyən olunmuş, qeyd olunan torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının mövcud baza məlumatlarına əsasən bir hissəsinin (0,03 ha hissəsinin) xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi ilə (hüquq sahibləri X9 və X2 ilkin hüquqmüəyyənedici sənəd JN-006 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında mülkiyyətlərində olan), bir hissəsinin (0,01 ha hissəsinin) dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (quş ferması) ilə, bir hissəsinin isə yol və kanal ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəfin verdiyi izahatdan müəyyən edilmişdir ki, İddiaçı ərizəsi nəzərə alınaraq Lənkəran rayonu Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə ona bələdiyyəsinin mülkiyyətində olan 1000 kv.m. torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin plan və ölçü sənədləri tərtib edilmişdir. Lakin aparılan araşdırma zamanı qeyd olunan “torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətə uyğun gəlməməsi və həmçinin iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatlarının da həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına uyğun olmaması müəyyən olunmuşdur. Belə ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının mövcud baza məlumatlarına əsasən bir hissəsinin (0,03 ha hissəsinin) xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi ilə (hüquq sahibləri X9 və X2 ilkin hüquqmüəyyənedici sənəd JN-006 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında mülkiyyətlərində olan), bir hissəsinin (0,01 ha hissəsinin) dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (quş ferması) ilə, bir hissəsinin isə yol və kanal ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4845 nömrəli ekspert rəyinə əsasən Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsi tərəfindən həyətyanı üçün ayrılmış, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X18 kitabında 224 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsündə əks olunan 0,10 ha torpaq sahəsinin fiziki ölçüləri və koordinatları ilə onun naturada istifadə etdiyi (çəpər daxilində) 0,134 ha torpaq sahəsinin fiziki ölçüləri və koordinatları uyğun gəlmədiyi və İddiaçı naturada çəpər daxilində istifadəsində olan 0,134 ha sahəsinin Girdəni kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən digər vətəndaşların xüsusi mülkiyyətində olan pay torpaq sahəsi olması qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının mükiyyət hüququnun qeydə almaq istədiyi torpaq sahəsi həm faktiki həm də sənəd üzrə ayrı-ayrı şəxslərin mülkiyyətində olan torpaq sahəsi, o cümlədən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (quş ferması) ilə və bir hissəsinin isə yol və kanal ilə üst-üstə düşməsi müəyyən olunur. Başqa sözlə, iddiaçının mülkiyyət hüququnun qeydə almaq istədiyi torpaq sahəsi üzərində artıq digər şəxslərin hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım edərək izah etmişdir ki, iddiaçı Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsaslanaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almaq üçün ilk öncə həmin torpaq sahəsi üzərində ayrı-ayrı şəxslərin adına əvvəllər aparılmış qeydiyyatın ləğv edilməsini və ya iddia olunan torpaq sahəsi üzərində ayrı-ayrı şəxslərin adına işlənmiş kordinatların dəyişdirilməsini inzibati orqandan tələb etməlidir. Məhz buna nail olduqdan sonra Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə ona ayrılmış sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə alınmasını tələb edə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ləğv edilməmiş, qüvvədədir və mövcud qanunvericiliyə əsasən hüquqmüəyyənedici sənəd hesab olunur. Yəni, həmin sənədə əsaslanaraq iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almaq hüququ vardır. Lakin, yuxarıda qeyd edilən səbəblərə görə hazırda həmin hüququ qeydə almaq mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Qərarın 8.4-cü bəndinə əsasən bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı gələcəkdə mövcud problemləri həll etdikdən sonra mülkiyyət hüququnu qeydə almaq üçün yenidən inzibati orqana və ya məhkəməyə müraciət edə bilməsi üçün hazırki halda iddia mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsini rəhbər tutaraq iddiaçıya izah edir ki, yuxarıda qeyd edilən problemlər həll olunduqdan sonra Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsaslanaraq mülkiyyət hüququnu qeydə almaq üçün yenidən inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ saxlanılır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-28/2024 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
X20 Samir H