Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-480/2024 02.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-364/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının 01 avqust 2022-ci il tarixli, 1HCVNR0006 saylı qərarının ləğv edilməsi və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il təvəllüdlüdür. 1993-cü il tarixdə Agcabədi RHK-dan hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, xx.xx.1993-cü il tarixdə Agdam-Xocavənd istiqamətlərində gedən döyüşlərdə yaralanaraq, xx.xx.1993-cü il tarixədək Agcabədi Rayon Mərkəzi Xəstəxanasında "Qapalı KBT.Alt çənənin açıq qəlpəli yaralanması, açıq sınıgı” diaqnozu ilə stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfındən şəhadətləndirilərək "Postkontuzion sagtərəfli ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla 0.5 m, sol qulaqda 0.6 m. Üzvi zədələnmə əlamətləri olmadan və baş beyinin funksiyalarının pozulmaması ilə keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Sağ çənə bucağının və sol dirsək oynağı nahiyyəsinin odlu silahla qəlpə yaralanmasından sonra bərkimiş çapıqlar” diaqnozu qoyulmuş və Azərbaycan Respublikası Müdafıə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 459 nömrəli qərarı ilə həmin travmanı hərbi travma olması, Azərbaycan Respublikasının müdafıəsi zamanı alınması qeyd edilmişdir. Ona həmin xəsarətlər üzrə 2012-ci il tarixdə 2-ci qrup müharibə əlilliyi təyin edilmiş və o, hər il TSEK-dan müayinələrdən keçərək 2-ci qrup müharibə əlilliyi təsdiq edilmişdir. 2016-cı il tarixdən yenidən müayinələrdən keçərək 2-ci qrup müharibə əlilliyi bu səfər 5 il müddətinə təsdiq edilmişdir. O, xəsarətlərlə baglı xx.xx.2016-cı il tarixdən-xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən-xx.xx.2017-ci il tarixədək, xx.xx.2018-ci ildən-xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən-xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək "Odlu silah yaralanmasından sonra. Qapalı KBT qalıq əlamətləri” diaqnozu ilə Agcabədi Rayon MRX-da stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Həmçinin, o, xx.xx.2021-ci il tarixdənxx.xx.2021-ci il tarixədək eyni diaqnozla Agdam Ruhi-Əsəb Dispanserində müalicə və müayinələrdə olmuşdur. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞMX-da Beyin MRT müayinəsi etdirmiş və "Beyin atrofiyası. Hər iki nalın paylarında sentrumsemiovale səviyyəsində, yukstokortikal zonada 6 mm ölçülü, bir neçə ədəd qliotik oçaqlar” diaqnozu qeyd edilmişdir. O, Agcabədi RMX-nın göndərişi əsasında X6 Dispanserində xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və "Odlu silah yaralanmasından sonra. Qapalı KBT qalıq əlamətləri. Astenonevrotik hal. F 07.2, F 48.0.” diaqnozu qeyd edilmişdir. Qeyd olunan tibbi sənədlər əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş, lakin, heç bir əsas olmadan TSEK "Başın travmalarının nəticələri. Başın travmalarının qalıq əlaməti. Nevrasteniya. Asteno nevrotik vəziyyət. Kəllənin və üz sümüklərinin sınığının nəticələri. Alt çənənin sümüyünün bitişmiş sınıgı” diaqnozu üzrə əlillik təyin edilməsindən imtina etmiş, imtinanın səbəbi kimi: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir. Qeyd edir ki, TSEK əlilliyin təyini ilə baglı qərəzli qərarlar qəbul edir. Elə Agcabədi rayonunda onun kimi eyni diaqnozla yəni "Qapalı kəllə beyin travması” üzrə bəzi şəxslərə əlillik təyin etmiş, eyni diaqnoz olmasına baxmayaraq ona əlillik təyin edilməsindən heç bir əsas olmadan imtina etmişdir. Cavabdeh iddia tələbinə etiraz verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-364/2024 nömrəli qərarı ilə iddia rədd olunmuşdur. İddiaçı məhkəmənin həmin qərarından apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Belə ki, qeyd olunan tibbi sənədlər əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş lakin, heç bir əsas olmadan TSEK “Başın travmalarmm nəticələri. Başın travmalarmm qalıq əlaməti. Nevrasteniya. Asteno nevrotik vəziyyət. Kəllənin və üz sümüklərinin sınığının nəticələri. Alt çənənin sümüyünün bitişmiş sınıgı” diaqnozu üzrə əlillik təyin edilməsindən imtina etmiş, imtinanın səbəbi kimi: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir qeyd edərək imtina etmişdir. TSEK əlilliyin təyini ilə bağlı qərəzli qərarlar qəbul edir. Belə ki, Ağcabədi rayonunda onun kimi eyni diaqnozla yəni “Qapalı kəllə beyin travması” üzrə bəzi şəxslərə əlillik təyin etmiş, eyni diaqnoz olmasına baxmayaraq ona əlillik təyin edilməsindən heç bir əsas olmadan imtina etmişdir. Necə olur ki, o 2012-ci ildən hər il eyni diaqnozla qiymətləndirilərək 2 -ci qrup əlilliyim təsdiq olunur yalnız, 2022-ci ildə ona əlillik təyin edilməsindən imtina olunur? Hansı əsaslar oldu ki, bu bir il ərzində onun əlilliyi aradan qalxdı? Hüquqlarının müdafiəsi ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət etmiş və uzun araşdırmalardan, təyin olunmuş tibbi-ekspertizalardan sonra Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cii il tarixli, 2-1(120)-364/2024 saylı qərarı ilə (hakim-Fehruz Abbasov) iddia tələbi təmin edilməmişdir. 2012-ci ildən ona cavabdeh təşkilat tərəfindən 2-ci qrup əlillik təyin edilmişdir. 10 il fasiləsiz eyni diaqnozla 2-ci qrup əlil kimi dövlətdən pensiya almışdır. Həmin diaqnozla əlillik təyini vaxtında müalicə aldığı tibb müəssisəsi forma 088 blankı dolduraraq və müayinə sənədlərini əlavə edərək TSEK-ə göndərmiş, TSEK heç bir müayinə aparmadan əsassız olaraq əlillik təyinatından imtina etmişdir. Məhkəmə qərardadı ilə təkrar əyani müayinə zamanı da TSEK tərəfindən heç bir müayinə aparılmadan, yalnız-şifahi sorgusuallardan sonra onun barəsində qərəzli qərar qəbul edilmişdir. Çünki, TSEK necə olursa olsun birinci verdiyi imtina qərarını qüvvədə saxlamaq, əməkdaşlarında nöqsan tutulmasın deyə ona əllillik düşsə belə, yenə imtina qərarını verməyə məcburdur. Cavabdehin qanunsuz, əsassız qərarından şikayət edilir və məhkəmə təkrar müayinəyə onu yenə cavabdeh təşkilata göndərir və onun verdiyi qərəzli olsa belə qərarına istinad edərək iddianı təmin etmir. Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyində həkimlərin apardıqları müayinələrin, təyin edilmiş diaqnozun düzgün olmaması barədə rəy verilməmişdir. Əksinə həmin rəydə aparılan müayinələrin diaqnoza uyğunluğu qeyd edilmişdir. Bundan başqa başının MRT müayinəsindəki diaqnoz əlamətlərinə uyğun müayinə həkimi ona göndəriş vermiş və həmin müayinələrin nəticələri əvvəlki müayinələrinin nəticələri ilə eynidir, dəyişən heç bir hal yoxdur. TSEK hansı müayinə nəticələrinə əsasən ona əlillik təyinatından imtina etmişdir. TSEK-də həm 2022-ci ildə birinci imtina verilən zaman, həm də məhkəmə zamanı müayinə olunan vaxt onun başı MRT müayinəsindən keçirilməmişdir. Məhkəmə həmin müayinə sənədlərini cavabdeh təşkilatdan tələb etməyərək, yalnız formal mülahizələr, şifahi sorgu-sual zamanı anamnestik məlumatlar əsasında gəlinən əsassız, qərəzli qərarı əsaslı hesab etmiş və həmin qərarın qəbul olunmasına əsas olmuş müayinə sənədlərini, əsaslandırılmış rəyi cavabdeh təşkilatdan tələb etməmişdir. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2- 1(120)-364/2024 saylı qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının iştirakı: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işin hallarına görə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “İnzibati icraat haqqında Qanun: -67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.3.Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilmiş meyarları” -1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. -2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri: 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 5 3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil 6 müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
1. İ dərəcə- iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
2. İİ dərəcə-əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyrimümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. -3. Orqanizmin funksiyalarının pozulması faizləri: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə 7 sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətinə əsas olan sübutlar və hüquqi nəticə ilə əlaqədar qeyd edir: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X4 verdikləri 17 aprel 2023-cü il tarixli, T322 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafıq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən XİX Sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri. => T90 - T98 travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın... Diaqnozun mətni: “Başın travmaların nəticələri, başın travmalarmın qalıq əlaməti, nevrosteniya, asteno-nevrotik vəziyyət, kəllənin və üz sümüklərinin sınığın nəticələri, alt çənənin sümüyünün bitişmiş sınığı” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X4 verdikləri 27 oktyabr 2023-cü il tarixli, T779/2023 saylı əlavə məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, 1,2. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsi tərəfındən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Başın travmaların nəticələri, başın travmalarınm qalıq əlaməti, nevrosteniya, asteno-nevrotik vəziyyət, kəllənin və üz sümüklərinin sınığının nəticələri, alt çənənin sümüyünün bitişmiş sınığı” diaqnozu əyani müayinədə əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. -Şirvan İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-7234/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 0220003AAZ2B nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi İddiaçı dəlilləri işin halları ilə təsdiq olunmur, iddia tələbi ilə bağlı məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-tibbi ekspertizasının yuxarıda qeyd olunan rəyləri, eləcə də iş materiallarına əlavə edilmiş digər kağız daşıyıcılarda olan araşdırılmış hallar iddiaçının səhhətinin mübahisə dövrünə görə qüvvədə olan əlillik meyarlarına uyğun gəlmədiyini müəyyən edir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-364/2024 nömrəli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.