Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-483/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1401/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müracitə edərək, “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarın ləğv olunması barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 14 iyun 2024-cü il tarixli, 2-1(120)- 1401/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarının ləğv edilməsi, 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən iddiaçı barədə keçirilən vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, keçirilmiş yoxlama qanunsuz olduğundan, habelə cavabdehin dəlilləri əsassız olduğundan iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarı ləğv edilməlidir. Məhkəmənin bu qənaəti əsasən ekspert rəyinə söykənmişdir. Qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi sahibkar kimi fəaliyyət göstərir və fəaliyyət istiqaməti quş ətinin istehsal etməklə diri və kəsilmiş halda satışının həyata keçirilməsindən ibarətdir. Həmin fəaliyyətini həmin təsərrüfat (broyler təsərrüfatı) ünvan 1 ünvanında ümumi sahəsi 30 kv.m olan obyektdə icarə əsasında həyata keçirir. Həmin fəaliyyətə 2022-ci il tarixdə başlanılmış və hazırki vaxta kimi fəaliyyətini həmin istiqamətdə davam etməklə rayonda və ölkə üzrə quş əti sahəsində məhsul bolluğunun yaradılmasına xidmət edir. 2022-ci ildə yeni fəaliyyətə başladığı üçün təsərrüfat gəlir gətirməmiş və quşların yem bazasının təmin edilməsi, orada işləyən fəhlə və işçilərin əmək haqqlarının vaxtında ödənilməsi təmin edilmiş və həmin ödənişlər üzrə dövlət büdcəsinə vergi, sosial sğorta haqları ödənilmişdir. Təsərrüfatın inkişaf eidirilməsindən ötrü Dövlət xətti ilə 23 fevral 2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı tərəfindən 170000 manat məbləğində kredit ayrılmış və həmin kredit məbləği quşların yem bazasının təmin edilməsinə yönəldilmişdir. Həmin kredit məbləğinin əsas borc olan 170000 manat hissəsinə 21344.42 manat faiz olmaqla, 26 oktyabr 2022-ci il tarixdə isə 40000 manat əsas borc olmaqla 9918.08 manat faiz borcun üəzərinə gəlməklə kderit hesabına maliyyə bazası formalaşdırılmışdır. Həmin il obyektin fəaliyyəti barədə müvafiq dövrlər üçün vergi bəyannamələri qanunamüvafiq qaydada təqdim edilmiş və vergi xidməti tərəfindən də həmin bəyannamələr qəbul edilməklə təsdiqlənmişdir. Lakin Vergi xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, **********182500 nömrəli bəyannamənin təqdim edilməsi haqqında bildirişin göndərilməsini, lakin həmin bilririşə əsaslandırılmış cavab verilmədiyinə görə vergi orqanı heç bir araşdırma aparmadan müəssisəyə 2022-ci il üçün əsassız olaraq 55549.55 manat məbləğində vergi vesablamış və bundan sonra müəssisəyə (sahibkara) heç bir məlumat vermədən bank hesabına sərəncam qoymuşdur. Daha sonra təkrar olaraq hesablanma aparılmış və məbləğ dəqiqləşdirilməklə əsassız hesablanmış vergi məbləği 56629.27 manata qaldırılmışdır. Bundan sonra Vergi orqanına müraciət olunmuş və Vergi orqanı tərəfindən kameral yoxlama aparılmışdır. Aparılmış kameral yoxlama zamanı tam və hərtərəfli araşdırma aparılmamış, kameral yoxlamanın aparılma qaydalarına riayət edilməməklə əvvəllər hesablanmış vegi məbləği dəyişdirilmədən saxlanması və həmin vergi məbləğinin sahibkar tərəfindən ödənilməsi barədə 02 avqust 2023-cü il tarixdə qərar qəbul olunmuşdur. Həmin qərardan verilmiş şikayətə 14 avqust 2023-cü il tarixdə Dövlət Vergi Xidmətində baxılmış və şikayət təmin edilməmiş Vergi Xidməti özünün **********392800 nömrəli 14 avqust 2023-cü il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul etməklə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 avqust 2023-cü il tarixli **********018200 nömrəli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, fəaliyyət növünün "broyler təsərrüfatı” olduğu, ünvan 2 ünvanda ümumi sahəsi 30 m2 olan “İcarə Obyekti” adlı təsərrüfat subyektinin xx.xx.2022-ci il tarixdə vergi orqanında uçota alındığı müəyyən edilmişdir. İddiaçı tərəfindən 2022-ci il üzrə elektron qaimə-fakturalar əsasında 1388738,66 manat məbləğində malların (işlərin, xidmətlərin) əldə edilməsinə baxmayaraq 2022-ci il üçün gəlir vergisi bəyannaməsinin göstəricisiz təqdim edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Bəyannamənin təqdim edilməsi haqqında” məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən müvafiq cari bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin “Gəlir vergisinin bəyannaməsi”nə 55 549,55 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********196500 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, lakin tələb olunan zəruri təsdiqedici sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin gəlir vergisi bəyannaməsinə 56.629,27 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********018200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. (Qeyd olunan qərar qüvvədən düşmüşdür) Belə ki, vergi ödəyicisinin 2022ci il üçün kassa metodu ilə təqdim etdiyi gəlir vergisi bəyannaməsi üzərində “Təqdim etdiyiniz “Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində idxal edilmiş və e-qaimə əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən 1388738.66 manat az əks etdirilmişdir.” məzmununda uyğunsuzlq yaranmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə gəlirin əldə olunması ilə bağlı məlumat olmadığından NK 55 saylı qərara əsasən 56629.27 manat gəlir vergisi hesablanmış və xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2022-ci il ərzində elektron qaimə-fakturalarla 1.388.861,10 manat məbləğində 148.676,25 kq miqdarında olan yem və yem məhsullarının əldə edildiyi, malların təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturanın təqdim edilmədiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə kassa metodu ilə 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsinin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətrində 1 685 850,00 manat, 1224.8-ci (Vergilərdən azad edilən gəlirlər (sətrin təsnifatı 3 №-li Əlavə ilə təqdim olunur)) sətrində 1.685.850,00 manat, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 1.682.825,00 manat (o cümlədən, 1226.1-ci (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) sətrində 11.400,00 manat, 1226.2-ci (Sosial sığorta haqları) sətrində 2.280,00 manat, 1226.4-cü (Malın dəyəri) sətrində 1.668.860,00 manat məbləğ, 1234-cü (Ödənilmiş sığorta haqları) sətrində 285,00 manat məbləğ, bəyannamənin 1 nömrəli əlavəsinin 1.3-cü (Ehtiyyatlar) sətrinin “Dövr ərzində daxil” olmuşdur sütununda 1.668.860,00 manat məbləğ, “Təqdim edilmişdir” sütununda 280.000,70 manat məbləğ, “Silinmişdir” sütununda 1.388.860,00 manat “Hesabat dövrünün sonuna” sütununda 0,00 manat məbləğ göstərilməklə 0 manat məbləğində gəlir vergisi bəyan edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim olunan 2022-ci ilin gəlir vergisi bəyannaməsində dövr ərzində kənd təsərrüfatı üzrə əldə edilmiş gəlirlərin 1.685.850,00 manat olduğu qeyd olunsa da, vergi ödəyicisinin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olması kameral vergi yoxlaması ilə müəyyən edilməmiş, eyni zamanda xərc məbləği kimi qeyd edilən malların dəyərinin 1.668.860,00 manat göstərilməsinə baxmayaraq uçot baza məlumatlarına əsasən əldə edilmiş malların dəyərininl 388.861,10 manat olması səbəbindən kənarlaşmalar yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin müvafiq bəyannamə, uyğunsuzluq barədə əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 56 629,27 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarınırı hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********018200 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən müvafiq sorğuya cavab olaraq bildirilmişdir ki, fərdi sahibkarın “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran X7 Mərkəzindən təqdim edilmiş məlumata əsasən İddiaçı X5 İnformasiya Sistemində (EKTlS-də) fermer kimi qeydiyyatda olduğu, M. Abbasovun 2021-2022-ci əkin ilinin payızlıq dövründə 21 dekabr 2021-ci il tarixdə 0,36 ha arpa əkini barədə EKTİS-də bəyan etmiş və 25 fevral 2022-ci ildə 75,60 manat əkin subsidiyası Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən onun fermer kartına köçürüldüyünü, 2022-2023-cü il əkin ilinin payızlıq əkin dövründə 15 dekabr 2022-ci il tarixdə 0,36 ha yonca əkini barədə EKTİS- də bəyan etmiş və 08 fevral 2023-cü ildə 18,00 manat əkin subsidiyası AKİA tərəfindən onun fermer kartına köçürüldüyünü bildirilmişdir. Araşdırma zərurəti ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzindən xx.xx.2023-cü il tarixdə edilmiş sorğuya Agentlik tərəfindən verilmiş cavabda İddiaçı məxsus broyler təsərrüfatında müalicə, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılması barədə müqavilə bağlanmadığını bildirilmişdir. Həmçinin, uçot-baza məlumatlarına əsasən “X2” ASC tərəfindən vergi orqanında qeydiyyata alındığı gündən bugünədək vergi öhdəliklərinə uyğun olaraq bəyannamələrin təqdim edilmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə vergi ödəyicisinin əldə etdiyi gəliri (mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda vergi orqanının gəliri (mənfəəti) Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ vardır. Fərdi sahibkar izahatında fərdi sahibkar oiaraq da broyler təsərrüfatı ilə məşğul olduğunu, adlarını bilmədiyi sahibkarlara quşları diri halda özünə məxsus ünvandan satıldığını bildirməsinə baxmayaraq, fərdi sahibkar tərəfindən elektron qaimə fakturaların təqdim edilmədiyi, həmçinin izahatında əldə edilmiş malları "X2" ASC təqdim edildiyini bildirməsinə baxmayaraq, müvafiq mallarla bağlı elektron qaimə faktura təqdim etmədiyi müəyyən edilmişdir. “Elektron qaiməfakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarına əsasən 2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. İddiaçı araşdırmaya təqdim etdiyi yazılı izahatında quşçuluq fəaliyyəti ilə bağlı olaraq yem aldığını, alınmış yemlərin təsisçisi və rəhbəri olduğu X2” ASC-nin balansında olan təsərrüfat subyektində quşçuluq fəaliyyəti ilə bağlı istifadə etdiyini, quş ətlərinin diri və kəsilmiş formada satıldığını, 1 078 650,00 manat məbləğində 235 000,00 baş quşun diri şəkildə satıldığını, 607 200,00 manat dəyərində 110 000,00 baş quşun kəsilib satıldığını, 280 000,00 manat dəyərində 350 000,00 baş sutkalıq cücə alındığını, qeyd edilən satış və alışlar ilə bağlı təsdiqedici sənədlərin olduğunu və araşdırmaya təqdim ediləcəyini bildirsə də araşdırmaya qeyd edilənlər ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiayaq qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, həmçinin kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, heç vaxt kəsilmiş halda quş əti satmamışdır, həmçinin fəaliyyət göstərdiyi sahə 30 kv.m-dən ibarət deyil, 4000 kv.m icarəsində olan sahədə fəaliyyət göstərir. İddia ərizəsində quş ətinin kəsilmiş halda satılması və 30 kv.m sahədə fəaliyyət göstərməsi barədə ifadələr düzgün yazılmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi münasibətlərini tənzimləyən, eyni zamanda hazırki mübahisəyə tətbiq edilməli olan müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. -13.2.61.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışı istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsindən ibarətdir. -102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəir vergisindən azaddırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İş materiallarında olan: -Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarla iddiaçının gəlir vergisi üzrə 56.629,27 manat vergi borcunun olması müəyyən edilmişdir. -Anbar və Quş damlarının icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünur ki, İddiaçı anbar və 4000 kvm quş damlarını icarəyə götürmüşdür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/94/2023 nömrəli ekspert rəyində bildirilir ki, xx.xx.2023cü il tarixli, **********046200 nömrəli «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması» barədə qərarla hesablanmış vergilərin vergi qanunvericiliyinin tələblərinə uyğun hesablanmadığı müəyyən edildi. Eyni zamanda iş materiallarında olan sənədlər və Vergi Məcəlləsinin tələbləri nəzərə alındığı təqdirdə İddiaçı dövlət büdcəsinə ödənilməli olan vergi borcu müəyyən olunmur. Qeyd olunan rəydə ekspert əsasən iddiaçının kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olması baxımından hüquqi məslələrə toxunmuşdur. Qeyd edilməlidir ki, iddiaçının vergi ödəyicisi kimi fəaliyyət istiqaməti “quş ətinin istehsal”ından ibarətdir. İş materiallarında olan “Qaimə-faktura”lardan müəyyən edilir ki, iddiaçı bütün hallarda quş ətinin diri halda satışını həyata keçirmişdir. İddiaçı məhkəmə iclasında da heç vaxt kəsilmiş halda quş əti satmadığını bildirmişdir. Vergi orqanı isə iddiaçının quş ətinin bir qismini kəsilmiş halda satması barədə dəlilləri təsdiq edən sübut təqdim etməmişdir. Mövcud qanunvericiliyin tələbləri isə diri quş və heyvanlarının satışını kənd təsərrüfatı məhsullarının satışı kimi müəyyən etmiş, bu məhsulların istehsalından əldə olunan gəlirlərin vergidən azad olunmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər-hansı vergi sənədlərin yoxlamaya təqdim edilməməsi o halda büdcəyə çatacaq verginin azaldılması kimi qiymətləndirilə bilər ki, bu hal vergidən yayınmaq və yaxud vergilərin düzgün hesablanmamasına şərait yaratmaq məqsədi daşımış olsun. Məsuliyyətin yaranması üçün bu kimi məqsədlər mövcud olmalıdır. Bir halda ki, iddiaçı vergi ödəməkdən azaddır, belə olan vəziyyətdə hər hansı bir əməliyyat sənədinin təqdim edilə bilməməsi büdcəyə çatacaq verginin azaldılması kimi qəbul edilməməli və buna görə də vergi ödəyicisi maliyyə sanksiyasına məruz qalmamalıdır. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1401/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-483/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-483/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver