Məhkəmə qərarları › İş №2-1(106)-483/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-483/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-483/2025 03.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndələri X3 və X1 ilə, Şirvan İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(120)-829/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 30 dekabr 2023-cü il tarixli, **********629900 nömrəli qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 19 mart 2025-ci il tarixli, 2- 1(120)-829/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 79939 manat dəyərində “Qazma boruları (Drill pipe 127 S 135 (İstifadə olunmuş)” təqdim olunmasına baxmayaraq, qeyd edilən mallar alışında, idxalında müəyyən edilməmişdir. Beləliklə də, barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən xx.xx.2023-ci il tarixli **********629900 nömrəli qərar qəbul edilmişdir. Həmçinin iddiaçının həmin boruları hissə-hissə sərhəd ərazilərdən toplaması həmin boruların öz ölçü və digər xarakterik xüsusiyyətləri nəzərə alınmaqla adi formada hər hansı ərazidən hissəhissə toplanıb yığılması ağlabatan hesab edilə bilməz. Beləliklə də, iddiaçı tərəfindən əldə edilmiş malların mənbəyinin bəlli olmaması gəlir və xərclərin uçotunun düzgün aparılmamasına, aparılan maliyyə əməliyyatlarının uçotda əks etdirilməməsinə, nəticədə şəffaflığın təmin edilməməsinə və büdcə qarşısındakı vergi öhdəliyinin azaldılmasına dəlalət edir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 30 dekabr 2023-cü il tarixli **********629900 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil- məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, görülmüş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, təqdim edilmiş elektron qaimə faktura məlumatlarına əsasən tərəflərindən xx.xx.2023-cü il tarixdə 79.939 manat dəyərində “Qazma boruları (Drill pipe) 127.S135 (istifadə olunmuş)” təqdim olunmasına baxmayaraq, qeyd edilən mallar cəmiyyətin alışında, idxalinda müəyyən edilməmişdir. Hesab edir ki, cavabdehin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə e-qaiməyə əsasən 79939 manat dəyərində “Qazma boruları (istifadə olunmuş)” təqdim olunmasına baxmayaraq qeyd edilən mallar alış və idxalında müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixdə Baş İdarə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1 -ci və 3.1.1 -ci yarımbəndlərinə uyğun risk pəncərəsinə daxil edilmişdir. Bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə **********453800 nömrəli “Riskli əməliyyatların çaşdırılması barədə” məktub göndərilmişdir. İddiaçı riskli əməliyyatlarla bağlı daxil olan məktuba cavab olaraq ona müvafiq izahat verilmiş, məktubda qeyd olunan təsdiqedici sənədlər təqdim edilmədiyi təqdirdə barəsində yuxarıda qeyd olunan qərara əsasən risk qərarı çıxarıla biləcəyi barədə məlumatlandırılmışdır. Onun tərəfindən bildirişdə qeyd olunan tələblərə əməl olunmadığından barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən xx.xx.2023-cü il tarixli **********629900 nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisinin e-qutusuna göndərilmişdir. Beləliklə, əldə edilmiş malların mənbəyinin bəlli olmaması gəlir və xərclərin uçotunun düzgün aparılmamasına, aparılan maliyyə əməliyyatlarının uçotda əks etdirilməməsinə, nəticədə şəffaflığın təmin edilməməsinə və büdcə qarşısındakı vergi öhdəliyinin azaldılmasına dəlalət edir. Göründüyü kimi, vergi orqanı tərəfindən İddiaçı riskli vergi ödəyiciləri qrupuna aid edilməsi əsassız olmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilk təşkil edir. Prosessual məsələlər İddiaçının vəkili məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri ayrı-ayrılıqda şikayətin dəlillərini qəbul etməmişlər və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş 30 dekabr 2023-cü il tarixli, **********629900 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. İş materiallarında olan cavabdehin **********629900 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Əsas kimi göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 79939 manat dəyərində “Qazma boruları (Drill pipe 127 S 135 (İstifadə olunmuş)” təqdim olunmasına baxmayaraq, qeyd edilən mallar alışında, idxalında müəyyən edilməmişdir. İddiaçının vəkili birinci instansiya məhkəməsində icraat zamanı qeyd edilən malların iddiaçının alışında, idxalında müəyyən edilməməsini iddiaçının həmin boruları sərhəd ərazilərindən yığıb toplaması ilə əlaqələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydınolmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. -13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2-ci bəndinə əsasən riskli vergi ödəyicisinin meyarları aşagıdakılardır: -2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. -3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Beləliklə işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(120)-829/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar