Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-484/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynov Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və onun vəkili Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(120)-2179/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Bələdiyyənin 20 fevral 2023-cü il tarixli, 4 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 10 aprel 2025-ci il tarixli, 2- 1(120)-2179/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki tələblə Cavabdeh 20 fevral 2023-cü il tarixli, 4 nömrəli protokola əsasən qəbul edilmiş qərarının ləğv edilməsini istəyir. Lakin qeyd edilən qərarın iddiaçının subyektiv hüququnu pozması ilə bağlı sənədləri məhkəməyə təqdim edə bilmir. Belə ki, xx.xx.2016cı il tarixli icarə müqaviləsinə əsasən 5 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəyə verilmişdir. Daha sonra Ağcabədi rayon Kürdlər Bələdiyyəsinin 24 iyul 2017-ci il tarixli 11 nömrəli qərarına əsasən, həmin icarə müqaviləsi ləğv edilmişdir. Bələdiyyənin həmin qərarının ləğv edilməsi ilə bağlı iddiaçı məhkəmədə iddia qaldırsa da, Şirvan İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(120)-764/2023 saylı qərardadı ilə iddia prosessual müddət ötürüldüyündən mümkün hesab edilməmiş, həmin qərardad qanuni qüvvəyə minmişdir. Beləliklə də, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı heç bir subyektiv hüququ olmadığı üçün iddia mümkün hesab edilə bilməz. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, icarəsində olan torpaq sahəsinə dair cavabdeh və üçüncü şəxs arasında onun məlumatı olmadan icarə müqaviləsi bağlanmış və bu müqavilə əsasında guya üçüncü şəxs X2 icarəyə verilmişdir. Onun tərəfindən göndərilmiş çoxsaylı müraciətlər olmasına baxmayaraq icarə haqqının ödənilməsi üçün hesab nömrələri ona təqdim edilməmişdir. Bundan əlavə, faktiki olaraq istifadəsində olan torpaq sahəsinin hansı qaydada, hansı əsaslarla digər şəxsə icarəyə verilməsi ona məlum deyildir. Belə ki, həmin torpaq sahəsinin ümumiyyətlə hərraca çıxarılması barədə belə onun məlumatı olmamışdır. Lakin qanunvericiliyin aşkar tələblərini nəzərə almadan onun, yəni torpaq sahəsindən icarə əsasları ilə istifadə etməyi nəzərə alınmayaraq torpaq sahəsi qanunsuz olaraq X2 icarəyə verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətin yeganə dəlili mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olması ilə bağlıdır. Prosessual məsələlər İddiaçı və vəkili məhkəmə iclasında ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etdilər və qərarın ləğv edilməsini xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -“Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 26 dekabr 2016-cı il tarixli İcarə müqaviləsinin məzmunundan görünür ki, İddiaçı 5 ha torpaq sahəsi icarəyə verilmişdir. -Ağcabədi rayon Kürdlər Bələdiyyəsinin 24 iyul 2017-ci il tarixli Qərarı ilə İddiaçı ilə 26 dekabr 2016-cı il tarixdə bağlanmış 5 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 04 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. -Şirvan İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(120)-764/2023 saylı Qərardadının surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün hesab edilməmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Kürdlər kəndi ərazisindən 3.5 ha torpaq sahəsi Ağcabədi rayon Kürdlər bələdiyyəsinin adına qeydiyyata alınmışdır. -“X4” publik hüquqi şəxsin Seriya HTM, № 002703 nömrəli şəhadətnaməsindən görünür ki, X1 rayon Kürdlər bələdiyyəsinin mülkiyyətində olan 3.5 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə, 773 nömrə ilə keçirilmiş müsabiqənin qalibi olmuşdur. -xx.xx.2023-cü il tarixli İcarə müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağcabədi rayon Kürdlər bələdiyyəsinin mülkiyyətində olan Ağcabədi rayon Kürdlər kəndi ərazisində yerləşən 3.5 ha torpaq sahəsinə dair xx.xx.2038-ci il tarixədək Ağcabədi rayon Kürdlər bələbiyyəsi ilə X5 arasında icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi 2016-cı ildə iddiaçının icarəsinə verilsə də, 2017-ci ildə Bələdiyyənin müvafiq qərarı ilə icarə hüquqlarına xitam verilmişdir və həmin qərar ləğv edilməmiş, dəyişdirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin vaxtdan iddiaçının həmin torpaq sahəsi ilə heç bir hüquqi bağlılığı olmamışdır. Bununla yanaşı iddiaçının mübahisəli torpaq sahəsindən qanuni əsaslar olmadan istifadə etməsi halında, həmin sahənin qanuni əsaslarla digər şəxsin icarəsinə verilməsi onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulması anlamına gəlmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(120)-2179/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-484/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-484/2025
10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver