Məhkəmə qərarları › İş №2-1(106)-489/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-489/2024

18.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-489/2024 18.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X5 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(120)122/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarının ləğv edilməsi və ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(120)-122/2024 saylı qərarı ilə iddianın təmin olunması və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarı ləğv edilmiş və İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Şirvan İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(120)122/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.3 - Baz...; Diaqnozun mətni: Sağ bazunun dirsək oynaq daxili açıq sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40- S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.3 - Baz...; Diaqnozun mətni: Sağ bazunun dirsək oynaq daxili açıq sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli, 0234003AABRİ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.4 - Baz...; Diaqnozun mətni: Sağ bazunun dirsək oynağının açıq sınığı, təkrar osteosintez, kobud qalıqları. Mil-orta sinirdə zədələnmənin qalıqları; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.4 - Baz...; Diaqnozun mətni: Sağ bazunun dirsək oynaqının açıq sınığı, təkrar osteosintez, kobud qalıqları. Mil-orta sinirdə zədələnmənin qalıqları; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AAMB7 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.4 - Baz...; Diaqnozun mətni: Yuxarı ətraf qurşağı və bazunun açıq yarası, -Sağ bazunun dirsək sınığı. Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, -Osteosintezdən sonrakı pis bitişmə, bazu və dirsəkdə kelloma. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, - Deformasiya, mil orta sinirində zədələnmə hissi pozğunluq, ətrafda dərin əzələ atrofiyası, kəskin funksiya pozğunluğu. Oynaqların kontrakturası, -Oynaqların kontrakturası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. Bərpa müalicəsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021- ci il tarixli, 0234003AANKS saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M19 - Digər artrozlar => M19.1 - Digər oynaqların posttravmatik artr...; Diaqnozun mətni: Digər oynaqların posttravmatik artrozu, -Sağ bazu sümüyünün distal epimetofizinin oynaqdaxili bitişmiş sınığı. Ağırlaşma Oynaqların kontrakturası, -Sağ dirsək oynağının postravmatik deformasiyaedici artrozu, ağrı sindromu və açıcı kontrakturası ilə (bükmə tamdır, açma- 150 dərəcə), saidin 1/3-nin kobud postravmatik çapıqları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətrafl qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AANKS saylı həmin göndərişi əsasında 27 avqust 2021-ci il tarixində iddiaçının əyani müayinəsi həyata keçirilmiş, Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının iştirakı: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işin hallarına görə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan əlavə məhkəmənin hüquqi yardımına əsasən İddiaçı ərizə ilə müraciət edərək, iddiasında dəqiqləşmə aparmış, iddiasının “Cavabdehin 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilmiş meyarları”nın 8.2-ci bəndinə əsasən orqanizm funksiyalarının pozulması 50-60 faiz olmaqla 02 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbi kimi təmin olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli qəradadı ilə ərizə icraata qəbul edilmiş və qeyd edilən tələbə uyğun apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “İnzibati icraat haqqında Qanun: -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilmiş meyarları” -1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. -2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri: 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:

1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 5 3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:

1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;

3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:

1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;

2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;

3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:

1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil 6 müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;

2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;

3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:

1. İ dərəcə- iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;

2. İİ dərəcə-əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;

3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyrimümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. -3. Orqanizmin funksiyalarının pozulması faizləri: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə 7 sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: -6. Sinir sistemi xəstəlikləri 6.8.2. orta dərəcəli əzələ zəifliyi (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının orta dərəcəli məhdudlaşması, yerişin çətinləşməsi, xırda əşyaların tutulmasının çətinləşməsi); orta dərəcəli hissi pozulmalar; neyropatik tipli ağrılar; mülayim statodinamik pozuntular-50- 60 faiz-2 il.

V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -İddiaçı tərəfin hüquqi mənafeyi işin hallarına əsasən pozulmuşdur. Belə ki, işin mübahisəsiz hallarına əsasən İddiaçı 2009-2021-ci illərdə əlil kimi pensiya almış, ona 2009-2014-cü illərdə “Sağ bazunun dirsək oynaq daxili açıq sınığı” diaqnozuna görə 3-cü dərəcə əlillik, 2015-2016-ci illərdə “Sağ bazunun dirsək oynağının açıq sınığı, təkrar osteosintez, kobud qalıqları. Mil-orta sinirdə zədələnmənin qalıqları”, “Sağ bazunun dirsək oynaqının açıq sınığı, təkrar osteosintez, kobud qalıqları. Mil-orta sinirdə zədələnmənin qalıqları” diaqnozları verilməklə 5 illik müddətə 2-ci dərəcə əlillik verilmişdir. -2009-2014-cü illərdə İddiaçı səhhətində stabillik və ya yüngülləşmə olmamış, əksinə ağırlaşma olmuşdur ki, ona növbəti dəfə 3-cü dərəcə deyil, 2-ci dərəcə əlillik verilmişdir. -Birinci instansiya məhkəməsində məhkəmə-tibbi ekspertizalar təyin edilmiş, həmin rəylərə nəzər yetirildikə məlum olur ki, İddiaçı səhhətinin yaxşılaşması ilə əlaqəli heç bir qeyd yoxdur. Belə olan halda cavabdeh tərəfin iddiaçının səhhətinin bərpa olunması ilə bağlı heç bir dəlili də yoxdur. -İddiaçının səhhətində baş verən ağırlaşmalar ona əlillik təyinatı ilə bağlı sonuncu imtinanın verildiyi tarixdən həm əvvəl, həm də sonra aparılmış ekspertizanın nəticəsi olaraq tərtib olunmuş ekspert rəylərindəki diaqnozlarda (“Sağ bazu sümüyünün distal epimetafızinin oynaqdaxili bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ dirsək oynağının postravmatik deformasiyaedici artrozu, ağrı sindromu, açıcı kontrakturası (bükmə tamdır, açma 150 dərəcə), saidin 1/3-də kobud posttravmatik çapıqlar, saidin əzələ atrofıyası. Sağ dirsək oynağınm kontrakturası (bükmə 90 dərəcə, açma 140 dərəcə). Sağ aşıq-baldır oynağının tamlığının hissəvi pozulması, əməliyyatdan sonrakı vəziyyət. Sağ orta və mil sinirin posttravmatik neyropatiyası, əlin tutma funksiyasının pozulması”) öz əksini tapmışdır. Göründüyü kimi İddiaçı iş materiallarında olan TSEK müayinələri ekspert rəyləri ilə müəyyən olunmuş xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsində təsbit olunmuş xəstəliklərin əhatə dairəsinə tam uyğunluğu təsdiq olunduğu halda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarı həmin xəstəliklərə əsaslanmamış, İddiaçı müayinə etmədən qeyd olunan qərar qəbul etmişdir. Bununlada cavabdeh qanunsuz qərar qəbul etməklə yanaşı, “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərini pozmuşdur. İnzibati orqan olaraq cavabdeh tərəfin qəbul etdiyi qərar, diskresion səlahiyyətlərin məqsədinə uyğun olmamış, bununla da iddiaçının sosial təminat hüquqlarının əsassız pozulması ilə nətcələnən qərar edilmişdir. Bu tip yanaşmaların hüquqi nəticəsi olaraq hüququ təmin olunmuş şəxslər qanuni mənafelərindən məhrum olmuş olurlar və bu da eyni zamanda əsassız məhkəmə mübahisələrinin yaranmasına şərait yaradır. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuş olsa da, məhkəmə kollegiyasının hüquqi yardımına əsasən, iddiaçı tələbində dəqiqləşmə aparmış və “Cavabdehin 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilmiş meyarları”nın 8.2-ci bəndinə əsasən orqanizm funksiyalarının pozulması 50-60 faiz olmaqla 02 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbi üzrə iddianın təmin olunması kimi qərar qəbul edilməklə, qərar dəyişdirilmişdir. Belə ki, qüvvədə olan Qərar və meyarlara əsasən əlillik dərəcəsi orqanizm funksiyalarının pozulma faizinə görə müəyyən olunur. Kollegiyanın qənaətinə görə iddiaçının səhhətinin pozulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilmiş meyarları”nın 8.2-ci bəndinə uyğundur. Odur ki, qərar dəyişdirilməklə, qeyd olunan meyara uyğun qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, lakin birinci instansiya məhkəməsinin qərarı qeyd olunan qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(120)122/2024 saylı qərarı dəyişdirilsin. Cavabdeh tərəfin 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarı ləğv edilsin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilmiş meyarları”nın 8.2-ci bəndinə əsasən İddiaçı orqanizm funksiyalarının pozulması 50-60 faiz olmaqla 02 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar