Məhkəmə qərarları › İş №2-1(106)-49/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-49/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-49/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi) Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 14 dekabr 2021-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-215/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 14 dekabr 2021-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 16 avqust 2022-ci il tarixli qərardadı ilə “Astara Rayon Mərkəzi Xəstəxanası” X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 14 dekabr 2021-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1958-ci il təvəllüdlüdür. Ona İİ qrup üzrə ömürlük əlillik verilmişdir. Sonra əlillik qrupu İİİ qrupa dəyişmişdir. xx.xx.2021-ci ildən etibarən isə təqaüdü dayandırılmışdır. Bununla bağlı iki dəfə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə və müalicə almışdır. Müalicəsinin nəticəsində ona sol bud sümüyü boynunun bitişmiş sınığı, budun vanus deformasiyası, bud-çanaq oynağının koksantroru kəskin kontrukturası ətrafın 7 sm qısalığı, bud və baldırın əzələ atrofiyası, daimi ağrı sindromu, axsama və yeriş funksiyasının pozulması diaqnozu verilmişdir. Cavabdeh quruma mıiraciət etsə də ona heç bir cavab verilməmişdir. Qeyd edir ki, onun xəstəliyi ilə əlaqədar təqaüdün dayandırılması tamamilə əsassızdır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Əmək zədəsi; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.1 - Burmada...; Diaqnozun mətni: Sol bud-çanaq oynağının travmasından sonrakı artrozu və kontrakturası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Əmək zədəsi; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.1 - Burmada...; Diaqnozun mətni: Sol bud-çanaq oynağının travmasından sonrakı artrozu və kontrakturası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70- S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.0 - Bud süm...; Diaqnozun mətni: S72 Bud sümüyünün sınığı, Sol bud sümüyü boynunun bitişmiş sınığı. Budun Varus deformasiyası. Ətrafın ~7sm qısalığı. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol bud və baldır əzələlərinin atrofiyası Ağırlaşma R52.0 Kəskin ağrı, Sol bud-çanaq oynağında daimi ağrı sindromu. Ağırlaşma Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Əmək qabiliyyətinin azalması və itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Ağırlaşma R26.0 Ataktik yeriş, Yeriş funksiyasının pozulması. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Yerişin çətinləşməsi ilə yeriş funksiyasının pozğunluğu. Ağırlaşma M16.3 Digər displastik koksartrozlar, Sol bud-çanaq oynağının travmatik koksartrozu. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Sol aşağı ətrafın hərəkt-dayaq funksiyasının pozulması, ataktik yeriş, yeriş pozğunluğu. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol bud-çanaq oynağının kəskin kontrakturası. Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), Ətrafın ~7sm qazanılma qısalığı. Ağırlaşma M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sol bud sümüyü boynunun qazanılma varus deformasiyası.; Məzkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.9 - Bud süm...; Diaqnozun mətni: Sol bud sümüyü boynunun bitişmiş sınığı. Budun Varus deformasiyası. Ətrafın ~7sm qısalığı. Sol bud-çanaq oynağının travmatik koksartrozu. Sol bud sümüyü boynunun qazanılma varus deformasiyası. Sol aşağı ətrafın hərəkət-dayaq funksiyasının pozulması, ataktik yeriş. yeriş pozğunluğu, sol bud və baldır əzələlərinin atrofiyası.; Mərkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: "Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmanı təsdiqləyən diaqnostik müayinə dəqiq və ətraflı geyd edilsin” səbəbi ilə imtina verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.0 - Bud süm...; Diaqnozun mətni: S72 Bud sümüyünün sınığı, Sol bud sümüyünün boynunun bitişmiş sınığı, budun varus deformasiyası. Ağırlaşma M16.3 Digər displastik koksartrozlar, Sol bud çanaq oynağının postravmatik koksartrozu. Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sol ayağın ətrafının travmadan sonrakı 7 sm qısalığı. Ətrafların qazanılmış müxtəlif uzunluğu; Məzkəzə göndərilmənin İmtina edilmənin səbəbi: "Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy alması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi- sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi "Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy alması məsləhət görülür” olmuşdur. Odur ki, iddiaçının Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy aldıqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs "Astara Rayon Mərkəzi Xəstəxanası” X12 iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, xx xxx 1958-ci il təvəllüdlü İddiaçı əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. İddiaçı Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Həkim Məsləhət Komissiyasına müraciət etmişdir. Həkim Məsləhət Komissiyası İddiaçı əsaslı müayinə edilməsi üçün X4 və Ortopediya İnistutuna göndəriş verilmişdir. X4 və Ortopediya İnistutunun verdiyi arayışı əsasında forma 88 yazılaraq Tibbi Sosial Ekspertiza və X5 yüklənilməsi təmin edilmişdir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarına əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra- Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir (1.2). Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra-altsistem) vasitəsilə aparılır. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarına əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Göndərişin verilməsi üçün əsas aşağıdakılardır: şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanm 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1 -ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; əlilliyi olan Şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması (1.3, 1.5,1.5.1,1.5.2,1.5.3,1.5.4,1.5.5). İnzibati Prosessual Məcəlləsinə əsasən Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar (27.2). İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər . Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər . Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-215/2024 saylı qərarı (F.Abbasov) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 14 dekabr 2021-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-215/2024 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7 nömrəli Tibbi-Sosial Ekspert komissiyasının 14 dekabr 2021-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona İİİ qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. X8 Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1 (120)-215V2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbisosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini əsasən təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifəsidir. İnzibati məlikəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Birinci instansiya məhkəməsi qarşı tərəfin həqiqətən də vicdanlı qərar verdiyini sübut edə bilməmişdir. Məsələ ondan ibarətdir ki, yekun məhkəmə qərarı əslində işin hallarını tam əks etdirmir. Hesab edirik ki, hazırda hansısa maraqlar naminə qəbul edilmiş qərarı mübahisələndiririk. Odur ki, işin reallıqları ilə üst-üstə düşməyən bu qərar ləğv edilməli və iddia tələbim təmin edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-215/2024 saylı qərarının ləğv edilərək iddianın tam təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “14 dekabr 2021-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi "Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy alması məsləhət görülür” olmuş, Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy aldıqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi ona bildirilmiş, İddiaçı nəzarət qaydasında müayinə oluması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən telefon vasitəsilə onunla əlaqə saxlanılmış, lakin iddiaçı əyani müayinəyə gəlməkdən imtina etmişdir. Həmçinin, İddiaçı cavabdeh təşkilatın mübahiləndirilən qərarından sonra Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy alınması üçün Bundan başqa, TSEK-də iddiaçının müayinələri zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi 2015-2021-ci illər üçün 40% qeyd edilsə də, 2021-ci ildə 0% qeyd edilmiş, əyani müayinəsi zamanı onda əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmadığı üçün əlillik təyinatına əsas yoxdur rəyi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin müəyyən olunması meyarları”nın "Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri”nin təsbit olunduğu 13-cü bölməsinin təsir dairəsinə daxil edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçının əlillik vəziyyətinə Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Əmək zədəsi; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.1 - Burmada...; Diaqnozun mətni: Sol bud-çanaq oynağının travmasından sonrakı artrozu və kontrakturası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Əmək zədəsi; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70- S79 - Budçanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.1 - Burmada...; Diaqnozun mətni: Sol bud-çanaq oynağının travmasından sonrakı artrozu və kontrakturası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə təkrarən baxılmış və X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Budçanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.0 - Bud süm...; Diaqnozun mətni: S72 Bud sümüyünün sınığı, Sol bud sümüyü boynunun bitişmiş sınığı. Budun Varus deformasiyası. Ətrafın ~7sm qısalığı. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol bud və baldır əzələlərinin atrofiyası Ağırlaşma R52.0 Kəskin ağrı, Sol bud-çanaq oynağında daimi ağrı sindromu. Ağırlaşma Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Əmək qabiliyyətinin azalması və itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Ağırlaşma R26.0 Ataktik yeriş, Yeriş funksiyasının pozulması. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin çətinləşməsi ilə yeriş funksiyasının pozğunluğu. Ağırlaşma M16.3 Digər displastik koksartrozlar, Sol bud-çanaq oynağının travmatik koksartrozu. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Sol aşağı ətrafın hərəkt-dayaq funksiyasının pozulması, ataktik yeriş, yeriş pozğunluğu. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol bud-çanaq oynağının kəskin kontrakturası. Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), Ətrafın - 7sm qazanılma qısalığı. Ağırlaşma M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sol bud sümüyü boynunun qazanılma varus deformasiyası.; Məzkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.9 - Bud süm...; Diaqnozun mətni: Sol bud sümüyü boynunun bitişmiş sınığı. Budun Varus deformasiyası. Ətrafın ~7sm qısalığı. Sol bud-çanaq oynağının travmatik koksartrozu. Sol bud sümüyü boynunun qazanılma varus deformasiyası. Sol aşağı ətrafın hərəkət-dayaq funksiyasının pozulması, ataktik yeriş. yeriş pozğunluğu, sol bud və baldır əzələlərinin atrofiyası.; Məzkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmanı təsdiqləyən diaqnostik müayinə dəqiq və ətraflı geyd edilsin” səbəbi ilə imtina verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70- S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.0 - Bud süm...; Diaqnozun mətni: S72 Bud sümüyünün sınığı, Sol bud sümüyünün boynunun bitişmiş sınığı, budun varus deformasiyası. Ağırlaşma M16.3 Digər displastik koksartrozlar, Sol bud çanaq oynağının postravmatik koksartrozu. Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sol ayağın ətrafının travmadan sonrakı 7 sm qısalığı. Ətrafların qazanılmış müxtəlif uzunluğu; Məzkəzə göndərilmənin İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy alması məsləhət görülür” səbəbi ilə imtina verilmiş, Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy aldıqdan sonra onun əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, iddiaçıya Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında Sol bud-çanaq oynağının travmasından sonrakı artrozu və kontrakturası diaqnozu ilə bir il müddətinə, xx.xx.2016-cı il tarixli göndəriş əsasında isə eyni diaqnozla beş il müddətinə üçüncü dərəcə əlillik dərəcəsi verilmişdir. Növbəti müddətə əlillik dərəcəsinin təyinatı ilə bağlı sonradan yəni, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Astara Rayon Mərkəzi Xəstəxanası tərəfindən 3 dəfə TSEK-ə göndəriş təqdim edilmiş, lakin cavabdeh tərəfindən hər dəfə “Göndərişin natamam doldurulması” əsası ilə itmina edilmişdir. Hazırda İddiaçı ona əlillik dərəcəsinin təyinatından imtina edilməsi barədə Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu yəni, 14 dekabr 2021-ci il tarixli, xxxxxxx0006 saylı qərarını mübahisələndirir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymtləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”-nın 1.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. Həmin Qaydaların 2.3-ci bəndinə əsasən göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, tibbi göndərişin natamam doldurulması əlillik təyinatından imtina üçün əsas vermir və bu məsələ səlahiyyətli qurumlar tərəfindən aradan qaldırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, “Göndərişin natamam doldurulma" əsası ilə iddiçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdeh qurumun qərarı qanunsuz olmudur. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bundan başqa məhkəmə kollegiyası məhkəmə araşdırmasını “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Birinci instanssiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və həmin qərardadlar əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X12 tərəfindən məhkəməyə xx.xx.2022ci il tarixli T452/2022 nörməli və xx.xx.2023-cü il tarixli T316/2023 nömrəli ekspert rəyləri daxil olmuşdur. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş xx.xx.2022-ci il tarixli T452/2022 nömrəli rəy üzrə müayinələr cavabdeh qurumun nümayəndəsinin iştirakı ilə keçirilmişdir. Lakin, hər iki rəy üzrə gəlinən nəticə fərqli olsa da, diaqnozların həm patofunksional pozuntuların ağırlaşma dərəcəsi, həm X2, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “meyar”lar baxımından eyni olmuşdur. Bu arada qeyd edilməlidir ki, rəylərdə fərqli nəticələrə gəlinməsi cavabdeh qurumun işin nəticəsi ilə maraqlı olması ilə bağlıdır. Buna görə də məhkəmə kollegiyası həmin rəylərin nəticə hissəsini deyil, idiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsinə aid hissədə qiymət verilməsini zəruri hesab edir. Bu yanaşma “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunun 36-cı bəndinə uyğundur. Belə ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsində tərtib edilmiş 0226003AAH3X saylı (088 №-li Formada) qeyd edilən “XİX sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79-bud-çanaq oynağı və bud nahiyəsinin travmaları=> S72-bud süm... Diaqnozun mətni: S72-bud sümüyünün sınığı, sol bud sümüyü boynunun bitişmiş sınığı, budun varus deformasiyası. Ağırlaşma: M16.3-digər displastik koksartrozlar, sol bud-çanaq oynağının postravmatik koksartrozu. Ağırlaşma: M21.7-ətrafların müxtəlif uzunluğu (qazanılma), sol ayağın ətrafının travmadan sonrakı 7 sm qısalığı, ətrafların qazanılmış müxtəlif uzunluğu” diaqnozu müəyyən olunmuşdur. İşdə olan Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0226003AAH3X saylı göndərişindən (Forma 88-dən) görünür ki, İddiaçı əsas diaqnoz S72 - bud sümüyünün sınığı, sol bud sümüyünün boynunun bitişmiş sınığı, budun varus deformasiyası, ağırlaşma M16.3 – digər displastik koksartrozlar, sol bud çanaq oynağının postravmatik koksartrozu, ağırlaşma M21.7 - ətrafların müxtəlif uzunluğu (qazanılma), sol ayağın ətrafının travmadan sonrakı 7 sm qısalığı. Ətrafların qazanılmış müxtəlif uzunluğu, ağırlaşma R26.2- başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi , ataktik yeriş yerişin pozulması, axsaqlıq, ağırlaşma M21.8 ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, sol budun varus deformasiyası, ağırlaşma R52.0 - kəskin ağrı, sol bud çanaq və diz oynağında daimi ağrı, ağırlaşma R26.8 - hərəkətin və yerişin digər və dəqiqləşdirilmiş pozulmaları, sol tərəfli axsaqlıq, qeyri stabil yerişin çətinləşməsi, ağırlaşma Z73.6 - əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, əmək qabiliyyətinin azalması və itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, ağırlaşma M24.5 - oynaqların kontrakturası, sol bud çanaq oynağının kəskin kontrakturası diaqnozları qoyulmuşdur. Eyni zamanda işdə olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən göndərilən xx.xx.2025-ci il tarixli, 3-28-11/2-1/2025 nömrəli məktubda qeyd olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə həkim X3 müayinəsində olmuşdur. Ona sol bud sümüyünün, boynun qeyri düzgün bitişmiş sınığı, budun varus deformasiyası, bud-çanaq oynağının İİİ-İV mərhələ koksartrozu, birinci yaxınlaşdırıcı koksartrozu,sol aşağı ətraf əzələlərinin artrofiyası, sol aşağı ətrafın 7 (yeddi) sm qısalığı, daimi ağrı sindromu, dayaqhərəkət funksiyasının pozulması diaqnozu qoyulmuşdur və İddiaçı XBT-10 kodu M 84.0, M 21.1, M16.5, M24.5, M62.5, M21.7, R52.2, R 26.8 təyin edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən tibbi sənədlərdən çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçıda olan xəstəliklər Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişində əks olunan xəstəliklər ilə eynilik təşkil edir və həmin xəstəliklər əlilliyin qiymətləndirməsi zamanı (xx.xx.2021-ci il tarixdə) qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.7-ci bəndində qeyd olunan “bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1,M24.6)” və 2.5.10-cu bəndində qeyd olunan “bir aşağı ətrafın 7 sm qısa olması (XBT M84.1, M96.0)” diaqnozu ilə üçüncü dərəcə əlillik təyinatına əsas verir. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçıda hazırda mövcud olan xəstəliklər ilə 2015-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eynilik təşkil etmiş, hətta bu müddət ərzində xəstəliyində ağırlaşmalar olmuşdur. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Bundan başqa, məhkəmə kollegiyası araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçıda aşkar olunan diaqnoz hazırda qüvvədə olan qanunvericiliyə əsasən də əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, müəyən edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.32-ci (ayağın 4-7 sm qısalması) bəndinə əsasən əlilliyin təyin edilməsinə əsas verir. Məhkəmə kollegiyası iddiaçının hazırki xəstəlikdən uzun müddət əziyyət çəkdiyini və sağlamlığının bərpa oluması ilə bağlı hər hansı müsbət dəyişikliyinin olmadığını, əksinə ağırlaşmalar ilə əlaqədar ona əvvəllər əlillik təyin olunduğunu, hazırda ona təyin edilmiş diqnozun əvvəllər əlilliyin təyin edilməsinə əsas olan diaqnoz ilə eynilik təşkil etdiyini nəzərə alaraq, o cümlədən hazırda olan diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlilliyin təyin ediməsinə əsas verdiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2015-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-434/2023 saylı qərarı ləğv edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-434/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. Əlilliyin təyin edilməsindən imtina olunması barədə cavabdehin xx.xx.2021-ci il tarixl xxxxxxx0006 nömrəli qərarı ləğv edilsin və xx.xx.2021-ci il tarixli 026003AAH3X nömrəli göndəriş əsasında İddiaçı üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar