Məhkəmə qərarları › İş №2-1(106)-492/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-492/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-492/2025 11.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, müraciət etdiyi 20 fevral 2024-cü il tarixdən 3 il əvvələ ödənilməmiş əmək pensiyasının məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(120)-1155/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1957-ci il təvəllüdlüdür. Seriya НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur (4 ay 10 gün). xx.xx.1980-ci il tarixli 13264 nömrəli attestatdan görünür ki, iddiaçı 01.0.9.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək elektrik-qaz qaynaqçısı üzrə peşə təhsili almışdır (10 ay, 21 gün). Seriya ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1976-xx.xx.1979cu il tarixlərdə SSRİ-nin 50 illiyi adına 1 №-li Pambıqçılıq sovxozunda fəhlə (3 il, 5 ay, 1 gün), - xx.xx.1980-xx.xx.1980-ci il tarixlərdə X1 X2 Birliyində avtomaşınların təmiri üzrə çilingər (10 ay 26 gün), - xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə SSRİ-nin 50 illiyi adına 1 №-li Pambıqçılıq sovxozunda yanacaqdolduran (1 il, 3 ay, 1 gün), - xx.xx.1982-ci ildə SSRİ-nin 50 illiyi adına 1 №-li Pambıqçılıq sovxozunda fəhlə, xx.xx.1982-ci ildən çilingər, xx.xx.1982-ci ildən fəhlə vəzifələrində işləmiş və xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir (1 il, 7 ay, 21 gün), - xx.xx.1983-xx.xx.1987-ci illərdə Salyan rayon Varlı kənd klubunda müdir (3 il 4 ay 18 gün), - xx.xx.1987-xx.xx.1991-ci il tarixlərdə Yüksəliş Pambıqçılıq sovxozuna elektrik qaynaqçısı (3 il, 11 ay, 22 gün), - xx.xx.1991-xx.xx.1994-cü il tarixlərdə “Cənubenerjiistilikizolyasiya” Təmir-Tikinti Tersesti Bakı sahəsində (Ukrayna Enerji Nazirliyinin 71 №-li xx.xx.1991-ci tarixli əmrinə müvafiq olaraq “CEİİ Təmir-Tikinti Tresti” “Ukrenerjiistilikizolyasiya” İB-yə yenidən təşkil olunmuşdur) termoizolyasiya izolyasiyaçı (2 il, 11 ay, 1 gün), - xx.xx.1994-xx.xx.2001-ci il tarixlərdə “Azenerjiistilikizolyasiya” istehsalat müəssisəsində termoizolyasiya izolyasiyaçı vəzifələrində işləmişdir (7 il, 5 ay, 1 gün). Seriya ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1993-xx.xx.1994cü il tarixlərdə X6 İdarəsində dizelçi (11 ay 3 gün), - xx.xx.1994-xx.xx.1996-cı il tarixlərdə Salyanneft NQÇİ X6 İdarəsində traktorçu (1 il, 3 ay, 21 gün), - xx.xx.1996-xx.xx.1997-ci il tarixlərdə Salyanneft NQÇİ X6 İdarəsində təmirçi çilingər (1 il, 3 ay, 20 gün), xx.xx.1997-xx.xx.2003-cü il tarixlərdə "xxxx" Şirkətində traktorçu (6 il, 1 ay, 24 gün), xx.xx.2003-xx.xx.2005-ci il tarixlərdə "xxxx" Şirkətində mexanik-dispetçer (1 il, 5 ay, 1 gün), xx.xx.2005-xx.xx.2007-ci il tarixlərdə "xxxx" Şirkətində istehsalat dispetçeri (2 il, 11 ay, 11 gün), xx.xx.2007-xx.xx.2012-ci il tarixlərdə "xxxx" Şirkətində çilingər (4 il, 11 ay, 21 gün), xx.xx.2012-xx.xx.2022-ci il tarixlərdə "xxxx" Şirkətində qaldırıcı maşinist (9 il,9 gün) vəzifələrində işləmişdir. "xxxx" Şikəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli HR-23-160 nömrəli arayışda qeyd edilmişdir ki, “...Verilir İddiaçı ona görə ki, o, həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının X bölməsinin İİ yarımbölməsinə əsasən işləmişdir ki, buda aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir: xx.xx.1994-xx.xx.1996 Salyanneft neft və qaz çıxarma idarəsinin Xüsusi texnika sexində “traktorçu” vəzifəsində işləmişdir. xx.xx.1996-xx.xx.1997 Salyanneft neft və qaz çıxarma idarəsinin Xüsusi texnika sexində “təmirçi çilingər” vəzifəsində işləmişdir. xx.xx.1997-xx.xx.1999 Salyanneft neft və qaz çıxarma idarəsinin Xüsusi texnika sexində “traktorçu” vəzifəsində işləmişdir. xx.xx.1999-xx.xx.2003 Salyan OİL LTD şirkətinin Xüsusi texnika sexində “traktorçu” vəzifəsində işləmişdir. xx.xx.2003-xx.xx.2005 Salyan OİL LTD şirkətinin Nəqliyyat şöbəsində “mexanik dispeçer” vəzifəsində işləmişdir. xx.xx.2005-xx.xx.2007 Salyan OİL LTD şirkətinin Nəqliyyat şöbəsində “istehsalat dispeçeri" vəzifəsində işləmişdir. xx.xx.2007-xx.xx.2012 Salyan OİL LTD şirkətinin Avtomatika sexində “çilingər” vəzifəsində işləmişdir. xx.xx.2012-xx.xx.2022 Salyan OİL LTD şirkətinin Nəqliyyat şöbəsində A-80 qaldırcısında “qaldırıcı maşinist" vəzifəsində işləmişdir. Qeyd: İşçinin Neft.qaz və qaz kondensatı hasilatı obyektlərində Xüsusi texnika sexində bilavasitə məşğul olan təmirçi-çilingər, Avtomatika sexində bilavasitə məşğul olan çilingər, Nəqliyyat şöbəsində bilavasitə məşğul olan qaldırıçı maşinist vəzifələrində işlədiyi illər (xx.xx.2012-xx.xx.2022) həmin 12 saylı qərarın X bölməsilə eynilik təşkil edir. Buda 27 il 9 ay 29 gün təşkil edir.” ("xxxx" Şikəti tərəfindən eyni məzmunlu xx.xx.2024-cü il tarixli HR-24-2 nömrəli arayış da verilmişdir.) "xxxx" Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli HR-25-04 nömrəli arayışda qeyd edilmişdir ki, “...İddiaçı Salyan Oyl LTD şirkətində xx.xx.2007-xx.xx.2012-ci illərdə işlədiyi “avtomatika üzrə çilingər” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsində (qanuna edilmiş dəyişikliyə əsasən son siyahı) işçinin neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. İşçiyə bu vəzifəni içra edən zaman ağır iş şəraiti hesab olunduğu üçün illik ödənişli əmək məzuniyyəti günlərinə 6 gün əlavə məzuniyyət günü təqdim edilmiş və zərərli iş hesab olunduğundan aylıq əməkhaqqına 4%-lik əlavə hesablanaraq ödənilmişdir. Eyni zamanda işçinin xx.xx.2012-xx.xx.2022-ci illərdə işlədiyi Nəqliyyat sahəsində “qaldırıcı maşinist” vəzifəsi Siyahıda qaldırıcıların maşinistləri peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. İşçiyə bu vəzifəni içra edən zaman ağır iş şəraiti hesab olunduğu üçün illik ödənişli əmək məzuniyyəti günlərinə 6 gün əlavə məzuniyyət günü təqdim edilmiş və zərərli iş hesab olunduğundan aylıq əməkhaqqına 8%-lik əlavə hesablanaraq ödənilmişdir. Həmçinin, işçinin xx.xx.2012-xx.xx.2022-ci illərdə işlədiyi Nəqliyyat sahəsində “qaldırıcı maşinist” vəzifəsinin peşə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsində 2130200a-14012 kodu ilə göstərilmiş qaldırıcıların maşinistlər vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Eynilə, xx.xx.2007-xx.xx.2012-ci illərdə işlədiyi “avtomatika üzrə çilingər” vəzifəsi həmin yarımbənddə 2130200a-18494 kodu ilə göstərilmiş mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanmasında məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir.” "xxxx" Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli HR-25-6 nömrəli arayışda qeyd edilmişdir ki, “...Verilir İddiaçı ona görə ki, o, həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsində (sonradan-Siyahı) göstərilən vəzifə və peşələrlə eyni əmək xüsusiyyətlərinə malik olan vəzifələrdə işləmişdir ki, buda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verir: xx.xx.2007-xx.xx.2012 Salyan OİL LTD şirkətinin Avtomatika sexində “çilingər” Siyahıda - neft mədənlərində, neftin vəzifəsində işləmişdir. saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. xx.xx.2012-xx.xx.2022 Salyan OİL LTD şirkətinin Nəqliyyat şöbəsində A-80 Siyahıda-qaldırıcıların maşinistləri qaldırıcısında “qaldırıcı maşinist” vəzifəsində işləmişdir. peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Qeyd: İşçi hər iki vəzifədə öz əmək funksiyalarını bilavasitə neft hasilatı mədənlərində həyata keçirmişdir. Buda 14 il 8 ay 19 gün təşkil edir.” "xxxx" Şikəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli HR-25-7 nömrəli arayışda qeyd edilmişdir ki, “...Verilir İddiaçı ona görə ki, o, həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş yaşa görə əmək pensiyası almaq hüququ verir: xx.xx.2007-xx.xx.2012 Salyan OİL LTD şirkətinin Avtomatika Siyahıda - neft mədənlərində, neftin sexində “Çilingər” vəzifəsində işləmişdir. saxlanılması və ötürülməsi sahəsində (2130200A-18494) nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. xx.xx.2012-xx.xx.2022 Salyan OİL LTD şirkətinin Nəqliyyat Siyahıda-qaldırıcıların maşinistləri şöbəsində A-80 qaldırıcısında “Qaldırıcı peşəsinin əmək xüsusiyyətləri ilə eynilik maşinist” vəzifəsində işləmişdir. təşkil edir. 92130200a-14012 Qeyd: İşçi hər iki vəzifədə öz əmək funksiyalarını bilavasitə neft hasilatı mədənlərində həyata keçirmişdir. Buda 14 il 8 ay 19 gün təşkil edir.” "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 03 nömrəli “İşin xarakteri haqqında güzəştli arxiv arayışı”nda qeyd edilmişdir ki, “...Verilir 09 avqust 1957-ci il təvəllüdlü İddiaçıa ondan ötrü ki, həqiqətən xx.xx.1991-ci ildə (əmr № № 202. xx.xx.1991ci il) “Yujenerqoteploizolyasiya” Təmir-Tikinti Trestinin Bakı sahəsinə termoizolyasiya üzrə izolyasiyaçı peşəsinə qəbul edilib və xx.xx.1994-cü il tarixdə (əmr № 207, xx.xx.1994-cü il) Əmək Məcəlləsinin 36-ci maddəsinin 5-ci bəndinə (digər müəssisəyə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilib. xx.xx.1994-cü il tarixdə (əmr № 9, xx.xx.1994-cü il) “Azenerqoteploizolyasiya” Termoizolyasiya və odadavamlı mareriallarla hörgü və təmir müəssisəsinə termoizolyasiya üzrə izoləedici peşəsinə qəbul edilib və xx.xx.2001-ci ildə (əmr № 14/k, xx.xx.2001-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilib. xx.xx.1991-xx.xx.1994-cü il tarixlərində və xx.xx.1994-xx.xx.2001-ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” fəslinin “a” bəndinə əsasən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasıyaçıların işi bilavasitə zərərli əmək şəraitində işləyən vəzifələr hesab edildiyindən, güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 10 il, 04 ay təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Yujenerqoteploizolyasiya” Təmir-Tikinti Tresti və “Azenerqoteploizolyasiya” müəssisi ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır.” Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-85206/2024 nömrəli məktubuda qeyd edilmişdir ki, “...Mərkəzi Filiala təqdim edilən etdiyiniz xx.xx.1977ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 03 nömrəli arayışında xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Yujenerqoteploizolyasiya” Təmir-Tikinti Trestinin Bakı sahəsində, xx.xx.1994-xx.xx.2001ci il tarixləri arasındakı dövr ərzində isə “Azenerqoteploizolyasiya” Termoizolyasiya və odadavamlı materiallarla hörgü və təmir müəssisəsində izolyasiyaçı vəzifəsində işlədiyiniz göstərilib. Eyni zamanda xx.xx.1993-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında isə xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində X6 idarəsində dizelçi, xx.xx.1994-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə “Salyan Oil” LTD-də traktorçu, təmirçi-çilingər, dispetçer və qaldırıcı maşinist vəzifələrində işlədiyiniz qeyd olunub. Göründüyü kimi Sizə dair sənədlərdə qeyd olunan məlumatlarda uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən də həmin məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Bununla əlaqədar, iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı “Yujenerqoteploizolyasiya” və “Azenerqoteploizolyasiya” müəssisələrinin iş profilinin "xxxx" ASC ilə eyni olması səbəbi ilə sözügedən vəzifələrin zərərliliyinə dair arayış verildiyi, lakin təsdiqedici heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 27 mart 2024-cü il tarixli birgə aktı ilə təsdiq edilib. Buna görə də, xx.xx.1991-xx.xx.2001-ci il tarixləri arasındakı dövrün Sizin güzəştli iş stajınıza daxil edilməsi mümkün deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 8 ay 29 gün (xx.xx.2012xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun xx.xx.2022-ci il tarixinə ümumi iş stajı 45 il 3 ay 3 gün (xx.xx.2006-cı il tarixinədək 28 il 10 ay 3 gün (xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980ci il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixinden sonra 16 il 5 ay) təşkil edir. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2022-ci il tarixinə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 68527.33 manat təşkil edir. Həmin tarixə güzəşti şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 34580.00 manat məbləğində hesablanmışdır.” SOCAR “Kompleks qazma işləri” Tresti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 14-2- 15/2-1074/2025 nömrəli məktubda qeyd edilmişdir ki, “...İddiaçı (SOCAR-in Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 14-2/2-Y-898-1/2024 nömrəli arxiv arayışına uyğun) xx.xx.1993-xx.xx.1994-cü illər dövründə X6 İdarəsində “dizelçi” peşəsində çalışdığı müddət üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarın 2 №-li Siyahısındakı 21300000 bölmənin “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” bəndi üzrə 2130100a-14713 kodu ilə olan “qazma qurğularının motorçuları” alt bəndinə uyğun peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən staj kimi hesablanmalıdır.” "xxxx" Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı "xxxx" Şirkətində iş fəaliyyəti xx.xx.1994-xx.xx.2022-ci illərdə olan dövrlərdir. Növbəli iş rejimində işləmişdir. İş fəaliyyəti "xxxx" Şirkətində 27 il 9 ay 29 gün təşkil etmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, müraciət etdiyi 20 fevral 2024-cü il tarixdən 3 il əvvələ ödənilməmiş əmək pensiyasının məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 57 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi, o cümlədən həmin müddətin 12 il 6 aydan çox güzəştli iş stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Cavabdehin etirazları: İddiaya qarşı etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(120)-1155/2025 saylı qərarı (hakim Şahəli Musayev ) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri (imtinanın dəlilləri də eynidir) ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017ci il tarixədək olan redaksiya): Maddə 9.1 . Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2017-ci il tarixədək olan redaksiya) Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri ... 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 22. Sığorta stajının hesablanması qaydası ... 22.2. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu: İ.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000a a) fəhlələr 2290000a-12520 izolyasiyaçılar Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 2130100a-14713 qazma qurğularının motorçuları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr: izolyasiyaçılar

10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: qaldırıcıların maşinistləri neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 57 yaşının tam olduğu tarixə 25 ildən çox ümumi, o cümlədən həmin müddətin 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə tərkibi qeyd edir ki, qanuna əsasən mübahisə üzrə iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2017-ci il tarixədək onun 57 yaşının tamam olması, azı 25 il sığorta stajının və bu müddətin azı 12 il 6 ayını güzəştli iş stajı olması tələb olunur. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Onun 57 yaşı xx.xx.2014-cü ildə tamam olmuşdur. Qeyd edilən tarixə iddiaçının 25 ildən çox ümumi sığorta stajının olması iş materiallarında olan sübutlarla təsdiqini tapır. Ümumi staj cavabdeh orqan tərəfindən də mübahisələndirilmir. Belə ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixə ümumi iş stajı 45 il 3 ay 3 gün (xx.xx.2006-cı il tarixinədək 28 il 10 ay 3 gün) təşkil edir. Beləliklə, kollegiya qeyd edir ki, tərəflər arasında yaş və ümumi stajı ilə bağlı mübahisə yoxdur. İş materiallarında olan sübutları qarşılıqlı təhlil etdikdə məlum olur ki, iddiaçının eyni dövrdə ayrı-ayrı yerlərdə işlədiyi dövrlər cavabdeh tərəfindən nəzərə alınır, lakin ümumi iş stajı kimi nəzərə alınmışdır. İddiaçının hər bir müəssisədə hansı qaydada (günün hansı saatlarında və ya həftənin hansı günlərində işləməsini aydınlaşdırmaq üçün müvafiq sorğular verilmiş, lakin həmin sənədlər mövcud olmadığı üçün əldə edilməmiş, iddiaçı növbəlik qarafik əsasında (həftənin müəyyən günlərini bir müəssisədə, müəyyən günlərini isə digər müəssisədə işləməsini) bildirmişdir. "xxxx" Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı "xxxx" Şirkətində iş fəaliyyəti xx.xx.1994-xx.xx.2022-ci illərdə olan dövrlərdir. Növbəli iş rejimində işləmişdir. İş fəaliyyəti "xxxx" Şirkətində 27 il 9 ay 29 gün təşkil etmişdir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 28 il 10 ay 3 gün (xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixinden sonra 16 il 5 ay) təşkil edir. Hansı ki, həmin dövrlərin müəyyən müddətində iddiaçı eyni dövrdə 2 başqa müəssisədə işləmişdir. Həmin dövrlər üzrə analoji müəssisə kimi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 03 nömrəli “İşin xarakteri haqqında güzəştli arxiv arayışı” təqdim edilməsinə baxmayaraq, cavabdeh həmin dövrləri güzəştli iş stajı kimi deyil, ümumi iş satjı kimi nəzərə alır. Buna səbəb kimi “Yujenerqoteploizolyasiya” və “Azenerqoteploizolyasiya” müəssisələrinin iş profilinin "xxxx" ASC ilə eyni olması səbəbi ilə sözügedən vəzifələrin zərərliliyinə dair arayış verildiyi, lakin təsdiqedici heç bir sənədin mövcud olmadığı bildirilmiş və bu faktın "xxxx" ASC-nin 27 mart 2024-cü il tarixli birgə aktı ilə təsdiq edilməsi göstərilmişdir. İş materiallarında olan 27 mart 2024-cü il tarixli aktda qeyd edilmişdir ki, “...“ERA” və “Cənubenerjiistilikizolyasiya” Təmir-Tikinti Trestinə aid sənədlər "xxxx" ASCdə məvcud deyil. Qeyd edlən məsələ ilə bağlı kollegiya bildirir ki, internet resurslarında "xxxx" Açıq Səhmdar Cəmiyyət ilə bağlı qeyd edilmişdir ki, “..."xxxx" Açıq Səhmdar Cəmiyyəti 12 aprel 2002-ci ildə "xxxx" MMC kimi yaradılmışdır. 20 noyabr 2008-ci il tarixindən etibarən şirkət hüquqi adını "xxxx" MMC-dən "xxxx" ASC-yə dəyişdirmişdir. Şirkət 2002-ci ldən başlayaraq Azərbaycan enerji sektorunda olan önəmli lahiyələrdə iştirak etmiş və bir çox inşaat işlərinin əsas podratçısı olmuşdur. "xxxx" ASC-nin xidmətlərinə elektrik stansiyaları və müxtəlif sənaye obyektlərinin layihələndirilməsi, tikintisi, quraşdırılması və istismarı daxildir. Şirkət yüksək keyfiyyətli layihələri vaxtında və büdcə daxilində yerinə yetirmək üzrə güclü təcrübəyə malikdir və Azərbaycanda aparıcı mühəndislik şirkəti kimi tanınır. "xxxx" ASC həmçinin mülki tikinti sahəsində geniş təcrübəyə malikdir. Belə ki, "xxxx" ASC 2012-ci ildə Azərbaycanda baş tutan Eurovision Mahnı müsabiqəsinin keçirildiyi Bakı Kristal Zalının tikintisində baş podratçılardan biri olmuşdur. ... Tikinti, quraşdırma və təchizat işləri ilə yanaşı "xxxx" ASC-nin bir neçə istehsalat sahəsi vardır.” Geniş təhlil aparmadan belə iddiaçının işlədiyi “Cənubenerjiistilikizolyasiya” Təmir- Tikinti Tersestinin Bakı sahəsi və “Azenerjiistilikizolyasiya” istehsalat müəssisəsinin adından belə görünür ki, həmin müəssisələr "xxxx" ASC ilə eyni istehsalat profilli müəssisələr olmuşdur. Həmçinin, nəzərə almaq lazımdır ki, müəssisələrin eyni istehsalat profilli müəssisə olub-olmamasını başqalarına münasibətdə mövcud müəssisə daha dəqiq bilir. Kollegiya qeyd edir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 03 nömrəli “İşin xarakteri haqqında güzəştli arxiv arayışı” mötəbər hesab olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbi baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Bunun əksini sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı məhkəməyə sübut təqdim etməmiş, işin araşdırılması zamanı həmin məsələni təkzib edəcək dəlil ortaya qoymamışdır. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçı 57 yaşının tam olduğu xx.xx.2014-cü il tarixə 12 il 6 aydan çox güzəştli sığorta stajına da malikdir (xx.xx.1991-xx.xx.1994=2 il 11 ay, xx.xx.1994-xx.xx.2001=7 il 5 ay 1 gün, xx.xx.2007-xx.xx.2014=6 il 8 ay). Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tələb olunan 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli sığorta stajını 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixədək topladığından o, 57 yaşdan pensiya təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(120)-1155/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar