Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-494/2024 10.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli, **********269600 nömrəli, **********258200 nömrəli, **********266500 nömrəli, **********275500 nömrəli, **********260300 nömrəli, **********259900 nömrəli, **********267200 nömrəli, **********276200 nömrəli, **********254400 nömrəli, **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, **********297900 nömrəli, **********302800 nömrəli, **********589700 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinin ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-263/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı "xxxx" firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdeh orqan tərəfindən hesablanmış 108,011.13 manat vergi borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-263/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə iddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********277900 nömrəli, xx.xx.2023-cü il tarixli **********269600 nömrəli, xx.xx.2023-cü il tarixli **********258200 nömrəli, xx.xx.2023-cü il tarixli **********297900 nömrəli, xx.xx.2023-cü il tarixli **********302800 nömrəli, xx.xx.2023-cü il tarixli **********266500 nömrəli, xx.xx.2023-cü il tarixli **********275500 nömrəli, xx.xx.2023-cü il tarixli **********260300 nömrəli, xx.xx.2023-cü il tarixli **********259900 nömrəli, xx.xx.2023-cü il tarixli **********267200 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, xx.xx.2023-cü il tarixli **********276200 nömrəli, xx.xx.2023-cü il tarixli **********254400 nömrəli, xx.xx.2023-cü il tarixli **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli, xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinin ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Firması 1999-cu ildən rəsmi dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Fəaliyyət göstərdiyi 23 ilə yaxın müddət ərzində həmişə üzərinə düşən öhdəlikləri vaxtında və layiqincə yerinə yetirmişdir. Lakin bu yaxınlarda cavabdeh orqan tərəfindən onlar barəsində əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata durmadıqları əsası ilə barələrində müvafiq qərar qəbul edilərək həm vergi borcu hesablanmış, həm də əlavə cərimələr tətbiq edilmişdir. Cavadeh orqanın iddiaçıya ünvanladığı son rəsmi məktuba əsasən iddiaçıya vergilər üzrə 80,492.29 manat, maliyyə sanksiyaları üzrə 1,040.00 manat, faizlər üzrə 26,478.84 manat olmaqla ümumilikdə 108,011.13 manat məbləğində vergi borcu hesablanmışdır. Ümumiyyətlə barələrində belə bir qərarın və vergi borcunun hesablanmasından məlumatları olmamışdır. Yalnız bu yaxın aylarda "xxxx" Firmasının bankda olan hesabı ilə əlaqədar pul köçürməsi əməliyyatı həyata keçirmək istəyərkən cavabdeh orqan tərəfindən hesaba həbsin qoyulmasından xəbərdar olmuşdur. Bundan sonra isə həmin həbsin hansı səbəbdən qoyulduğu ilə maraqlandıqda cavabdeh orqan tərəfindən iddiaçı barəsində əlavə vergi borcunun hesablanmasından xəbərdar olmuşdur. Həmin bu cərimə və saksiyalar ilə razı olmadığı üçün şikayət ərizəsi ilə AR Vergilər Xidmətinə müraciət edilmişdir. Dəfələrlə müraciəti əsasında aparılan araşdırımaların nəticəsi olaraq iddiaçıya hesablanmış vergi borcundan 21.375.07 manatın əvəzləşdirmə qaydasında 2141 manatını isə dəqiqləşmə yolu ilə silindiyini bildirmişlər. Lakin, bununla da razılaşmayaraq iddiaçı əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmağının qeyri-qanuni olduğunu və sahibkarlıq fəaliyyəti nəticəsində olan dövriyyənin əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmağı üçün əsas olmadığını bildirmişdir. "xxxx" Firması Saatlı rayonunun Qara Nuru kəndində neft emalı məhsullarının əhaliyə satılması ilə məşğuldur. Mehman” Firmasının əhaliyə xidmət göstərdiyi yanacaq doldurma məntəqəsi əsas magistraldan kənarda olmaqla əsas etibarı ilə Qara Nuru kəndinin əhalisinə xidmət edir. Yanacaq doldurma məntəqəsində də cəmi bir ədəd yanacaq doldurma aparatı vardır. Bu yaxınlarda iddiaçının firmasında həm kassa aparatında, həm də yanacaq doldurma aparatında nasazlıq yarandığı üçün onların təmiri məqsədi ilə mütəxəssis cəlb edilmişdir. Bu problemlər də həmin təmir işlərindən sonra başlanmışdır. Belə ki, kassa aparatının yaddaşında probemlər yarandığı üçün səhv elektron qaimə-fakturalar göstərilmiş bu nəticəsində də cavabdeh orqanda "xxxx" Firmasının sahibkarlıq fəaliyyəti ilə əlaqədar satış dövriyyəsində yanlış təsəvvür yaranmışdır. "xxxx" Firmasında bütün əməliyyatlar nağdsız qaydada, yəni bank köçürmələri vasitəsilə həyata keçirilir. Həm satış üçün alınan neft emalı məhsulları, həm də əhaliyə satılan mallar kassa aparatı vasitəsilə həyata keçirilir.Bu 23 il ərzində cavabdeh orqana iddiaçının təqdim etdiyi vergi bəyannamələrində də həm aylıq, həm də illik dövriyyə aydın şəkildə görsənir. Həm bu bəyannamələrdən, həm də banka vasitəsilə aparılan əməliyyatlar barədə bank tərəfindən təyin edimiş çıxarışdan açıq-aydın görsənir ki, iddiaçının dövriyyəsi cavabdeh orqanın təqdim etdiyi şəkildə deyil. İddiaçı dəfələrlə işin bu hallarının araşdırılması ilə əlaqədar cavabdeh orqana müraciət etsə də cavabdeh orqan tərəfindən ədalətli və obyektiv araşdırma aparılmamış və bu da iddiaçının hüquqlarının pozulması ilə yanaşı əsassız olaraq maddi məsuliyyətə cəlb edilməyinə səbəb olmuşdur. Barəsində qəbul edilmiş bu vergi borcu barədə qərarın qüvvədə qalması bir sahibkarlıq subyekti kimi iddiaçının hüqüqlarının kobud şəkildə pozulmasına, həm də maddi vəziyyətinin çətinləşməsinə gətirib çıxara bilər. Ona görə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" FİRMASİ (VÖEN **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək idarə tərəfindən hesablanmış 108011,13 manat vergi borcunun silinməsi qərar qəbul edilməsini xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, aparılan araşdırma zamanı "xxxx" FİRMASİ-nın (VÖEN **********) xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə onlayn kassa məlumatlarına əsasən vergiyə cəlb olunan dövriyyəsi 249864.4 (ƏDV-siz) manat təşkil etdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1 -ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6- cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Qeyd olunanları əsas götürərək vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə **********876400 nömrəli “Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi haqqında” bildiriş göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən ərizə təqdim edilmədiyi üçün, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən "xxxx" FİRMASİ xx.xx.2020-ci il tarixdən ƏDV qeydiyyatına alınmışdır. ƏDV qeydiyyatı barədə xx.xx.2021 -ci il tarixli **********857900 nömrəli bildiriş vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini (bu Məcəllənin 158.2-ci maddəsinin ikinci abzasında göstərilən vergi ödəyiciləri istisna olmaqla) vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırma zamanı onlayn kassa məlumatlarına əsasən 2020- ci il avqust ayı üzrə 44150.3 manat (ƏDV-siz) məbləğində, 2020-ci il sentyabr ayı üzrə 27057.27 manat (ƏDV-siz) məbləğində, 2020-ci il oktyabr ayı üzrə 8066.88 manat (ƏDV- siz) məbləğində, 2020-ci il noyabr ayı üzrə 55849.22 manat (ƏDV-siz) məbləğində, 2020- ci il dekabr ayı üzrə 12988.59 manat (ƏDV-siz) məbləğində, 2021-ci il yanvar ayı üzrə 22183.86 manat (ƏDV-siz) məbləğində, 2021 -ci il fevral ayı üzrə 1242.07 manat (ƏDV- siz) məbləğində, 2021-ci il mart ayı üzrə 23822.24 manat (ƏDV-siz) məlbəğində, 2021-ci il aprel ayı üzrə 23988.19 manat (ƏDV-siz) məbləğində, 2021-ci il may ayı üzrə 28239.76 manat (ƏDV-siz) məbləğində, 2021-ci il iyun ayı üzrə 10182.54 manat (ƏDV-siz) məbləğində, 2021-ci il iyul ayı üzrə 14039.47 manat (ƏDV-siz) məbləğində, 2021-ci il avqust ayı üzrə 19606.92 manat (ƏDV-siz) məbləğində, 2021-ci il sentyabr ayı üzrə 24606.07 manat (ƏDV-siz) məbləğində, 2021-ci il oktyabr ayı üzrə 23535.57 manat (ƏDV- siz) məbləğində, 2021- ci il noyabr ayı üzrə 21841.8 manat (ƏDVsiz) məbləğində, 2021-ci il dekabr ayı üzrə 3920.92 manat (ƏDV-siz) məbləğində dövriyyə məbləği müəyyən edilməsinə baxmayaraq qeyd olunan dövrlər üzrə ƏDV bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlarvergiyə cəib edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********162500 nömrəli və xx.xx.2022-ci il tarixli **********011800 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün, yuxarıda qeyd olunanları əsas götürərək qeyd olunan dövr üzrə kameral vergi yoxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********211500 nömrəli, 21.01,2022-ci il tarixli **********878000 nömrəli, **********052500 nömrəli, **********855500 nömrəli, **********190600 nömrəli, **********844100 nömrəli, **********698000 nömrəli, **********778300 nömrəli, **********742000 nömrəli, **********822300 nömrəli, **********967300 nömrəli, **********993600 nömrəli, **********656800 nömrəli, **********948600 nömrəli, **********080200 nömrəli, **********136600 nömrəli, **********973200 nömrəli, **********027900 nömrəli vergilərin hesablanması barədə Qərar göndərilmişdir. parılan araşdırma zamanı 2020-ci il üzrə ƏDV bəyannamələrinə əsasən dövriyyə məbləği 148112.26 manat olmasına baxmayaraq, qeyd olunan dövr üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı xx.xx.2020-ci il tarixdən (ƏDV-qeydiyyatı tarixindən) xx.xx.2020-ci il tarixədək olan dövr üzrə tərəfinizdən e-qaimə ilə alınmış malların ümumi dəyəri 33037.37 manat (Yol vergisi daxil), e-qaimə əsasında çəkilən digər xərclər 334.0 manat məbləğində, qeyd olunan dövr üzrə əmək haqqı xərcinin 3800.0 manat məbləğində, sosial sığorta xərclərinin isə 855.0 manat məlbəğində olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, 2020- ci il mənfəət vergisi bəyannaməsi üçün dövriyyə üzrə 110085.89 manat (148112.26 - 33037.37 - 334.0 - 3800.0 - 855.0) məbləğində kənarlaşmanın yarandığı müəyyən edilmişdir. Nəticədə yuxarıda qeyd olunanlara əsasən, mənfəət vergisi üzrə 22017.18 manat vergi məbləği dövlət büdcəsindən yayındırılmış vəsait kimi qiymətləndirilir. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********010100 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün, yuxarıda qeyd olunanları əsas götürərək qeyd olunan dövr üzrə kameral vergi yoxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********210800 nömrəli vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.Azərbaycan Respublikasının Konstitusiyasının 73.1 -ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Odur ki, iddiaçı "xxxx" Firmasının iddia tələbi tam əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı "xxxx" firmasının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-263/2024 saylı qərarı ilə (hakim Amilya Hüseynova) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı "xxxx" FİRMASİ-nın (VÖEN **********) xx.xx.2019-cu il tarixdən 31,07.2020-ci il tarixədək olan dövr üzrə onlayn kassa məlumatlarına əsasən vergiyə cəlb olunan dövriyyəsi 249864.4 (ƏDV-siz) manat təşkil etdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1 -ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1 -ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1 -ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1 -ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV- nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Qeyd olunanları əsas götürərək vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə **********876400 nömrəli “Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi haqqında” bildiriş göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən ərizə təqdim edilmədiyi üçün, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 155.1 -ci maddəsinə əsasən "xxxx" FİRMASİ 01,08.2020-ci il tarixdən ƏDV qeydiyyatına alınmışdır. ƏDV qeydiyyatı barədə xx.xx.2021-ci il tarixli **********857900 nömrəli bildiriş vergi ödəyicisinə göndərilmişdir. Eyni zamanda bildiririk ki, Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırma zamanı onlayn kassa məlumatlarına əsasən 2020-ci il avqust ayı üzrə 44150.3 manat (ƏDV-siz) məbləğində, 2020-ci il sentyabr ayı üzrə 27057.27 manat (ƏDV-siz) məbləğində, 2020ci ii oktyabr ayı üzrə 8066.88 rrıanat (ƏDV-siz) məbləğində, 2020-ci il noyabr ayı üzrə 55849.22 manat (ƏDV-siz) məbləğində, 2020-ci il dekabr ayı üzrə 12988.59 rrıanat (ƏDV-siz) məbləğində, 2021 -ci il yanvar ayı üzrə 22183.86 manat (ƏDV-siz) məbləğində, 2021-ci il fevral ayı üzrə 1242.07 manat (ƏDV-siz) məbləğində, 2021-ci il mart ayı üzrə 23822.24 manat (ƏDV- siz) məlbəğində, 2021-ci il aprel ayı üzrə 23988.19 manat (ƏDV-siz) məbləğində, 2021-ci il may ayı üzrə 28239.76 manat (ƏDVsiz) məbləğində, 2021-ci il iyun ayı üzrə 10182.54 manat (ƏDV-siz) məbləğində, 2021-ci il iyul ayı üzrə 14039.47 manat (ƏDV-siz) məbləğində, 2021-ci il avqust ayı üzrə 19606.92 manat (ƏDV-siz) məbləğində, 2021-ci il sentyabr ayı üzrə 24606.07 manat (ƏDV-siz) məbləğində, 2021-ci il oktyabr ayı üzrə 23535.57 manat (ƏDV-siz) məbləğində, 2021-ci il noyabr ayı üzrə 21841.8 manat (ƏDV-siz) məbləğində, 2021-ci il dekabr ayı üzrə 3920.92 manat (ƏDV-siz) məbləğində dövriyyə məbləği müəyyən edilməsinə baxmayaraq qeyd olunan dövrlər üzrə ƏDV bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********162500 nömrəli və xx.xx.2022-ci il tarixli **********011800 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün, yuxarıda qeyd olunanları əsas götürərək qeyd olunan dövr üzrə kameral vergi yoxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********211500 nömrəli, xx.xx.2022-ci il tarixli **********878000 nömrəli, **********052500 nömrəli, **********855500 nömrəli, **********190600 nömrəli, **********844100 nömrəli, **********698000 nömrəli, **********778300 nömrəli, **********742000 nömrəli, **********822300 nömrəli, **********967300 nömrəli, **********993600 nömrəli, **********656800 nömrəli, **********948600 nömrəli, **********080200 nömrəli, **********136600 nömrəli, **********973200 nömrəli, **********027900 nömrəli vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Əlavə olaraq bildiririk ki, aparılan araşdırma zamanı 2020-ci il üzrə ƏDV bəyannamələrinə əsasən dövriyyə məbləği 148112.26 manat olmasına baxmayaraq, qeyd olunan dövr üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı xx.xx.2020-ci il tarixdən (ƏDV-qeydiyyatı tarixindən) xx.xx.2020-ci il tarixədək olan dövr üzrə tərəfinizdən e-qairnə ilə alınmış malların ümumi dəyəri 33037.37 manat (Yol vergisi daxil), e-qaimə əsasında çəkilən digər xərclər 334.0 manat məbləğində, qeyd olunan dövr üzrə əmək haqqı xərcinin 3800.0 manat məbləğində, sosial sığorta xərclərinin isə 855.0 manat məlbəğində olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, 2020-ci il mənfəət vergisi bəyannaməsi üçün dövriyyə üzrə 110085.89 manat (148112.26 - 33037.37 - 334.0 3800.0 - 855.0) məbləğində kənarlaşmanın yarandığı müəyyən edilmişdir. Nəticədə yuxarıda qeyd olunanlara əsasən, mənfəət vergisi üzrə 22017.18 manat vergi məbləği dövlət büdcəsindən yayındırılmış vəsait kimi qiymətləndirilir. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********010100 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin iələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün, yuxarıda qeyd olunanları əsas götürərək qeyd olunan dövr üzrə kameral vergi yoxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********210800 nömrəli vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən qeyd edilən qərarlar üzrə dövrlərə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir. Təqdim edilmiş bəyannamələrdə vergiyə cəlb edilən dövriyyənin azaldılması faktı müəyyən edildiyi üçün vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli, xx.xx.2023-cü il tarixli **********269600 nömrəli, xx.xx.2023- cü il tarixli **********258200 nömrəli, xx.xx.2023-cü il tarixli **********297900 nömrəli, xx.xx.2023-cü il tarixli, **********302800 nömrəli, xx.xx.2023-ci il tarixli **********266500 nömrəli, xx.xx.2023-cü il tarixli **********275500 nömrəli, xx.xx.2023-cü il tarixli **********260300 nömrəli, xx.xx.2023-cü il tarixli **********259900 nömrəli, xx.xx.2023- cü il tarixli **********267200 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, xx.xx.2023-cü il tarixli, **********276200 nömrəli, xx.xx.2023-cü il tarixli **********254400 nömrəli, xx.xx.2023-cü il tarixli **********268900 nömrəli, xx.xx.2023- cü il tarixli **********868100 nömrəli, xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərarlar qəbul edilmiş və yayındırılmış məbləğlər bərpa edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-263/2024 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-263/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-263/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyen edilməsi qaydaları 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası və sahəsi istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya muhasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçot və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləsdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlak üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin ve xidmətlərin alınmasına çəkilən xərcləri barəd rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyriəmlak barədə rəsmi məlumatlar; 67.1.5 vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların fiziki həcmi barədə 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7 vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri barədə məlumatlar; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1.eyni xüsusiyyətli və ya eyni cinsli malların malların istehsalı; 67.2.2.eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3.fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 104. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən bu Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir. Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır. Bu zaman iştirak payı və ya səhmlərin təqdim edilməsi əməliyyatı ilə bağlı əldə olunan gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən digər xərclər də çıxılır. Maddə 153. əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Maddə 154. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və bu Məcəllənin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır. Bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. Bu maddənin məqsədi üçün ayrıca şəxs dedikdə birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs nəzərdə tutulur. Aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır. Bu Məcəllənin 33.8-1-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) ƏDV-nin ödəyiciləri sayılır. Maddə 158. Vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDVnə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV- nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına göndərməlidir. Vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV-nin ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı "xxxx" firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia qaldıraraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli, xx.xx.2023-cü il tarixli **********269600 nömrəli, xx.xx.2023-cü il tarixli **********258200 nömrəli, xx.xx.2023-cü il tarixli **********297900 nömrəli, xx.xx.2023-cü il tarixli **********302800 nömrəli, xx.xx.2023-cü il tarixli **********266500 nömrəli, xx.xx.2023-cü il tarixli **********275500 nömrəli, xx.xx.2023-cü il tarixli **********260300 nömrəli, xx.xx.2023-cü il tarixli **********259900 nömrəli, xx.xx.2023-cü il tarixli **********267200 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, xx.xx.2023-cü il tarixli **********276200 nömrəli, xx.xx.2023-cü il tarixli **********254400 nömrəli, xx.xx.2023-cü il tarixli **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli, xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi mal alarkən ödədiyi ƏDV məbləğlərini Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirmək hüququna malik olmamışdırsa, həmin malın təqdim edilməsi (satılması) ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat hesab edilmir və nəticə etibarilə ƏDV-yə cəlb edilmir. Belə ki, bu halda ƏDV ödəyicisi həm mal alarkən, həm də satarkən iki qat ƏDV məbləği ödəməli olur.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 2020-2021-ci illər ərzində "xxxx" QSC-dən aldığı mallara görə ƏDV ödədiyi halda, onları Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə müvafiq olaraq əvəzləşdirmək hüququna malik olmamışdır ki, nəticə etibarilə həmin malların (yanacaq məhsullarının) satışı ƏDV-yə cəlb olunan əməliyyat hesab edilə və ƏDV-yə cəlb edilə bilməzdi. Digər yandan məhkəmə qeyd edir, cavabdeh vergi orqanı 2020-ci ilin avqust- dekabr, 2021-ci ilin yanvar-dekabr aylarına ƏDV hesablayarkən istinad etdiyi yeganə əlaqəli məlumat onlayn kassa məlumatları olmuşdur ki, məhkəmə aşağıda qeyd olunan səbəblərdən həmin məlumatları vergilərin hesablanması üçün mötəbər mənbə hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin məktubuna əsasən iddiaçı yanacaq doldurma məntəqəsində quraşdırılmış nəzarət kassa aparatının elektron beynində yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə ikinci əl digər elektron beyindən istifadə etmiş və ikinci beynin məlumatları sıfırlanmadığından, sayğac göstəricilərində, eləcə də vergi orqanına ötürülən onlayn kassa məlumatlarında uyğunsuzluqlar ortaya çıxmışdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən məlumat, eləcə də iddiaçının aldığı yanacaq məhsullarının həcmi və həmin həcmə uyğun olaraq müəyyən edilən satış dövriyyəsi ilə onlayn kassa məlumatlarının göstəriciləri arasındakı kəskin fərq iddiaçıya məxsus yanacaq doldurma məntəqəsindəki onlayn kassa aparatının məlumatlarının mötəbərliyi ilə bağlı ciddi şübhələr yaradır. Bu isə o deməkdir ki, vergi orqanı xidməti vəzifəsindən irəli gələrək inzibati icraat (kameral vergi yoxlaması) zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, eləcə də maraqlı şəxsin xeyrinə olan halları araşdırıb nəzərə almalı idi. (“İnzibati icraat haqqında” AR Qanununun 24.1, 24.2, 24.3 və 24.4-cü maddələri) Onlayn kassa məlumatlarının ekspert rəyi ilə müəyyən edilmiş satış dövriyyəsindən yüksək olmasına münasibətdə məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan bir haldakı iddiaçının onlayn kassa üzrə satış dövriyyəsinin real satış dövriyyəsi olduğunu iddia edir, bu halda elektron qaimə-faktura əsasında rəsmi olaraq alınan malların həcminə Tarif Şurasının normalarının tətbiqi nəticəsində hesablanmış satış dövriyyəsi ilə onlayn kassa məlumatları arasındakı uyğunsuzluğa aydınlıq gətirməli və həmçinin iddiaçının rəsmi olaraq elektron qaimə-faktura əsasında aldığı mallardan kənar mal alıb- satdığına dair mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh vergi orqanı buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh vergi orqanı onlayn kassa məlumatlarına əsasən satıldığı iddia olunan məhsulların dəyərinin iddiaçıya nağd və ya nağdsız qaydada ödənilməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı aldığı mallara (yanacaq məhsullarına) görə ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olmadığından və alınmış yanacaq məhsullarının həcminə uyğun olaraq müəyyyən edilmiş satış dövriyyəsi 200,000.0 manatlıq həddi keçmədiyindən, bundan başqa onlayn kassa məlumatlarına əsasən müəyyən edilmiş və həqiqliyinə dair aradan qaldırılmaz şübhələr mövcud olan satışlar üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması qaydasında 2020-ci ilin avqust-dekabr və 2021-ci ilin yanvar-dekabr aylarına hesablanmış əlavə dəyər vergisi və mənfəət vergisi məbləğləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarında görə cavabdeh tərəfindən iddiaçı "xxxx" firmasının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə onlayn kassa məlumatlarına əsasən vergiyə cəlb olunan dövriyyəsinin 249,864.4 (ƏDV-siz) manat təşkil etdiyi və nəticədə 2020-ci ilin iyul ayında 200.000,0 manatlıq həddi keçdiyi müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğuna görə növbəti aydan, yəni 2020ci ilin avqust ayının 1-dən məcburi qaydada ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaranmışdır. Bundan sonra xx.xx.2020-xx.xx.2021-ci il tarixləri ərzində baş vermiş satış əməliyyatları ƏDV üzrə vergitutma obyekti hesab edilmiş və həmin dövrə aid onlayn kassa məlumatları əsas götürülərək, iddiaçıya 2020-ci ilin avqust-dekabr və 2021-ci ilin yanvardekabr ayları üzrə Əlavə dəyər vergisi, 2020-2021-ci illərə isə mənfəət vergisi hesablanmışdır. İddiaçı hazırda ƏDV-nin məqsədləri üçün qeydiyyatı və 2020-ci ilin avqust-dekabr və 2021-ci ilin yanvar-dekabr ayları üzrə hesablanmış əlavə dəyər vergisi məbləğlərini, eləcə də 2020-2021-ci illər üzrə hesablanmış mənfəət vergisi məbləğlərini mübahisələndirir və hesab edir ki, onlayn kassa məlumatları reallığı əks etdirmir və iddiaçının ardıcıl 12 aylıq vergiyə cəlb olunan dövriyyəsi 200,000.0 manatı keçmədiyinə görə ƏDV və mənfəət vergisi öhdəliyi yarana bilməzdi. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh vergi orqanı iddiaçını ƏDV qeydiyyatına almaqda və bu əsasla ƏDV və mənfəət vergisi hesablamaqda haqlı olmamışdır. Belə ki, işin hallarından aydın olduğu kimi, mübahisənin yaranmasının səbəbi vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 ay ərzində 200.000 manatı keçməsi əsası ilə cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2021-ci ilin dekar ayının 24-də məcburi olaraq əvvəlki – xx.xx.2020-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirilməsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 157-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. Şəxsin ərizəsindəki məlumatların düzgün olmadığı müəyyən edildikdə, araşdırmanın nəticələri üzrə vergi orqanı tərəfindən bu Məcəllənin 157-2-ci maddəsinin dördüncü abzasında müəyyən edilmiş formada əsaslandırılmış akt tərtib olunur. Akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir. Şəxs aktı aldığı gündən 5 gün müddətində dəqiqsizlikləri aradan qaldırıb vergi orqanına təqdim etməlidir, təqdim edilmiş ərizədə dəqiqsizliklər olmadıqda şəxs qeydiyyata alınır və bu barədə şəxsə vergi orqanı tərəfindən bildiriş göndərilir. Şəxs bu maddənin ikinci abzasında müəyyən edilmiş qaydada dəqiqsizlikləri aradan qaldırmadıqda və qeydiyyata alınmadıqda vergi orqanı tərəfindən ona qeydiyyata alınmadan imtina barədə bildiriş təqdim edilir. Araşdırmanın nəticələri üzrə tərtib olunan aktın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. 157.3.2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə. 157.3.3.Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, vergi orqanı ƏDV-nin ödəyicilərinin reyestrini aparmağa borcludur. Vergi ödəyiciləri ƏDV-nin reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini (bu Məcəllənin 158.2-ci maddəsinin ikinci abzasında göstərilən vergi ödəyiciləri istisna olmaqla) vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. Həmin Məcəllənin 157.6-ci maddəsinə əsasən ƏDV ödəyicilərinin məlumatlarında dəyişikliklər baş verdikdə ƏDV ödəyicilərinin dövlət reyestrində müvafiq düzəlişlər edilməlidir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş hallarda rəsmi sorğulara əsasən sorğu edənə "ƏDV ödəyicilərinin reyestrindən çıxarış" verilir. Məhkəmə kollegiyası ƏDV məqsədləri üçün qeydiyyata münasibətdə qeyd edir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olarsa, həmin vergi ödəyicisi 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir. Ərizəni vermədiyi təqdirdə isə vergi orqanı öz təşəbbüsü ilə həmin şəxsi qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir (Vergi Məcəlləsinin 155.1, 157.3 və 157.5-ci maddələri) Qeyd etmək lazımdır ki, qanunvericilikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan vergi ödəyicisinin 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi nəzərdə tutulsa da, vergi orqanının həmin vergi ödəyicilərini ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata almasına münasibətdə konkret müddət qeyd edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə müddətin 10 gün nəzərdə tutulması vergidən yayınma halının qarşısını almaqla yanaşı, vergi ödəyicisi tərəfindən ƏDV-nin hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu, əvəzləşdirmə hüququnun nə vaxt yarandığını dəqiqləşdirmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən ƏDV-nin məqsədləri üçün dövlət qeydiyyatına alınmış vergi ödəyicilərinə satdığı malların (işlərin, xidmətlərin) dəyərinə ƏDV təbiq (əlavə) etmək və malları (işləri, xidmətləri) alarkən ödədikləri ƏDV-ni əvəzləşdirmək hüququ verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı 2020- 2022-ci illər ərzində sadələşdirilmiş vergi ödəyicisi olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş, apardığı əməliyyatlara ƏDV tətbiq (əlavə) etməmiş, sadələşdirilmiş verginin ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən vergi ödəyicinin (iddiaçının) vergi tutulan əməliyyatlarının həcminin 200.000 manat həddini keçməsi aşkar olunduğu halda iddiaçının ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınmasını 16 ay sonra həyata keçirməsi, bununla da qeyd edilən müddətdə satdığı mallara görə faktiki olaraq ƏDV əlavəsi tətbiq etmək və əvəzləşdirmə hüququnu tətbiq etmək imkanından məhrum olması normanın məqsədlərinə uyğun hesab edilə bilməz. Belə ki, məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə qeydiyyat tarixi qüvvəyə minməsinə dair normanın məzmunu aydın olsa da, hansı müddətdə tətbiq edilməsinə dair aydın göstəriş – tənzimləmə yoxdur. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası normanın onun məqsədinə uyğun tətbiq edilməli olduğu qənaətindədir. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə ödəyici üçün müddətin 10 gün nəzərdə tutulması vergi orqanı üçün hüququnun tətbiqi üçün müddətlərin tətbiq edilməsini zəruri edir. Başqa sözlə, mövcud vəziyyətdə vergi orqanı diskresion səlahiyyətlərindən həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etməli, vergi qanunvericiliyinin “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi” prinsipini pozmamalı və (vergi orqanı kimi) hüququnun (eləcə də vəzifəsinin) tətbiq edilməməsi nəticəsində iddiaçı üçün əlverişsiz şərait yaratmamalıdır. Belə ki, vergi ödəyicisinin (iddiaçının) ƏDV məqsədləri üçün qeydiyyata alınmasına əsas olmuş məlumatlar (onlayn kassa məlumatları), eləcə də iddiaçının vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi artıq növbəti hesabat dövründə vergi orqanına məlum olduğu halda, məcburi qeydiyyatı vaxtında təmin etməmiş, nəticədə, ödəyici də satdığı mallara görə ƏDV tətbiq etmək və daha sonra əvəzləşdirmə hüququndan məhrum olmuşdur. Belə ki, vergi orqanının həmin hüququ ödəyici üçün müəyyənləşdirilmiş 10 gününün ertəsi günündən başlamış, vergi orqanı isə həmin hüququ 16 aydan sonra xx.xx.2021-ci il tarixdə qüvvəyə minməklə həyata keçirmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişinin qəbul edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası 2020-ci ilin avqust-dekabr və 2021-ci ilin yanvar-dekabr aylarına ƏDV və 2020-2021-ci illərə mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləğlərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalara əsasən müəyyən edilir ki, idiaçı 2020-2021-ci illər ərzində "xxxx" QSC-dən ümumilikdə 181.89 ton Aİ-92 markalı avtomobil benzini və dizel yanacağı almış və aldığı mallara görə satıcıya əlavə dəyər vergisi ödəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" QSC-dən Aİ-92 markalı avtomobil benzini və dizel yanacağı aldığı tarixlərdə ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyindən (sadələşdirilmiş verginin ödəyicisi olduğundan) aldığı mallara görə ödədiyi ƏDV məbləğlərini Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən əvəzləşdirmək hüququ olmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Həmin Məcəllənin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDVni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43- cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. Qeyd olunan normaların birgə təhlilindən aydın olur ki, vergi ödəyicisi mal alarkən ödədiyi ƏDV məbləğlərini Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirmək hüququna malik olmamışdırsa, həmin malın təqdim edilməsi (satılması) ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat hesab edilmir və nəticə etibarilə ƏDV-yə cəlb edilmir. Belə ki, bu halda ƏDV ödəyicisi həm mal alarkən, həm də satarkən iki qat ƏDV məbləği ödəməli olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 2020-2021-ci illər ərzində "xxxx" QSC-dən aldığı mallara görə ƏDV ödədiyi halda, onları Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə müvafiq olaraq əvəzləşdirmək hüququna malik olmamışdır ki, nəticə etibarilə həmin malların (yanacaq məhsullarının) satışı ƏDV-yə cəlb olunan əməliyyat hesab edilə və ƏDV-yə cəlb edilə bilməzdi. Digər yandan məhkəmə kollegiyası qeyd edir, cavabdeh vergi orqanı 2020-ci ilin avqust- dekabr, 2021-ci ilin yanvar-dekabr aylarına ƏDV hesablayarkən istinad etdiyi yeganə əlaqəli məlumat onlayn kassa məlumatları olmuşdur ki, məhkəmə aşağıda qeyd olunan səbəblərdən həmin məlumatları vergilərin hesablanması üçün mötəbər mənbə hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin məktubuna əsasən iddiaçı yanacaq doldurma məntəqəsində quraşdırılmış nəzarət kassa aparatının elektron beynində yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə ikinci əl digər elektron beyindən istifadə etmiş və ikinci beynin məlumatları sıfırlanmadığından, sayğac göstəricilərində, eləcə də vergi orqanına ötürülən onlayn kassa məlumatlarında uyğunsuzluqlar ortaya çıxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən məlumat, eləcə də iddiaçının aldığı yanacaq məhsullarının həcmi və həmin həcmə uyğun olaraq müəyyən edilən satış dövriyyəsi ilə onlayn kassa məlumatlarının göstəriciləri arasındakı kəskin fərq iddiaçıya məxsus yanacaq doldurma məntəqəsindəki onlayn kassa aparatının məlumatlarının mötəbərliyi ilə bağlı ciddi şübhələr yaradır. Bu isə o deməkdir ki, vergi orqanı xidməti vəzifəsindən irəli gələrək inzibati icraat (kameral vergi yoxlaması) zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, eləcə də maraqlı şəxsin xeyrinə olan halları araşdırıb nəzərə almalı idi. (“İnzibati icraat haqqında” AR Qanununun 24.1, 24.2, 24.3 və 24.4-cü maddələri) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarxli 9\5722 nömrəli ekspert rəyində qeyd edilənlərə əsasən iddiaçının "xxxx" QSC-dən elektron qaimə-faktura əsasən aldığı yanacaq məhsullarının (Aİ-92 markalı avtomobil benzini və dizel) həcmi və Tarif Şurasının təsbit etdiyi müvafiq tarixlər üzrə pərakəndə satış qiymətlərini nəzərə alaraq, iddiaçının vergiyə cəlb olunan dövriyyəsi 2020-ci il üzrə 76,824.25 manat, 2021-ci il üzrə 114,641.20 manat, ümumilikdə isə 191,465.45 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarxli 9\5722 nömrəli ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı əsas mövcud deyil və iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilər. Buna görə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli, 9/5722 nömrəli ekspert rəyi mötəbər sübut olaraq qiymətləndirilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ardıcıl 12 aylıq dövr ərzində vergiyə cəlb edilən dövriyyəsi 200,000.0 manatı keçmədiyindən, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmək və ƏDV hesablamaq öhdəliyi yaranmamışdır. Bununla yanaşı onlayn kassa məlumatlarının ekspert rəyi ilə müəyyən edilmiş satış dövriyyəsindən yüksək olmasına münasibətdə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan bir haldakı iddiaçının onlayn kassa üzrə satış dövriyyəsinin real satış dövriyyəsi olduğunu iddia edir, bu halda elektron qaimə-faktura əsasında rəsmi olaraq alınan malların həcminə Tarif Şurasının normalarının tətbiqi nəticəsində hesablanmış satış dövriyyəsi ilə onlayn kassa məlumatları arasındakı uyğunsuzluğa aydınlıq gətirməli və həmçinin iddiaçının rəsmi olaraq elektron qaiməfaktura əsasında aldığı mallardan kənar mal alıb-satdığına və yaxud aldığı malları Tarif Şurasının müəyyən etdiyi qiymətdən daha baha qiymətə satdığına dair mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh vergi orqanı buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh vergi orqanı onlayn kassa məlumatlarına əsasən satıldığı iddia olunan məhsulların dəyərinin iddiaçıya nağd və ya nağdsız qaydada ödənilməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir. Halbuki, vergi qanunvericiliyinin tələblərinə əsasən, malların (işlərin, xidmətlərin) təqdim edilməsi o hada ƏDV üzrə vergiyə cəlb olunan və 18 faiz dərəcə ilə ƏDV hesablanan əməliyyat hesab edilir ki, həmin əməliyyatların ƏDV-siz dəyəri vergi ödəyicisinə nağd və ya nağdsız şəkildə ödənilmiş olsun (Vergi Məcəlləsinin 166.1, 166.1.1, 166.1.1-1, 166.7-ci maddələri). Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı aldığı mallara (yanacaq məhsullarına) görə ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olmadığından və alınmış yanacaq məhsullarının həcminə uyğun olaraq müəyyyən edilmiş satış dövriyyəsi 200,000.0 manatlıq həddi keçmədiyindən, bundan başqa onlayn kassa məlumatlarına əsasən müəyyən edilmiş və həqiqliyinə dair aradan qaldırılmaz şübhələr mövcud olan satışlar üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması qaydasında 2020-ci ilin avqust-dekabr və 2021-ci ilin yanvar-dekabr aylarına hesablanmış əlavə dəyər vergisi və mənfəət vergisi məbləğləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Həmçinin, "xxxx" MMC tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış və iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli məktubla müəyyən edilir ki, "xxxx" firmasının direktoru Əzimov Mehman tərəfindən "xxxx" MMC-nin rəhbərliyə müraciət edilmiş və müraciətdə gündəlik Z- hesabatı alarkən real satışdan artıq məbləğdə bərpa qəbzi çap olunmuş, "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən aparılmış araşdırma nəticəsində YDM-in YPQ-nun elektron beynində problem yaranması, Əzimov Mehman isə "xxxx" MMC-yə müraciət etmədən özbaşına nasaz elektron beyni sıfırlanmamış ikinci əl elektron beyinlə əvəz edilməsi, NKA-nın sayğac göstəricisi ilə əvəz olunmuş elektron beynin sayğac göstəricisi arasında fərqlər yarana biləcəyi müəyyən edilmiş və məhkəməyə qüsur aktı təqdim edilmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını və apellyasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli, xx.xx.2023-cü il tarixli **********269600 nömrəli, xx.xx.2023-cü il tarixli **********258200 nömrəli, xx.xx.2023-cü il tarixli **********297900 nömrəli, xx.xx.2023-cü il tarixli **********302800 nömrəli, xx.xx.2023-cü il tarixli **********266500 nömrəli, xx.xx.2023-cü il tarixli **********275500 nömrəli, xx.xx.2023-cü il tarixli **********260300 nömrəli, xx.xx.2023-cü il tarixli **********259900 nömrəli, xx.xx.2023-cü il tarixli **********267200 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, xx.xx.2023-cü il tarixli **********276200 nömrəli, xx.xx.2023-cü il tarixli **********254400 nömrəli, xx.xx.2023-cü il tarixli **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli, xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən inzibati akt «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası “İnzibati Prosessual Məcəlləsi”nin və Azərbaycan Respublikası Vergi Məcəlləsi”nin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 5 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********277900 nömrəli, xx.xx.2023-cü il tarixli **********269600 nömrəli, xx.xx.2023-cü il tarixli **********258200 nömrəli, xx.xx.2023-cü il tarixli **********297900 nömrəli, xx.xx.2023-cü il tarixli **********302800 nömrəli, xx.xx.2023-cü il tarixli **********266500 nömrəli, xx.xx.2023-cü il tarixli **********275500 nömrəli, xx.xx.2023-cü il tarixli **********260300 nömrəli, xx.xx.2023-cü il tarixli **********259900 nömrəli, xx.xx.2023-cü il tarixli **********267200 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, xx.xx.2023-cü il tarixli **********276200 nömrəli, xx.xx.2023-cü il tarixli **********254400 nömrəli, xx.xx.2023-cü il tarixli **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli, xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi qanunvericliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilən zamanı iddiaçı tərəfindən təqdim edilmiş sübutlar, izahatlar əsassız olaraq nəzərə alınmayaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı və bütün ziddiyyətli, o cümlədən aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh etməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları və prinsipləri nəzərə alaraq hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli, xx.xx.2023-cü il tarixli **********269600 nömrəli, xx.xx.2023-cü il tarixli **********258200 nömrəli, xx.xx.2023-cü il tarixli **********297900 nömrəli, xx.xx.2023-cü il tarixli **********302800 nömrəli, xx.xx.2023-cü il tarixli **********266500 nömrəli, xx.xx.2023-cü il tarixli **********275500 nömrəli, xx.xx.2023-cü il tarixli **********260300 nömrəli, xx.xx.2023-cü il tarixli **********259900 nömrəli, xx.xx.2023-cü il tarixli **********267200 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, xx.xx.2023-cü il tarixli **********276200 nömrəli, xx.xx.2023-cü il tarixli **********254400 nömrəli, xx.xx.2023-cü il tarixli **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli, xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-263/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-494/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-494/2024
10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver